Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-300/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası hakim Musayeva Cəmilə Ceyhun qızından sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «həyətlərini ayıran mişar daş hasarın üstündə tikilmiş evin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 131/2023 saylı, 5 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «həyətlərini ayıran mişar daş hasarın üstündə tikilmiş evin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi daş hasarın üstündə tikinti normalarına uyğun olmadan tikilmiş evin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bir ildən çoxdur ki, cavabdeh əvvəlki evin üstündə qanunvericiliyin tələblərini pozmaqla bir mərtəbə qaldırmışdır. Cavabdeh tərəfindən tikilmiş ev həyətlərini ayıran ümumi daş hasarın üstündə tikilmişdir ki, o da nənəsindən ona vərəsəlik qaydasında qalmış evin yan hissəsini tamamilə bağlamışdır. Nənəsindən miras qalmış evin yanında hasara tərəf inşa edilmiş tikililər isə çoxdan tikilib. Bundan başqa, cavabdeh onlara məxsus torpaq sahəsindən təxminən 1 (bir) metrə yaxın torpaq sahəsini zəbt etmişdir. Bundan əlavə, evi tikən zaman ara məsafəsinə məhəl qoymamışdır və cavabdehin evinin hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də ekspertin rəyi əsas götürülərək cavabdehin evi sökülməlidir. Həmçinin qeyd etmişdir ki, cavabdeh daha əvvəl ona qarşı evinin sökülməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir, əslində həmin məhkəmə mübahisəsi olmasaydı, onun ümumiyyətlə məhkəməyə müraciət etmək fikri yox idi. Bundan əlavə, mülki iş üzrə ekspert rəyində Cavabdeh məxsus ünvan 2 ünvanda inşa olunmuş iki mərtəbəli yaşayış evi ilə, ünvan 3 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi arasında ara məsafəsi saxlanılmadığından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2- 1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Ekspert isə məhkəmə iclasında ara məsafəsini iddiaçıya miras qalmış, çıxarışda qeyd olunan evdən deyil, evin yanında hasara tərəf inşa edilmiş və texniki pasportda əks olunmayan tikililərdən hesabladığını qeyd etmiş, öz rəyini təkzib etməyə çalışmışdır. Lakin ekspert xüsusi biliyə malik şəxsdir və hər bir tikilinin nəzərə alınması onun vəzifəsidir. Ona görə də ekspertin rəyi əsas götürülərək cavabdehin evi sökülməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-131/2023 saylı 5 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə müvafiq maddəyə istinad edilsə də, düzğün qiymət verilməmişdir. İş materiallarında həm yerli baxış protokolu ilə, həm ekspert rəyi və foto şəkillərlə cavabdehin onun evinin ustündə öz evinin ikinci mərtəbəsinin tikilməsi aşkardır. Həmin tikillilərin texniki pasportda öz əksini tapmaması cavabdehə belə qanunsuz hərəkəti etməyə hüquq verilmir. Cavabdeh bu hərəkəti ilə özünün və ailəsinin bütün hüquqlarını pozur. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Qətnamədə bu maddəyə istinad olunsa da, heç bir hüquqi qiymət verilməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz tikintinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında xx.xx.2023-cü il tarixdə 2(103)-2161/2023 (2(103)-148/2024) iş nömrəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən hakim Fuad Abdıyev) icraatına daxil olmuş və icraatı hazırki mülk işə görə dayandırılmışdır. İddiaçı Cavabdeh qarşı «həyətlərini ayıran mişar daş hasarın üstündə tikilmiş evin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 131/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında xx.xx.2023-cü il tarixdə 2(103)-4513/2023 (2(103)-300/2024) saylı iş nömrəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən hakim Cəmilə Musayeva) icraatına daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2161/2023 nömrəli 18 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz tikintinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işin icraatı 2(002)-131/2023 nömrəli mülki iş, yəni hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bu Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi”nin yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan mübahisələrə mümkün olan qısa müddətlərdə baxılmasıprosessual qənaət prinsipi ilə uzlaşır. Beləliklə məhkəmə kollegiyası hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Belə olan halda hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı «həyətlərini ayıran mişar daş hasarın üstündə tikilmiş evin sökülməsi» tələbinə dair 2(103)-300/2024 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Fuad Abdıyevun icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz tikintinin cavabdehin hesabına sökülməsi” tələbinə dair 2(103)-148/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «həyətlərini ayıran mişar daş hasarın üstündə tikilmiş evin sökülməsi» tələbinə dair 2(103)-300/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz tikintinin cavabdehin hesabına sökülməsi” tələbinə dair 2(103)-148/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Mülki işlərə 2(103)-148/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-300/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-300/2024
27.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver