Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-2978/2025 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mühafizə zonasında yerləşən tikili, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və tikili») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2025 saylı, ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən Cavabdeh aid tikilinin İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edildiyi qeyd olunub.
2. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli qərarına əsasən (sonrakı qərar əsasında azaldılmış ölçüdə) ona ayrılmış, faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyiişdirilmədən saxlanılıb, Ali Məhkəmənin ##.##.2026-cı il tarixli 2-1(1-8)-1137/2026 qərardadı ilə üçüncü şəxslər İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kassasiya şikayətləri mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilib. Qərar qanuni qüvvəsini alıb.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Cavabdeh qarşı özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh * saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 398334.260 4478212.755;
2. 398348.719 4478219.434; 3. 398359.877 4478197.746; 4. 398345.733 4478190.753 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
4. İddiada göstərilib ki, cavabdeh Cavabdeh tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, * saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neftqaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. ## ######## 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X1 Bi.Vi. və ARDNŞ-nin Ortaq Şirkəti (“Podratçılar”) arasında saziş (bundan sonra – Saziş) imzalanmış və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Sazişin 2 və 8-ci maddələrinin və X1 Bi. Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X3 şirkətləri arasında imzalanmış X5 5-ci maddəsinin müddəalarına əsasən Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə, həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alqı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2025 saylı, ## #### 2025-ci il tarixli tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia tələbinin təmin edilərək cavabdeh Cavabdeh * saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 398334.260 4478212.755; 2. 398348.719 4478219.434; 3. 398359.877 4478197.746; 4. 398345.733 4478190.753 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçı İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, cavabdeh Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun İddiaçı Şirkətinin xeyrinə tutulması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X9, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE00000000000002088501 hesablaşma hesabına köçürülməsi, qətnamənin həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısı alınmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş edib şikayətində göstərir ki, cavabdeh Cavabdeh məxsus fərdi yaşayış evinin olduğu torpaq sahəsi ona məxsusdur və buna dair aşağıdakı hüquqmüəyyənedici sənədlər vardır: - Bakı şəhər Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli qərarına əsasən ona torpaq sahəsi ayrılmışdır. Həmin qərarda qeyd edilir ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, “Binəqədineft” Neft və Qazçıxarma idarəsinin razılığını nəzərə alaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 500,0 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə Cavabdeh satılsın. Cavabdeh tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə Biləcəri bələdiyyəsinin BUSB Binəqədi rayon şöbəsində olan ********** saylı hesabına ödənilməsi barədə qəbzi Biləcəri bələdiyyəsinə təqdim etsin. Cavabdeh tapşırılsın ki, Bakı şəhər Memarlıq xidmətindən razılıq və Bakı şəhər torpaq şöbəsindən rəy alındıqdan sonra tikintiyə başlanılsın. Tikintiyə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sahənin eskizi və evin layihəsi müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra başlanılsın. Cavabdeh nəzərinə çatdırılsın ki, torpaq vergisi vaxtlı-vaxtında yerli büdcəyə ödənilməlidir. Qərarın bir surəti Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinə, bir surəti Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə, bir surəti Binəqədi rayon Yanğından mühafizə idarəsinə, bir surəti Binəqədi rayon GEM-ə verilsin. Qərarın icrasına nəzarət sədrin iqtisadi məsələlər üzrə müavini C.A.Rzayevə həvalə edilsin. Qeyd edilən ##.##.2004-cü il tarixli *** nömrəli qərarın həqiqiliyi və mövcudluğunun təsdiqi məqsədilə cavabdeh tərəfindən ## ### 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 3- 48-2F/2-Ə-2392-8-2573/2024 məktubunda qeyd edilir ki, * saylı Bakı Asan Xidmət Mərkəzindən daxil olmuş ##.##.2024-cü il tarixli müraciətinizə əsasən bildirirlər ki, vət. Cavabdeh barəsində Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2004cü il tarixli *** saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Həmin qərarın və ona əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surətləri 2(iki) vərəqdən ibarət Sizə göndərilir. Yenə Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2006-ci il tarixli ***/a nömrəli qərarında qeyd edilir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin *** saylı ##.##.2004-cü il tarixli qərarı ilə Bakı şəhər sakini Cavabdeh adına Biləcəri bələdiyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış 500,0 kv.m torpaq sahəsindən 300,0 kv.m öz adında qalmaqla, 200,0 kv.m torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən Cavabdeh adından ünvan 1 ünvanda yaşayan X10 adına sənədləşdirilsin və qərarın bir nüsxəsi Cavabdeh verilsin. Göründüyü kimi Bakı şəhər Biləcəri Bələdiyyəsi bu qərarı verərkən Bakı şəhər X6 İcrayyə Komitəsinin, Bakı şəhər İcra Hakimiyyəti memarının eləcə də “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığının olmasına əsaslanır. Təqdim edilən sənədlər içərisində cavabdeh Cavabdeh plan sxemi də mövcuddur. Cavabdeh Cavabdeh məxsus və “özbaşına tikili” adlandırılan fərdi yaşayış evi heç də qeyd edildiyi kimi özbaşına tikili olmamışdır. Təqdim edilən sənədlərdən o da görünür ki, məhkəmənin özbaşına tikili kimi sökülməsini qət etdiyi fərdi yaşayış evi yerləşdiyi rayonun İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Yəni cavabdeh Cavabdeh məxsus Fərdi yaşayış evinin layihəsi təsdiq edilərək razılaşdırılaraq Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının ## ###### 2015ci il tarixli **/**-**-**/Ə-**-*** saylı məktubu ilə təsdiq edilmişdir. Qeyd edilən hallar cavabdeh Cavabdeh həmin fərdi yaşayış evinə mülkiyyət əldə etməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 139-1-ci maddəsinin müvafiq normaları ilə cavabdeh öz mülkiyyət hüququnu müvafiq orqanda tanıtdırması üçün tam əsas mövcuddur. Belə bir halda fərdi yaşayış evinin özbaşına tikili hesab edilməsi qanunsuz və əsassızdır. Nəzərə alınmalı idi ki, cavabdeh Cavabdeh həmin yaşayış evinə mülkiyyət kimi gözlənti hüququ mövcudur. Binəqədi Rayon Məhkəməsi işə qiymət verərkən iş üzrə yuxarıda qeyd edilən Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin ##.##.2024-cü iltarixli *** nömrəli və ##.##.2006-ciiltarixli ***/a nömrəli qərarlarının hələ də qüvvədə olmasını nəzərə almamışdır. X8 Qərarı ləğv və ya etibarsız hesab edilmədiyindən onun həmin fərdi yaşayış evinə və ona olan hüquqlarının hələ də qüvvədə olması faktı nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ, II, IV hissələrində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (## #### 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). 33-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinin İ hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi, dəniz limanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası məqsədi ilə alınır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
22. Əvvəla, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli qərarına əsasən (sonrakı qərar əsasında azaldılmış ölçüdə) ona ayrılmış, faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyiişdirilmədən saxlanılıb, Ali Məhkəmənin ##.##.2026-cı il tarixli 2-1(1-8)-1137/2026 qərardadı ilə üçüncü şəxslər İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kassasiya şikayətləri mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilib. Məhkəmə aktları qanuni qüvvəsini alıb. Bu iş üzrə kassasiya instansiyası məhkəməsinin qərardadında göstərilib ki, kassasiya instansiyası məhkəməsinin bərabərlik və etimadın qorunması prinsipi ilə bağlı formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçıya verilmiş torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinə çıxarışlar verilməklə müxtəlif şəxslərin mülkiyyət hüququ hüququ qeydiyyata alındığından və həmin torpaq sahələrinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edildiyindən , iddiaçıya münasibətdə inzibati orqan bərabərlik hüququnun təməl prinsipini pozaraq fərqli mövqeyi nümayiş etdirmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.
23. Göründüyü kimi, hazırkı iddia üzrə də mübahisə predmeti olan, eyni torpaq sahəsinə və üzərində inşa olunmuş evə Cavabdeh mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulub və artıq cavabdeh sözügedən torpağın və üzərindəki evin mülkiyyətçisi hesab edilir. Buna baxmayaraq, iddiaçı həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin qanuni əsaslarla Cavabdehnna aid olmadığını düşünür. Lakin iddia ərizəsində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və iddianın mütləq təmin edilməli olduğuna səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməzdi. Çünki Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Konstitusiya və Konvensiya çərçivəsində müdafiə olunan və qorunan bir hüquqdur. Bu mənada cavabdeh olan mülkiyyəçinin mülkiyyətində olan evini öz hesabına sökülməsini və həmin evdən çıxarılmasını tələb etmək və bu iddianın da məhkəmə tərəfindən təmin edilməsi yolverilməz olardı. Əlbətdə ki, iddiaçı bu cür iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl bunun nə dərəcədə əsaslı və keçərli iddia olmasını, eləcə də torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qanuni əsaslarla cavabdehə məxsus olmasını özü üçün müəyyənləşdirməli idi.
24. Apellyasiya instansiyası məhkəməsi də razılaşa bilər ki, cavabdehin qanuni əsaslarla inşa etdiyi tikili iddiaçıya ayrılmış torpaq sahəsinə yaxın ərazi ola bilər, orada arzuolunmaz hadisələrin baş verməsi ehtimal oluna bilər. Ancaq iddiaçının sökülməsini tələb etdiyin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ məhz daşınmaz əmlakın Dövlət reyestrində yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən cavabdehin adına qeydə alınacaq. Demək ki, hazırki iddianın təmin olunması da Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (MM.m.140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (MM.m.148.2.). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (MM.m.149.2). Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsasən cavabdehin bu hüquqları müdafiə edilməli olduğundan hazırkı iddianın təmin edilməsi qüvvədə qala bilməz.
25. Bundan əlavə, iddiaçının sökülməsini tələb etdiyin fərdi yaşayış evinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması işin mübahisəsiz halı kimi öz təsdiqini tapır. Bu tikilinin əhatəsində çoxsaylı yaşayış evlərinin olmasını iddiaçı tərəf də təkzib etmir. Lakin niyə məhz cavabdehə qarşı hazırki iddia ilə müraciət etməsinin səbəblərini məhkəmənin diqqətinə çatdırmaq istəmir yaxud çatdıra bilmir. Cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi, üstəlik mülkiyyətçi kimi həmin evdə yaşamaq hüququ vardır. Ola bilsin ki, cavabdeh tərəfindən yaşadığı bu evin üzərində təmir yaxud bərpa işləri aparılsın. Lakin bu hal da iddiaçıya əsas vermir ki, o, məhz bütövlükdə evin, özü də ən azından heç bir kompensasiya təklif etmədən tam sökülməsini tələb etsin. Üstəlik iddiaçı tərəf həqiqətən insanların həyat və sağlamlığı üçün də “narahat” olduğuna görə bu cür iddia irəli sürübsə, ən azından bugünədək həmin ərazidə hansısa tikilinin sökülməsinə nail olmalarına dair məhkəməyə sübut da təqdim edə bilərdi, ancaq etməyib. Belə bir vəziyyətdə cavabdehə qarşı bu formada iddia irəli sürməsi isə hüququn ali məqsədinə xidmət etmir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. İddiaçının arzuladığı formada məhkəmə aktının çıxarılması isə açıq-aşkar hüququn ali məqsədinə xidmət etməzdi.
26. Beləliklə məhkəmə tərkibi hesab edir ki: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməli; Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2025 saylı, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Cavabdeh qarşı özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2025 saylı, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Cavabdeh qarşı özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.