Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2981/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və X12 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı və mənzilin naturada iddiaçıya təqdim edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X11 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK-nın sədri X37 və «Payçı» qismində X20 arasında bağlanmış mənzil tikinti haqqında 26 iyul 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m. sahəni payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh MTK tərəfindən verilmiş 26 iyul 2017-ci il tarixli, 58 nömrəli maliyyə arayışının surətindən görünür ki, X20 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 74 kv.m. olan sahəsinin dəyərini qalıq olmadan 100% ödəmişdir.
3. Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 26 iyul 2017-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Cavabdeh MTK üzvlüyünə qəbul edilmiş, X20 razılıq yolu ilə Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 74 kv.m. olan sahəyə düşməsi təsdiq edilmişdir.
4. “Star-M» MTK-nın sədri X37 və «Payçı» qismində X41 arasında bağlanmış mənzil tikinti haqqında 07 sentyabr 2017-ci tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m. sahəni payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.
5. Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 07 sentyabr 2017-ci tarixli protokolunun surətindən görünür ki, X41 Cavabdeh MTK üzvlüyünə qəbul edilmiş, X20 razılıq yolu ilə Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahəyə düşməsi təsdiq edilmişdir.
6. Cavabdeh MTK tərəfindən verilmiş 07 sentyabr 2017-ci tarixli, 58 nömrəli maliyyə arayışının surətindən görünür ki, X41 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahəsinin dəyərini qalıq olmadan 100% ödəmişdir.
7. Star-M» MTK-nın sədri X37 və «Payçı» qismində İddiaçı arasında bağlanmış mənzil tikinti haqqında 27 sentyabr 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m. sahəni payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.
8. Cavabdeh MTK tərəfindən verilmiş 27 sentyabr 2017-ci il tarixli, 58 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahəsinin dəyərini qalıq olmadan 100% ödəmişdir.
9. Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 27 sentyabr 2017-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Cavabdeh MTK üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahəyə düşməsi təsdiq edilmişdir.
10. 6 saylı notariat kontorunda təsdiq edilmiş X27 xx.xx.2017- ci il tarixli ərizəsindən görünür ki, onun X35 adına olan müqavilənin İddiaçı adına dəyişdirilməsinə etirazı yoxdur.
11. 6 saylı notariat kontorunda təsdiq edilmiş X35 xx.xx.2017- ci il tarixli ərizəsindən görünür ki, onun adına olan müqavilənin İddiaçı adına dəyişdirilməsinə etirazı yoxdur.
12. 29 mart 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 5 gün müddətində Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahənin İddiaçı təhvil verilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdehnə qarşı " müqavilənin etibarsızlığı və mənzilin naturada iddiaçıya təqdim edilməsi " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2017-ci il tarixli “Mənzil tikintisi haqqında Müqavilə”-yə əsasən haqqı tam həcmdə ödənilməklə aldığı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²dan ibarət mənzilin naturada İddiaçı təhvil verilməsi barədə Cavabdeh üzərinə öhdəliyin qoyulmasına, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdehnə aid edilməsinə və ondan tutularaq İddiaçı ödənilməsinə dair Qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2017-ci il tarixli “Mənzil tikintisi haqqında Müqavilə”-yə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında Cavabdeh Mənzil Tikinti Kooperatvi tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²-dən ibarət mənzil kooperativ tərəfindən hüqquqlarını müdafiə etdiyi İddiaçı satılmışdır. Həmin mənzilin 23 500,00 (iyirmi üç min beş yüz) manatdan ibarət dəyəri tam həcmdə İddiaçı tərəfindən nağd şəkildə müəssisənin kassasına ödənilmişdir. Bu barədə Cavabdeh MTK tərəfindən İddiaçı 27 sentyabr 2017-ci il tarixli, 58 saylı “Maliyyə arayışı” verilmişdir. Bundan sonra 27 sentyabr 2017-ci il tarixli, 95 saylı “"xxxx" Mənzil Tikinti Kooperatvi üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə Protokol”-a əsasən İddiaçı həmin kooperativə üzv qəbul edilərək Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²-dan ibarət mənzilin ona verilməsi təsdiq edilmişdir. Bir müddət bundan əvvəl İddiaçı ona verilmiş mənzildə təmir işlərinə başlamaq məqsədi ilə binanın mansartına getdikdə onun tərəfindən mənzilə qoyulmuş çöl qapının dəyişdirildiyini görmüşdür. Bu barədə Cavabdeh MTK-nın komendantından soruşduqda, komendant ona satılmış mənzilin rəhbərliyə yaxın olan digər şəxsə verildiyini bildirmiş və həmin mənzilin əvəzində ona mansart mərtəbəsində digər mənzili təklif etmişdir. İddiaçı ona satılmış mənzilin əvəzinə digər mənzili qəbul etməyə borclu olmadığı müəyyən edilir. Tərəflərindən 5 (beş) gün müddətində Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²-dan ibarət mənzilin naturada İddiaçı təhvil verilməsinə dair 29 mart 2023-cü il tarixində həm “Elektron Məhkəmə Sistemi”-ndə, həm də e-taxes.gov.az saytındakı “Elektron kabinet”-lər vasitəsi ilə Cavabdeh Mənzil Tikinti Kooperatvinə Pretenziya ünvanlanmışdır. Bu günə kimi Cavabdeh Mənzil Tikinti Kooperatvi tərəfindən ona ünvanladıqları Pretenziya cavablandırılmamışdır. Beləliklə hesab edirlər ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²-dan ibarət mənzilin naturada İddiaçı təhvil verilməsinə dair tələbləri haqlıdır.
16. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirməyə dair ərizə verərək, X11 cavabdeh qismində məhkəmə icraatına cəlb edilərək "xxxx" MTK ilə X20 arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsinə dair xx.xx.20217-ci il tarixli 74 №-li protokolunun etibarsız hesab edilməsi, onun əsasında "xxxx" MTK-nın tərifindən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair cavabdeh X12 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, "xxxx" MTK ilə X20 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, onun əsasında "xxxx" MTK-nın tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilə dair cavabdeh X12 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda "xxxx" MTK tərindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m ibarət mənzildən cavabdeh X11 çıxarılması, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında "xxxx" MTK tərindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m ibarət mənzil naturada ona təhvil verilməsini cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X24 bildirmişdir ki, o, Fəxrəddinlə qohumdur. Onlar eyni gündə mənzil almış, o, 17-ci mərtəbədə ik iotaqlı mənzil, iddiaçı isə üstdə mansart almışdı. Hər 2 mənzil Zaurun idi. Alınanda mənzili ölçmüşdülər, hər ikisini də Məhərrəm müəllim imzalayıb.
18. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X41 bildirmişdir ki, o, "xxxx" MTK-dan axırıncı mərtəbedə ev almışdı. Mənzilin mansardı çox idi, kvadratı yadında deyil, 2 otaqlı idi, qapıları və s. yox idi. O, mənzili Məhərrəmdən almışdı, kimə satdığı yadında deyil.
19. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X22 bildirmişdir ki, o, qonşudur, ora hələ qazılırdı, gəldi gördü ki, Valeh müəllim orda gəzir. Fikirləşdi ki, oradan ev alsın. 2013-cü il olmalı idi, getdilər danışdılar 3 mənzil və qaraj istəyirdi. Məhərrəmlə 150000 manat verdilər, daha sonra da yavaş-yavaş digər pulları ödəməyə başladılar. Sonra mansart barədə də dedi ki, oranı da ucuz verir. Mansartı o da, Müseyib müəllim də almaq istəyirdi. Beh vermişdi.
20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X42 bildirmişdir ki, o, tikintidə fəhlə işləmişdir, əvvəl rəsmi qaydada işləmiş, indi rəsmi olaraq işləmir. Həmişə aşağı mənzildə işləmişdir. Mansartda heç nə yox idi, qum, sement, kərpic, alçıvan daşımışdır aşağı mənzildən ora.
21. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X38 bildirmişdir ki, o, molyar ustasıdı, kosmetik işlər görmüşdü orada. Mansartda da Müseyib müəllimin adından işləmişdir.
22. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X40 bildirmişdir ki, o, pandemiya dövrünün əvvəlindən Müseyib müəllimin ustası olmuşdur, uzun müddətdir orada işləyirdi. Onlar təmirlə bağlı nə iş varsa hamısını etmişdilər. O, orada olmayanda gəlib arakəsmələri qırıb dağıtmışdılar. O binada çox mənzilləri təmir etmişlər. 15-ci mərtəbə Müseyib müəllimin şəxsi mənzilidir, mansart isə 18-ci mərtəbədir. Sahədə dəyişiklik olub, əvvəl ora ancaq “armaturlar”dan ibarət idi, sonra onları ləğv etdilər.
23. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, o, praktiki olaraq 2017-ci ilə qədər rəhbər olmuşdur və bütün satışları həyata keçirmişdir. Ondan sonra isə Valeh olub, o da rəhmətə gedib. Fəxrəddinə 100 kv.m olan mənzili o satmışdır və müqaviləni də o imzalamışdır. 3 otağın üstünü alıblar, hazırda orada kimin yaşadığını bilmir. Evi Zaura satmışdı, Zaur 17-ci mərtəbəni və üstündəki mansartı almışdı və məqsədi evin içində pilləkən tikdirmək idi.
24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın rədd edilməsi qət edilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 354.1, 354.2, 385, 386.1, 390.5, 404, 435, 443.1, 452.1, 452.2, 752.1, 762.1-ci maddələrinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4, -ci maddələrinə istinadla əsaslandırmışdır.
26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və X12 qarşı " müqavilənin etibarsızlığı və mənzilin naturada iddiaçıya təqdim edilməsi " tələbinə dair iddia ərizəsi ilə əlaqədar mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokollarına dair verilmiş qeydlərin düzgün hesab edilərək təsdiq edilməsi, 13 avqust 2024-cü tarixli məhkəmə iclas protokoluna X9 dindirilməsi hissəsinə Cavabdeh MTK-nı onun tərəfindən təsis edilmişdir və faktiki həmişə onun sahibi və direktoru olmuşdur, bina onun tərəfindən tikilmişdir, Valeh formal olaraq direktor olmuşdur. Zaurun evinin 17-ci mərtəbədəki mənzili Zaməddin almışdır və onun üstündəki 100 kv m olan mansardı isə Fəxrəddinə satmışdırlar. X5 mansardda mənzil satılmamışdır.” ifadələrinin daxil edilməsi, 28 iyun 2024-cü il tarixli məhkəmə iclas protokoluna X19 dindirilməsi hissəsinə “Fəxrəddinlə eyni gündə Zaurun mənzillərini almışdıq o 17-ci mərtəbədəki mənzili, həmin mənzilin üstündəki 100 kv mansard hissəsini isə Fəxrəddin almışdır.” ifadələrinin daxil edilməsi, “Zaməddin Ələsgərlə qohumdur” ifadəsinin isə çıxarılması, 16 sentyabr 2024-cü il tarixli məhkəmə iclas protokoluna X35 şahid dindirilməsi hissəsinə “X41 2 mənzil MTK-dan alarkən Mansardda olan mənzilin 100 kv.m olduğunu təsdiq etmişdir, yəni bildirmişdir ki, onun müqaviləsində nə göstərilmişdirsə həmin kv.m ölçüdə olmuşdur. Mənzilin birini Zaməddinə, digərini mansardı Fəxrəddinə satmışdır” ifadələrinin, X14 dindirilməsi hissəsinə isə “X15 müqaviləsində mansard sahəsi 74 kv.m göstərilib, sonra necə oldu ki, həmin sahədə X8 müqavilədə 100 kv.m oldu” sualı və həmin suala cavab olan “mansard sahə əyri olduğundan pəncərə tərəflərindən 1 metrə olaraq 26 metrə uzunluğunda sahə artırılaraq 100 kv. m olmuşdur.” ifadələrinin daxil edilməsi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokollarına dair verilmiş qeydlərin işə əlavə edilməsi qərara alınmışdır.
27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(006)-116/2024 saylı qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(006)-116/2024 saylı qətnaməsinin giriş və nəticə hissələrində "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" kimi qeyd olunan iddia tələbinin "müqavilənin etibarsızlığı və mənzilin naturada iddiaçıya təqdim edilməsi" kimi oxunması qərara alınmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
28. Qətnamədən oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-nin 404, 406-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli 58 saylı maliyyə arayışına əsasən İddiaçı sözügedən yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahənin dəyərinin qalıq olmadan 100% ödənildiyi qeyd edilmiş, Cavabdeh üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2017-ci il tarixli 95 saylı protokolundan çıxarışa əsasən isə İddiaçı MTK üzvlüyünə qəbul edildiyi və ona sözügedən yaşayış binasının mansard mərtəbəsində 100 kv.m. sahənin düşdüyü təsdiq edilir. Lakin, müqavilədə, maliyyə arayışında, eləcə də protokoldan çıxarışda mansard sahədə yerləşən 100 kv.m. sahənin mansardın hansı hissəsində yerləşməsi, onun nömrəsi və ya digər fərqləndirici xüsusiyyətləri qeyd edilməmişdir. İddiaçı tərəfindən həmin 100 kv.m. sahənin cavabdeh X1 olan sahə ilə üst-üstə düşməsini iddia etsə də, bunu sübut edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Hesab edirəm məhkəmə düzgün hüquqi qiymət verməmişdir, MM-nin 404 və 406-cımaddəsinin tələblərini pozmuşdur. MM-nin 404.1-ci maddəsinəəsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2- ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 406.1. Müqavilə əqdlərinbağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Göründüyü kimi qanunun tələbinə görə tərəflər istədiyiformada müqavilə bağlaya bilər, əgər müqavilədə 100 kv.m. sahənin mansardın hansı hissəsində yerləşməsi, onun nömrəsi və ya digər fərqləndirici xüsusiyyətləri qeyd edilməmişdirsə bu iddianın rədd olunmasına səbəb ola bilməz. Həmçinin mülki iş materiallarında da göründüyü kimi bizim müqavilənin və maliyyə arayışını cavabdehlər mübahisələndirməmişdirlər. Əksinə cavabdeh X15 nümayəndəsivə vəkili məhkəmə islaslarında bildirmişdir ki, həmin 100 sahəni MTK-da iddiaçı tələb etsin. İstər xx.xx.2017-ci il tarixli "xxxx" MTK ilə X21 arasında bağlanmış müqavilədə, istər xx.xx.2017-ci il tarixli "xxxx" MTK ilə X41 arasında bağlanmış müqavilədə, istər xx.xx.2017-ci il tarixli "xxxx" MTK ilə X20 arasında bağlanmış müqavilədə, istərsə də xx.xx.2021-ci il tarixli "xxxx" MTK ilə X20 arasında bağlanmış müqavilədə mansard sahədə yerləşən sahənin mansardın hansı hissəsində yerləşməsi, onun nömrəsi və ya digər fərqləndirici xüsusiyyətləri qeyd edilməmişdir. Heç bir müqavilədə məhkəmənin xüsusi olaraq vurğuladığı məsələlər (mansard sahədə yerləşən 100 kv.m. sahənin mansardın hansı hissəsində yerləşməsi, onun nömrəsi və ya digər fərqləndirici xüsusiyyətləri) öz əksini tapmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin 100 kv.m. sahənin cavabdeh X1 olan sahə ilə üst-üstə düşməsini iddia etsə də, bunu sübut edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə şahid qismindən bizim vəsatətimiz əsasında həmin mübahisəli olan mansardda yerləşən 100 kv.m mənzilin əvvəlki sahibi X41 dindirilmişdir. 16 sentyabr 2024cü il tarixli məhkəmə iclasında bizim vəsatətimiz əsasında X41 şahid qismində dindirilmişdir. Sual cavab zamanı X41 2 mənzil MTK-dan alarkən mansardda olan mənzilin 100 kv.m olduğunu təsdiq etmişdir, bildirmişdir ki, 17-ci mərtəbədə mənzil almışdır və onun üstündəki 100 kv.m mansardda mənzil almışdır, yəni bildirmişdir ki, onun müqaviləsində nə göstərilmişdirsə həmin kv.m ölçüdə olmuşdur. Həmçinin bildirmişdir ki, mənzilin birini Zaməddinə, digərini mansardı Fəxrəddinə satmışdır. Qeyd edilənlər 16 sentybar 2024-cü il tarixli protokolada göstərilməmişdir, buna dair protokola qeyd vermişdir. Göründüyü kimi bizim mansardda olan 100 kv.m mənzil yeri tam müəyyən olunur. 13 avqust 2024-cü tarixli məhkəmə iclasında vəsatətimiz əsasında Bakı İstintaq Təcridxanasında həbsdə olan X13 şahid qismində dindirilmişdir. X17 bildirmişdir ki, Cavabdeh MTK-nı onun tərəfindən təsis edilmişdir və faktiki həmişə onun sahibi və direktoru olmuşdur, bina onun tərəfindən tikilmişdir, Valeh formal olaraq direktor olmuşdur. Zaurun evinin 17-ci mərtəbədəki mənzili Zaməddin almışdır və onun üstündəki 100 kv m olan mansardı isə Fəxrəddinə satmışdırlar. X5 mansardda mənzil satılmamışdır. Qeyd edilənlər 13 avqust 2024-cü il tarixli protokolada göstərilməmişdir. , buna dair protokola qeyd vermişdir. MPM-nin 62-ci və 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" MənzilTikinti Kooperativinin təsisçisi X13 məhkəmə iclası zamanı verdiyi ifadəsində sözügedən mansard sahəsini X39 satması ilə bağlı dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, X7 suallara ziddiyyətli cavablar vermiş, eləcə də mansard sahəsinin satılmasına dair müqavilə onun tərəfindən deyil, həmin dövrdə direktor olan Valeh Qasımov tərəfindən icra edildiyi həmin müqavilədə göstərilmişdir. X9 təsisçi qismində mənzil satmaq səlahiyyətinin olmaması səbəbindən, mənzillərin satışının yalnız direktorun vəzifəsi olduğundan və iddiaçının da istinad etdiyi müqavilənin MTK tərəfindən imza edən qismində X9 deyil, Valeh Qasımov olması qeyd edildiyindən şahid Məhərrəm Məhərrəmovun dediklərimötəbər sübut kimi qəbul edilə bilməz. MPM-nin 62.1-ci maddəsinəəsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. MPM-nin 88-ci maddəsinəəsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ümumiyyətlə məhkəmə şahid X9 verdiyi ifadələri düzgün qeyd etməmişdir. 13 avqust 2024-cü tarixli məhkəmə iclasında vəsatətimiz əsasında Bakı İstintaq Təcridxanasında həbsdə olan X13 şahid qismində dindirilmişdir. X17 bildirmişdir ki, Cavabdeh MTK-nı onun tərəfindən təsis edilmişdir və faktiki həmişə onun sahibi və direktoru olmuşdur, bina onun tərəfindən tikilmişdir, Valeh formal olaraq direktor olmuşdur. Zaurun evinin 17-ci mərtəbədəki mənzili Zaməddin almışdır və onun üstündəki 100 kv m olan mansardı isə Fəxrəddinə satmışdırlar. X4 mansardda mənzil satılmamışdır. Qeyd edilənlər 13 avqust 2024-cü il tarixli protokolda göstərilməmişdir. Buna dair protokola qeyd vermişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir lakin X23 hər dəfə ekspertiza müqaviləsinin və maliyyə arayışının əslini təqdim etməmişdir bu əsəsla ekspertiza keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi, mübahisələndirilən 26 iyul 2017-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilə, 26 iyul 2017-ci il tarixli 51 saylı maliyyə arayışı və 74 saylı Protokolun əsilləri cavabdeh tərəfindən ekspertiza aparılması üçün təqdim edilməmişdir. Bu isə ekspertizanın keçirilməsinə bir başa maneə olma və qeyd olunan MPM-in 97.5-ci maddəsinin tələblərinin pozulması deməkdir. Qeyd etmək istəyirəm ki, xx.xx.2017-ci il tarixində və xx.xx.2021- ci il tarixində "xxxx" MTK ilə X20 arasında Mənzil Tikintisi haqqında müqavilələr bağlanılmışdır. Hər iki müqavilədə "xxxx" MTK-nin sədriV.C. Qasımov tərəfindən atılmış imzaların fərqli olduğu görünür. Məhkəmənin qətnaməsində (səhifə 3) qeyd edilmişdir ki, əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X41 bildirmişdir ki,o, "xxxx" MTK-dan axırıncı mərtəbədə ev almışdı. Mənzilin mansardı çox idi, kvadratı yadında deyil, 2 otaqlı idi, qapıları və s. yox idi. O, mənzili Məhərrəmdən almışdı, kimə satdığı yadında deyil. Lakin, qətnamənin 9-cu vərəqində məhkəmə tərəfindən qeyd edilir ki, Digər şahid və mansard sahəsinin əvvəlki mülkiyyətçisi X35 məhkəmə iclasında dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahid binanın 16-cı mərtəbəsində yaşayış sahəsi olan mənzil və onun üzərində yerləşməklə mansard sahə alması və sonradan həmin mansard sahəni İddiaçı satması ilə bağlı dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, ...... Göründüyü kimi, məhkəmənin qətnaməsində təzadlı məqamlar vardır. Belə ki, əvvəlcə X28 satdığını xatırlamasa da, sonradan mansardın İddiaçı satdığını bildirmişdir. 16 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında bizim vəsatətimiz əsasında X41 şahid qismində dindirilmişdir. Sual cavab zamanı X41 2mənzil MTK-dan alarkən Mansardda olan mənzilin 100 kv.m olduğunu təstiq etmişdir, yəni bildirmişdir ki, onun müqaviləsində nə göstərilmişdirsə həmin kv.m ölçüdə olmuşdur. Həmçinin bildirmişdir ki, mənzilin birini Zaməddinə, digərini mansardı Fəxrəddinə satmışdır. Qeyd edilənlər 16 sentybar 2024-cü il tarixli protokolda göstərilməmişdir. Buna dair protokola qeyd vermişdik. Həmçinin məhkəmə digər şahid X19 verdiyi izahatını da düzgün qeyd etməmişdir. 28 iyun 2024-cü il tarixli məhkəmə iclasında bizim vəsatətimiz əsasında X24 şahid qismində dindirilmişdir. X24 bildirmişdir ki, Fəxrəddinlə eyni gündə Zaurun mənzillərini almışdıq o 17-ci mərtəbədəki mənzili, həmin mənzilin üstündəki 100 kv mansard hissəsini isə Fəxrəddin almışdır. Qeyd edilənlər 28 iyun 2024-cü il tarixli protokolada göstərilməmişdir. Həmçinin protokolda qeyd edilmişdir ki, guya Zaməddin Ələsgərlə qohumdur, ümumiyyətlə mülki iş üzrə Ələsgər adlı şəxs keçmir. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki,məhkəmə cavabdeh X1 olan mansard hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, mansard mərtəbədə 74 kv.m. sahə X6 və o həmin sahəninpulunu 100% ödəməklə əldə etişdir. Cavabdeh X11 bildirdiyinə görə daha sonra MTK tərəfindən təxminən 26 kv.m. koridor hissə də ona təklif edilmiş və o həmin hissənin də pulunu ödəyərək, almış, beləcə onun mülkiyyətində olan indiki mansard sahəsinin ölçüsü təxminən 100 kv.m. olmuşdur. Həmin sahənin 74 kv.mdən artırılaraq təxminən 100 kv.m. olması 2017-ci ilin sonu (təxminən dekabr ayı) 2018-ci ilin əvvəllərində olmuşdur. Bu səbəbdən iddiaçının 27 sentyabr 2017-ci il tarixdə aldığı 100 kv.m. mansard hissəsi onun mülkiyyətində olan mansard sahəsi ilə üst-üstə düşə bilməzdi, çünki sözügedən yer həmin dövrdə 74 kv.m. sahədən ibarət idi. MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, qeyd olunur ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, mansard mərtəbədə 74 kv.m. sahə X2. Bundan sonra qeyd edilir ki, həmin sahənin 74 kv.m-dən koridor hissəndən artırılaraq təxminən 100 kv.m. olması 2017-ci ilin sonu (təxminən dekabr ayı) 2018-ci ilin əvvəllərində olmuşdur. Halbuki, qeyd olunan sahənin 100 kv.m. olması 2017-ci ilin sonu (təxminən dekabr ayı) 2018-ci ilin əvvəllərində yox, məhz xx.xx.2017-ci il tarixli müqavilənin imzalandığı tarixdən 3 il 6 ay sonra, yəni xx.xx.2021-ci il tarixində ikinci müqavilə reallaşdırılmışdır. Göründüyü kimi cavabdeh X20 bildirir ki, 26 kv.m kolidor hissəsindən 2017-ci ilin dekabr ayında artırılmışdır, lakin müqaviləsi xx.xx.2021-ci il traixdə tərtib edilmişdir. Göründüyü kimi bu ziddiyətə məhkəmə heç hüquqi qiymət verməmişdir. Bununla bağlı digər əsas ziddiyyət: Cavabdeh tərəfin vəsatəti əsasında X22 şahid qismində dindirilmişdir. Vəkil2 şahid Fizuli Allahverdiyevə sual verdi ki, X15 müqaviləsində mansard sahəsi 74 kv.m göstərilib, sonra necə oldu ku, həmin sahədə X8 müqavilədə 100 kv.m oldu. X10 həmin suala cavab verdi ki,mansard sahə əyri olduğundan pəncəri tərəflərindən 1 metrə olaraq 26 metrə uzunluğunda sahə artırılaraq 100 kv. m olmuşdur. Qeyd edilən sual cavab 16 sentybar 2024-cü il tarixli protokolada göstərilməmişdir. Buna münasibətdə protokola dair qeyd vermişik. Göründüyü kimiHüseynliMüseyib Məmmədvəli oğlu mansard hissəsində 74 kv. m 100 kv. m artırılmasını bildirir ki, kolidor hissəsində artırılaraq əlavə 26 kv m verilmişdir. Özü tərəfindən məhkəmədə şahid qismində dindrilmiş X10 isə bildirmişdir ki, mansard sahə əyri olduğundan pəncəri tərəflərindən 1 metrə olaraq 26 metrə uzunluğunda sahə artırılaraq 100 kv. Molmuşdur. İddia tələbindən görünür ki, tələblərdən biridə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında "xxxx" MTK tərindən inşa edilmiş yaşayışbinasının mansard mərtəbəsində yerləşən 100 kv.m ibarət mənzil naturada iddiaçıya təhvil verilməsini cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəliyin qoyulması olmuşdur. Mülki iş üzrə bizim müqaviləmiz və maliyyə arayışımız mübahisələndirilməmişdir və bu gün ki gündə qüvvdədir. Lakin məhkəmə həmin hissəyə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmənin qətnaməsinin 1-ci səhifəsində göstərilir ki, iddia tələbi “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” ilə bağlı olmuşdur, lakin bizim tələbimizdə heç bir kredit borcu ilə bağlı olmamışdır, əksinə müqavilənin etibarsızlığı və sair tələb olmuşdur. İddia tələbindən görünür ki, tələblərdən biridə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə,H.Ələsgərov 31/33 ünvanında "xxxx" MTK tərindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m ibarət mənzil naturada iddiaçıya təhvil verilməsini cavabdeh "xxxx" MTKnın üzərinə öhdəliyin qoyulması olmuşdur. Mülki iş üzrə bizim müqavilə və maliyyə arayışı mübahisələndirilməmişdir və bu günki gündə qüvvdədir. Lakin məhkəmə həmin hissəyə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Cavabdeh X11 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və X12 qarşı iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin olunmamlıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı istinad etdiyi “Mənzil tikintisi haqqında” xx.xx.2017-ci il tarixli müqavilədə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayonu,H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilin payçı İddiaçı verilməsi, payçı tərəfindən isə müqavilədə nəzərdə tutulan məbləğin ödənilməsi razılaşdırılmış, xx.xx.2017-ci il tarixli 58 saylı maliyyə arayışına əsasən İddiaçı sözügedən yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahənin dəyərinin qalıq olmadan 100% ödənildiyi qeyd edilmiş, Cavabdeh üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2017-ci il tarixli 95 saylı protokolundan çıxarışa əsasən isə İddiaçı MTK üzvlüyünə qəbul edildiyi və ona sözügedən yaşayış binasının mansard mərtəbəsində 100 kv.m. sahənin düşdüyü təsdiq edilir. Lakin, müqavilədə, maliyyə arayışında, eləcə də protokoldan çıxarışda mansard sahədə yerləşən 100 kv.m. sahənin mansardın hansı hissəsində yerləşməsi, onun nömrəsi və ya digər fərqləndirici xüsusiyyətləri qeyd edilməmişdir. İddiaçı tərəfindən həmin 100 kv.m. sahənin cavabdeh X1 olan sahə ilə üst-üstə düşməsini iddia etsə də, bunu sübut edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Cavabdeh təsisçisi X13 məhkəmə iclasında suallara ziddiyyətli cavablar vermiş, eləcə də mansard sahəsinin satılmasına dair müqavilə onun tərəfindən deyil, həmin dövrdə direktor olan Valeh Qasımov tərəfindən icra edilməsi həmin müqavilədə qeyd edilmişdir. X9 təsisçi qismində mənzil satmaq səlahiyyətinin olmaması səbəbindən, mənzillərin satışının yalnız direktorun vəzifəsi olduğundan və iddiaçının da istinad etdiyi müqavilənin MTK tərəfindən imza edən qismində X9 deyil, Valeh Qasımov olması qeyd edildiyindən şahid Məhərrəm Məhərrəmovun dedikləri mötəbər sübut kimi qəbul edilə bilməz. Digər şahid və mansard sahəsinin əvvəlki mülkiyyətçisi X41 da suallara ziddiyyətli cavablar vermişdir. X1 olan mansard hissəsi xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, mansard mərtəbədə 74 kv.m. sahə X6 və o həmin sahənin pulunu 100% ödəməklə əldə etişdir. MTK tərəfindən təxminən 26 kv.m. koridor hissə də ona təklif edilmiş və o həmin hissənin də pulunu ödəyərək, almış, beləcə onun mülkiyyətində olan indiki mansard sahəsinin ölçüsü təxminən 100 kv.m. olmuşdur. Həmin sahənin 74 kv.mdən artırılaraq təxminən 100 kv.m. olması 2017-ci ilin sonu (təxminən dekabr ayı) 2018-ci ilin əvvəllərində olmuşdur. Bu səbəbdən iddiaçının 27 sentyabr 2017-ci il tarixdə aldığı 100 kv.m. mansard hissəsi onun mülkiyyətində olan mansard sahəsi ilə üst-üstə düşə bilməzdi, çünki sözügedən yer həmin dövrdə 74 kv.m. sahədən ibarət idi. Məhkəmə iclasında şahid qismində dindirilən X40 bina tikildikdən bu vaxta qədər həmin binada usta kimi çalışdığını, həmçinin X1 olan mansard sahəsinin əvvəlcə 74 kv.m. olduğunu, daha sonra koridor hissənin də həmin sahəyə qatılmaqla ərazisinin genişləndirilməsi, MTK tərəfindən qoyulmuş qapının əvvəlki yerindən çıxarılaraq 2 dəfə yerinin dəyişdirilməsinin usta kimi onun tərəfindən icra edildiyini öz ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən və həmin binada fəhlə, yük daşıyan kimi işləyən X42 və X38 da oxşar məzmunda ifadələr vermişlər. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilən X22 məhkəmə iclasında verdiyi ifadəsində cavabdeh X20 ilə birlikdə həmin binada mənzil aldıqlarını, mansard sahəsinin alınması prosesində özünün şəxsən iştirak etdiyini, qeyd edilən sahənin X3, əvvəlcə həmin sahənin 74 kv.m olduğunu, daha sonra artırılaraq indiki vəziyyətə gətirildiyini və sair bu kimi halları təsdiq edən ifadə vermişdir. Bundan əlavə, cavabdeh X1 olan mansard sahəsinə dair X20 ilə MTK arasında bağlanan müqavilənin tarixi daha əvvəldir, həmçinin həmin sahə əvvəlcə 74 kv.m. olmuş, daha sonra artırılaraq indiki vəziyyətə gətirilmişdir. İddiaçı onun müqaviləsində qeyd edilən 100 kv.m. sahənin məhz həmin sahə ilə üst-üstə düşdüyünü bildirsə də, müqavilədə bunu təsdiq edən hər hansı qeyd yoxudur, eləcə də bu iddia heç bir mötəbər sübut ilə təsdiq edilmir, həmçinin iddiaçının müqaviləsi bağlanan zaman həmin mansard sahəsinin ərazisinin 74 kv.m. olması bir daha iddiaçının dediklərinin, yəni onun sahəsinin X1 olan sahə ilə üst-üstə düşməsi fikrini təkzib edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.
c) Proses iştirakçılarının izahatı
31. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
32. Məhkəmə iclasında iştirak edən cavabdeh X20 və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
33. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdeh "xxxx" MTK məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə “STAR-M" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
34. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
35. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
37. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
38. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
39. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
41. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 337.5. əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
43. Maddə 339.1. hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
44. Maddə 354.1. əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
45. Maddə 354.2. bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
46. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
48. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
49. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
50. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.
51. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
52. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
53. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
54. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
55. Maddə 762.1. podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
64. Hazırki halda, apellyator apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
67. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
68. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı "xxxx" MTK ilə X20 arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsinə dair xx.xx.20217-ci il tarixli 74 No-li protokolunun etibarsız hesab edilməsi, onun əsasında "xxxx" MTK-nın tərifindən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair cavabdeh X12 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, "xxxx" MTK ilə X20 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, onun əsasında "xxxx" MTK-nın tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilə dair cavabdeh X12 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda "xxxx" MTK tərindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m ibarət mənzildən cavabdeh X11 çıxarılması, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında "xxxx" MTK tərindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m ibarət mənzil naturada ona təhvil verilməsini cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəliyin qoyulması xahiş etmişdir.
69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
71. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir:
72. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir.
73. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.
74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
75. Göründüyü kimi, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
76. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
77. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
78. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
79. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı istinad etdiyi “Mənzil tikintisi haqqında” xx.xx.2017-ci il tarixli müqavilədə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayonu,H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilin payçı İddiaçı verilməsi, payçı tərəfindən isə müqavilədə nəzərdə tutulan məbləğin ödənilməsi razılaşdırılmış, xx.xx.2017-ci il tarixli 58 saylı maliyyə arayışına əsasən İddiaçı sözügedən yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahənin dəyərinin qalıq olmadan 100% ödənildiyi qeyd edilmiş, Cavabdeh üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2017-ci il tarixli 95 saylı protokolundan çıxarışa əsasən isə İddiaçı MTK üzvlüyünə qəbul edildiyi və ona sözügedən yaşayış binasının mansard mərtəbəsində 100 kv.m. sahənin düşdüyü təsdiq edilir. Lakin, müqavilədə, maliyyə arayışında, eləcə də protokoldan çıxarışda mansard sahədə yerləşən 100 kv.m. sahənin mansardın hansı hissəsində yerləşməsi, onun nömrəsi və ya digər fərqləndirici xüsusiyyətləri qeyd edilməmişdir. İddiaçı tərəfindən həmin 100 kv.m. sahənin cavabdeh X1 olan sahə ilə üst-üstə düşməsini iddia etsə də, bunu sübut edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir.
80. Məhkəmə kollegiyası şahid qismində dindirilən Cavabdeh təsisçisi X9 məhkəmə iclası zamanı verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. X9 ifadəsindən görünür ki, şahid suallara ziddiyyətli cavablar vermiş, eləcə də mansard sahəsinin satılmasına dair müqavilə onun tərəfindən deyil, həmin dövrdə direktor olan Valeh Qasımov tərəfindən icra edildiyi həmin müqavilədə göstərilmişdir. X9 təsisçi qismində mənzil satmaq səlahiyyətinin olmaması səbəbindən, mənzillərin satışının yalnız direktorun vəzifəsi olduğundan və iddiaçının da istinad etdiyi müqavilənin MTK tərəfindən imza edən qismində X9 deyil, Valeh Qasımov olması qeyd edildiyindən şahid Məhərrəm Məhərrəmovun dedikləri mötəbər sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı.
81. Digər şahid və mansard sahəsinin əvvəlki mülkiyyətçisi X35 məhkəmə iclasında dediklərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi dəqiqləşdirmə barədə ərizədə qeyd etdiklərinin və digər şahid X9 dediyinin əksinə olaraq, şahid X41 16-cı mərtəbədəki mənzil ilə 17-ci mərtəbədə yerləşən mansard sahə arasında pilləkən qoymaq, keçid yaratmaq barədə fikrinin olmadığını, belə bir ifadə işlətmədiyini bildirmiş, bundan əlavə verilən suallara ziddiyyətli cavablar vermişdir. Belə ki, o mansard sahəsini əldə etdikdən təxminən 3-6 ay sonra satdığını qeyd etsə də, təqdim edilən sənədlərdə onun sentyabr 2017-ci ildə mansard sahəsini aldığı qeyd edilir, iddiaçının müqaviləsi isə xx.xx.2017-ci ilə təsadüf edir. Bu da onu göstərir ki, şahid X35 dediyi kimi 3- 6 ay vaxt keçə bilməzdi. Bundan əlavə, mansart sahəsi alınarkən, yəni 2017-ci ilin sentyabr ayında o mansard mərtəbəsinə qalxdığını, həmin dövrdə qonşuların arasında heç bir bölgü aparılmadığını, orada heç bir arakəsmə olmadığını, düz sahədən ibarət olduğunu qeyd etmişdir ki, bu məlumat digər bütün şahidlərin dedikləri ilə ziddiyyət təşkil etmişdir.
82. Məhkəmə kollegiyası cavabdeh X1 olan mansard hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, mansard mərtəbədə 74 kv.m. sahə X6 və o həmin sahənin pulunu 100% ödəməklə əldə etişdir. Cavabdeh X11 bildirdiyinə görə daha sonra MTK tərəfindən təxminən 26 kv.m. koridor hissə də ona təklif edilmiş və o həmin hissənin də pulunu ödəyərək, almış, beləcə onun mülkiyyətində olan indiki mansard sahəsinin ölçüsü təxminən 100 kv.m. olmuşdur. Həmin sahənin 74 kv.m-dən artırılaraq təxminən 100 kv.m. olması 2017-ci ilin sonu (təxminən dekabr ayı) 2018-ci ilin əvvəllərində olmuşdur. Bu səbəbdən iddiaçının 27 sentyabr 2017-ci il tarixdə aldığı 100 kv.m. mansard hissəsi onun mülkiyyətində olan mansard sahəsi ilə üst-üstə düşə bilməzdi, çünki sözügedən yer həmin dövrdə 74 kv.m. sahədən ibarət idi. Məhkəmə iclasında şahid qismində dindirilən X40 bina tikildikdən bu vaxta qədər həmin binada usta kimi çalışdığını, həmçinin X1 olan mansard sahəsinin əvvəlcə 74 kv.m. olduğunu, daha sonra koridor hissənin də həmin sahəyə qatılmaqla ərazisinin genişləndirilməsi, MTK tərəfindən qoyulmuş qapının əvvəlki yerindən çıxarılaraq 2 dəfə yerinin dəyişdirilməsinin usta kimi onun tərəfindən icra edildiyini öz ifadəsində bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən və həmin binada fəhlə, yük daşıyan kimi işləyən X42 və X38 da oxşar məzmunda ifadələr vermişlər. Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X22 məhkəmə iclasında verdiyi ifadəsində cavabdeh X20 ilə birlikdə həmin binada mənzil aldıqlarını, mansard sahəsinin alınması prosesində özünün şəxsən iştirak etdiyini, qeyd edilən sahənin X3, əvvəlcə həmin sahənin 74 kv.m olduğunu, daha sonra artırılaraq indiki vəziyyətə gətirildiyini və sair bu kimi halları təsdiq edən ifadə vermişdir.
83. Göründüyü kimi, cavabdeh X1 olan mansard sahəsinə dair X20 ilə MTK arasında bağlanan müqavilənin tarixi daha əvvəldir, həmçinin həmin sahə əvvəlcə 74 kv.m. olmuş, daha sonra artırılaraq indiki vəziyyətə gətirilmişdir. İddiaçı onun müqaviləsində qeyd edilən 100 kv.m. sahənin məhz həmin sahə ilə üst-üstə düşdüyünü bildirsə də, müqavilədə bunu təsdiq edən hər hansı qeyd yoxudur, eləcə də bu iddia heç bir mötəbər sübut ilə təsdiq edilmir, həmçinin iddiaçının müqaviləsi bağlanan zaman həmin mansard sahəsinin ərazisinin 74 kv.m. olması bir daha iddiaçının dediklərinin, yəni onun sahəsinin cavabdeh X1 olan sahə ilə üst-üstə düşməsi fikrini təkzib edir.
84. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, X20 ilə "xxxx" MTK arasında imzalanmış müqavilələrin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Belə olan halda, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.
85. Məhkəmə həmçinin haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin “X20 ilə "xxxx" MTK arasında imzalanmış müqavilələrin etibarsız sayılmasi” hissələri rədd edildiyindən, “protokolun, maliyyə arayışının etibarsız hesab edilməsi və 100 kv.m ibarət mənzildən cavabdeh X11 çıxarılması” tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidir.
86. Belə ki, qanunvericilik sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
87. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
89. Həmin Məcəllənin 119.1 -ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
90. Kollegiya hesab edir ki, apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.