Məhkəmə qərarları › İş №2(103)-3000/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3000/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3000/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-4200/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan, “İddiaçı" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 73, M8, m 1 ünvanında yerləşən mənzilin Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə bağladığı xx xxxx 2017-ci il tarixli 12-xx-xx-2017-AF-BP saylı təminatlı kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-də ipoteka ilə yüklü edilməsini təmin etməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MTK ilə Cavabdeh arasında İddiaçı" MTK tərəfindən Bakı şəhəri X5 küçəsi, 945-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsindəümumi sahəsi 181 kv.metr olan dörd otaqlı 65 saylımənzilin 274210 manat müqabilində alqı-satqısına dair xx xxxx 2017-ci il tarixli, ABB YM-14 saylı müqavilə bağlanmışdır. Eyni zamanda həmin mənzilin alqı-satqı məbləğinin Cavabdeh tərəfindən "İddiaçı" MTK-ya ödənilməsi üçün Cavabdeh ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında xx xxxx 2017-ci il tarixli 12-xx-xx-2017-AF- BP saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən alqı-satqı müqaviləsinin bağlanması və "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən alqı-satqı predmeti olan mənzilin alınması, Cavabdeh 215500 manat həcmində kredit məbləğinin verilməsi üçün qeyd edilən mənzil daxili ipoteka ilə yüklü edilmiş və "İddiaçı" MTK Cavabdeh kredit müqaviləsi üzrə zamini kimi çıxış etmişdir. Sonuncu ünvan dəqiqləşmələri ilə bağlı həmin binanın hal-hazırkı ünvanı Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi, 73 olaraq müəyyən edilmişdir. Belə ki, həmin binada yerləşən mənzillərə dair mənzil mülkiyyətçilərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi, 73 ünvanı qeyd edilmişdir.Hazırkı iş üzrə iddia pedmeti olan mənzilin Cavabdeh adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarış verilmişdir. Həmin çıxarışda da mənzilin yerləşdiyi ünvan kimi Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi, 73 ünvanı qeyd edilmişdir. Lakin artıq xeyli vaxtdır ki, Cavabdeh müvafiq alqı-satqı və kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir.Yəni müvafiq mənzilin alqı-satqısı üçün cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-dən aldığı kredit üzrə ödənişləri etmir, bununla da "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC həmin mənzilin alınması üçün kredit müqaviləsi üzrə zamin olan "İddiaçı" MTK-dan kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsini tələb edir. Sonuncu dəfə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən xx xxxxxx 2019-cu il tarixli, PK11-0398 saylı bildiriş məktubu ilə həm iş üzrə cavabdeh, həm də müvafiq kredit müqaviləsi üzrə zamin "İddiaçı" MTK-ya xəbərdarlıq daxil olmuş və hazırkı iş üzrəcavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi tələb olunmuşdur. Cavabdeh bu kimi hərəkətləri öz üzərinə götürdüyü müqavilə öhdəliklərinin kobud şəkildə pozulması ilə yanaşı, İddiaçı" MTK-nın həm maddi zərərə məruz qalması, həm də işgüzar nüfuzunun zədələnməsi ilə nəticələnir. "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə "İddiaçı" MTK arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli "Birgə fəaliyyət haqqında" müqavilə mövcuddur. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, Sifarişçi ("İddiaçı" MTK) borcalandan (hazırkı iş üzrə cavabdehdən) müqavilə öhdəliklərinin, o cümlədən Bank ("xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC) ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış aylıq, annuitet ödənişi daxil olmaqla bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququna malikdir. Buna görə də iddiaçı hesab edir ki, Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməli, hazırkı iş üzrə iddia predmeti olan mənzili "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə bağladığı xx xxxx 2017-ci il tarixli 12-xx-xx-2017-AF-BP saylı təminatlı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-də ipoteka ilə yüklü edilməsini təmin etməlidir (ailə üzvlərinin iddia və hüquqlarından azad şəkildə). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4200/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, əmlakın ipoteka ilə yüklü edilməsinə dair müqavilə mülkiyyətçi ilə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx arasında bağlanmalı olduğu halda, hazırkı iddiaçının başqa hüquqi şəxsin adından müqavilə bağlamağı məhkəmə qaydasında tələb etməsi qanunsuzdur. Belə bir tələblə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın iddia qaldırmaq hüququ vardır. Digər tərəfdən əmlak mülkiyyətçisi olan cavabdeh xx xxxxxx 2019-cu il tarixdə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxna ərizə ilə müraciət edərək bilavasitə onunla ipoteka müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bank ilə əldə olunmuş razılaşma qaydasında xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat banka ödəniş etməklə həm də mənzilin ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlamaqla qısa müddətdə kredit məbləğini ödəməyi cavabdeh bank qarşısında öhdəlik götürmüşdür. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, "İddiaçı" MTK ilə Cavabdeh arasında İddiaçı" MTK tərəfindən Bakı şəhəri X5 küçəsi, 945-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 181 kv.metr olan dörd otaqlı 65 saylımənzilin 274210 manat müqabilində alqı-satqısına dair xx xxxx 2017-ci il tarixli, ABB YM-14 saylı müqavilə bağlanmışdır. Eyni zamanda həmin mənzilin alqı-satqı məbləğinin Cavabdeh tərəfindən "İddiaçı" MTK-ya ödənilməsi üçün Cavabdeh ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında xx xxxx 2017-ci il tarixli 12-xx-xx-2017-AF- BP saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən alqı-satqı müqaviləsinin bağlanması və "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən alqı-satqı predmeti olan mənzilin alınması, Cavabdeh 215500 manat həcmində kredit məbləğinin verilməsi üçün qeyd edilən mənzil daxili ipoteka ilə yüklü edilmiş və "İddiaçı" MTK Cavabdeh kredit müqaviləsi üzrə zamini kimi çıxış etmişdir. Sonuncu ünvan dəqiqləşmələri ilə bağlı həmin binanın hal-hazırkı ünvanı Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi, 73 olaraq müəyyən edilmişdir. Cavabdeh adına həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən "İddiaçı" MTK-ya xəbərdarlıq daxil olunmuş və hazırkı iş üzrə cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyi tələb olunmuş, ona görə də MTK Cavabdeh çıxarışın alınması və qanunvericiliklə müəyyənedilmiş qaydada mənzilin ipoteka ilə rəsmiləşdirilməsini 3 iş günü ərzində tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Cavabdeh isə iradə ifadəsini bu şəkildə ifadə etmişdir ki, o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ərizə ilə müraciət etmiş, sonradan aldığı çıxarış əsasında əmlakı ipoteka ilə yüklü etməyə razı olduğunu, eyni zamanda zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmiş, MTK-ya iddia ərizəsinə dəqiqləşmə verilməsini və üçüncü şəxs də cavabdeh qismində qoyulmasını təklif etmiş, MTK-nın rəhbərliyi isə iddia ərizəsinə dəqiqləşmə verməyəcəyini, cavabdehin hazırda faktiki olaraq 86000 manat borcu qaldığı, əmlakın ipoteka ilə yüklü edilməsini istədiyini bildirmiş, cavabdeh buna razı olsa da, bu müqaviləni bankla bağlamaq istədiklərini və ipoteka müqaviləsi bağlandıqdan sonra qalan borcu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni müqavilə münasibətləri çərçivəsində qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, müqavilənin 4.3-cü bəndinə əsasən, "İddiaçı" MTK və Cavabdeh arasında imzalanmış xx xxxx 2017-ci il tarixli ABB YM-14 nömrəli müqavilənin predmeti olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındıqdan sonra həmin əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmçinin həminmüqavilənin 12.6-cı bəndinə əsasən, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqda borcalan bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. Beləliklə, iddia tələbi üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur, iddiaçı iddia tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Apelyasiya şikayətinin dəlillərinə gldikdə isə, iş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə "İddiaçı" MTK arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 6.1-ci bəndinə əsasən, Sifarişçi ("İddiaçı" MTK) borcalandan (hazırkı iş üzrə cavabdehdən) müqavilə öhdəliklərinin, o cümlədən Bank ("xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC) ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış aylıq, annuitet ödənişi daxil olmaqla bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxna müraciət edərək bankla könüllü şəkildə ipoteka müqaviləsi bağlamağı xahiş etdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə kollegiyasının iclasına gəlməyərək apelyasiya şikayətini müdafiə etməkdə maraqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-4200/2019 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apelyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4200/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar