Məhkəmə qərarları › İş №2(103)-306/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-306/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-306/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Tanrıverdiyev Anar Vəzir oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-454/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 7199,8 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 7229,8 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır (səh.7); İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx xxxx 2017-ci il tarixli, T/16553 saylı müqavilənin surətinə əsasən, müqavilə əsasında ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin edir, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürür (səh.8); xx xxxxxxx 2018-ci il tarixli abonentin saldosuna əsasən, abonent Cavabdeh 2010-2018-ci illər ərzində təbii qazdan istifadəsi nəticəsində cəmi 7199,8 manat borcu yaranmışdır (səh.10); təbii X2 pozulması haqqında aktların surətlərinə əsasən, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir (səh.14-48); xəbərdarlığa əsasən, yaranmış borc məbləğini ödəməsi cavabdehə təklif edilmişdir; ödəniş qəbzinə əsasən, iddiaçı hazırkı tələb üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir (səh.6). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-454/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 442,60 manat və ödənilmiş dövlət rüsumu üzrə 30 manat tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)-454/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, imkansız olduğunu, tələb edilən məbləği ödəməyə imkanının olmadığını, halhazırda mexaniki qaz sayğacı qoyulduğunu, borcunun olmadığını bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, İddiaçı İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 20752 saylı ekpert rəyində qeyd edilmişdir ki, Cavabdeh təbii qazdan istifadəyə görə xx.xx.2018-ci il tarixədək olan müddətə hesablanmış 7199,8 manat məbləğində borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməli, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (səh.130); Mərkəzin xx.xx.2020-ci il tarixli, 10/129 saylı ekpert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Poçt küçəsi 14 nömrəli evdə mövcud olan (xx xxxx 2020ci il tarixdə baxış zamanı aşkar edilmiş) qaz avadanlıqlar (qaz cihazları) nəzərə alınmaqla 17.10,2016-cyMaöjjğən iddianın qaldırıldığı xx.xx.2018-ci il tarixədək olan müddətdə istehlakçı, edilmiş qaz sərfiyyatının həcmi 23244.4 m3 (3563.2+12524.4+7156.8=23244.4 m3) təşkil edir, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir (səh.139); Mərkəzin xx.xx.2020-ci il tarixli, 9/255 saylı ekpert rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Poçt küçəsi 14 nömrəli evdə mövcüd olan (xx xxxx 2020-ci il tarixdə baxış zamanı aşkar edilmiş) avadanlıqlar (qaz cihazları) nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən iddianın qaldırıldığı xx.xx.2018-ci il tarixədək olan müddətdə hec bir ödəniş edilməmişdir Abonentin saldosu cədvəlində əsasən. İstifadə olunmuş təbii qazın orta sərfiyyatının 23244,4 m3 olduğu halda, Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 4 648,88 man təşkil edir. Həmin məbləğ İddiaçı təbii X2 pozulmasına görə hesablanmış 7199,8 manatdan az olmaqla, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (səh.140). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 21, 1096, 1097.1, 1098, 1115; MPM-in 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş X2 3-5-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları təftiş etməmiş və onların mötəbərliyinin qiymət verilməsinə səy göstərməmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza ilə mübahisə edilən müddətdə heç bir ödəniş edilmədiyi, istifadə olunmuş təbii qazın orta sərfiyyatının 23244,4 m3 olduğu, cavabdeh tərəfindən ödənilməli olan məbləğin 4648,88 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyinin mötəbərliyini şübhə altına alan digər sübut təqdim edilmədiyindən rəyin nəticəsi üzrə məbləği əsas götürməklə iddia (şikayət) qismən təmin edilməli və müəyyən edilən məbləğ cavabdehdən tutulmasını kollegiya qanuni hesab edir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci MPM-in 119-cu maddəsinə əsasən iddiaçıya aid edilməli, aparılan ekspertizalar üzrə xərclər cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-454/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. İstifadə olunmuş təbii qaza görə yaranmış 4648,88 (dörd min altı yüz qırx səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 350 (üç yüz əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar