Məhkəmə qərarları › İş №2(103)-2975/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2975/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2975/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7214/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni massiv ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01651) dair İddiaçı hesablanmış 2030,10 manat məbləğində borcun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Hazırda Cavabdeh İB apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yüklənmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində sözügedən qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat olaraq Cavabdeh hüquqi ünvanı Xətai rayonu ərazisinə aid olduğundan bütün borclu istehlakçılar iddiaları çox vaxt Xətai rayon məhkəməsinə verir. Cavabdehi məhkəmədə təmsil etmək hüquqları bir nəfərə həvalə edilmişdir. Verilən çoxsaylı iddialar üzrə borcların araşdırılması, sənədlərin elektron və fiziki qaydada təqdim edilməsi, iddialara qarşı etiraz, vəsatət, qarşılıqlı iddia və apellyasiya şikayətlərinin hazırlanması, o cümlədən təyin edilmiş ekspertiza və yerli baxışlarda şəxsən iştirak etmək iddiaçıların sayının kütləvilik daşıması xarakterindən asılı olaraq çıxarılmış yekun məhkəmə aktlarından apellyasiya şikayətlərinin verilməsində gecikmələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Cavabdehin müddətin bərpası barədə ərizəsinin yeganə dəlili işlərin çoxluğu ilə əlaqədar şikayət vermə müddətinə nəzarət etməyin mümkünsüz olmasıdır. Qeyd edilən əsas isə müddətin cavabdeh tərəfindən üzrlü səbəbdən buraxıldığını hesab etməyə əsas deyil. Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar