Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3029/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “yaradılmış maneənin aradan qaldırılması və sair tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “özbaşına tikilinin sökülməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.02.2022-ci il tarixli qətnamə ilə hər iki iddianın qismən təmin edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) 18.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilmiş və şikayət icraata qəbul edilmişdir. Bundan sonra Rayon Məhkəməsi 31.03.2022-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, qətnamədən cavabdeh tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirmiş və həmin şikayətin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün işin Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Məhkəmənin 18.03.2022-ci il tarixli qərardad ləğv edilməli və iş baxışdan çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. MPM-nin 384.0.6-cı maddəsinə görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 18.03.2022-ci il tarixli qərardad ləğv edilsin. Cavabdeh2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.02.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3029/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3029/2022
22.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver