Məhkəmə qərarları › İş №2(103)-3011/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3011/2024

11.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3011/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2*24-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh1 vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, *9.*9.2*2*-ci il tarixdə Bakı şəhəri 13 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş 2V-1* saylı vəsiyyətnamənin etibarsız hesab olunması, bunun əsasında Cavabdeh1 verilmiş “Vərəsəlik hüququ haqqında şəhadətnamənin” ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı miras qoyan X2 qardaşının qızıdır. Elmira Əhmərova 13.*2.2*23-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsində qeyd edilən mənzil miras qoyanın, yəni Elmira Əhmərovanın atası tərəfindən 2*-ci əsrdə alınmış və uzun illər həm iddiaçının atası X5, həm də Elmira Əhmərovanın digər qardaşı və ailəsi həmin ünvanda yaşamışlar. Həmin mənzil sonradan Elmira Əhmərovanın adına rəsmiləşdirilmişdir. İddiaçının atası Olver Axmerov *2.11.2*19-cu il tarixdə vəfat etmişdir. Son günə qədər iddiaçının bibisi Elmira Əhmərova ilə ünsiyyəti yaxşı olmuş, bibisi uzun illər yataq xəstəsi olmuş, iddiaçı daima bibisinə baş çəkmiş, onunla maraqlanmış, lazım olan dəstəyi vermişdir. Lakin bu müddət ərzində bibisi ilə dərdləşərkən bibisi daima ona bildirmişdir ki, o vəfat etdikdə mənzili heç kimə vəsiyyət etməyəcəkdir. Uzun müddət yataq xəstəsi olan Elmira Əhmərovanın öz iradəsi ilə notariat qaydasında vəsiyyətnamə yazması real deyildir. Elmira Əhmərovanın digər qardaşı qızı Cavabdeh1 ilə yaxın və sıx ünsiyyəti olmamışdır. Bütün bunlara baxmayaraq son 1 ayda səhhəti ilə əlaqədar müalicə alan iddiaçı bibisinə baş çəkə bilməmiş, daha sonra bibisinin evinə getdikdə qapının açılmadığını görüb qonşularla maraqlanmış və Elmira Əhmərovanın vəfat etdiyini eşidəndə dərhal Cavabdeh1 zəng vurmuş, Cavabdeh1 isə soyuqqanlılıqla bunu bildiyini və iddiaçını narahat etməmək üçün bu barədə məlumat vermədiyini demişdir. Cavabdeh1 iddiaçının bibisinin vəfat etməsi barədə məlumatı gizlətməklə ondan aldığı vəsiyyətnamədən narahat olduğu və o, vəsiyyətnamənin miras qoyanın iradəsindən kənar əldə olunduğunu iddiaçının biləcəyi üçün gizlətmişdir. Daha sonra iddiaçı bibisinin məzarını ziyarət etmiş, əmisi qızı Cavabdeh1 ilə danışarkən bibisinin evini kimə verdiyini maraqlananda Zərifə cavab verməkdən yayınmış və bu iddiaçıda bibisinin evi kimə verməsi ilə bağlı şübhələr yaratmışdır. Çünki əgər bibisi Elmira Əhmərova öz iradəsi ilə evi vəsiyyət etsəydi, bunu gizlətməzdi və Cavabdeh1 isə evlə bağlı suallardan narahatlıq keçirib təşvişə düşməzdi. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və notariusa tərəflərindən müvafiq sorğular verilmiş və qanuni vərəsə olmaq hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişlər. Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. b) iddia tələbinə qarşı cavabdehin etirazı barədə məlumat

3. Cavabdeh1 iddiaya qarşı etirazını onunla əsaslandırılmışdır ki, miras qoyan Elmira Əhmərova onun da bibisidir. Bibisi özünə məxsus bütün əmlakını öz iradəsinə və istəyinə uyğun olaraq üzərində birtərəfli qaydada sərəncam verməklə *9.*9.2*2*-ci il tarixdə 13 saylı Notariat Ofisində ona vəsiyyət etmiş və notarius tərəfindən 2V-1** reyestr qeydi vəsiyyətnamə tərtib edilərək təsdiqlənmişdir. Miras qoyanın yeganə əmlakı iddia ərizəsində qeyd edilən mübahisəli mənzili olmuşdur. Bibisi 13.*2.2*23-cü il tarixdə vəfat etmişdir. Bununla da miras açılmış və o, vəsiyyət üzrə mirası qəbul etməyi barədə notariat orqanına vaxtında müraciət etmişdir. 6 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisinin təsdiq etdiyi “Vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə mənzilə onun vəsiyyət üzrə vərəsəlik hüquqları tanınmışdır. Həmin mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31.*8.2*23-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəf vəsiyyətnamənin bir əqd olaraq etibarsızlığına dair heç bir sübut təqdim etməmişdir. İddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.*2.2*24-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi vəsiyyətnamə qanunun tələblərinə uyğun olaraq tərtib edildiyindən, yəni birtərəfli əqd qanunun tələblərinə uyğun olduğundan, həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz. Rayon Məhkəməsi həmçinin vərəsəlik şəhadətnaməsinin ləğv olunması tələbinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi əsas hissədə, yəni vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilərək rədd edildiyindən və ikinci tələb ilk tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılma aparılmadan, iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsaslarına uyğun olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını pozaraq iddianın rədd edilməsi barədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh1 vəkili (nümayəndəsi) Apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin, habelə iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. 1*. İş üzrə digər cavabdeh –13 saylı Notariat Ofisi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

11. Notariat Ofisinin nümayəndəsinin apellyasiya baxışı iclasına gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, 139687 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, yuxarıda qeyd edilən mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” X2 adına qeydiyyata alınmışdır (Qeydiyyat tarixi: *6.*5.1998-ci il).

14. X2 *9.*9.2*2*-ci il tarixdə qoyduğu “Vəsiyyətnamədən” görünür ki, o, mülkiyyətində olan mənzili Cavabdeh1 vəsiyyət etmişdir.

15. İşdə olan və 6 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən 27.*2.2*23-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 334629 nömrəli şəhadətnamədən görünür ki, X3 13.*2.2*23-cü il tarixdə vəfat etmişdir.

16. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12.*5.2*23-cü il tarixli məktubundan görünür ki, mübahisəli mənzil mərhumun adına qeydiyyata alınmışdır. Mərhumun adına Bakı şəhəri üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.

17. Cavabdeh1 notariat ofisinə verdiyi 233*68**11422 nömrəli ərizəsindən görünür ki, bibisi Elmira Əhmərova 13.*2.2*23-cü il tarixdə vəfat etmişdir. Mərhum bibisi mülkiyyətində olan mənzili sağlığında, yəni *9.*9.2*2*-ci il tarixdə 13 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilmiş vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Göstərilən əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

18. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli mənzil reyestrdə Cavabdeh1 adına qeydiyyata alınmışdır (Qeydiyyat tarixi: 31.*8.2*23-cü il).

19. Göstərilənlərə əsasən müəyyən edilir ki, miras qoyan (İddiaçı və Cavabdeh1 bibisi) Elmira Əhmərova 13.*2.2*23-cü il tarixdə vəfat etmişdir. O, vəfatından öncə, yəni *9.*9.2*2*-ci il tarixdə vəsiyyətnamə ilə özünə məxsus və yuxarıda qeyd edilən mənzili Cavabdeh1 vəsiyyət etmişdir. Hazırda iddiaçı həmin vəsiyyətnamənin etibarsız hesab edilməsini və həmin vəsiyyətnamə əsasında Cavabdeh1 verilən vərəsəlik şəhadətnaməsinin ləğv olunmasını məhkəmədən tələb edir. 2*. İşin hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.).Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1.). Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (maddə 1134.2.). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (maddə 1166.). Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir (maddə 1168.). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir, həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1.). Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər (maddə 1186.). Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir (maddə 1193.). Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər (maddə 12*1.).

21. Məhkəmə qeyd edir ki, miras qoyan Elmira Əhmərova ölümündən 3 il əvvəl, yəni *9.*9.2*2*-ci il tarixdə vəsiyyətnamə yazaraq öz iradə ifadəsi ilə özünə məxsus əmlakını hazırki iş üzrə Cavabdeh1 vəsiyyət etmiş, həmin vəsiyyətnamə 13 saylı Notariat Ofisinin notariusu İradə Hüseynova tərəfindən təsdiq edilmişdir.

22. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

24. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

25. Hazırkı mübahisədə bibisinin uzun müddət yataq xəstəsi olması səbəbindən öz iradəsi ilə notariusda vəsiyyətnamə yazmasının real olmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. O, 1 ay səhhəti ilə əlaqədar miras qoyan bibisi Elmira Əhmərovaya baş çəkə bilmədiyini, sonradan isə bibisinin evini Cavabdeh1 vəsiyyət etdiyini bilməsini bildirsə də, vəsiyyətnamə iddiaçının qeyd etdiyi kimi 1 ay ərzində deyil, miras qoyan Elmira Əhmərovanın vəfat etməsindən düz 3 il əvvəl tərtib edilmişdir. Həmin dövrdə isə Elmira Əhmərovanın səhhətində, onun öz hərəkətlərini dərk etməsinə mane ola biləcək problemlərin mövcud olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

26. Eyni zamanda, işdə olan sənədlərdən göründüyü kimi *9.*9.2*2*-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş və onun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Bundan başqa Məhkəmə bildirir ki, iddiaçının bibisi tərəfindən vəsiyyət qoymasından xəbərsiz olması vəsiyyətnamənin etibarsız hesab olunması üçün əsas ola bilməz, çünki vəsiyyət qoyan, qoyduğu vəsiyyətnamə barədə kiməsə məlumat vermək vəzifəsini daşımır.

28. Göründüyü kimi iddia ərizəsində ifadə edilmiş “vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə” tələb əsassızdır.

29. “Vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə” tələb əsassız olduğundan qəbul edilməlidir ki, bu tələbdən irəli gələn digər tələb, yəni “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə” tələb də əsaslı hesab edilə bilməz. g) apellyasiya baxışının nəticəsi 3*. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Məhkəmə, MPM-in 384.*.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

34. Məhkəmə həmçinin bildirir ki, cavabdehlər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və iddianın rədd edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından, cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

35. İddiaçının apellyasiya şikayəti və qiymətləndirilməyən növündə iddia tələbi təmin edilmədiyindən iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 4*2, 4*5-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2*24-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verilə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar