Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3043/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair ilk; Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən "Aydınlıq” şadlıq evindən cavabdehin çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsiilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən “Aydınlıq” şadlıq evindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsini, qarşlıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,hərraca çıxarılıb satılan Aydınlıq Şadlıq sarayının real qiyməti təxminən 300.000 manat olduğu halda, qanunvericilik pozularaq həmin qiymətdən çox aşağı bir qiymətə 89.500 manata satılmışıdır. Bu durum qanunvericiliyin pozulması olduğu kimi, həm də dövlət əmlakının qanuna zidd olaraq mənimsənilməsidir. Buna baxmayaraq Məhkəmə qeyd edilən pozuntuya əhəmiyyət vermədən qətnamə qəbul etdi. Məlum olduğu kimi hərrac vaxtı özəlləşdirilən əmlakın ilkin start qiyməti aşağı göstərilib. Məhz hərraca çıxarılıb satılan Aydınlıq Şadlıq sarayının real qiyməti təxminən 300.000 manat olduğu halda, qanunvericilik pozularaq həmin qiymətdən çox aşağı bir ilkin start qiyməti 179.000 manat olaraq təsbit edildi və 89.500 manata satılmışıdır. Bu durum qanunvericiliyin pozulması olduğu kimi, həm də dövlət əmlakının qanuna zidd olaraq mənimsənilməsidir. Buna baxmayaraq məhkəmə qeyd edilən pozuntulara əhəmiyyət vermədən qətnamə qəbul etdi. İddiaçı Qulamov 1992-ci ildən Aydınlıq Şadlıq sarayının işçisi və icarədarı olduğu halda, həmin obyektə külli miqdarda şəxsi vəsait qoyduğu halda Hərracların Təşkili üzrə Auksion Mərkəzi xx.xx.2019-cu ildə keçirilən hərrac barəsində ona heç bir rəsmi məlumat vermədi. Bununla da iddiaçının qanuni hüquqlarını pozdu. Belə ki, Aydınlıq Şadlıq sarayı xx.xx.1992-ci ildə icarə müqaviləsi əsasında Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi tərəfindən Qulamovun icarəsini və istifadəsinə verilmişdir. Həmin tarixdən qeyd edilən şadlıq evi ilə bağlı icarə haqqı, vergi və komunal ödənişlər Qulamov tərəfindən həyata keçirilir. 1992-ci ildən bu günə kimi həmin şadlıq evi faktiki və hüquqi olaraq Qulamovun sahibliyində və istifadəsindədir. Hərracların Təşkili üzrə Auksion Mərkəzi xx.xx.2019-cu ildə keçirilən hərrac barəsində Qulamova heç bir rəsmi məlumat vermədi. Bununla da, iddiaçının qanuni hüquqlarını pozdu. “Aydınlıq” şadlıq evinin avadanlıqları da Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixdə Qulamova satılmış və buna dair şəhadətnamələri mövcuddur. Hərrac keçirilirkən Hərracların Təşkili üzrə X7 məxsus olub “Aydınlıq” Şadlıq sarayında yerləşmiş şəxsi əmlakın (mülkiyyətin) qorunması ilə bağlı heç bir tədbir alınmadı. Bununla Mərkəz, Dövlət əmlakının özəlləşdirilməsi haqqında AR Qanunun 31-ci maddəsi pozuldu. xx.xx.2019-cu ildə kdçirilən hərrac vaxtı Hərracların Təşkili üzrə Auksion Mərkəzi Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 894 saylı Fərmanın 3.2ci bəndi pozdu. Həmin bəndə görə, Bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin, barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Lakin özəlləşdirilən “Aydınlıq” Şadlıq Sarayı haqqında heç bir məlumatı ƏMDK-i, Azərbaycan Respublikası Prezidentə təqdim etməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə qeyd edilən pozuntuya əhəmiyyət vermədən qətnamə qəbul etdi. xx.xx.2019-cu ildə keçirilən hərrac vaxtı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il № 383 Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 4.2.2-ci bəndi, 4.6.2-ciu bəndi, 4.6.5-cı bəndi, 4.4.2-ci bəndi, 6.1-ci bəndi, 17.1-ci bəndi və digər bəndlər pozuldu. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin vəəsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə və iş üzrə yeni qətnamə qəbul edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi ilə İddiaçı arasında bağlanmış xx xxxx 1992-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən qeyriyaşayış sahəsi xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək İddiaçı icarəyə verilmişdir. Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin xx xxxxxx 1995-ci il tarixli 2 nömrəli əmrindən görünür ki, bir qrup işcilərin xahişi nəzərə alınaraq Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin nəzdində T/hesablı “Ruzigar” icarə müəssisəsi təsis olunmuş, həmin müəssisə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cü il tarixli, 721 nömrəli sərəncamı ilə qeydiyyata alınmış və 8 nömrəli pavilyon onlara icarəyə verilmişdir. Müvafiq əmrlə İdarənin Mərdəkan qəsəbəsindəki “Aydınlıq” şadlıq evinin, 8 nömrəli pavilyonunun və 5,8,9,17,23 nömrəli obyektlərin əsas vəsaitləri ilə bərabər “Ruzigar” icarə müəssisəsinin balansına verilməsi və göstərilən obyektlərin işçilərinin ora köçürülməsi əmr edilmişdir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxx 1997-ci il tarixli, 005978 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Aydınlıq” şadlıq evinin avadanlığı (dəmir qapı) İddiaçı satılmış və onun mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilmişdir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxx 1997-ci il tarixli, 005984 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Aydınlıq” şadlıq evinin avadanlığı (kondisioner) İddiaçı satılmış və onun mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilmişdir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxx 1997-ci il tarixli, 005983 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Aydınlıq” şadlıq evinin avadanlığı (kondisioner) İddiaçı satılmış və onun mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilmişdir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxx 1997-ci il tarixli, 005981 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Aydınlıq” şadlıq evinin avadanlığı (berezka televizoru) İddiaçı satılmış və onun mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilmişdir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxx 1997-ci il tarixli, 005976 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Aydınlıq” şadlıq evinin avadanlığı (kondisioner) İddiaçı satılmış və onun mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilmişdir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxx 1997-ci il tarixli, 005980 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Aydınlıq” şadlıq evinin avadanlığı (kondisioner) İddiaçı satılmış və onun mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilmişdir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxx 1997-ci il tarixli, 005979 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin "Aydınlıq” şadlıq evinin avadanlığı (kondisioner) İddiaçı satılmış və onun mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilmişdir. xx.xx.2004-cü il, xx.xx.2004cü il, xx.xx.2004-cü il, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2005-ci il, xx.xx.2005-ci il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il tarixli mədaxil orderlərinin surətlərindən görünür ki, abonent “Aydınlıq” şadlıq evinin sərf etdiyi elektrik enerjisinin ödənilməsi İddiaçı tərəfindən həyata keçirilmişdir. xx xxxxx 2008-ci il, xx xxxx 2008-ci il, xx xxxxxxx 2008-ci il və xx xxxxxx 2008-ci il tarixli mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı “Aydınlıq” şadlıq evindən məişət tullantılarının daşınması üçün ödənişlər etmişdir. xx xxxx 2001-ci il, xx xxxxxx 2001-ci il, xx xxxxxxxx 2001-ci il, xx xxxxxxx 2001-ci il, xx xxxxxxx 2001-ci il, xx xxxxxx 2001-ci il, xx xxxxxx 2002-ci il, xx xxxxxx 2002-ci il, xx xxxx 2002-ci il, xx xxx 2002-ci il, xx xxxx 2002-ci il, xx xxxx 2002-ci il, xx xxxxxx 2002-ci il, xx xxxxxx 2002-ci il, xx xxxxxx 2002-ci il, xx xxxxxxxx 2002-ci il, xx xxxxxxxx 2002-ci il, xx xxxxxxx 2002-ci il, xx xxxxxxx 2002-ci il və xx xxxxxxx 2002-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzlərin surətlərindən görünür ki, İddiaçı vergi ödəyicisi olan “Aydınlıq” şadlıq evi üçün vergi ödənişləri həyata keçirmişdir. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi mərkəzi tərəfindən verilmiş kassa mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən “Aydınlıq” şadlıq evi üçün xidmət haqqı olaraq ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş kassa mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən Aydınlıq” şadlıq evi üçün xidmət haqqı olaraq ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Rabitə Nazirliyi tərəfindən verilmiş qəbzlərin surətlərindən görünür ki, “Aydınlıq” şadlıq evində quraşdırılmış telefon xətti ilə bağlı rabitə xidmətlərindən istifadəyə görə İddiaçı tərəfindən ödənişlər edilmişdir. X8 xx xxxxxx 2016-cı il tarixli, ƏEM/N 69-610/16 nömrəli rəyinin təsdiq olunmuş surətindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən ümumi sahəsi 405.3 kv.m olan qeyri-yaşayış sahəsinin (“Aydınlıq” şadlıq evi) xx xxxxxx 2016-cı il tarixinə bazar dəyəri 179.000 manat təşkil edir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxxxx 2016-cı il tarixli 125 nömrəli sərəncamı ilə təsdiqlənmiş kiçik dövlət müəssisəsinin (obyektinin) özəlləşdirmə planının təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “Aydınlıq” şadlıq evinin start (satış) qiyməti 179.000 manat olmuşdur. Start (satış) qiymətinin güzəştli satışa yönəldiləcək hissəsi 15 faiz, hərraca çıxarılacaq 85 faiz. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən “Aydınlıq” şadlıq evinin xx.xx.2016-cı il tarixdə təkrar hərraca çıxarılması barədə ona məlumat verilmiş, habelə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin iştirak edə biləcəyi bildirilmişdir. xx xxxxx 2019-cu il tarixli, 13/01 nömrəli hərrac protokolunun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “Aydınlıq” şadlıq evi xx.xx.2016-cı il tarixli, 125 nömrəli sərəncama əsasən hərraca çıxarılmış, müvafiq qeyri- yaşayış sahəsi 89.500 (səksən doqquz min beş yüz) manata Cavabdeh2 tərəfindən alınmışdır. xx xxxxx 2019-cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən “Aydınlıq” şadlıq evini hərrac satış qiyməti ilə 89.500 manata alıcı Cavabdeh2 satır. Müqavilənin predmetini alıcının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən hərracda 13/01 nömrəli protokola əsasən satın aldığı “Aydınlıq” şadlıq evi (ümumi faydalı sahəsi-405,3 kv.m) təşkil edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ("Aydınlıq” şadlıq evi) xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1- ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən (müəssisənin, obyektin) start qiyməti qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər və xarici hüquqi şəxslər Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi çıxış edə bilərlər. Həmin Qanunun 16-cı maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı, dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi, dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı, dövlət əmlakının hərraclar vasitəsilə satışı, dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı, icarəyə verilmiş dövlət əmlakının satışı və dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı üsulları ilə həyata keçirilir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslərə, özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslərə və 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslərə özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər tətbiq edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. İcarəyə verilmiş dövlət əmlakı özəlləşdirilmək məqsədi ilə açıq tipli səhmdar cəmiyyətinə çevrildiyi halda onun səhmləri satılmaq üçün ilk növbədə icarədara təklif olunur. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Həmin Qanunun 31-ci maddəsinə əsasən bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması və dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.4.2-ci bəndinə əsasən dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10%-i həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25%-i həcmində, beşinci hərracda ilkin start qiymətinin 50%-i həcmində aşağı salına bilər. Həmin Proqramın 4.6.2-ci bəndinə əsasən İİ Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir, 85%-i isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur. Həmin Proqramın 4.6.5-ci bəndinə əsasən özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. “Dövlət əmlakının özəlləşdirilməsi prosesində nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmlərin (hissələrin) satılması qaydaları haqqında Təlimat”ın 3.1-ci və 3.3-cü bəndlərinə əsasən İİ Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Komitədə qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir, 85%-i isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur. Komitə kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunan hissəsi və onun dəyəri barədə icarəçiyə təklif verir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi ilə İddiaçı arasında bağlanmış xx xxxx 1992-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı icarəyə verilmişdir. Qeyd olunan icarə müqaviləsi müddət müəyyən edilməklə bağlanmış və xx xxxxxx 1992-ci il tarixdə onun müddəti başa çatsa da, tərəflərin münasibətləri faktiki olaraq davam etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər və xarici hüquqi şəxslər Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi çıxış edə bilərlər. İddiaçı bu hüququndan istifadə edərək, əvvəllər icarəçisi olduğu əmlakı hərrac yolu ilə əldə edə bilərdi. Belə ki bu hüququnun həyata keçirilməsinə təminat yaratmaq məqsədilə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı xx xxxxxx 2016-cı il tarixli məktub ünvanlanmış, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən "Aydınlıq” şadlıq evinin xx.xx.2016-cı il tarixdə təkrar hərraca çıxarılması barədə ona məlumat verilmiş, habelə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında " Azərbaycan Respublikası Qanununa əsasən dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin iştirak edə biləcəyi bildirilmişdir. İddiaçı özəlləşdirmə barədə məlumatlı olmuş, hətta mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı 2016-cı il tarixdə Azərbaycan Respublikasının 1-ci xanımı, X9 X5 Əliyevaya müraciət etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi belə bir öhdəlik daşımamasına rəğmən, iddiaçının əmlakla bağlı hərracda iştirak etmək hüququnun təmin olunması istiqamətində tədbirlər görmüş, onu məlumatlandırmış, lakin iddiaçı bu hüququndan istifadə etməmişdir. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqamaneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq vuüğulamışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən təşkil olunan hərrac qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilmiş, hərracın yekunları haqqında xx xxxxx 2019-cu il tarixli, 13/01 nömrəli hərrac protokolu tərtib olunmuş, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “Aydınlıq” şadlıq evi 89.500 (səksən doqquz min beş yüz) manata Cavabdeh2 tərəfindən alınmış və bu barədə xx xxxxx 2019-cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanmışdır. Müvafiq müqavilə əsasında qeyd olunan qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hər-hansı qanun pozuntusu olmadan təşkil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından da, görünür ki, hərracların keçirilməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda qəzetlərdə elanlar verilmişdir. Beləliklə, iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər-hansı sübut təqdim etməmiş, əksinə əmlakın hərracının keçiriləcəyinə dair bildirişi ünvan sahibi poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və bu da onun hərracın keçirilməsi barədə məlumatlı olduğunu sübut edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3043/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3043/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver