Məhkəmə qərarları › İş №2(103)-2981/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2981/2021

15.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2981/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5, həmçinin iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “aktın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3335/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “aktın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2006-cı il tarixli Akt əsasız və qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X21 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binasında mənzillərdən xx xxxxxx 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 25 saylı mənzil payçı İddiaçı2, 2007ci ilin may ayında bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 22 saylı mənzil X8, fevral 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 24asaylı mənzil payçı İddiaçı1, xx xxxxx 2007-ci il tarixli müqavilə əsasında dəyəri tam ödənilməklə 26 saylı mənzil İddiaçı4 vəavqust 2009-cu il tarixli müqüavilə əsasında dəyəri tam ödənilməklə 75 saylı mənzil X12 təhvil verilmişdir. Müqavilə əsasında alınmış mənzillər onların istifadəsinə verilmiş və onlar uzun illərdir ailələrilə birlikdə həmin mənzillərdə yaşayırlar.Lakin son aylarda onlara məlum olmuşdur ki, X13 ilə fiziki şəxs X14 arasında tərtib olunmuş xx xxxx 2006-cı il tarixli akta əsasən Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı 20 (iyirmi) mənzilin X9 verilməsi nəzərdə tutulmuşdur.Məhkəmənin diqqətinə çatdırırlar ki, onlara məxsus 22 saylı, 24a saylı, 25 saylı, 26 saylı və 75 saylı mənzillərin akt əsasında başqa şəxsə verilməsi barədə əvvəllər xəbərdar olmamışlar. Onlar saxta akt əsasında mənzillər barədə mübahisənin olmasını Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icra olunması zamanı xəbərdar olmuşlar. Belə ki, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli № 2(004)-376/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası təmin olunaraq onların sahibliyində və istifadəsində olan Bakı şəhəri X21 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binada yerləşən 22 saylı , 24a saylı ,25 saylı, 26 saylı və 75 saylı mənzillərin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət olunmuşdur. Məhkəmə onların iştirakı olmadan mülki işə baxaraq onların hüquqlarını pozmuşdur. Bundan sonra onlar həmin qətnaməni əldə edərək Bakı Apellyasiya Məhkəməsinə şikayət təqdim etmişlər. Bizdə olan məlumata əsasən xx xxxx 2006-ci il tarixdə X13 ilə fiziki şəxs X14 arasında tərtib olunmuş akta əsasən Yasamal rayonu, X21 küçəsi 2 ünvanda tikiləcək 10 mərtəbəli yaşayış binasının 20 (iyirmi) mənzilinin X9 verilməsi nəzərdə tutulmuşdur. X4 xx xxxx 2011-ci il tarixdə faciəli surətdə öldürüldükdən sonra Cavabdeh1 və X1 qanuni nümayəndəsi Cavabdeh2 həmin məzilləri X5 və onun oğlu hal-hazırda vərəsəsi Cavabdeh3 tələb etməyə başlamışlar. Lakin onlar məhkəmələr tərəfindən mülki işə baxılan zaman məhkəmə icraatına cəlb olunmamış və məhkəmə aktlarından xəbərdar olmamışlar.Ən əsasıMəhkəmənin diqqətinə çatdırırlar ki, Cavabdeh1 və X1 qanuni nümayəndəsi Cavabdeh2 mənzillərin təhvil verilməsi barədə iddia tələbinə baxan məhkəmələr xx xxxx 2006-cı il tarixli akt üzərində qeyd olunan nömrələrdən ibarət mənzillərin həqiqətən mövcud olubolmamasını müyyən etmək üçün Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 2 ünvanda yerləşən binaya yerində baxış keçirilməmişdir. Belə olan halda mənzillərin kimin istifadəsində və sahibliyində olmasını müəyyən etmədən qərar qəbul olunmuşdur. Ümumiyyətlə xx xxxx 2006-cı il tarixli aktda qeyd olunan nömrələrdən ibarət mənzillərin hansı binada, neçə otaqdan və sahədən ibarət olması göstərilməmişdir. Birtərəfli qaydada imzalanmış Aktın əslinin mövcudluğu şübhəlidir.Lakin xx xxxx 2006-cı il tarixli akt müqavilə və ya əqd hesab oluna bilməz və hüquqi nəticələr yarada bilməz. Hüquqi qüvvəsi olmayan AKT-ın surətindən görünür ki, imzası olan X14, 2-ci tərəf imzası olmayan X13 ilə Akt əsasında, yaşayış binasının tam başa çatdırılması məqsədilə ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında yerləşən onlara məxsus mənzillərin 22, 24a, 25, 26, 75 və 2, 5, 7, 6a, 16, 19, 21 a, 38, 43, 51, 53, 65, 67, 69, 73nömrəli mənzillərin satışınıngələcəkdə səlahiyyəti X9 verilməsini əks etdirir.Lakin bu mənzillərin X9 təhvil verilməsi barədə müqavilə bağlanmamışdır. Halbuki, qeyd olunan mənzillər Şakir Hüseyinov tərəfindən sakinlərə pay müqaviləsi əsasında satılmış və tərəflərindən mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışları mövcuddur. X3 imzası yoxdur. Aktın hüquqi qüvvəsi yoxdur, çünki müqavilə deyil və nəyisə təsdiq etmir. Həmçinin tərəflər müqavilə bağlamamışdır. Müqavilə bağlanmadan aktda qeyd olunanları həyata keçirilməsi mümkün deyil, bununla belə Mülki Məcəllənin tələblərinə görə müqavilə yoxdursa, deməli, öhdəlik də yoxdur və yaranmayıb.Onlar Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı mənzillərixx xxxxxx 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 25 saylı mənzil payçı İddiaçı2, 2007-ci ilin may ayında bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 22 savlı mənzil X8, fevral 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 24a saylı mənzil pavcı İddiaçı1, xx xxxxx 2007-ci il tarixli müqavilə əsasında dəyəri tam ödənilməklə 26 saylı mənzil İddiaçı4 və avqust 2009-cu il tarixli müqüavilə əsasında dəyəri tam ödənilməklə 75 savlı mənzil X12 təhvil vermişdir. Bildirirlər ki, Aktı imzalamış X14 2016-cı ildə vəfat etmişdir və Cavabdeh3 onun vərəsəsidir.Cavabdeh1 və X2 xx xxxx 2006-ci il tarixli aktda imzası olmayan, qeyd olunan X6 vərəsələridir.X1 qanuni nümayəndəsi Cavabdeh2dır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3335/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onun ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 2981/2021 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 və X10 qarşı “mübahisəli mənzillərin cavabdehlər tərəfindən boşaldılması və iddiaçının həmin mənzillərə köçürülməsi” tələbinə dair 2(103)-5439/2020 saylı mülki işlə (sədrlik edən hakim Məmməd Məmmədov) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri də hazırki mülki işin sözügedən digər işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: 2(103)-2981/2021 və 2(103)-434/2021 sayları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar