Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3024/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh ASC-nin Suraxanı rayonu Sukanal İdarəsinin əməkdaşları tərəfindən ona aid Bakı şəhəri, Suraxanı rayonu, Kirov küçəsi, “Qumadası” MQÇİ-nin MTJN-nin qarşısında yerləşən qeyri-yaşayış obyektinin (emalatxanın) sayğacına (Abunə nömrəsi 38945) yazılmış 4086 manat əsassız cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytaılmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayətlər belə əsaslandırılmışdır ki, iddiaçının 2019-cu ildə Suraxanı Rayon Məhkəməsində cavabdehlər X4 və Suraxanı Sukanal idarəsinə (Cavabdeh ASC-yə) qarşı qaldırdığı iddia Bakı şəhəri, Suraxanı rayonu, Kirov küçəsi "Qumadası” NQÇİ-nin MTJNnin qarşısında yerləşən qeyri yaşayış sahəsinə (emalatxana ) tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 10088 saylı inventar aktının ləğv edilməsi və qüsur aktının digər cavabdeh X2 barəsində tərtib olunması barədə olmuş və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədə iddia ərizəsində predmetin səhv qoyulduğu qeyd edilmiş və iddiaçının borcun silinməsi ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra, o, apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsi tərəfindən rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmışdır. Hazırda o, yeni iddia ərizəsi ilə istehlakçı hüquqlarının müdafiəsi və əsassız borcun silinməsi tələbi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, lakin, iddia ərizəsinə baxılmasından yenidən imtina edilmişdir. Halbuki, o, bu ərizəsində iddianın predmetini tamamilə dəyişdirmişdir. Suraxanı Rayon Məhkəməsi, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməklə, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi, hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edərkən, qərardadını belə əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 2(010)-751/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X5 və Suraxanı rayon Sukanal İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Kirov küçəsi “Qumadası” NQÇİ-nin MTJNnin qarşısında yerləşən qeyri-yaşayış sahəsinə (emalatxana) tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 10088 saylı inventar aktnın ləğv edilməsinə və qüsur aktının digər cavabdeh X4 barəsində tərtib olunmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin istinad olunan həmin qətnaməsinin surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması barədə qənaəti qeyri-müəyyən olmaqla, iş materialları ilə təsdiq olunmur. Ona görə də, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilib-edilməsi məsələsi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla həll edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5545/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilib-edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3024/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3024/2021
24.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver