Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-307/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı X7, Cavabdehin nümayəndəsi X2 və vəkili X4 iştirakı ilə, İddiaçı X7 Cavabdeh qarşı «qanunsuz tikilinin ökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2(094)-24/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “qanunsuz tikilinin ökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2(094)- 24/2018 saylı qətnaməsi ilə (hakim Rəşad Mustafayev) cavabdehin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən, ümumi sahəsi 0,0373 ha olan 73/366 saylı bağ sahəsindən çıxarılması, 73/366 saylı bağ sahəsində cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin onun vəsaiti hesabına sökülməsi və 73/366 saylı bağ sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(103)- 1263/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(102)- 8028/2019 saylı qərarı ilə təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Yeni apellyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, mübahisənin həlli ilə bağlı aralarında razılıq əldə olunduğunu, bu səbəbdən də barışıq sazişinin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MPM) 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 05 oktyabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;
1. X9 aşağıdakıları icra etməyi öhdəsinə götürür: 1.1. Xüsusi mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən, ümumi sahəsi 0,0373 ha olan 73/366 saylı bağ sahəsini 9.000 (doqquz min) manat məbləğində pul vəsaiti müqabilində Cavabdeh qızma satmaq; 1.2. Barışıq sazişinin 2.1-ci bəndində göstərilən bağ sahəsinin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmiləşdiriməsinə razılıq vermək; 1.3. X3 2.1-ci bəndində göstərilən bağ sahəsinə və ödənilən pul vəsaitinə dair Cavabdeh qızma qarşı heç bir iddia qaldırmamaq; 1.4. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək.
2. Cavabdeh aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.1. X7 xüsusi mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən, ümumi sahəsi 0,0373 ha olan 73/366 saylı bağ sahəsini 9.000 (doqquz min) manat məbləğində pul vəsaiti müqabilində ondan almaq; 2.2. Bağ sahəsini tam mülkiyyət hüququ üzrə öz adına rəsmiləşdirmək; 2.3. Gələcəkdə bağ sahəsinə və ödənilən pul vəsaitinə dair X5rşı heç bir iddia qaldırmamaq; 2.4. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin,qərardadından şikayət verməmək; 2.5. Alqı-satqı zamanı notariat xərclərini və vergi ödənişlərini aralarında yarıbayarı bölmək.
3. Tərəflərin məsuliyyəti 3.1. Tərəflər bu Sazişdə göstərilmiş şərtlərin yerinə yetirilməsi ilə bağlı onlardan asılı olan hərəkətlərin, ödəmələrin və digər hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Tərəflərdən birinin bu Sazişdə həmin tərəf üçün nəzərdə tutulmuş öhdəliyi icra etməməsi, digər tərəfə bu Sazişdə nəzərdə tutulmuş öhdəliyinin icrasından imtina etmək və məhkəməyə müraciət etmək hüququ verir. 3.2. Tərəflər bu Sazişdə göstərilmiş şərtlərin həyata keçirilməsi üçün onlarda olan sənədlərin təqdim edilməsi və onlardan asılı olan hərəkətlərin vaxtında icra edilməsinə görə məsuliyyət daşıyırlar. 3.3. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, saziş bağlanan zaman hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. 3.4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.
4. Yekun qaydalar 4.1. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2, 191, 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır. 4.2. Barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi ilə bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesinin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən, Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı X7 Cavabdeh qarşı «qanunsuz tikilinin ökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:
1. X9 aşağıdakıları icra etməyi öhdəsinə götürür: 1.1. Xüsusi mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən, ümumi sahəsi 0,0373 ha olan 73/366 saylı bağ sahəsini 9000 (doqquz min) manat məbləğində pul vəsaiti müqabilində Cavabdeh qızma satmaq; 1.2. Barışıq sazişinin 2.1-ci bəndində göstərilən bağ sahəsinin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmiləşdiriməsinə razılıq vermək; 1.3. X3 2.1-ci bəndində göstərilən bağ sahəsinə və ödənilən pul vəsaitinə dair Cavabdeh qızma qarşı heç bir iddia qaldırmamaq; 1.4. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək.
2. Cavabdeh aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.1. X7 xüsusi mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən, ümumi sahəsi 0,0373 ha olan 73/366 saylı bağ sahəsini 9.000 (doqquz min) manat məbləğində pul vəsaiti müqabilində ondan almaq; 2.2. Bağ sahəsini tam mülkiyyət hüququ üzrə öz adına rəsmiləşdirmək; 2.3. Gələcəkdə bağ sahəsinə və ödənilən pul vəsaitinə dair X5rşı heç bir iddia qaldırmamaq; 2.4. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin,qərardadından şikayət verməmək; 2.5. Alqı-satqı zamanı notariat xərclərini və vergi ödənişlərini aralarında yarıbayarı bölmək.
3. Tərəflərin məsuliyyəti 3.1. Tərəflər bu Sazişdə göstərilmiş şərtlərin yerinə yetirilməsi ilə bağlı onlardan asılı olan hərəkətlərin, ödəmələrin və digər hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Tərəflərdən birinin bu Sazişdə həmin tərəf üçün nəzərdə tutulmuş öhdəliyi icra etməməsi, digər tərəfə bu Sazişdə nəzərdə tutulmuş öhdəliyinin icrasından imtina etmək və məhkəməyə müraciət etmək hüququ verir. 3.2. Tərəflər bu Sazişdə göstərilmiş şərtlərin həyata keçirilməsi üçün onlarda olan sənədlərin təqdim edilməsi və onlardan asılı olan hərəkətlərin vaxtında icra edilməsinə görə məsuliyyət daşıyırlar. 3.3. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, saziş bağlanan zaman hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. 3.4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.
4. Yekun qaydalar 4.1. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2, 191, 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır. 4.2. Barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2(094)- 24/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.