Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3058/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbi”nə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4063/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nəsimi rayon Qaz istismarı idarəsi tərəfindən məcburi köçkün kimi ona əsassız, qərəzli yazılmış 3758,72 manat pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nəsimi rayon Qaz istismarı idarəsi ilə ünvan 1 ünvanında yerləşən “Uşaq bağçası”nın binasında iddiaçının məskunlaşdığı otağa 12 mart 2020-ci il tarixdə qaz xətti çəkilməklə 58778158 nömrəli akt tərtib olunmuş, plomb nömrəsi 10261458, mexaniki sayğac göstəricisi 32272 m3 olan ******* nömrəli sayğac quraşdırılmışdır. 12 mart 2020-ci il tarixdə qaz xətti çəkilməklə Cavabdeh İB Nəsimi rayon Qaz istismarı idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 58778158 nömrəli aktın 6-cı bəndində qeyd olunmuşdur ki, quraşdırılan sayğac Quba rayonunda qeydiyyatdan çıxarılan vaxt göstəricisi 18997 kub olub. Quraşdırılan vaxt sayğac göstəricisi 32272 m3- dir. İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi bir təhər ailəsi ilə uşaq bağçasına sığınıb yaşayır. Sayğacı da Cavabdeh İB-nin əməkdaşları quraşdırıb, aktlaşdırıblar. Plombu da üstündədir. İddiaçıya bildirilir ki, o 3 (üç) aya ikigözlü qaz plitəsinə görə 2344,10 manat qaz sərfiyyatına görə pul ödəməlidir. İddiaçının beyin infarktı keçirməyi səbəbindən bir neçə ildir ki, yaxınlarının, kənar şəxslərin köməkliyi ilə bir təhər yaşayır. Həyat yoldaşı çoxdan rəhmətə gedib. Cavabdeh Nəsimi rayon Qaz istismarı idarəsi tərəfindən iddiaçıya əsassız, qanunsuz sərfiyyat yazıblar ki, halbuki, böyük bır zavodda bu qədər qaz istifadə olunmur. İddiaçıya özlərinin planları xatirinə yazılmış 2344,10 manat əsassız, qanunsuz pul məbləği ləğv edilməlidir. Belə ki, Uşaq bağçasına sığınmış məcburi köçkün bir otaqlıda bu qədər isti günlərdə qaz işlədə bilməz, bu səbəbdən məhkəmə qaydasında silinməlidir. Göstərilənlərə əsasən Cavabdeh Nəsimi rayon Qaz istismarı idarəsi tərəfindən məcburi köçkün kimi iddiaçıya əsassız, qərəzli yazılmış 2344,10 manat pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4063/2020 saylı, 18 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının özünün verdiyi izahatalardan iddia ərizəsinin onun tərəfindən imzalanmadığı müəyyən edilmiş, cavabdehin nümayəndəsi isə belə olan halda iddia ərizəsinin baxılmamış saxlanılmalı olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Adı çəkilən Məcəllənin 391-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 19cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmalı və İddiaçı ümumi əsaslarla yenidən iddia qaldırmaq hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏR ARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4063/2020 saylı, 18 noyabr 2020ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Məmməd Məmmədov Hakimlər imzalar: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3058/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3058/2021
26.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver