Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3064/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), X11 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdeh X3 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı "borcun silinməsi" tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5093/2019 saylı işi üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********03350) əsassız olaraq hesablanmış 972 manat borcun və sayğacın dəyəri olaraq tələb olunan 235.88 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: komissiyanın üzvləri Taciyəddin Hüseynov, Kənan Əhmədov və Asim Nəbiyevin imzaladıqları X3 xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyinə görə itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 3240 m3 qazın dəyərinin ödənilməsi qərara alınmış “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur (iş səh.8).X7 tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosuna görə İddiaçı akt üzrə tələb olunan qaz sərfiyyatına görə borc 972 manat təşkil edir (səh.13).xx.xx.2019-cu il tarixli, 16137 saylı ekspertiza rəyi ilə qeyri-qanuni qoşulma faktı aşkar edilməsə də, əsas paylayıcı qaz xəttinin sayğaca qədər olan hissəsində, yəni paylayıcı qaz xəttini saxlayan metal dayağa keçirilmiş, işlək vəziyyətdə olmayan ağzı qaynaq vasitəsilə bağlanmış çıxıntı aşkar olunmuşdur. Təqdim edilmiş iş materiallarında olan fotoşəkillərlə, əsas paylayıcı xəttin üzərində aşkar olunmuş işlək vəziyyətdə olmayan, ağzı qaynaq vasitəsilə bağlanmış çıxıntı müqayisə edilərkən oxşarlıq yaranmışdır. Əvvəllər bu çıxıntı vasitəsilə sayğacdan kənar qeyri-qanuni qoşulmanın olduğu ehtimal olunur. Baxış zamanı iddiaçının qonşusunun dediklərinə əsasən ünvanda istifadə olunan qaz avadanlıqlarını və Cavabdeh İB tərəfindən tərtib edilmiş aktın qış mövsümünə təsadüf etdiyini nəzərə alaraq, itirilmiş qazın bərpası üçün hesabatın düzgün aparıldığı müəyyən edilir. Lakin bu hissədən əvvəllər istifadə edilib-edilməməsi, kimin tərəfindən və hansı müddətdə istifadə olunması məsələnin subyektiv tərəfinə aid olmaqla hüquqi xarakter daşıdığına görə ekspertin səlahiyyət dairəsindən kənardır və məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspertiza xərci 50 manat müəyyən edilmişdir (səh.29). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5093/2019 saylı işi üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X1rşı Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********03350) əsassız olaraq hesablanmış 972 manat borcun və sayğacın dəyəri olaraq tələb olunan 235,88 manatın silinməsi barədə iddiası təmin edilməmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respubılikası Konstitusiyasının 60.1, 72; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119, 217.4;“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9cu hissəsi;Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3, 4.2, 4.9, 6.5-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xətti aşkar olunduğuna görə qanunsuz xətt qazpaylayıcı şəbəkədən ayırılmaqla qazın verilməsi dayandırılmış, “Azəriqaz“ İB tərəfindən itirilmiş qazın (vurulmuş ziyanın) bərpası üçün hesabat aparılaraq ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011 )-5093/2019 saylı qətnaməsinin ləğv olunmasına və iddia tələbimin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, 71.1; MPM-nin 9.1, 9.2, 9.3, 77.2, 357.1, 360, 385.1.1, 385.1.2, 385.1.4, 386; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının' təsdiq edilməsi haqqında xx.xx.2011 -ci il tarixli 80 saylı Qərarının 1.3, 4.2, 4.8; Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə; Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3, 4.1.1, 4.1.2-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, rəy bir daha onu təsdiq edir ki, fərdi yaşayış evinin yanından keçən Cavabdehnə məxsus paylayıcı qaz xəttinə baxış keçirilən zaman qeyri-qanuni qoşulma faktı aşkar edilməmişdir.Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə müxtəlif sahələrin inkişaf etdirilməsi, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində islahatlar aparılır və istər dövlət, istərsə də özəl təşkilatlara düzgün istiqamət verilir və müxtəlif yardımlar göstərilir. Bu islahatların məntiqi davamı kimi, bəzi təşkilatlar tərəfindən, həmçinin Cavabdeh tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulması ölkə başçısı tərəfindən öz çıxışlarında dəfələrlə bildirilmişdir. Lakin hazırda həmin təşkilatlar tərəfindən, xüsıısilədə Cavabdeh İB-si tərəfindən qanunsuz hərəkətlər davam etdirilir, bunun nəticəsində vətəndaşlar əziyyət çəkməyə, əsassız olaraq yazılmış cərimələr ödəməyə məcbur qalırlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, həmin borcun 5-6 ay ərzində yarandığını, sayğaca heç bir müdaxilə etmədiyini, həmin evdə yaşamadıqlarını, yalnız təmir işləri aparılan zaman karta ödəniş edilərək qazdan istifadə etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, ekspertiza zamanı özünün də həmin mənzildə iştirak etdiyini və kənar xətt quraşdırıldığının məhz iddiaçı tərəfindən ehtimal olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 385.1, 442, 454, 1096.1, 1096.2, 1097.1, 1115; Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 279-282, 542; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamənin maddi və prosessual hüquq normalarına uyğun sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, qətnamə qəbul edilərkən yalnız ehtimallara istinad edilmiş və iddiaçının hərəkətlərinin qanunsuzluğu təkzib edilməz sübutlarla (delikt, inzibati xəta və sair) təsdiq edilməmişdir. İstehlakçıya qarşı yönələn və onun tərəfindən qəbul edilməyən tələbi sübut etmək yükü cavabdehə aid edilən hissədə sübuta yetirilmədiyindən və iddianı təkzib edən digər hallar müəyyən edilmədiyindən iddia təmin edilməli və eksprtiza xərci cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372-375, 379-382, 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5093/2019 saylı işi üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsiləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********03350) əsassız olaraq hesablanmış 972 manat borc və sayğacın dəyəri 235.88 manat, cəmi 1207.88 manat pul vəsaiti X2 tutularaq İddiaçı ödənilsin. Ekspert xərci olan 50 (əlli) manat məbləğində pul cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.
Məhkəmə qərarları › İş №2(103)-3064/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3064/2020
10.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver