Məhkəmə qərarları › İş №2(103)-3057/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3057/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3057/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 52 saylı notariat ofisi olmaqla cavabdehlər "X2" ASC, Cavabdeh3, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 52 saylı notariat ofisi olmaqla) cavabdehlər "X3" ASC, Cavabdeh3, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə, "xxxx" MMCyə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlər "UNİBANK KB ASC və Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ No ******* nömrəli, 40-719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun mənə məxsus mənzildən çıxarlaraq istifadə hüququna xitam verilməsi, habelə mülkiyyət hüququmdan qanunsuz olaraq məhrum edildiyim Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin mülkiyyətimə geri qaytarılması, mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qanunsuz əməlləri nəticəsində mənzilimdən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödədiyim 30000 manat maddi ziyan və mənə mütəmadi olaraq mənəvi və psixi sarsıntı yaşatdığlarına görə 10000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 manat, ödənilmiş 211,05 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq xeyrimə ödənilməsi haqqında” qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər “UNİBANK KB ASC və Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli, 4Ə719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun iddiaçıya məxsus mənzildən çıxarılaraq istifadə hüququna xitam verilməsi, habelə iddiaçının mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyi Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin iddiaçının mülkiyyətinə geri qaytarılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin dəyəri 140000 AZN puldan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı tutulmalı olan 13301,65 ABŞ dolları əsas borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının, ümumilkdə 22732,8 manat pul çıxılmaqla 117267,2 manat və qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödənilmiş 30000 manat maddi ziyan və mütəmadi olaraq yaşadılmış mənəvi və psixi sarsıntıya görə 10000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 manat olmaqla, ümumilkdə 157617 manat pulun və ödənilmiş 447,62 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək "xxxx" MMC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 25.375 manat, mənəvi ziyanın əvəzi kimi 5.000 manat, hüquqi yardıma görə 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 181,18 manat olmaqla, ümumilikdə 30.906 (otuz min doqquz yüz altı) manat 18 (on səkkiz) qəpik tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 saylı məktubuna əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 394/2025 saylı qətnaməsindən hazırki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verildiyindən 2(011)-394/2025 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-3057/2025 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-3057/2025 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-394/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar