Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3018/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3018/2025 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1166/2024 nömrəli iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən bağ evi iddiaçıya məxsusdur. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2022-ci il tarixli ******* №-li akt, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li aktlar əsasında iddiaçıya 17.529,14 manat məbləğində sərfiyyat hesablanmışdır. İddiaçının abonent saldosundan görünür ki, iddiaçının qaz sayğacında 2019-cu ildə heç bir ayda, 2020-ci ilin yanvar və fevral aylarında, 2022-ci ilin aprel-oktyabr, dekabr aylarında, 2023-cü ilin yanvar-noyabr aylarında sərfiyyat qeydə alınmamışdır. Saldoya əsasən xx.xx.2023-cü ildə yeni qaz sayğacı quraşdırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bağ evinə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 17.529,14 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus ünvan 2 ünvanına yaxınlaşaraq köhnə qaz sayğacını sökərək yerinə yeni qaz sayğacı quraşdırmışdırlar. Daha sonra iddiaçı kartdan tutulmalar olduğu üçün Cavabdeh İB-nə müraciət etdiyi zaman ona köhnə qaz sayğacına müdaxilə etdiyi və bununla bağlı 17.529,14 manat cərimə borcu olduğunu bildirmişdirlər. O, heç vaxt qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Vaxtlı-vaxtında ödənişləri etmişdir.
4. . Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1166/2024 nömrəli iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının ünvan 2 ünvanı üzrə **********00001 saylı abunə koduna hesablanmış 13.958,24 manat məbləğində borcun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 614.3, 1096.1, 1096.2-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 18.0, 18.0.1, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6-2.1, 11.6, 13.8, 13.8-1, 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini, iddianın bütövlükdə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş fotolardan görünür ki, iddiaçı aşkar surətdə təbii qazdan qeyri qanuni istifadə etməkdədir. Qeyd edilən fotolar ayrı-ayrı vaxtlarda və ünvanın müxtəlif yerlərindən çəkilmişdir (yeni fotolar və video çəkiliş) mülki işə əlavə edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) xx.xx.2024-cü il tarixli, 2(103)-5654/2024 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatı zamanı mübahisəli ünvanda qaz sayğacına və qaz xəttinə hər hansı müdaxilə faktı müəyyən olunmamışdır. Qanunun tələbinə görə isə qaz paylayıcısı yalnız istehlakçının qazın talanmasında təqsirli olması müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı işdə iddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatı zamanı mübahisəli ünvanda qaz sayğacına və qaz xəttinə hər hansı müdaxilə faktı müəyyən olunmamışdır. Qanunun tələbinə görə isə qaz paylayıcısı yalnız istehlakçının qazın talanmasında təqsirli olması müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı işdə iddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
12. Qətnamədən cavabdeh şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-420/2025 saylı qərarı ilə (hakimlər Vüsalə Baxışova (sədrlik edən və məruzəçi), Zəki Babayev və Zaur Əliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2991/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2020- ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2022-ci il tarixli ******* №-li aktlarda pozuntu olaraq “abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi” qeyd edilmişdir. Bu aktlardakı pozuntunun həqiqətən mövcud olduğunu təsdiq etmək üçün cavabdeh tərəfindən məhkəməyə qanunsuz qoşulma ilə bağlı qaz təchizatının dayandırılması barədə aktlar, fotoşəkillər təqdim edildiyi halda məhkəmə tərəfindən bu sübutlara ümumiyyətlə qiymət verilməmiş, həmin sübutların hansı səbəbdən qəbul edilmədiyi əsaslandırılmamışdır. Cavabdeh tərəf bu sübutlarla yanaşı eyni zamanda məhkəməyə abonent saldosunu təqdim etmiş, saldodadakı məlumatlardan 2019-cu ildə, 2020-ci ilin yanvar və fevral aylarında, o cümlədən 2022-ci ilin aprel-oktyabr və dekabr, 2023-cü ilin isə heç bir ayında iddiaçının qaz sayğacındakı sərfiyyatın qeydə alınmadığı aydın göründüyü halda, məhkəmə bunun səbəbini müəyyənləşdirmək üçün araşdırma aparmamış, iddia tələbini qiymətləndirərkən bu halı nəzərə almamışdır. İddiaçı iddia ərizəsində aktların tərtib edildiyi dövrdə qazdan istifadə etmədiyini deyil, istifadə etdiyi qazın dəyərini tam ödədiyini göstərərək hər hansı qanunsuz qoşulmaya yol vermədiyini iddia etdiyi halda qanunsuz qoşulma ilə bağlı aktların tərtib edildiyi aylar üzrə qazdan istifadəyə görə həyata keçirilmiş ödənişlər barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı yalnız yay aylarında bağ evində yaşadığını göstərsə də (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) bu barədə də iş materiallarında hər hansı sübut yoxdur. Halbuki MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdeh tərəfindən iddiaçının sayğaca müdaxilə etdiyini və zərər yetirdiyini təsdiq edən sübutların təqdim edilmədiyinə əsaslanaraq iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, aktların çoxunun sayğaca müdaxilə faktı ilə bağlı deyil, sayğacdan kənar qanunsuz qoşulma faktı ilə bağlı tərtib edildiyini nəzərə almamışdır. Sayğaca müdaxilə ilə bağlı pozuntu yalnız xx.xx.2023-cü il tarixli ******* №-li aktda öz əksini tapdığından məhkəmənin qaz sayğacında hər hansı müdaxilə və zədə izi aşkar edilmədiyinə dair məhkəmə trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsaslanmaqla iddianın əsaslı olduğunun təsdiq edildiyinə dair nəticəyə gəlməsi düzgün olmamışdır....”
c) Proses iştirakçılarının izahatı
15. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sayğacın quraşdırıldığı ev bağ evidir, sadəcə yay aylarında ora gedir. Tək qadındır, təkbaşına necə o qədər qaz sərf edə bilər, sadəcə 1 ədəd iki gözlü qaz peçi var.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
18. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə)
21. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə)
22. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
23. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar.
25. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
26. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
27. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
28. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalar
29. Bənd 5.1 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Cavabdeh tərəfindən qətnamənin yalnız iddianın təmin edilən hissəsi mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
38. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia qismən təmin edilməlidir.
40. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən abonentin saldosuna istinad edərək iddiaçının adına hesablanmış ümumilikdə 13.958,24 manat borcun silinməsi qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi sözügedən borcun hesablanma mexanizminin düzgün aparılıb-aparılmamasını müəyyənləşdirməmiş və bu barədə işdəki sübutların tədqiqini lazımi formada aparmamış, bu barədə münasibətləri tənzimləyən qanunvericilik aktındakı dəyişikliklərdən əvvəl və sonra tərtib edilmiş aktlara ayrı münasibət sərgiləməmiş, həmçinin aktların tərtib olunma əsaslarındakı fərqlərin səbəblərini və əsaslılığını aydınlaşdırmamışdır.
41. Kassasiya instansiyası məhkəməsinin də bu barədə göstərişinə uyğun olaraq kollegiya hesab edir ki, hazırki iddianın əsaslılığına qiymət verilərkən xx.xx.2022-ci il tarixindən, yəni Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edildiyi tarixdən sonra tərtib edilmiş aktlara və həmin tarixədək tərtib edilmiş aktlara münasibətdə ayrı-ayrı xüsusiyyətlər təhlil olunmalı və mübahisəyə həmin tarixləri ehtiva edən qanunvericilik normalarına əsasən qiymət verilməlidir.
42. Belə ki, apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmiş, müraciətdə qazdan qanunsuz istifadəyə görə tərtib edilmiş aktların hansının sayğaca müdaxiləyə, hansının sayğacdan kənar qanunsuz istifadəyə görə tərtib edildiyi və sonuncu halda istehlakçının ödənişlərini də çıxmaqla dəymiş zərərin miqdarının müəyyənləşdirilməsi barədə suallar qoyulmuşdur.
43. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli aktlar sayğaca müdaxiləyə, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2020ci il tarixli aktlar sayğacdan kənar qanunsuz istifadəyə görə tərtib olunmuşdur.
44. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli aktlara münasibətdə kollegiya qeyd edir ki, adıçəkilən mütəxəssis rəyinə əsasən həmin aktlar sayğaca müdaxilə əsası ilə tərtib olunduğundan, o cümlədən birinci instansiya məhkəməsində təyin edilən məhkəmə-trasoloji ekspertizasının rəyinə əsasən sayğaca quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyindən həmin aktlar üzrə hesablanmış borcun silinməsi barədə mövqe əsaslı hesab edilməlidir. Digər tərəfdən, kollegiya qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır (bax 24).
45. xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlara münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində aktların tərtib edildiyi dövrdə qazdan istifadə etmədiyini deyil, istifadə etdiyi qazın dəyərini tam ödədiyini göstərmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Yuxarıda adı çəkilən mütəxəssis rəyində isə istehlakçı tərəfindən edilmiş ödənişlər də nəzərə alınmaqla 2019-2020-ci illərdə tərtib edilmiş aktlara əsasən dəymiş zərərin miqdarının 1720 məbləğində hesablanmalı olması qeyd edilmişdir.
46. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2022-ci il tarixinədək iddiaçının adına tərtib edilmiş aktlara əsasən hesablanmış borc məbləğindən 1720 manat məbləğində olan hissəsi saxlanılmalı, qalan hissəsi isə əsassız olaraq qeyd edildiyindən silinməlidir.
43. Bu halda kollegiya iddianın əsaslılığına işdə olan sübutlara əsasən qiymət verərək qeyd edir ki, iddiaçıya qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə əsası ilə ona itirilmiş qazın məbləğinə görə borc hesablansa da, həmin fakt öz təsdiqini hansısa mötəbər sübutlarla tapmamışdır.
44. Məhkəmə kollegiyası tərtib olunan xx.xx.2022-ci il tarixli ******* №-li, xx.xx.2023cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li aktlar 2022-ci ilin may ayının 1dən sonra tərtib olunduğundan onlara münasibətdə isə qeyd edir ki, həmin aktlarda xx.xx.2022-ci il tarixli ******* №-li akt “abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi”, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li aktlar isə “sayğacın çıxış plastmas borusunun deşilməsi” barədə tərtib edilmiş, lakin aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Digər tərəfdən, istehlakçının qazpaylayıcısına zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
45. Belə ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
46. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur.
47. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
48. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
49. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
50. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, iddiaçının adına hesablanmış 12,238.24 manat məbləğində borc silinməli, şikayət qalan hissədə təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
57. Kollegiya hesab edir ki, iddianın ümumi məbləği 17.529,14 manat olduğundan, onunla bağlı ödənilməli dövlət rüsumunun məbləği 142,49 manat olduğundan və iddiaçı həmin rüsumu ödəməkdən azad olduğundan, o cümlədən iddia qismən, yəni 12,238.24 manat borcun silinməsi hissəsində təmin olunduğundan, ödənilməli dövlət rüsumunun məbləği də həmin hissəyə mütənasib olaraq hesablanmalı və 99,48 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. O cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1166/2024 nömrəli iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı ünvan 2 ünvanı üzrə **********00001 saylı abunə koduna hesablanmış hesablanmış 12,238.24 (on iki min iki yüz otuz səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev