Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2975/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi iddia tələbinə dair mülki iş üzrə (açar sözlər: qannunsuz tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X26 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(001)-35/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları
1. İddiaçı Cavabdeh2, X25, X4, X18, Cavabdeh1, X19, Paşazadə Ramiz Famiz oğluna, X20 və X21 qarşı mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1362V nömrəli bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılması, 1362V nömrəli bağın və həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün, habelə texniki pasportun cavabdehlərdən alınaraq ona təhvil verilməsi barədə iddiasına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(001)- 3275/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdehlər Paşazadə Ramiz Famiz oğlunun, X7 və X8 bağ sahəsindən çıxarılması və sənədlərin təhvil verilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilmiş, eyni nömrəli və tarixli qətnamə ilə isə iddianın qismən təmin edilməsi, X37, X9, X27, Cavabdeh1 və X10 (yetkinlik yaşına çatmayan uşaqları, 25 sentyabr 2012-ci il təvəllüdlü Paşazadə Ramiz Famiz oğlu, 01 aprel 2014-cü il təvəllüdlü X28 və 12 may 2016-cı il təvəllüdlü X29 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılması, həmin bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əslinin Cavabdeh2 alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4172/2022 nömrəli 19 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(001)-3275/2021 nömrəli qətnaməsi mübahisələndirilən iddianın Cavabdeh1 qarşı təmin edimiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5507/2022 nömrəli 21 dekabr 2022-ci il tarixli qərarına əsasən Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)- 4172/2022 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2200/2023 nömrəli 17 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3190/2023 nömrəli 27 sentyabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2200/2023 nömrəli mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2024 nömrəli 24 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı qarşı "cavabdehdən vurulmuş maddi zərərin qarşılığı olaraq 59500 manat (35000 ABŞ dollarının hazırki məzənnə ilə qarşılığı – 35000 ABŞ dolları x 1,70 manat = 59500 manat) məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 270 manat məbləğində rüsumun, ümumilikdə 59770 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi” barədə iddiası qismən təmin edilərək, İddiaçı 8000 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pulun və 61 (altmış bir) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 və İddiaçı Goradil bağ massivində yerləşən 1362 V nömrəli bağ evinin etibarnamə əsasında alqı-satqısına dair razılığa gəlmiş, sonradan aralarında narazılıq yarandığından İddiaçı məhkəməyə müraciət edərək həmin bağ sahəsini Cavabdeh2 və digər şəxslərdən geri tələb etmiş, məhkəmə qətnaməsi ilə həmin iddia təmin edilərək adı çəkilən bağ sahəsi İddiaçı geri qaytarılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4720/2024 nömrəli 30 sentyabr 2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1320/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada torpaq sahəsinə görə ödənilmiş 67000 manat məbləğində pulun və maddi ziyana görə (əsassız varlanmaya görə) 129426 manat, cəmi 196426 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 486,42 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(001)-3275/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X37, X9, X27, Cavabdeh1 və X30 (yetkinlik yaşına çatmayan uşaqları, 25 sentyabr 2012-ci il təvəllüdlü Paşazadə Ramiz Famiz oğlu, 01 aprel 2014-cü il təvəllüdlü X28 və 12 may 2016-cı il təvəllüdlü X29 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılmasına, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli Cavabdeh2 alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Bildirir ki, həmin bağ sahəsini uzun müddət əvvəl cavabdeh İddiaçı Cavabdeh2 verdiyi etibarnamə əsasında 67000 manat məbləğində pul ödəməklə almış və 28 iyun 2014-cü il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Qeyd olunan bağ sahəsini almağını təsdiq edən ünvan ntoru tərəfindən verilmiş 27 iyun 2014-cü il tarixli, AR-İ № 343808 saylı etibarnamə də mövcuddur. Torpaq sahəsini alarkən Cavabdeh2, torpaq sahəsinə dair sənədləri tam qaydasında olmadığını, eyni zamanda notariat orqanına gedib alğı-satqını rəsmiləşdirməyə vaxtının olmadığını səbəb gətirərək, həmin əmlakı sonradan öz adına rəsmiləşdirə biləcəyi ümumi etibarnamə verməyi təkidlə təklif etmişdir. ünvan ntoru tərəfindən verilmiş 27 iyun 2014-cü il tarixli, AR-İ № 343808 saylı etibarnaməyə əsasən cavabdeh İddiaçı adından cavabadeh Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 0,12 ha ölçüdə 1362V saylı bağ sahəsini idarə etməyi, tikinti aparmağı, üzərində olan tikilini özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, torpağa kadastr planı almağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, ipotekaya qoymağı, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, adından ərizə verməyi və bununla əlaqədar bütün hərəkətləri etməyi 29 iyul 2038-ci il tarixədək ona etibar etmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(001)- 3275/2021 nömrəli qətnaməsində bağ sahəsinin cavabdeh tərəfindən ona satılması faktı öz təsdiqini tapmışdır və aralarında belə bir münasibətlərin olması işin mübahsəsiz halıdır. MPM-nin 82.3-cü və 233.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(001)-3275/2021 saylı məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial əhəmiyyətə malikdir və hazırkı işə baxılarkən məcburidir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı evinə görə o, cavabdehə 67000 manat məbləğində pul ödəmişdir. Bağ sahəsi faktiki olaraq məhkəmənin qətnaməsinə əsasən ondan alınaraq cavabdehə verildiyi üçün, onun torpaq sahəsini almaq üçün ödədiyi 67000 manat pul məbləği də cavabdehlərdən alınıb ona qaytarılmalı idi. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, aralarında bağlanmış alqı-satqı müqaviləsi etibarnamə verilməsi yolu ilə pərdələndiyi üçün həmin əqd etibarsız əqddir. Digər tərəfdən daşınmaz əmlakın alqı-satqı müqaviləsi yalnız notariusda təsdiq edilməli olduğu üçün, lakin belə müqavilə bağlanmadığı üçün, etibarnamə ilə aldığı bağ ondan alınmışdır. Qanunun bu tələbinə əsasən onunla bağlanmış və etibarnamə verilməsi yolu ilə pərdələnmiş alqı-satqı müqaviləsi etibarsız əqd hesab olunduğu üçün, həmin əqd üzrə hər bir tərəf aldıqlarını geri qaytarmalı idi. Məhkəmə qətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə evdən çıxarılmağı, yəni faktiki olaraq əqd üzrə aldığı bağın (torpaq sahəsinin) qaytarılması qət edildiyi üçün, etibarsız əqd üzrə alınmışlar da, yəni 67000 manat pul eyni zamanda ona geri qaytarılmalı idi. Lakin, məhkəmə qətnaməsi ilə bu məsələ həll olunmamışdır. Bu səbəbdən hazırda həmin tələblə məhkəməyə müraciət edir və hesab edir ki, bağ sahəsinin alınması ilə əlaqədar ödənilmiş 67000 manat pul cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Digər tərəfdən hesab edir ki, cavabdehlər eyni zamanda heç bir əsas olmadan varlanmışlar və nəticədə ona ziyan dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021ci il tarixli 2(001)-3275/2021 nömrəli qətnaməsi ilə faktiki olaraq onun vəsaiti hesabına inşa edilmiş yaşayış evi, həmin həyətdə aparılmış yaxşılaşdırmalar cavabdehlərə qalmışdır və cavabdehlər əsassız olaraq varlanmışlar. Yəni cavabdehlər onun hesabına əsassız olaraq əmlak əldə etmişlər və varlanmışlar. Bu işlərin, yəni evin tikilməsi və həyətyanı sahənin yaxşılaşdırılması üçün xeyli miqdarda pul xərcləmişdir. Lakin, cavabdehlər onun torpaq sahəsini öz adına rəsmiləşdirməməsindən sui-istifadə edərək onun adına verilmiş etibarnaməni ləğv etdirmişlər ki, o, həmin əmlakın özgəninkiləşdirilməsini həyata keçirə bilməsin. Nəticədə cavabdehlər həm torpağa görə ödənilmiş pulu, həm də həm torpağın üzərində inşa edilmiş evi əsassız olaraq əldə etmişlər. Belə ki, onun şəxsi vəsaiti hesabına tikilmiş ev, həyətdə aparılmış təmir-tikinti işləri və yaxşılaşdırmalar torpaq sahəsindən ayrılıb ona verilə bilməz. Ona görə də hesab edir ki, həmin evin tikintisi üçün sərf olunan pul və həyətyanı sahədə yaxşılaşdırma işlərinin aparılması üçün sərf olunan pul maddi ziyanın əvəzi olaraq cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Belə ki, “Azərkurortlayihə” Azərbaycan Kurortları Lahiyələşdirmə İnstitutu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1362V saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin hal-hazırdakı tikinti vəziyyətinin smetası 129426,7 manat məbləğində qiymətləndirilmişdir. Bu səbəbdən hesab edir ki, evin tikintisi və torpaqda aparılmış yaxşılaşdırma işləri üçün xərclənmiş 129426,7 manat məbləğində pul da cavabdehlərdən müətərək qaydada onun xeyrinə tutulmalıdır.
10. İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülərək bağ sahəsindən çıxarılması ilə yanaşı, ona vurduqları 35000 manat maddi ziyanın onlardan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmiş və artırılmışdır).
11. İddia onunla əsaslandırılmışdır ki, X3 və X1 təsdiq edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin 16 aprel 2007-ci il tarixli, 143 № li sərəncamına əsasən Göradil bağlar massivində 12 sotdan ibarət 1362V nömrəli bağ sahəsi xx.xx.2007-ci il tarixli, 02 saylı Protokolla onun adına sənədləşdirilmişdir. Qeyd etdiyi bağ sahəsi onun adına sənədləşdirildikdən sonra, tərəfindən hasarlanmış və orada mişar daşından 80 kv.metr yaşayış sahəsi olan kürsülü bağ evinin tikintisinə başlanmışdır. Evin kürsünün hündürlüyü 80 sm. olub, eni və hündürlüyü 40 sm, uzunluğu isə 2,5 metr olan beton bloklarla, üzərindən isə 2-cərgə qoşa mişar daşı ilə hörülmüşdür. Evin xaricindən uzunluğu 12 metr, eni isə 10 metrdir. Evin giriş qapısı darvaza tərəfdən qoyulmuşdur. Evə girişdə 5x5 metr həcmində mətbəx, ardınca sanitar qovşaq yerləşirdi. Evin digər sahəsini dəhliz və 4x4 metr həcmində 3 otaq təşkil edir. Evin üstünü beton panellərlə basdırmışdır. Lakin dam örtüyü yox idi. Bununla belə, evin fasadı suvanmamışdı, daxildə isə suvaq işləri görülərək bir otaq tam yaşayış üçün hazırlanmışdı. Mətbəx və sanitar qovşaq da istifadə üçün hazır vəziyyətə gətirilmişdi. Evin tikintisi qeyd etdiyi vəziyyətə çatdırıldıqdan sonra müddətli hərbi xidmətə çağırılmışdır. Müddətli hərbi xidmətdə olduğu dövrdə atası X22 etibarnamə vermişdir ki, onun adımdan evə aid işləri görsün və bağa dair adına mülkiyyət sənədi alsın. Hərbi xidmətə çağırıldıqdan sonra atası bağda 3x10 metr həcmində, yəni 30 kv.metrlik Tamet daşları istehsal etmək üçün sex tikmiş, çoxsaylı daş qəlibləri, Daş qıran, beton qarışdıran və lazım olan sair qurğu və avadanlıqlar alaraq tamet daşları istehsal etməyə başlamışdır. Bundan başqa atası Balağa Qədirov bağın onun adınaözəlləşdirilməsi ilə bağlı makler kimi tanıdığı X31 müraciət etmiş, Əliyev Rəşad isə ona bu işlərlə makler tanışı Cavabdeh2 məşğul olduğunu, Cavabdeh2 daşınmaz əmlak alqı-satqısı və özəlləşdirilməsi işlərinə baxdığını, ehtiyac olarsa, Cavabdeh2 bağ sahəsini özəlləşdirib sərfəli qiymətə sata biləcəyini bildirmiş və bu işləri yerinə yetirmək üçün Cavabdeh2 etibarnamə verməyi təklif etmişdir. Lakin, atası Cavabdeh2 şəxsən görməmiş və onu tanımamışdır. Bir-neçə gündən sora X55 Nuriyevin şəxsiyyət vəsiqəsinin ksero surətini gətirərək, atası ilə bərabər notariat kontoruna gedib, onun adından Cavabdeh2 adına notariat kontorunda təsdiqlənmiş etibarnamə almışdır. X39 Cavabdeh2lə əlaqəsi olmadığından, Rəşad Əliyevlə əlaqə saxlayaraq bağın özəlləşdirilməsinin gedişatı ilə maraqlanmışdır. X55 Nuriyevin bağı almaq istədiyini və bağa görə 32000 ABŞ dolları təklif etdiyini bildirmişdir. Rəşad atasının razılığını aldıqdan sonra, Cavabdeh2 ona göndərdiyi 8000 ABŞ dollarını beh kimi atasına vermiş, qalan 24000 ABŞ dollarının da qısa müddətdə Adilin verəcəyini bildirmişdir. Lakin atası 8000 ABŞ dolları behi aldıqdan sonra pulun ödənilməmiş 24000 ABŞ dolları atasına verilməmişdir. Atası Cavabdeh2 tanımadığından, onunla heç vaxt görüşmədiyindən və onun telefon nömrəsini, habelə yaşadığı ünvanı bilmədiyindən Cavabdeh2lə əlaqə yarada bilməmiş və bu səbəbdən pulun ödənilməmiş 24000 dollarını Rəşaddan tələb etmişdir. Rəşad isə hər dəfə bir bəhanə gətirib nəticədə atasına heç bir məbləğdə ödəniş etməmişdir. Təxminən bir ildən sonra isə Rəşad Əliyev öldürülmüşdür. Cavabdeh2 atasının telefon nömrəsini bilsə də, Rəşad Əliyevin ölümündən istifadə edərək bağın ödənilməmiş dəyərini ödəməmiş, atası ilə ümumiyyətlə əlaqə saxlamamışdır. Atası isə Cavabdeh2 tapa və ya onunla hər-hansı formada əlaqə yarada bilməmişdir. Eyni zamanda Cavabdeh2 adına elibarnaməni rəsmiləşdirmiş notariat kontorunun yerini unutduğundan uzun müddət etibarnaməni də ləğv etdirə bilməmişdir. Bağ sahəsinin taleyi ilə bağlı, yəni Cavabdeh2 tərəfindən bağ sahəsinin özəlləşdirilib-özəlləşdirilməməsini və ya kiməsə satılıbsatılmamasını aydınlaşdırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə etdiyi yazılı müraciətlərə cavab verilməsindən imtina edilmişdir. Buna baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciətlərini davam etdirmişlər. Müraciətlərindən birinə bağ sahəsinin ilkin torpaqayırma sənədlərinin surətlərini əlavə edib Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə göndərərək, bağın onun adına dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Etdiyi müraciətə sənədlərin əslinin təqdim edilməməsi əsası ilə imtina cavabı verilmişdir. İlkin torpaqayırma sənədlərinin əsli isə Cavabdeh2 olduğundan DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə etdim etmək mümkün olmamışdır. Ən nəhayət, 17 sentyabr 2020-ci il tarixdə təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə etdiyi yazılı müraciətdən sonra onun ünvanına göndərilmiş 29 sentyabr 2020-ci il tarixli, **********64 nömrəli məktubda Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağları massivində yerləşən 12 ha torpaqdan ibarət 1362V nömrəli bağ sahəsinin hələ 19 iyul 2011-ci il tarixdə onun adına DƏDRX-də qeydiyyata alındığı və onun mülkiyyətində olduğu göstərilmişdir. Bundan sonra atası X32 ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Baş idarəsinə gedib, Cavabdeh2 adına etibarnamənin 26 saylı notariat ofisində verildiyini öyrənmiş və 26 saylı notariat ofisinə gəlib onun adından Cavabdeh2 30 may 2009-cu il tarixdə verilmiş etibarnaməyə xitam verilməsi barədə ərizə ilə notariusa müraciət etmişdir. Yalnız bu müraciətdən sonra 19 oktyabr 2020-ci il tarixdə həmin etbarnaməyə xitam verilmişdir. Mülkiyyətində olan 1362V nömrəli bağ sahəsinə baxmağa dəfələrlə cəhd etsələr də, hər dəfə darvaza bağlı olmuşdur. Cavabdeh2 isə tanımadıqlarından onunla görüşmək və ya onunla hər-hansı formada əlaqə yaratmaq mümükün olmamışdır. Binəqədi Bələdiyyəsinəbağ sahəsində kimin yaşadığını, kimin adından bələdiyəyə ödəniş edildiyini öyrənməyə cəhd etsə də, bələdiyyə hər dəfə onları aldadaraq, bu barədə nə yazılı, nə də şifahi məlumat verməmişdir. Odur ki, o, Cavabdeh2 qarşı “cavabdehin qanunsuz sahibliyindən bağ sahəsinin və ona aid sənədlərin geri alınması, inşa ediyi tikililərin onun hesabına sökülərək bağ sahəsindən çıxarılması” təiəbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 nümayəndəsinin məhkəməyə təqdim etdiyi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 iyun 2021-ci il tarixli, BRB/45 5 nömrəli arayışda mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədİ rayonu Göradil bağ massivi ünvanda yerləşən 1362V nömrəli bağ evində Cavabdeh1, X23, X10, X11, X2, Paşazadə Ramiz Famiz oğlunun, X7 və X8 28 iyun 014cü il tarixdən 24 il müddətinə verilmiş etibarnamə əsasında yaşadıqları göstərilmişdir. Bununla bağlı vəsatətlə Binəqədi rayon məhkəməsinə müraciət edib Cavabdeh1, X23, X10, X11, X2, Paşazadə Ramiz Famiz oğlunun, X7 və X8 iş üzrə cavabdeh qismində cəlb edilməsi və onların mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu Göradil bağ massivi ünvanda yerləşən 1362V nömrəli bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılması, 1362V nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli Çıxarışın, torpaq sahəsinin plan-ölçüsünün, habelə texniki pasportunun cavabdehlərdən alınıb ona təhvil verilməsi” barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(001)-3275/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər X37, X9, X33, Cavabdeh1 və X30 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2012-ci il təvəllüdlü Paşazadə Ramiz Famiz oğlunun, 01 aprel 2014-cü il təvəllüdlü X28 və 12 may 2016-cı il təvəllüdlü X29 ilə birlikdə) onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən məcburi qaydada çıxarılması, Bakı şəhəri, Bİnəqədi rayonu Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair X15 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın əslinin Cavabdeh2 alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlərin Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(001)-3275/2021 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə əsassız hesab edilərək təmin edilməmişdir. Lakin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, bağ sahəsində yaşadığı dövrdə ev tikmiş, təmir işləri aparmış, mövcud tikiliyə artırmalar edərək xərc çəkmiş və çəkdiyi məsrəflərin iddiaçı tərəfindən ona ödənilməsini tələb etmişdir. Lakin, cavabdehlər qeyd etdikləri təmir-tikinti və artırma işlərini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmaqla qanunsuz apardıqlarından, həmin tikinti-təmir və artırmalar onların öz hesabına sökülərək bağ sahəsindən çıxarılmalıdır. Bundan başqa, bağ sahəsi onun adına sənədləşdirildikdən sonra, bağ sahəsinin dörd bir tərəfinə mişarlanmış əhəng daşından hasar çəkdirmiş və orada 80 kv.metirlik bağ evinin tikintisinə başlanmışdır. Bağ evinin tikintisi ilə eyni zamanda bağ sahəsində “Tamet Daşları”nın istehsalı üçün sex inşa etdirərək, bir ədəd 1500 ABŞ dolları dəyərində beton qarışdıran, bir ədəd 3000 ABŞ dolları dəyərində daş qıran və titrəyiş qurğusu, 1200 manat dəyərində bir Elevator, hər biri 150 manat dəyərində olan 15 ədəd mühərrik, hər biri 1500 manat dəyərində 4 ədəd quruducu qurğu, 120 ədəd müxtəlif ölçüdə və dəyərdə qəlib və sair avadanlıq və qurğular alınmış və istehsala başlanmışdır. Ümumilikdə avadanlıq və qurğulara, eləcə də sexin inşasına təxminən 35000 manat xərc çəkmişdir. Bununla belə sexdə xeyli miqdarda xammal və hazır məhsul olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bütün avadanlıq və qurğuları, mal-materialı və hazır məhsulu, eləcə də sexin dəmir qapısını çıxarıb satmış, sexi isə bünövrədən sökmüşlər. Bununla cavabdehlər ümumilikdə ona 35000 manat məbləğində maddi ziyan vurmuşdur. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurduqları maddi ziyanın əvəzi olaraq 35000 manat müştərək qaydada tutulub ona ödənilməlidir
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5881/2022 nömrəli 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi əsasında başlanılmış mülki iş Cavabdeh1 iddiası əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsində başlanılmış mülki işlə birlikdə birləşdirilib baxılması üçün həmin məhkəməyə göndərilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1737/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərardadına əsasən isə sözügedən mülki işlərin birləşdirilərək 2(004)-1737/2022 nömrə altında bir icraatda baxılması, habelə mülki işin ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-7748/2022 saylı 16 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlk iddia və birləşdirilmiş iş üzrə Cavabdeh2 etiraz ərizəsi təqdim edərək, ilk və birləşdirilmiş iş üzrə iddia ərizələrinin ona aid hissədə qanunsuz və əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və həmin etiraz ərizəsini belə əsaslandırmışdır ki, iddiaçılar tərəfindən verilmiş iddia tələbləri tamamilə əsassız olduğundan və həmin iddia tələbləri ilə onun hüquqları kobud şəkildə pozulduğundan hazırda həmin mülki iş üzrə tərəfindən etiraz verilməsi zərurəti yaranmışdır. Belə ki, hər iki iddia ərizəsində göstərilmiş xüsusatların heç bir hüquqi əsası yoxdur, qeyd edilmiş xüsusatlar tamamilə formal faktlardan ibarətdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsini İddiaçı 35000 ABŞ dolları məbləğində vəsait ödəyərək almış və bütün məbləği tam şəkildə ödəmişdir. Bu səbəbdən də, İddiaçı 30 may 2009-cu il tarixdə ona 29 iyul 2038-ci ilədək qüvvədə olan baş etibarnamə verərək, bu əmlakla bağlı bütün hərəkətləri etmək, o cümlədən həmin bağ sahəsi üzərində sərəncam vermək səlahiyyətini etibar etmişdir. Həmin etibarnamə əsasında da sözügedən bağ sahəsinə çıxarış əldə etmişdir. Lakin, əlavə xərci çıxmasın deyə çıxarışı elə İddiaçı öz adına çıxartdırmışdır. Bundan sonra ona təcili olaraq pul lazım olduğuna görə həmin əmlakı aldığından da 2 dəfə ucuz qiymətə 13260 manata Cavabdeh1 satmışdır. Həmin bağ sahəsinə görə Famizin atası Ramiz ona əlbəəl 13260 manat pul vermişdir. Həmin bağ sahəsini Cavabdeh1 satan zaman bağ sahəsinin İddiaçı adına olan çıxarışı ona təqdim edərək gələcəkdə həmin bağ sahəsi üzərində hər hansı bir mübahisənin çıxmaması üçün sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməsini ona izah etmiş, hətta bir müddət sonra Cavabdeh1 sözügedən bağ sahəsini öz adına rəsmiləşdirib-rəsmiləşdirmədiyini soruşduqda ona artıq bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Əslində Cavabdeh1 öz işinə məsuliyyətsiz və laqeydyanaşaraq sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Həmçinin Cavabdeh1 həmin bağ sahəsini ondan satın aldıqdan sonra orada təmir-tikinti, bərpa işləri həyata keçirmiş və uzun müddət ailə üzvləri ilə birlikdə həmin bağ sahəsində yaşamışdır. Qeyd edir ki, İddiaçı ona satdığı 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin plana düşdüyünü və söküləcəyinin gözləndiyindən xəbər tutduqda bu yolla əlavə qazanc əldə edərək əsassız varlanmaq niyyəti ilə bağ sahəsini satdıqdan düz 12 il sonra - 19 oktyabr 2020-ci il tarixdə ona verdiyi etibarnaməni ləğv edərək, ona və digər cavabdehlərə qarşı “bağ sahəsindən çıxarılma və sənədlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra İddiaçı iddia tələbi təmin edilmişdir. Hazırda isə İddiaçı həmin bağ sahəsində qanunsuz inşa edilmiş tikililərin və artırmalarının onun və digər Cavabdeh1 hesabına sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, həmin bağ sahəsində inşa edilmiş tikililər və artırmaların onun hesabına sökülməsi tələbi tamamilə qanunsuz və əsassızdır. Çünki ona pul ehtiyac olduğundan həmin bağ sahəsini Cavabdeh1 satmış və sözügedən tikililər də onun tərəfindən yox, Cavabdeh1 tərəfindən inşa edilmişdir. Belə ki, həmin bağ sahəsində o, nəinki qanunsuz tikili, ümumiyyətlə heç bir tikinti və ya təmir-bərpa işləri aparmamışdır. Həmin bağ sahəsini İddiaçı satın alanda hansı mövcud quruluşda idisə, Cavabdeh1 satanda da eyni mövcud quruluşda satmışdır. Sözügedən bağ sahəsindəki tikinti və təmirbərpa işlərini Cavabdeh1 satın aldıqdan sonra özü həyata keçirmişdir. Belə olduğu halda nəyə görə sözügedən tikililər onun hesabına sökülməlidir?! Hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız olduğundan “qanunsuz tikililərin və artırmaların Cavabdeh2 hesabına sökülməsi” hissəsində rədd edilməlidir. Bundan başqa, digər iddiaçı Cavabdeh1 İddiaçı və ona qarşı “maddi zərərin ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə görə ödənilmiş 67000 manat, maddi ziyana görə 129426 manat və dövlət rüsumunun ödənilməsinə görə 486,42 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəla, iddiaçının bu iddianı vermək üçün subyektiv hüququ yoxdur. Çünki, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə də sübuta yetirilmişdir ki, alqı-satqı müqaviləsi olmadan yalnız baş etibarnamə ilə sözügedən bağ sahəsinin satışı etibarlı əqd hesab olunmur. Yəni, bağ sahəsinə dair iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi olmadığı üçün bağ sahəsinin X24 mülkiyyətində olduğunu sübut edən etibarlı əqd yoxdur. Dolayısıyla, AR MPM ilə etibarsız əqdlər istinad mənbəyi hesab edilmədiyi üçün, yəni bağ sahəsinin tərəfindən verilməsinin konkret hüquqi tərəfi müəyyən edilmədiyindən 67000 manat məğləğində borcun cavabdehlərdən biri qismində göstərilərək ondan tələb edilməsi heç bir hüquqi əhəmiyyət kəsb etməməkdədir. Eyni zamanda, məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli ondan alınaraq bağ sahəsinin əvvəlki sahibi İddiaçı verilmişdir. Beləliklə, bağ sahəsinin hüquqi sahibi qismində İddiaçı sonra məhkəmə onu bağ sahəsinin mülkiyyətçisi qismində tanımadığından hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tamamilə əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, həmin bağ sahəsini 67000 manata deyil, 13260 manata Cavabdeh1 satmışdır. Belə ki, əslində onun həmin bağ sahəsini satmaq niyyəti yox idi, sadəcə həyat yoldaşının müayinə və müalicəsi üçün təcili pul lazım olduğu üçün həmin bağ sahəsini etibarnamə ilə el arasında deyildiyi kimi“dəyər-dəyməzinə”, əlimyandıda Cavabdeh1 satmışdır. Həmçinin bildirir ki, iddianın tamamilə əsassız olduğunu göstərən başlıca amillərdən biri də iddiaçının uzun illər sözügedən bağ evində yaşaması, lakin bağ sahəsini öz adına rəsmiləşdirməməsidir. Belə ki, həmin bağ sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışını şəxsən Cavabdeh1 vermiş və ona tezliklə həmin bağ sahəsinin öz adına rəsmiləşdirilməsi bildirmişdir. Bir müddət sonra isə yuxarıda da qeyd etdiyi kimi, Cavabdeh1 ona həmin bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Lakin göründüyü kimi, Cavabdeh1 öz işinə laqeyd və məsuliyyətsiz yanaşaraq həmin bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Hazırda da həmin bağ sahəsində inşa etdiyi tikililərə görə əsassız varlanma tələbi ilə onu cavabdeh kimi göstərməsi gülünc olmaqla yanaşı qanunsuzdur. Belə ki, həmin bağ sahəsi məhkəmə qətnaməsi ilə İddiaçı qaytarıldığından bu hissədə əsassız varlanan o yox, məhz elə İddiaçı olmuşdur. Buna görə də hesab edir ki, verilmiş iddia tələbi üzrə torpaq sahəsinə görə ödənilmiş 67000 manat, maddi ziyana və əsassız varlanmaya görə 129426 manat pul tələbi ona aid hissədə əsassız olduğundan rədd edilməlidir. Sonda təkrar qeyd edir ki, icraatda olan hazırki mülki iş üzrə onun heç bir məsuliyyəti yoxdur. Pulunu tam ödəyib aldığı bağ sahəsini ona verilmiş baş etibarnamə əsasında Cavabdeh1 satmışdır.
13. Cavabdeh2 etirazı onunla əsalandırılmışdır ki, iddiaçılar tərəfindən verilmiş iddia tələbləri tamamilə əsassız olduğundan və həmin iddia tələbləri ilə onun hüquqları kobud şəkildə pozulduğundan hazırda həmin mülki iş üzrə tərəfindən etiraz verilməsi zərurəti yaranmışdır. Belə ki, hər iki iddia ərizəsində göstərilmiş xüsusatların heç bir hüquqi əsası yoxdur, qeyd edilmiş xüsusatlar tamamilə formal faktlardan ibarətdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsini İddiaçı 35000 ABŞ dolları məbləğində vəsait ödəyərək almış və bütün məbləği tam şəkildə ödəmişdir. Bu səbəbdən də, İddiaçı 30 may 2009-cu il tarixdə ona 29 iyul 2038-ci ilədək qüvvədə olan baş etibarnamə verərək, bu əmlakla bağlı bütün hərəkətləri etmək, o cümlədən həmin bağ sahəsi üzərində sərəncam vermək səlahiyyətini etibar etmişdir. Həmin etibarnamə əsasında da sözügedən bağ sahəsinə çıxarış əldə etmişdir. Lakin, əlavə xərci çıxmasın deyə çıxarışı elə İddiaçı öz adına çıxartdırmışdır. Bundan sonra ona təcili olaraq pul lazım olduğuna görə həmin əmlakı aldığından da 2 dəfə ucuz qiymətə 13260 manata Cavabdeh1 satmışdır. Həmin bağ sahəsinə görə Famizin atası Ramiz ona əlbəəl 13260 manat pul vermişdir. Həmin bağ sahəsini Cavabdeh1 satan zaman bağ sahəsinin İddiaçı adına olan çıxarışı ona təqdim edərək gələcəkdə həmin bağ sahəsi üzərində hər hansı bir mübahisənin çıxmaması üçün sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməsini ona izah etmiş, hətta bir müddət sonra Cavabdeh1 sözügedən bağ sahəsini öz adına rəsmiləşdirib-rəsmiləşdirmədiyini soruşduqda ona artıq bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Əslində Cavabdeh1 öz işinə məsuliyyətsiz və laqeydyanaşaraq sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Həmçinin Cavabdeh1 həmin bağ sahəsini ondan satın aldıqdan sonra orada təmir-tikinti, bərpa işləri həyata keçirmiş və uzun müddət ailə üzvləri ilə birlikdə həmin bağ sahəsində yaşamışdır. Qeyd edir ki, İddiaçı ona satdığı 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin plana düşdüyünü və söküləcəyinin gözləndiyindən xəbər tutduqda bu yolla əlavə qazanc əldə edərək əsassız varlanmaq niyyəti ilə bağ sahəsini satdıqdan düz 12 il sonra-19 oktyabr 2020-ci il tarixdə ona verdiyi etibarnaməni ləğv edərək, ona və digər cavabdehlərə qarşı “bağ sahəsindən çıxarılma və sənədlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra İddiaçı iddia tələbi təmin edilmişdir. Hazırda isə İddiaçı həmin bağ sahəsində qanunsuz inşa edilmiş tikililərin və artırmalarının onun və digər Cavabdeh1 hesabına sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, həmin bağ sahəsində inşa edilmiş tikililər və artırmaların onun hesabına sökülməsi tələbi tamamilə qanunsuz və əsassızdır. Çünki ona pul ehtiyac olduğundan həmin bağ sahəsini Cavabdeh1 satmış və sözügedən tikililər də onun tərəfimdən yox, Cavabdeh1 tərəfindən inşa edilmişdir. Belə ki, həmin bağ sahəsində o, nəinki qanunsuz tikili, ümumiyyətlə heç bir tikinti və ya təmir-bərpa işləri aparmamışdır. Həmin bağ sahəsini İddiaçı satın alanda hansı mövcud quruluşda idisə, Cavabdeh1 satanda da eyni mövcud quruluşda satmışdır. Sözügedən bağ sahəsindəki tikinti və təmirbərpa işlərini Cavabdeh1 satın aldıqdan sonra özü həyata keçirmişdir. Hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız olduğundan qanunsuz tikililərin və artırmaların Cavabdeh2 hesabına sökülməsi hissəsində rədd edilməlidir. Bundan başqa, digər iddiaçı Cavabdeh1 İddiaçı və ona qarşı “maddi zərərin ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə görə ödənilmiş 67000 manat, maddi ziyana görə 129426 manat və dövlət rüsumunun ödənilməsinə görə 486,42 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəla, iddiaçının bu iddianı vermək üçün subyektiv hüququ yoxdur. Çünki, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə də sübuta yetirilmişdir ki, alqı-satqı müqaviləsi olmadan yalnız baş etibarnamə ilə sözügedən bağ sahəsinin satışı etibarlı əqd hesab olunmur. Yəni, bağ sahəsinə dair iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi olmadığı üçün bağ sahəsinin X24 mülkiyyətində olduğunu sübut edən etibarlı əqd yoxdur. Dolayısıyla, AR MPM ilə etibarsız əqdlər istinad mənbəyi hesab edilmədiyi üçün, yəni bağ sahəsinin tərəfindən verilməsinin konkret hüquqi tərəfi müəyyən edilmədiyindən 67000 manat məğləğində borcun cavabdehlərdən biri qismində göstərilərək ondan tələb edilməsi heç bir hüquqi əhəmiyyət kəsb etməməkdədir. Eyni zamanda, məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli ondan alınaraq bağ sahəsinin əvvəlki sahibi İddiaçı verilmişdir. Beləliklə, bağ sahəsinin hüquqi sahibi qismində İddiaçı sonra məhkəmə onu bağ sahəsinin mülkiyyətçisi qismində tanımadığından hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tamamilə əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, həmin bağ sahəsini 67000 manata deyil, 13260 manata Cavabdeh1 satmışdır. Belə ki, əslində onun həmin bağ sahəsini satmaq niyyəti yox idi, sadəcə həyat yoldaşının müayinə və müalicəsi üçün təcili pul lazım olduğu üçün həmin bağ sahəsini etibarnamə ilə el arasında deyildiyi kimi“dəyərdəyməzinə”, “əlimyandıda” Cavabdeh1 satmışdır. Həmçinin bildirir ki, iddianın tamamilə əsassız olduğunu göstərən başlıca amillərdən biri də iddiaçının uzun illər sözügedən bağ evində yaşaması, lakin bağ sahəsini öz adına rəsmiləşdirməməsidir. Belə ki, həmin bağ sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışını şəxsən Cavabdeh1 vermiş və ona tezliklə həmin bağ sahəsinin öz adına rəsmiləşdirilməsi bildirmişdir. Bir müddət sonra isə yuxarıda da qeyd etdiyi kimi, Cavabdeh1 ona həmin bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Lakin göründüyü kimi, Cavabdeh1 öz işinə laqeyd və məsuliyyətsiz yanaşaraq həmin bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Hazırda da həmin bağ sahəsində inşa etdiyi tikililərə görə əsassız varlanma tələbi ilə onu cavabdeh kimi göstərməsi gülünc olmaqla yanaşı qanunsuzdur. Belə ki, həmin bağ sahəsi məhkəmə qətnaməsi ilə İddiaçı qaytarıldığından bu hissədə əsassız varlanan o yox, məhz elə İddiaçı olmuşdur. Buna görə də hesab edir ki, verilmiş iddia tələbi üzrə torpaq sahəsinə görə ödənilmiş 67000 manat, maddi ziyana və əsassız varlanmaya görə 129426 manat pul tələbi ona aid hissədə əsassız olduğundan rədd edilməlidir. Sonda təkrar qeyd edir ki, icraatda olan hazırki mülki iş üzrə onun heç bir məsuliyyəti yoxdur. Pulunu tam ödəyib aldığı bağ sahəsini ona verilmiş baş etibarnamə əsasında Cavabdeh1 satmışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2230 saylı 08 avqust 2022-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75866,2 manat məbləğində müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16- 16/2-10/100000-9/10125 saylı 29 yanvar 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75866,2 manat məbləğində müəyyən edilmişdir. Lakin aparılmış tikinti-təmir işlərinin kim tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid deyildir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10125 saylı 12 mart 2024-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən ağacların və dekarativ bitkilərin bitkilərin orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 40 ədəd hündürlüyü təxminən 2,5-3 metr aralığında şam ağacları (limon ətirli kiparis) 4000,00 (40 x 100 man); 60 p/metr (bəzi hissədə 2 cərgə əkilib) ölçüdə əkilmiş şümşad kolları 1800,00 (60 x 30 man); müxtəlif adda (təxmini 5 illik) ümumilikdə 36 ədəd zəif inkişaf etmiş meyvə ağacı 1080,00 (36 x 30 man). Beləliklə, ekspertiza tədqiqatına təqdim edilən ağacların və dekorativ bitkilərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6880,00 manat müəyyən edilir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16- 16/2-10/3815 saylı 22 iyul 2024-cü il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, 1-ci sual üzrə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362 V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikintitəmir işlərinin ümumi dəyəri təqribən 75866,2 manat məbləğində müəyyən edilmişdir. Lakin aparılmış tikinti-təmir işlərinin kim tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi tikintitexniki ekspertinin həll etdiyi məsələlərə aid deyildir. 2-ci sual üzrə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsində xarici divarlarının qalınlığı 0,4 m olan, daxili arakəsmə divarlarının qalınlığı 0,2 m olan mişar daşından, dam hissəsi taxta konstruksiyalardan yığılaraq şiferlə (ondolin) üzlənmiş fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş fərdi yaşayış evinin qarşısında sahələri 20,2 kv.m., 3,23 kv.m. və 19,8 kv.m olan əlavə tikilillər inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunur ki, fərdi yaşayış evinin bünövrəsi və kürsüsü gözlə görünən hissədə olmadığından hansı materialdan inşa edilməsini müəyyən etmək mümkün olmamışdır. 3-cü sual üzrə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362 V saylı bağ sahəsində yerdə düzülmüş mişar daşlarının altına qum və çınqıl döşəndiyi, mişar daşının bir ədədinin dəyəri bazar qiymətinə uyğun dəyərinin 0,5 manat təşkil etdiyi müəyyən edilmişdir”.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9033 saylı 08 yanvar 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsində yerləşən tikililərin içərisində aparılmış təmir və bərpa işlərinin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 4682 manat məbləğində müəyyən olunmuşdurhəsində yerləşən fərdi yaşayış evinin halhazırdakı tikinti vəziyyətinin smetası”nın surətindən görünür ki, sözügedən bağ sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə cəmi 129426 manat xərc çəkilmişdir.
19. “X16” MMC-nin 274 saylı, 10 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvanda yerləşən tikinti işlərinin aparılması nəticəsində İddiaçı məxsus bağ evinə çəkilmiş xərclərin məbləği 6014 manat müəyyən edilmişdir.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(001)- 35/2025 nömrəli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, Cavabdeh2 13260 manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Cavabdeh1 ödənilməsi, cavabdeh İddiaçı 80548,22 manat manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
21. Qətnamə onunla əsaslandırlmışdır ki, mübahisəli bağ sahəsi xx.xx.2007- ci il tarixdə müqavilə əsasında birləşdirilmiş iş üzrə iddiaçının istifadəsinə verilmiş, onunla Cavabdeh2 arasında xx.xx.2009-cu il tarixdə, daha sonra isə (xx.xx.2014-cü il tarixdə) sonuncu ilə ilk iddiaçı arasında həmin bağ sahəsinin etibarnamə əsasında alqı-satqısına dair razılıqlar əldə edilmiş, bağ sahəsi ilk iddiaçıya təhvil verilmiş, o, orada tikinti-təmir işləri aparmış, bununla belə sonradan birləşdirilmiş iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında bağın dəyəri ilə bağlı mübahisə yarandığından birləşdirilmiş iş üzrə iddiaçı məhkəməyə müraciət edərək həmin bağ sahəsini geri tələb etmiş və onun iddiası təmin edilmişdir. İşin hallarından həmçinin görünür ki, bağ sahəsinin qaytarılması ilə bağlı məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra ilk iddiaçı, Cavabdeh2 əvəzli qaydada aldığı bağ sahəsi üçün ödədiyi pulun, habelə orada həyata keçirdiyi yaxşılaşdırmaların dəyərinin qaytarılmasına dair iddia qaldırmışdır. O da müəyyən edilir ki, birləşdirilmiş iş üzrə iddiaçı bağ sahəsini geri tələb edən zaman orada aparılan tikinti-təmir işlərinin qanunsuzluğunu irəli sürməmiş, aparılan işlərin sökülməsini istəyini bildirməmişdir və yalnız ona qarşı hazırkı iddia tələbinin irəli sürülməsindən sonra, əvvəlcə iddianı qəbul etməyərək ona etiraz etmiş, bir müddət sonra isə hazırkı mülki işdə baxılan iddia tələbini irəli sürmüşdür. Bu mənada məhkəmə hesab edir ki, bağ sahəsində aparılan yaxşılaşdırmaların onun dəyərini əhəmiyyətli dərəcədə qaldırdığı nəzərə alınaraq, ilk iddia üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının əvvəldən bu cür iddia vermək niyyətinin olmadığı, lakin sonradan sırf ilk iddiaçının tələb hüququnu aradan qaldırmaq (iddiasının rəddinə nail olmaq) məqsədilə hazırkı iddia tələbini irəli sürmək qərarını verdiyi qənaətinə gəlinməsi hazırki işin faktiki halları baxımından daha məntiqlidir. Başqa sözlə, məhkəmənin qənaətinə görə, birləşdirilmiş iş üzrə iddiaçının mülkiyyətçi kimi bu cür tələb irəli sürmək hüququ olsa da, o, bu hüququndan ilk iddiaçının tələb hüququnu aradan qaldırmaq məqsədilə, başqa sözlə ona ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. Eyni zamanda onun, bağ sahəsini etibarnamə əsasında satdığı, uzun müddət torpaq sahəsi ilə maraqlanmadığı, orada aparılan tikinti-təmir işlərinə etiraz etmədiyi halda, illər sonra orada ilk iddiaçının xeyli pul vəsaiti və zaman sərf etməklə ərsəyə gətirdiyi yaxşılaşdırmaların sökülməsini tələb etməsi yönündəki hərəkətləri bağ sahəsinə vaxtilə etibarnamələr əsasında faktiki yiyələnmiş cavabdehlərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara da zidd olmuşdur. Göstərilənlərə əsasən, xüsusilə ilk iddiaçının hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etməsindən sonra birləşdirilmiş iş üzrə iddiaçının da müvafiq iddianı qaldırmasını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə belə qənaətdədir ki, birləşdirilmiş iş üzrə iddiaçı mülki qanunvericiliyin “hüquqdan sui-istifadə qadağası”na dair tələbini pozmuşdur və buna görə də o, hər nə qədər mülkiyyətçi olsa da, hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu halda hüququnu həyata keçirməsi və ya öz davranışı ilə qarşı tərəfdə qorunmağa layiq və əsaslı bir güvən oyandırdıqdan sonra bu davranışa və oyandırdığı güvənə zidd davranması hüquqdan suiistifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısı ilə, hər hansı iddia irəli sürülərkən bu, hüquqdan suiistifadə təşkil edirsə həmin tələb nəzərə alınmır. Odur ki, məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “tikililərin sökülməsi” tələbi əsassızdır və buna görə də, təmin edilə bilməz. İlk iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, yuxarıda da qeyd edilənlərdən də göründüyü kimi, bağ sahəsi xx.xx.2014-cü il tarixdə etibarnamə əsasında ilk iddiaçıya satılmış, bağ sahəsi ona təhvil verilmiş, o, orada tikinti-təmir işləri aparmışdır. O, hazırki iddiasında: 1. Bağ sahəsinə görə ödənilmiş 67000 manat məbləğində pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasını; 2. Maddi ziyana görə 129426 manat pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir. İlk iddianın birinci hissəsindən görünür ki, həmin hissədə tələb iddiaçının mübahisəli bağa görə ödəmiş olduğu pulun cavabdehlərdən tutularaq özünə (ilk iddiaçıya) qaytarılması barəsindədir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, ilk iddiaçının qeyd edilən iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla belə məhkəmə, ilk iddia tələbinin bu hissədə qismən əsaslı olduğunu vurğulayır; belə ki, əvvəla mübahisəli bağ sahəsinin etibarnamə əsasında alqı-satqısının ilk iddiaçı ilə Cavabdeh2 arasında baş tutduğu müəyyən edilir. Bu o deməkdir ki, bu hissədə iddia cavabdeh İddiaçı münasibətdə ümumiyyətlə əsaslı deyildir. Digər tərəfdən ilk iddiaçı bağ sahəsini 67000 manata aldığını iddia etsə də, Cavabdeh2 məhz həmin məbləğdə pul vermiş olduğunu sübut edə bilməmiş, Cavabdeh2 isə bağı həmin məbləğə deyil, 13260 manata satdığını bildirmişdir (etiraf etmişdir). Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh2 13260 manat məbləği tutularaq ilk iddiaçıya ödənilməlidir. İlk iddianın “maddi ziyana görə 129426 manat pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə ilk növbədə qeyd edir ki, bu hissədə tələb edilən pul bağ sahəsinə edilən yaxşılaşdırmaların dəyərinə dairdir. Müvafiq məhkəmə aktları ilə bağ sahəsinin İddiaçı verilməsinin qərara alındığı müəyyən edilmişdir. İşin qeyd edilən bu halı həmin yaxşılaşdırmalardan məhz İddiaçı faydalanacağını göstərməklə yanaşı, iddianın Cavabdeh2 münasibətdə əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər; yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin məhkəmə araşdırması zamanı təyin edilən ekspertiza rəyləri ilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikintitəmir işlərinin ümumi dəyərinin təqribən 75866,2 manat məbləğində olduğu, o cümlədən tikililərin içərisində 4682 manat məbləğində təmir və bərpa işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin yaxşılaşdırmaların əmlaka zərər yetirmədən ondan ayrılması da mümkün deyildir. Odur ki, məhkəmənin qənaətinə görə, bağ sahəsində həyata keçirilən yaxşılaşdırmaların əvəzi kimi cəmi 80548,22 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutulub ilk iddiaçı Cavabdeh1 ödənilməlidir. Bağ sahəsində əkilmiş ağac və kollara gəldikdə isə, məhkəmənin qənaətinə görə, onların əmlaka zərər yetirmədən ondan ayrılması mümkündür. Bu mənada məhkəmə hesab edir ki, həmin yaxşılaşdırmaları bağ sahəsindən ayıraraq özün saxlamaq hüququnun olduğu ilk iddiaçı Cavabdeh1 izah edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, cavabdeh İddiaçı “bağ sahəsində aparılan yaxşılaşdırmaların bir qisminin onun tərəfindən həyata keçirilmiş olması” dəlillərini də əsassız hesab etmişdir. Əvvəla o, həmin halları biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən İddiaçı bağ sahəsini xx.xx.2009-cu il tarixdə etibarnamə əsasında Cavabdeh2 satmış, xx.xx.2011-ci il tarixdə həmin bağa aid torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin çıxarışdan torpaq sahəsinin üzərində hər hansı tikilinin mövcudluğu müəyyən edilmir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 16, 157, 425, 560, 1091-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, ilkin iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir.
24. Apellyasiya şikayətinin dəlillərinə görə, Məhkəməmülki işin həllinə Azərbaycan Respublikası Mülki məcəlləsinin 139.1, 139-1.1.10.2, 146.1, 152.8, 180-ci madələrini tətbiq etməli olduğu halda, əsassız olaraq bu Məcəllənın 16.1, 425.1, 560.1-560.2, 560.3.2, 560.3.4. 1091 və 1092.1-cimaddələrini tətbiq etmişdir. Əvvəla qeyd edilməlidir ki, Bakı şəhərı Binəqədi rayon məhkəməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 2(001)-35/2025 nömrəli qətnaməsinin məzmunundan onu qəbul etmiş hakimin Cavabdeh2 və ilk iddiaçı Cavabdeh1 oğluna münasibətdə işın nəticəsində açıq-aşkar maraqlı olduğunu, hatta işdə həmin şəxslərin tərəfindən çıxış etdiyini görməmək mümkün deyildir. Odur ki, hakimin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Digər tərəfdən, qanunsuzluğuna və əsassızlığına istinad edilən qətnaməni qəbuletmiş hakimilk iddiaçı Cavabdeh1 1362V nömrəli bağ sahəsini İddiaçı adından Cavabdeh2 tərəfindən ona verilmiş etibarnamə əsasında Cavabdeh2 satın aldığını işin mübahisəsiz halı kimi qiymətləndirməklə, qətnamədə Cavabdeh1 həmin bağ sahəsini etibarnamə əsasında satın aldığını dəfələrlə vurğulamışdır. Halbuki, adına etibarnamə verilən şəxs etibarnamə verən şəxsi təmsil etmək hüququndan savayı özü üçün hər hansı hüquq, o cümlədən əmlak hüququ (hətta əmlakdan istifadə hüququ) əldə etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə etibarnamə bır şəxsin üçüncü şəxs qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Vəkalət verəni təmsil edən şəxsin ona verilmiş səhahiyyətlərdən istifadə etməsi yalnız üçüncü şəxslərə münasibətdə hüquqi nəticə yaradır. Bunlardan əlavə qeyd etmək lazımdır ki, ilk iddiaçı Cavabdeh1 məhkəmədə iddia tələbi üzrə izahat verərkən ailəsi ilə yaşadığı 1362V nömrəli bağ sahəsindəki fərdi yaşayış evinin İddiaçı məxsus olmasını, həmin evin İddiaçı tərəfindən inşa edildiyini, lakin o, həmin evdə boya, oboy, tavana, sanitar qovuşağa lambir vurulması işlərini gördüyünü, evin çıxışına bir ədəd taxta qapı və mansardaisə 2 ədəd plastik pəncərə qoyduğunu göstərmişdir. İşin qeyd edilən halları Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 iş üzrə verdiyi 08 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/9033 nömrəli ekspert rəyində də öz əksini tapmışdır. Belə ki, həmin rəyin 2-ci səhifəsində “X17” bölməsində qeyd edilmişdir ki, tədqiqat Bakı şəhəri Binəqədi rayon Goradıl kəndində yerləşən 1362V saylı bağ sahəsindəki tikililər üzrə aparılır. Tədqiqatın aparılması üçün tədqiq olunan tikililərə tərəflərin iştirakı ilə baxış keçirilərək ölçü işləri aparılmışdır. Baxış zamanı tədqiq olunan ünvanda bir ədəd mansard mərtəbəsi olan birmərtəbəli yaşayış evinin və həyətyanı sahədə yarımçıq tikililərin olduğu müşahidə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həyətyanı sahədə yerləşən tikililərin içərisi təmirsiz vəziyyətdədir. Bununla belə, İddiaçıBalağa oğlunun iddia ərizəsı üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsində başlanmış 2(001)-3275/2021 saylı mülki işin materiallarına əlavə edilmiş Binəqədi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, BRB/455 nömrəli arayışda Bakı şəhəri, Binəqədi rayonu Göradil bağ massivi ünvanda yerləşən 1362V nömrəlı bağ evində Cavabdeh1 Ramız oğlunun, X23. X10, X11, X2, Paşazadə Ramiz Famiz oğlunun, X12 və X8 xx.xx.2014-cü il tarixdən 24 il müddətinə verilmiş etibarnamə əsasında yaşadıqları göstərilmişdir. Göründüyü kimi, həmin fərdi yaşayış evi hələ xx.xx.2014-cü ilədək mövcud olmuş və yaşayış üçün hazır vəziyyətdə olduğundan ilk iddiaçı Cavabdeh1 xx.xx.2014-cü il tarixdən ailə üzvləri ilə həmin evdə yaşamağa başlamışdır. Bununla belə, mülkiyyət hüququ üzrə İddiaçı məxsus, Bakı şəhərı, Binəqədi rayonuGöradil bağ massivindəki 1362V nömrəli bağ sahəsində yerləşən bir mərtəbəli mansardlı fərdi yaşayış evinin hələ xx.xx.2014-cü ilədək, yəni, Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2014cü il tarixli etibarnamə Cavabdeh1 verilənədək mövcud olmuşdur ki, Cavabdeh1 iddia ərizəsində, iddia ərizəsi üzrə verdiyi izahatında və ümumiyyətlə bütün yazılı müraciətlərində xx.xx.2014-cü il tarixdən ailəsi ilə həmin fərdi yaşayış evində yaşadıqlarını göstərmişdir. Elə Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin məzmunu ilə də İddiaçı mülkiyyətində olan və Bakı şəhəri Binəqədi rayonu Göradil bağ massivindəki 1362V nömrəli bağ sahəsində yerləşən fərdi yaşayış evinin həmin tarixədək mövcud olması təsdiq edilmişdir. Belə ki, Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilərək ilk iddiaçı Cavabdeh1 adına verilmiş xx.xx.2014-cü il tarixli etibarnamədə Cavabdeh1 Bakı ş. Binəqədi r. Goradil ərizəsində yerləşən 0,12 ha olan 1362 V saylı bağ sahəsi üzərində olan tikilini özəlləşdirmək səlahiyyəti də verilmişdir. Bunlarla yanaşı, 2009-cu ilədək Binəqədi rayonu Goradil kəndi ərazisində yerləşən 1362V nömrəli bağ sahəsi üzərində fərdi yaşayış evi tikilisinin, habalə sex tikilisinin mövcudluğu sputnik görünutüsü ilə də təsdiq edilmişdir. Göründüyü kimi, mülkiyyət hüququ üzrə QədirovAğası Balağa oğluna məxsus, Bakı şəhəri, Binəqədi rayonu Göradil bağ massivindəki 1362V nömrəli bağ sahəsində xx.xx.2014-cü ilədək birmərtəbəli mansardlı fərdi yaşayış evinin mövcud olması yuxarıda sadalanan mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-35/2025 nömrəli qətnaməsinin 15-ci səhifəsinin 4-ci abzasında əsassız olaraq qeyd edilmişdir ki, İddiaçı bağ sahəsini xx.xx.2009-cu il tarixdə etibarnamə əsasında Cavabdeh2 satmış, xx.xx.2011-ci il tarixdə həmin bağa aid torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin çıxarışdan torpaq sahəsinin üzərində hər hansı tikintinin mövcudluğu müəyyən edilmir. Göründüyü kimi, yuxarıda istinad edilən sübutlarla, eləcədə ilk iddiaçı X13 bağ sahəsini alarkən orada bir mərtəbəli fərdi yaşayış evinin olmasına, həmin evdə onun tərəfindən yalnız yuxarıda göstərilən təmir işlərini apardığını göstərməsini baxmayaraq, hakim qərəzlı və əsassız olaraq bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınarkən həmin bağ sahəsinə aid torpaq sahəsi üzərində hər hansı tikıntının olmamasını öz qətnaməsində qeyd etmişdir. Bunlardan başqa, qeyd edilməlidir ki, yuxarıda istinad edilən Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 iş üzrə verdiyi 08 yanvar 2025-ci il tarixli, 3- 16-16/2-10/9033 nömrəli ekspert rəyində göstərilmişdir ki, baxış zamanı tədqiq olunan ünvanda bir ədəd mansard mərtəbəsi olan birmərtəbəli yaşayış evinin və həyətyanı sahədə yarımçıq tikililərin olduğu müşahidə edilmişdir. Həmin rəydə həmçinin qeyd edilmişdır ki, həyətyanı sahədə yerləşən tikililərin içərisi təmirsiz vəziyyətdədir. Yarımçıq tikili ilə bağlı qeyd etmək lazımdır ki, ilk iddiaçı Cavabdeh1 maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsində qeyd etmişdir ki, məhkəmə qətnaməsi (Bakı şəhəri Binəqədirayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3275/2021 nömrəli qətnaməsi nəzərdə tutulmuşdur) ilə müəyyən edilmişldir ki. Binəqədi rayonu Goradil bağ massivində yerləşən məhz 1362V saylıbağ evinə görə onun tərəfindən cavabdehə (burara Cavabdeh2 nəzərdə tutulmuşdur.) 67000 manat pul ödənilmişdir. Bununla belə, ilk iddiaçı Cavabdeh1 Ramız oğlu həmin idda ərizəsinə «Bakı Torpaq MMC tərəfindən tərtib edilmiş “Binəqədi rayonu, Goradil kəndi, 1362v saylı bağ sahəsində tikintisi nəzərdə tutulan tərdi vaşayış evinin memarlıq planlaşdırma bölməsini əlavə edərək tikilməsi nəzərdə tutulan fərdi yaşayış evinin tikintisi və torpaqda aparılmış yaxşılaşdırma işləri üçün xərclənmiş 129429,7 manat məbləğində pulun, ümumilikdə isə 196426 manat (67000+129426- 196426) manatın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin «Binəqədi rayonu, Göradil kəndi,1362v saylı bağ sahəsində tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin tikintisinə başlanaraq yalnız 1-ci mərtəbəsinin beton və hörgü işləri icra edilmişdir. İddiaçı adına"xxxx" MMC tərəfindən tərtib edilmiş 1362v saylı bağ sahəsində tıkıntısı nəzərdə tutulan fərdi yaşayış evininin memarlıq planlaşdırma bölməsində təsvir edilmiş fərdi yaşayış evinin sxem və fotoşəkili ilə, həmin bağ sahəsində birinci mərtəbəsinin beton və hörgü işləri tamamlanmış yarımçıq tikili eynilik təşkil edir. Həmin tikinti layihəsi İddiaçı adına tərtib edilsə də, onun inşası ilk iddiaçı Cavabdeh1 tərəfindən icra edilmişdir. Lakin bununla bağı onu qeyd etmək lazımdır ki, həmın layihə üzrə tikinti işləri ilk iddiaçı X34 tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması ilə özbaşına aparılmaqla, İddiaçı adından onun adına 27.06. 2014- cü il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində verilmiş etibarnamə ləğv edildikdən, eynı zamanda Bakı şəhərı Binəqədi rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(001)- 3275/2021 nömrəli qərardadıilə bağ sahəsindən istifadə edilməsının Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi barədə qərardad icrayə yönəldikdən sonraaparıldığından, ilk iddiaçı Cavabdeh1 həmin tikintiyə çəkdiyi xərcləri birləşdirilmiş ış üzrə iddaçı İddiaçı tələbetmək üçün subyektiv hüquqa malik olmamışdır. İstər Bakı şəhəri Yasamal rayon məhkəməsində, istərsə də, Binəqədi rayon məhkəməsində həmin iddia ərizəsinə baxılarkən dəfələrlə tərəfimizdən məhkəməyə yazılı vəsatət təqdim edilərək, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin nə zaman, kim tərəfindən və hansı materiallardan inşa edilməsini müəyyənləşdirmək üçün həmin evin tikintisində usta və fəhlə qismində iştirak etmiş şəxslərin iş üzrə şahid qismində dindirilməsını xahiş etsə də, vəsatət nəinki təmin edilməmiş, hətta vəsatətə əhəmiyyət verilməməklə, münasibət bildirilməmişdir. Binəqədi rayon məhkəməsində hazırkı üzrə hazırlıq iclasları keçirilərkən eynı yazılı vəsatətlə tərəfimizdən iki dəfə X41yə müraciət edilməklə,eyni zamanda bağ sahəsinə yerində baxış keçirilməsi xahiş edilmişdır. X41 vəsatətlərə baxacağını bildirsə də, baxmamış və onlara münasibət belə bildirməmiş, hətta vəsatətlər mülki işə əlavə edilməmişdir. Eyni zamanda hakimə təqdim edilmiş mütəxəssis rəyinə hakim münasibət bildirməməklə, rəyin tədqiq edilməsını təmin etməmiş, ona qanunla müəyyən edilmiş qaydada qiymət verməmiş və onu işə əlavə etməklə kifayətlənmişdir. Halbuki hakim vəsatətlərə baxıb, iş üzrə həqiqətin müəyyən edilməsi üçün şahidlərin dindirilməsini təmin etsəydi və zərurət yarandığı təqdirdə isə mübahisə predmeti olan bağ sahəsinə və üzərindəki tikililərə yerində baxış keçirsəydi iş üzrə obyektiv nəticəyə gələ bilərdi. Hakimin ilk iddiaçı Cavabdeh1 və Cavabdeh2 münasibətdə işin nəticəsində açıq-aşkar maraqlı olmasına kifayət qədər şübhələr olduğundan, bırləşdirilmiş iş üzrə İddiaçı nümayəndələri tərəfindən dəfələrlə hakiməedilmış yazılıetirazlar əsassız elan edilərək təmin edilməmişdir. Hakimə edilmiş etirazlara və onun hərəkətlərindən yuxarı məhkəmə instansiyalarına verilmiş şikayətlərə görə hakim daha da qərəzlı davranışlar nümayəş etdirməklə, iş üzrə yalnız 05 mart 2025ci il tarixdə bir baxış iclası təyin edərək, məhkəmə çıxışına hazırlaşmaq üçün İddiaçı nümayəndələrinə vaxt belə vermədən yekun məhkəmə aktını xx.xx.2025-ci il tarixdə elan edəcəyini bildirib, məhkəmə iclasını bağlı elan etmişdir. Bunlardan əlavə qeyd edilməlidir ki, QədirovAğası Balağa oğlunun mülkiyyətində olan 1362v nömrəli bağ sahəsində tərəflərdən kimin hansı tikinti işlərini görməsi, habelə nə kimi yaxşılaşdırmalar etməsi müəyyənləşdirilmədən hakim məhkəmə tikinti-texniki ekspertizaların təyin edilməsi barədə qərardadlarında əsassız olaraq bir başa ekspert qarşısında ilk iddiaçı Cavabdeh1 bağda mövcud olan tikililərin inşasına nə qədər xərc çəkməsinə dair suallar qoymuşdur. Ekspertlər isə bağ sahəsində kimin hansı işləri görməsinin məhkəmə tərəfindən müəyyənləşdirilməli olmasını rəylərdə qeyd etsələr də, hakimişin bu hallarını araşdırmaqdan məqsədli olaraq yayınmışdır. Baxmayaraq ki, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclaslarında hakimə hər dəfə yazılı vəsatət verib 2007-2008-ciillərdə bağ sahəsində İddiaçı və onun nümayəndəsi olan atası X32 tərəfindən inşa edilmiş birmərtəbəli mansardlı evin, habelə tamet daşları istehsal edən sexin tikintisində və tamet daşlarının istehsalında iştrak etmiş usta və fəhlələrin adları, ünvanları və telefon nömrələri göstərilməklə, onların iş üzrə şahid qismində dindirilməsini xahiş etsə də, X41 vəsatətləri qəbul edib həmin şəxslərin baxış iclaslarında dindiriləcəyini bildirmiş, lakin nəinki həmin şəxslərin dindirilməsini təmin etməmiş, heç vəsatətləri belə işə əlavə etməmişdir. Bununla bağlı o da qeyd edilməlidir ki, ilk iddiaçı Cavabdeh1 iddia ərizəsi hələ Yasamal rayon məhkəməsində baxılarkən eyni vəsatətlə Yasamal rayon məhkəməsinə müraciət etmişdik.İş Binəqədirayon məhkəməsinə göndərildiyindən vəsatətin təmin olunması mümkün olmasa da, vəsatət işə əlavə edilmişdir və 1-ci cild, 106 səhifədə tikilmişdir. Lakin X41 ona yuxarıda qeyd edilən məhkəmə hazırlıq iclaslarında təqdim etdiyi 4 ədəd anoloji vəsatətə baxmamaqla yanaşı işə əlavə etməmişdir. Binəqədi rayon məhkəməsinin hakimiFərid Hətəmzadənin iş üzrə qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 425.1, 560.1-560.2, 560.3.2, 560.3.4. 1091 və 1092.1-ci maddələrinə istinad etməklə, heç bir sübuta əsaslanmayan mülahəzələr yürüdərək, birləşdirilmiş iş üzrə İddiaçı ziyan vurmaqda, hüquqdan sui-istifadə etməkdə və əsassız varlanmada ittiham etməsi, qanunsuz və yolverilməz olmaqla, heç-bir sübutla təsdiq edilməyən əsassız şəxsi mülahizələrdən ibarətdir. Bunlardan başqa, xüsusi olaraq qeyd etmək lazımdir ki, Cavabdeh2 İddiaçı məxsus bağ sahəsini və üzərindəki fərdi yaşayışevini Cavabdeh1 istifadəsinə verib, ondan qanunsuz olaraq 67000 manat pul alması onun özünün dolayı yolla etiraf etməsi ilə yanaşı, digər sübutlarla təsdiq olunmasına baxmayaraq, X41 formal olaraq Cavabdeh1 Cavabdeh2 67.000 manat pul verməsini sübut edə bilmədiyini qeyd etməklə, açıq-aşkar Cavabdeh2 maddi məsuliyyətdən yayındırmışdır. Bununla belə, birləşdirilmiş iş üzrə İddiaçı bağda tikdiyi 30 kv.metr həcmində tamet daşları istehsal etmək üçün sexin Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməsi, çoxsaylı daş qəlibləri, daş qıran, beton qarışdıran müxtəlif mühərriklər və lazım olan sair qurğu və avadanlıqların və hazırlanmış tamet daşlarının mənimsənilərək ona 35000 manatdan artıq maddı ziyan vurulmasına dair sübutlar təqdim etməyə baxmayaraq, hakim sübutlara qərəzli qiymət verməklə, əsassız olaraq iddianı təmin etməmişdir.
25. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları düzgün araşdırmamış, qeyd etdiyim xüsusatlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. İddia ərizəsində göstərilmiş xüsusatların heç bir hüquqi əsası yoxdur, qeyd edilmiş xüsusatlar tamamilə formal faktlardan ibarətdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibraət 1362V nömrəli bağ sahəsini İddiaçı alıb daha sonra təcili pul lazım olduğuna görə dəyərindən də bir neçə dəfə ucuz qiymətə Cavabdeh1 satmışdır. Həmin bağ sahəsini Cavabdeh1 satan zaman bağ sahəsinin İddiaçı adına almış olduğu çıxarışı ona təqdim edərək gələcəkdə həmin bağ sahəsi üzərində hər hansı bir mübahisənin çıxmaması üçün sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməsini ona izah etmişdir. Hətta bir müddət sonra Cavabdeh1 sözügedən bağ sahəsini öz adına rəsmiləşdirib rəsmiləşdirmədiyini soruşduqda ona artıq bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Əslində Cavabdeh1 öz işinə məsuliyyətsiz və laqeyd yanaşaraq sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Həmçinin bildirir ki, Cavabdeh1 həmin bağ sahəsini ondan satın aldıqdan sonra orada təmir-tikinti, bərpa işləri həyata keçirmiş və uzun müddət ailə üzvləri ilə birlikdə həmin bağ sahəsində yaşamışdır. Bundan başqa nəzərinizə çatdırmaq istəyir ki, iddiaçının bu iddianı vermək üçün subyektiv hüququ yoxdur. Çünki, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə də sübuta yetirilmişdir ki, alqı-satqı müqaviləsi olmadan yalnız baş etibarnamə ilə sözügedən bağ sahəsinin satışı etibarlı əqd hesab olunmur. Yəni, bağ sahəsinə dair iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi olmadığı üçün bağ sahəsinin X24 mülkiyyətində olduğunu sübut edən etibarlı əqd yoxdur. Dolayısıyla, AR MPM ilə etibarsız əqdlər istinad mənbəyi hesab edilmədiyi üçün, yəni bağ sahəsinin tərəfindən verilməsinin konkret hüquqi tərəfi müəyyən edilmədiyindən ondan 13260 manat məbləğində pul vəsaitinin tutulması heç bir hüquqi əhəmiyyət kəsb etməməkdədir. Eyni zamanda, məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli ondan alınaraq bağ sahəsinin əvvəlki sahibi İddiaçı verilmişdir. Beləliklə, bağ sahəsinin hüquqi sahibi qismində İddiaçı sonra məhkəmə məni bağ sahəsinin mülkiyyətçisi qismində tanımadığından hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tamamilə əsassızdır. Həmçinin iddianın tamamilə əsassız olduğunu göstərən başlıca amillərdən biri də iddiaçının uzun illərsözügedən bağ evində yaşaması, lakin bağ sahəsini öz üzərinə rəsmiləşdirməməsidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh X14 apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə cavabdeh İddiaçı, birləşdirilmiş iş üzrə İddiaçı mövqeyinə görə mülkiyyətində olan bağ sahəsindəki tikinti-təmir işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla qanunsuz aparıldığından, həmin tikintitəmir və artırmalar cavabdehlərin hesabına sökülərək bağ sahəsindən çıxarılmalıdır. İşin hallarından həmçinin görünür ki, bağ sahəsinin qaytarılması ilə bağlı məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra ilk iddiaçı Cavabdeh1 Cavabdeh2 əvəzli qaydada aldığı bağ sahəsi üçün ödədiyi pulun, habelə orada həyata keçirdiyi yaxşılaşdırmaların dəyərinin qaytarılmasına dair iddia qaldırmışdır. O da müəyyən edilir ki, birləşdirilmiş iş üzrə İddiaçı bağ sahəsini geri tələb edən zaman orada aparılan tikinti-təmir işlərinin qanunsuzluğunu irəli sürməmiş, aparılan işlərin sökülməsini istəyini bildirməmişdir və yalnız ona qarşı hazırkı iddia tələbinin irəli sürülməsindən sonra, əvvəlcə iddianı qəbul etməyərək ona etiraz etmiş, bir müddət sonra isə hazırkı mülki işdə baxılan iddia tələbini irəli sürmüşdür. Bu mənada məhkəmə haqlı olaraq qeyd etmişdir ki, bağ sahəsində aparılan yaxşılaşdırmaların onun dəyərini əhəmiyyətli dərəcədə qaldırdığı nəzərə alınaraq, ilk iddia üzrə cavabdeh A.Qədriov, birləşdirilmiş iş üzrə İddiaçı əvvəldən bu cür iddia vermək niyyətinin olmadığı, lakin sonradan sırf ilk iddiaçı Cavabdeh1 tələb hüququnu aradan qaldırmaq (iddiasının rəddinə nail olmaq) məqsədilə hazırkı iddia tələbini irəli sürmək qərarını verdiyi qənaətinə gəlinməsi hazırkı işin faktiki halları baxımından daha məntiqlidir. Başqa sözlə, məhkəmənin qənaətinə görə, birləşdirilmiş iş üzrə İddiaçı mülkiyyətçi kimi bu cür tələb irəli sürmək hüququ olsa da, o, bu hüququndan ilk iddiaçı Cavabdeh1 tələb hüququnu aradan qaldırmaq məqsədilə, başqa sözlə ona ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. Eyni zamanda onun, bağ sahəsini etibarnamə əsasında satdığı, uzun müddət torpaq sahəsi ilə maraqlanmadığı, orada aparılan tikinti-təmir işlərinə etiraz etmədiyi halda, illər sonra orada ilk iddiaçının xeyli pul vəsaiti və zaman sərf etməklə ərsəyə gətirdiyi yaxşılaşdırmaların sökülməsini tələb etməsi yönündəki hərəkətləri bağ sahəsinə vaxtilə etibarnamələr əsasında faktiki yiyələnmiş cavabdehlərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara da zidd olmuşdur. Göstərilənlərə əsasən, xüsusilə ilk iddiaçı Cavabdeh1 hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etməsindən sonra birləşdirilmiş iş üzrə İddiaçı da müvafiq iddianı qaldırmasını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə belə qənaətdədir ki, birləşdirilmiş iş üzrə iddiaçı mülki qanunvericiliyin hüquqdan sui-istifadə qadağasına dair tələbini pozmuşdur və buna görə də o, hər nə qədər mülkiyyətçi olsa da, hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. İşə əlavə edilmiş sənədlərdən, habelə İddiaçı adına verilmiş çıxarışdan, “Plan və ölçü” sənədindən görünür ki, bağ sahəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsi sonradan mülkiyyət hüququ üzrə onun adına qeydə alınsa da, həmin vaxt orada hər hansı tikili, fərdi yaşayış evi olmayıb. Beləliklə də birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “tikililərin sökülməsi” tələbi əsassız hesab edilmişdir. Bununla da Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2025 saylı mülki iş üzrə 07 mart 2025-ci il tarixli Qətnaməsi İddiaçı iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə tamamilə əsaslı, məntiqli və qanuni olmuşdur. Cavabdeh2 münasibətdə iddia tələbi İlk iddia tələbinin bu hissədə məhkəmə iddiaçı Cavabdeh1 iddia tələbinin qismən əsaslı olduğunu qeyd etmişdir. Belə ki, əvvəla mübahisəli bağ sahəsinin etibarnamə əsasında alğı-satqısının ilk iddiaçı ilə Cavabdeh2 arasında baş tutduğu müəyyən edilir. İlk iddiaçı Cavabdeh1 bağ sahəsini 67000 manata aldığını iddia etsə də, Cavabdeh2 məhz həmin məbləğdə pul vermiş olduğunu sübut edə bilməmiş, Cavabdeh2 isə bağı həmin məbləğə deyil, 13260 manata satdığını bildirmişdir (etiraf etmişdir). Buna görə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 13260 manat məbləği tutularaq ilk iddiaçıya ödənilməlidir. Hesab edirik ki, bu hissədə də Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2025 saylı mülki iş üzrə 07 mart 2025-ci il tarixli Qətnaməsi əsaslı olmuşdur. Təmir-tikinti işləri ilə bağlı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2230 saylı 08 avqust 2022-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75866,2 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10125 saylı 12 mart 2024-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən ağacların və dekorativ bitkilərin orta bazar qiyməti təxminən 6880 manat məbləğində müəyyən edilmişdir. Eləcə də AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9033 saylı 08 yanvar 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsində yerləşən tikililərin içərisində aparılmış təmir və bərpa işlərinin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 4682 manat məbləğində müəyyən olunmuşdur. “Azərkurortlayihə” SC-nin “Binəqədi rayonu, Goradil kəndi, 1362V saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin hal-hazırdakı tikinti vəziyyətinin smetası”nın surətindən görünür ki, sözügedən bağ sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə cəmi 129426 manat xərc çəkilmişdir. Binəqədi Rayon Məhkəməsi haqlı olaraq vurğulamışdır ki, həmin yaxşılaşdırmaların əmlaka zərər yetirmədən ondan ayrılması da mümkün deyildir. Odur ki, bağ sahəsində həyata keçirilən yaxşılaşdırmaların əvəzi kimi cəmi 80548,22 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutulub ilk iddiaçı Cavabdeh1 ödənilməlidir. Bağ sahəsində əkilmiş ağac və kollara gəldikdə isə, məhkəmənin qənaətinə görə, onların əmlaka zərər yetirmədən ondan ayrılması mümkündür. Bu mənada məhkəmə hesab etmişdir ki, həmin yaxşılaşdırmaları bağ sahəsindən ayıraraq özün saxlamaq hüququnun olduğu ilk iddiaçı Cavabdeh1 izah edilmişdir. Eləcə də AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5507/2022 nömrəli 21 dekabr 2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, bağ sahəsinə çəkilmiş xərclər və aparılmış tikinti işləri ilə bağlı Cavabdeh1 mənafeləri nəzərə alınmamış və onun hüquqları pozulmuşdur. Bu səbəbdən də Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)-4172/2022 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.
29. Cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh (onunn nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.2. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin -ci Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətləri ilə qətnamənin iddianın təmin olunduğu hissələrdə ləğv edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə iddianın təmin olunduğu hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
35. Məhkəmə kollegiyası İddiaçı iddiasının rədd, Cavabdeh1 iddiasının qismən olunması ilə bağlı birinci instansiya məhkəməsinin apardığı araşıdırma və qiymətləndirmə ilə razılaşır, əlavə araşdırma aparılmasına zərurət görmür və apellyasiya şikayətinin dəlillərini işin halları ilə birgə nəzərdən keçirərək qeyd edir ki, əvvəllər də tərəflər arasında digər mübahisələr olmuş və həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş qərarlar mövcuddur.
36. Məhkəmə kollegiyası həmin işlər üzrə çıxarılmış məhkəmə aktlarını bir daha tədqiq edərək qeyd edir ki, həmin işlərə baxılarkən A.B. Qədirov tərəfindən mübahisəli predmeti olan torpaq sahəsində onun tərəfindən hər hansı bir tikilinin inşa olunduğu və hazırkı iddianın əsasını təşkil edən digər hallar qeyd olunmamışdır. Hətta, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi birləşdirilmiş iş üzrə iddiaçı bağ sahəsini geri tələb edən zaman orada aparılan tikinti-təmir işlərinin qanunsuzluğunu irəli sürməmiş, aparılan işlərin sökülməsini istəyini bildirməmişdir və yalnız ona qarşı hazırkı iddia tələbinin irəli sürülməsindən sonra, əvvəlcə iddianı qəbul etməyərək ona etiraz etmiş, bir müddət sonra isə hazırkı mülki işdə baxılan iddia tələbini irəli sürmüşdür. Buna görə məhkəmə kollegiyası da bu nəticəyə gəlir ki, iddiaçının əvvəldən bu cür iddia vermək niyyətinin olmadığı, lakin sonradan sırf ilk iddiaçının tələb hüququnu aradan qaldırmaq (iddiasının rəddinə nail olmaq) məqsədilə hazırkı iddia tələbini irəli sürmək qərarını verdiyi qənaətinə gəlinir.
37. İddiaçı apellyasiya şikayətinin əsasları kimi ona istinad edir ki, bağ sahəsindəki fərdi yaşayış evinin ona məxsus olması, onun tərəfindən inşa edilməsi və digər hallar 08 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/9033 nömrəli ekspert rəyində də öz əksini tapmışdır. Lakin həmin rəyi nəzərdən keçirərkən görünür ki, rəydə bir ədəd mansard mərtəbəsi olan birmərtəbəli yaşayış evinin və həyətyanı sahədə yarımçıq tikililərin olduğu, həyətyanı sahədə yerləşən tikililərin içərisinin təmirsiz vəziyyətdə olması qeyd olunur. Lakin rəydə göstərilən bu hallar tikililərin onun tərəfindən inşa, təmin olunmasını təsdiq etmir.
38. Digər bir əsas kimi İddiaçı ona istinad edir ki, Cavabdeh1 adına verilmiş xx.xx.2014-cü il tarixli etibarnamədə Cavabdeh1 Bakı ş. Binəqədi r. Goradil ərizəsində yerləşən 0,12 ha olan 1362 V saylı bağ sahəsi üzərində olan tikilini özəlləşdirmək səlahiyyəti də verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan əsas da torpaq sahəsində apellyator tərəfindən ev inşa olunması faktını təsdiq edə bilməz. Torpaq alqı – satqı bazarında uzun illər formalaşmış praktiki belədir ki, mülkiyyət hüququnu təsdiq edən sənəd olmadıqda digər hüquq müəyyənedici sənədlərlə (sərəncam, qərar və s.) torpaq sahəsi üzərində hüquqları olan şəxs həmin torpaq sahəsini digər şəxsə satarkən təbii ki, rəsmi alqı – satqı müqaviləsi bağlaya bilmir və etibarnamə vermək məcburiyyətində qalır, torpaq sahəsi üzərində gələcəkdə ev tikildiyi təqdirdə həmin ev üzərində də hüquqların qeydə alınmasında çətinlik yaranmasın deyə, bu tipli etibarnamələrin əksəriyyətində bu səlahiyyət əksini tapır.
39. Torpaq sahəsindəki tikinti işlərinin aparılmasının, ağacların əkilməsinin müvəqqəti təmint tədbiri barədə qərardadın icrasında, etibarnamə ləğvedildikdən sonra həyata keçirilməsi ilə bağlı apellyasiya şikayətində göstərilən arqumentlər formal mülahizələrdir və işin halları ilə təsdiqini tapmır.
40. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə münasibət bildirilməməsi ilə məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, ekspert rəyi mütəxəssis rəyinə münasibətdə daha mötəbər sübut hesab olunur, ən azı ona görə ki, ekspert bilə bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilər və bununla bağlı xəbərdar edilir, lakin mütəxəssisin belə bir məsuliyyəti yoxdur. Digər tərəfdən məhkəmə kollegiyası ekspert rəylərini tədqiq edərək qeyd edir ki, birinci instansiya tərəfindən işin hallarının obyektiv araşıdırması məqsədilə bütün zəruri suallar ekspert qarşısında qoyulmuş və düzgün tədqiqat aparılaraq cavablandırılmışdır. İş materiallarında olan tikililərin vəziyyətinə dair fotoşəkillərə nəzər yetirdikdə də məlum olur ki, İddiaçı tərəfindən təqdim olunmuş mütəxəssis rəyində göstərilən rəqəmlər həqiqətə uyğun deyildir və əsaslandırılmamışdır.
41. Digər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərə birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı araşdırma aparılaraq düzgün qiymət verildiyindən məhkəmə kollegiyası yenidən bu dəlillərə qiymət verilməsinə zərurət görmür və apellyasiya şikayətini əsassız hesab edir.
42. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(001)-35/2025 nömrəli qətnaməsindən iddiaçı (digər mülki iş üzrə cavabdeh) İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(001)-35/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.