Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2988/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində ilkin iddiası və Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(011)-1257/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. 2.İddiaçı hesablanmış borcu qanunsuz hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmiş, cavabdeh də qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək hesablanmış borcun tutulmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən tərtib edilmiş ******* və ******* nömrəli aktların ləğv edilməsi, aktlara əsasən hesablanmış 4392,00 manat borcun iddiaçının hesab kodundan silinməsi, qeyri-qanuni hesablanmış borca görə tutulmuş 37,19 manatın iddiaçıya geri qaytarılması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı atası ilə bir həyətdə yaşayırlar. Hərəsinin özünə məxsus qaz sayğacı var. Qonşunun sayğacını atasının sayğacı ilə səhv saldıqlarına görə iddiaçı və iddiaçının atasında Cavabdeh İB tərəfindən cərimə hesablanmışdır. Nə iddiaçı, nə də onun atası kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməmişdirlər. 5.Qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh İB, cavabdeh X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehdən 4148,60 manat məbləğində borc pul və Cavabdeh İB tərəfindən ödənilmiş 61,50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh İB-nə ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamənin çıxarılmasını xahiş etmişdir. 6.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qanunsuz qaz xətti çəkdiyi üçün barəsində 2 dəfə akt tərtib edilmiş və ümumilikdə 3542,40 manat məbləğində Cavabdeh İB-nə maddi zərər vurulmuşdur. Bundan əlavə İddiaçı qaz sayğacı üzrə istehlak etdiyi, lakin dəyərini ödəmədiyi qaz sərfi məbləği üzrə debitor borcun olduğu üçün “Qazdan istifadə qaydaları”na uyğun olaraq ona məxsus ünvana verilən təbii qazın axımı dayaşdırılmış, dəymiş zərərin əvəzinin və debitor borcun qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsi tələb edilmişdir. 7.Bakı şəhəri XətaiRayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 17 noyabr 2023-cü il tarixli, 2(011)-1257/2023 saylı qətnaməsiilə (hakim-Əminə Abbasova) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən abonent İddiaçı (abonent kodu: **********00001) hesablanmış 3470,4 (üç min dörd yüz yetmiş manat qırx qəpik) manat məbləğində borcun silinməsi, Cavabdeh İB-dən 36 (otuz altı) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı 449,30 (dörd yüz qırx doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh İB-yə ödənilməsi, qarşılılqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(011)-1257/2023 saylı əlavə qətnaməsi ilə mülki iş üzrə aparılmış ekspert tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 9.İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. 10.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı **********00001 kodlu abonent hesabı üzrə 2023-cü ilin noyabr ayına 4088,00 manat borc mövcuddur. 885,6 manat məbləğində borc akta əsasən 2020-ci ilin fevral ayı üzrə hesablanmış, daha sonra 2020-ci ilin noyabr ayında silinmişdir, 2656,80 manat məbləğində borc isə akta əsasən 2020-ci ilin dekabr ayı üzrə hesablanmışdır. 2021-ci ilin may ayı üzrə abonentə mənşəyi məlum olmayan 849,60 manat məbləğində borc hesablanmışdır. 2020-2022-ci illər üzrə istifadə edilmiş qazın dəyəri 713 manat təşkil etmişdir. Abonent tərəfindən təbii qaza görə 2020-ci ilin fevral ayından cəmi 263,7 manat məbləğində ödəniş edilmiş (GASREP saldosu)x, bundan 36 manat borca görə tutulmuşdur (**********00001 kodlu abonent saldoları). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023cü il tarixli 3/786 nömrəli ekspert rəyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə tədqiqata təqdim edilmiş borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borcunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir 12.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırımşdır ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində qeyri-qanuni kənar xətt vasitəsilə təbii qazdan istifadə edilməmişdir.Buna görə məhkəmə hesab etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qaz paylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia qismən təmin edilərək, təbii qazdan qeyri-qanuni istifadə edildiyi əsası ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar ləğv edilməli, xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 2656,80 manat borc məbləğindən, 2620,8 manat məbləğində borc silinməli, borca görə iddiaçıdan tutulmuş 36 manat məbləğində pul vəsaiti isə Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir. xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 885,6 manat məbləğində borcun Cavabdeh İB tərəfindən abonent hesabından silindiyi nəzərə alınaraq, iddia həmin borcun silinməsi hissəsində təmin edilməməlidir. 13.Göstərilənlərlə yanaşı məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya 2021-ci ilin may ayı üzrə hesablanmış 849,60 manat məbləğində borc da qanunsuzdur və silinməlidir. 14.Belə ki, abonent saldosundan göründüyü kimi 2021-ci ilin may ayı üzrə abonent 45 m3 qaz sərf etmiş, bunun dəyəri isə 4,5 manat təşkil etmişdir. Sayğacın elektron və mexaniki göstəricələri arasında hər hansı fərq abonent saldosunda əks edilməmişdir. Buna baxmayaraq, Cavabdeh İB tərəfindən qeyd edilən ay üzrə iddiaçıya 849,60 manatməbləğində borc hesablanmışdır. Halbuki, istehlakçıya verilən qazın dəyəri yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Belə olan halda, iddiaçıya 2021-ci ilin may ayı üzrə 849,60 manat məbləğində borcun hesablanması qanunsuz olduğuna görə həmin borc məbləği silinməlidir. 15.Məhkəmə qarşılıqlı iddiaya hüquqi qiymət verərək, hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilərək istehlakçı tərəfindən istifadə edilmiş və dəyəri ödənilməmiş təbii qaza görə, 449,3 manat (713 manat - 263,7 manat) məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməlidir. Qalan hissədə borc məhkəmə tərəfindən qanunsuz hesab edildiyinə görə qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. 16.Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, ilkin iddia üzrə iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da Cavabdeh İB-nin özünə aid edilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarının 5.2, 6.5-ci bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 284-5 və 284-6-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 4429,19 (dörd min dörd yüz iyirmi doqquz manat on doqquz qəpik) məbləğində CavabdehİB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. İş materiallarında mövcud olan ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 3/786 nömrəli ekspert rəyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə tədqiqata təqdim edilmiş borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edildiyi qeyd edilməsinə baxmayaraq məhkəmə iddianı əsassız olaraq qismən təmin etmişdir. Hal-bu ki, iddia rədd edilməli idi. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 22.İş üzrə Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 23.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 25.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 26.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətlidövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 27.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin,işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündəaşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərmanvasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. 28.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəməhəyata keçirir.İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 29.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasındahəyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
30. 1.3.Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilmiş qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
31. 4.2.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaitihesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
32. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işləkvəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
33. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiqörtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) vəsayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
34. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarınınişlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
35. 4.9.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texnikibaxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isəistehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısıtərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsiistehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsasıgöstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texnikipasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texnikibaxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçınınarzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
36. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnaməninilkin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(011)- 1257/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 42.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda 8.02.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, həmin aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. 43.Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə zidd olaraq həmin aktlar iddiaçının iştirakı ilə tərtib edilməmiş, həmçinin aktların surəti ona təqdim edilməmişdir. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 45.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 46.Kollegiya qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, həmin aktlar mötəbər sübut kimi qəbul oluna bilməz. 47.Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 3/786 nömrəli ekspert rəyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə tədqiqata təqdim edilmiş borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. 48.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 49.Məhkəmə kollegiyası ekspert rəyi ilə tədqiq edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədənin aşkar edilməməsinin müəyyən edilməsini nəzərə alaraq, cavabdehin ekspert rəyində borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilməsinə baxmayaraq məhkəmənin bunu nəzərə almaması ilə bağlı dəlilini əsassız hesab edir. 50.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar ləğv edilməsi, xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 2656,80 manat borc məbləğindən, 2620,8 manat məbləğində borcun və 2021-ci ilin may ayı üzrə hesablanmış 849,60 manat məbləğində borcun, cəmi 3470,4 manat məbləğində borcun silinməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. 51.Digər tərəfdən kollegiya qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli akta əsasən kənar qoşulma olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktın mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 52.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, sayğaca müdaxilə, sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun iddiaçının qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, cavabdeh tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 56.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 57.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ prosessual qanunverciliyin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə həll edilmişdir. 58.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(011)-1257/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov