Məhkəmə qərarları › İş №2(103)-307/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-307/2022

13.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-307/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ilk iddia üzrə iddiaçı X1 nümayəndəsi Vəkil, Cavabdeh1 Şəmil oğlu, cavabdeh(qarşılıqlı iddia üzrə iddaçı) Cavabdeh3 vəkili X10 iştirakı ilə, ilk iddia üzrə iddiaçı X1 ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 Şəmil oğluna, X11 və Cavabdeh3 qarşı “qanunsuz tikililərin sökülməsi, icarədə olan torpağın boşaldılaraq təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh X2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-571/2020 saylı işi üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Şəmil oğlu, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia tələbi üzrə iddiaçı məhkəməyə müraciət edərək, ona məxsus Sabunçu rayonu, X24 ərazisində 0,08 ha torpaq sahəsi üzərindəki qanunsuz tikililərin sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində cavabdehlər Cavabdeh1 Şəmil oğlu, X16 və Cavabdeh3 tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehlərin hər birindən 10000 manatın, cəmi 30000 manatın, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlərin hər birindən 5000 manatın, cəmi 15000 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh3 cavabdeh X5 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi olmaqla çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X3 mərhum həyat yoldaşı X12 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsünün və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyun 2016cı il tarixli, ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, X24 ərazisində 0,08 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə 99 illik müddətə X12 adına icarə hüququ üzrə dövlət qeydiyyatına alınmışdır; - xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X12 adına icarə hüququ üzrə dövlət qeydiyyatına alınmış Abşeron rayonu, X24 ərazisində 0,08 ha torpaq sahəsinə dair vərəsəsi arvadı X4r; - xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış bildirişə əsasən 17 oktyabr 2017-ci il tarixli, 2V-1104 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə əldə etdiyi Abşeron rayonu, X24 arazisində 0,08 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatının aparılması barədə 4 saylı Ərazi İdarəsinə daxil olmuş xx.xx.2018-ci il tarixli, ********** nömrəli müraciətlə əlaqədar bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Aidiyyəti üzrə Xidmətin Bakı şəhər Ərazi İdarəsinə müraciət etməyi tövsiyə olunmuşdur; -xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış bildirişin surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, X24nda yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın (vərəsəlik) verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ********** nömrəli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə torpaq sahəsi üzərində hüququn növü icarə, torpaq sahəsinin plan və ölçüsündə isə istifadə hüququ qeyd edilmişdir. Həmçinin bildirilir ki, sözügedən torpaq sahəsində digər şəxslər tərəfindən yaşayış evləri inşa edilərək istifadə edilməkdədir və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********39 saylı mütəxəsis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır.X13 (seriya RX N° ********) reyestr nömrəsi **********33 olan çıxarış və plan-ölçüyə əsasən icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, X24 ərazisində yerləşən (hal- hazırda Bakı şəhərinin inzibati ərazi hüdudları daxilində yerləşir) 0.08 hektar torpaq sahəsinin sərhədləri daxilində həyətyanı kimi hasarlanmış sahələr, ev və hasar mövcuddur. X13 (seriya RX N° 0887241) reyestr nömrəsi **********33 olan çıxarış və plan - ölçüyə əsasən icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən 0.08 hektar torpaq sahəsinin sərhədləri daxilində ölçüləri əlavə edilmiş sxemlərdə qeyd olunmuş torpaq sahəsi həyətyanı sahələr kimi istifadə olunur. İddiaçının iddia etdiyi və naturada göstərdiyi, mübahisələndirilən həyətyanı sahələr istifadə edilən torpaq sahəsində olan qanunsuz tikililərin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatından keçməsi barədə elektron kadastr bazasında heç bir məlumat aşkar edilməmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə X13 (seriya RX № ********) reyestr nömrəsi **********33 olan çıxarış və plan - ölçüyə əsasən içarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, X24 arazisində yerləşən 0.08 hektar torpaq sahəsinin məhkəmədən təqdim edilmiş reyestr nömrəsi **********33 olan plan-ölçü sənədinin koordinatları üst-üstə düşür. Hazırda mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı Dövlət mülkiyyətində olan torpaq sahəsidir(iş.səh.7-13, 30, 39-48). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 571/2020 saylı işi üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, X1 vərəsəlik hüququ üzrə istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X24 ərazisində 0.08 ha torpaq sahəsində ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 Şəmil oğlu, X16, Cavabdeh3 tərəfindən tikilən qanunsuz tikililərin sökülməsi və həmin torpaq sahəsi boşaldılaraq ilkin iddia tələbi üzrə iddiaçı X2 təhvil verilsiməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 Şəmil oğlundan, X7 və Cavabdeh3 müştərək qaydada tutularaq ilkin iddia üzrə iddiaçı X2 verilməsi, Cavabdeh3 X2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla 29 iyun 2016-cı il tarixli, ******* saylı Çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 aid edilməsi, iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri 67.51 manat cavabdehlər Cavabdeh1 Şəmil oğlundan, X7 və Cavabdeh3dan müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 88, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 157.2, 157.8; «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanun üzrə vərəsə olan ilkin iddia tələbi üzrə iddiaçı X1 mərhum əri X13 (seriya RX № ********) reyestr nömrəsi **********33 olan çıxarış və plan - üyə əsasən 99 il müddətinə icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən (hal-hazırda Bakı şəhərinin inzibati ərazi hüdudları daxilində yerləşir) 0.08 hektar torpaq sahəsinin sərhədləri daxilində ilkin iddia tələbi üzrə cavabdehlər tərəfindən həyətyanı kimi hasarlanmış sahələr, inşa edilmiş ev və hasar mövcuddur. Belə olan təqdirdə ilkin iddia tələbi üzrə iddiaçının qanuni şəkildə istifadəsinə filmiş torpaq sahəsindən istifadə hüquqları pozulur. Odur ki, ilkin iddia tələbi qismən təmin edilməli, X1 istifadəsinə verilmiş Sabunçu rayonu, X24 ərazisində 0,08 ha torpaq sahəsi üzərindəki cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililər sökülməli, həmin torpaq sahəsi boşaldılaraq X2 təhvil verilməlidir. Bununla yanaşı ilkin iddia tələbi iin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 Şəmil oğlu, X16 və Cavabdeh3 tərəfindən vurulmuş maddi zərərin olaraq cavabdehlərin hər birindən 10000 manatın, cəmi 30000 manatın tutulması hissəsində maddi zərərin vurulması ilə əlaqədar kifayət qədər mötəbər sübutların təqdim edilməməsi və bununla əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlərin hər birindən 5000 manatın, cəmi 15000 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində təmin edilməməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin, yəni, öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququnun məcmusu kimi qiymətləndirilə bilər. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia tələbi üzrə iddiaçının istifadəsinə ayrılmış Sabunçu rayonu, X24 kisində 0,08 ha torpaq sahəsi və ya onun bir qismi ilə əlaqədar məhkəməyə hüquq müəyyənedici sənədə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, Cavabdeh3 mübahisə predmeti olan torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçesünün və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyun 2016-cı il tarixli, ******* saylı Çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ mövcud olmamışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutulub ilkin iddiaçıya ödənilməsi və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsini əsaslı hesab edir. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 67.51 manat pulun ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3dan iştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cavabdeh1 Şəmil oğlu apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 571/2020 saylı işi üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, proses zamanı məhkəmədən xahiş etmişdirlər ki, prosesi tələsik yekunlaşdırmasın və ətraflı araşdırma aparsın.Lakin əvəzində məhkəmə tez-tələsik prosesi yekunlaşdırmışdır. İşlə bağlı təqim etdikləri şahidlərin dindirilməsinə şərait yaradılmamış, eləcədə əlavə sübut imkanından məhrum edilmişdirlər. Belə ki, məhkəmədə dəfələrlə bildirmişdir ki, qeyd olunan ərazinin iddiaçı ilə heç bir bağlılığı və aidiyyatı yoxdur. İddia olunan ərazinin iddiaçıya heç bir aiddiyyatının olmadığı, həmin ərazinin Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa edilmiş qəsəbəyə aid olması və bu səbəbdən də həmin Dövlət Komitəsinin prosesə cəlb olunması barədə məhkəməyə bildirilmişdir. Çünki Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsində inşa edilmiş qəsəbənin bütün sənədləri, o cümlədən də torpaq ayrılması,torpağın kadastr məlumatları və ümumi sahənin göstəriciləri mövcuddur. Həmin sənədlərin təqdim edilərək məhkəmədə tədqiq edilməsi işə yetərincə aydınlıq gətirəcəkdi . Lakin Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi nümayəndəsinin məhkəməyə gəlməsi təmin edilməmişdir. Vəkili tərəfindən həmin quruma edilmiş sorğuya isə yetərli cavab verilməmişdir. Habelə onu da qeyd etmişdir ki, iddiaçının həmin əraizdə başqa bir torpaq sahəsidə var və iddiaçı orada ev inşa edib. Hazırki iş üzrə istinad etmiş olduğu sənədi də məhz bu tikmiş olduğu evin yerləşdiyi sahəyə aiddir. Sadəcə həmin evin rəsmi qeydiyyatının olmaması bu ev barədə məlumat əldə edilməsini mümkünsüz etmişdir. Cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 571/2020 saylı işi üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitsiyasının 13, 29, 60. 127; Mülki Məcəllənin 148.2, 152.5, 153.3, 157.1, 157.2; Mülki Prosessual Məcəllənin 14.1. 88, 217, 220.4, 384, 385, 386, 388-ci maddələrinə; “Məhkəmə Qətnaməsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 24 noyabr 2005-ci il tarixli,04 N-li Qərarına istinadən qeyd edilmişdir ki, 10 oktyabr 2020- ci il tarixli X15 əsasən aşağıdakıları bildirmişdir: İddiaçı X1 iddia etdiyi torpaq sahəsi uzun müddətdir ki, onun qanuni istifadəsindədir, həmin torpaq sahəsinin nə iddiaçı-X2, nə də mərhum həyat yoldaşı X13 heç bir aidiyyəti yoxdur və məhkəməyə sənədləri təqdim edəcəkdir.Qeyd edilənlərə əsasən hesab etmişdir ki, onun İddiaçı-X1 mərhum həyat yoldaşı X12 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü-“nün və 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən verilmiş 29 iyun 2016-cı il tarixli, ******* saylı Çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və cavabdehin- Sabunçu rayon Məhkəməsinə verdiyi -“qanunsuz tikililərin sökülməsi,icarədə olan torpağın boşaldılaraq təhvil verilməsi,vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair”- İddia Ərizəsi iizrə - iddiası üzrə iddia tələbinin isə rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında şahidlər- X17,X21 və X18 ifadələrinə məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir ki, bu da ədalətsiz məhkəmə araşdırmasına sübutdur. Belə ki, Bakı şəhəri, X24 ərazisinə aid mübahisəli torpaq sahəsi onun adına icarə müqaviləsi əsasında rəsmiləşmiş və çox vaxt olduğu kimi onun adından alıcılara etibarnamə ilə torpaq sahəsi verilmiş və Cavabdeh3 da etibarnamə ilə mübahisəli torpaq sahəsini satmasını bildirmiş və bundan başqa uzun müddət ötdüyü üçün dəqiq xatırlamadığı başqa bir torpaq sahəsini də etibarnamə ilə X13 da satmasını bildirmişdir və həmin torpaq sahələrinin başqa-başqa sahələr olduğunu da qeyd etmişdir. Bundan başqa -2(008)-571/2020 N-li mülki iş üzrə - məhkəmə iclasında yaranmış zərurətlə əlaqədar - əlavə məhkəmə tikinti -texniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının “X25 X28” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ünvan Bakı şəhəri Xətai rayonu,A.Ələsgərov küçəsi 6,mənzil 79-AZ 1123 mütəxəssisləri cəlb edilməklə və ekspertlərinə tapşırılmasına və eyni zamanda Ekspertin və ya Mütəxəssisin qarşısında aşağıda qeyd edilən sualların qoyulması və cavab alınmasına - və icraatın dayandırılmasına dair Qərar qəbul edilməsi ilə bağlı Vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir ki, bu da ədalətsiz məhkəmə araşdırmasına sübutdur.-Sual bu şəkildə qoyulmuşdur:-Sual:-X26”-nə əsasən şahid-X17 tərəfindən X13 icarəyə verilmiş 0.08 ha torpaq sahəsi ilə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı- Cavabdeh3 etibarnamə ilə şahid- X17 tərəfindən verilmiş torpaq sahəsi ilə kəsişirmi və ya üst-üstə düşürmü? Qeyd etmişdir ki,bu mübahisə yaradan ziddiyət öz həllini tapmamış və bu ziddiyyətə aydınlıq gətirilməli və bununla bağlı ekspertiza təyin olunması qaçılmazdır.Buna baxmayaraq bu məsələ açıq qalmışdır. Göründüyü kimi Vəsatətin təmin edilməməsi ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı- Cavabdeh3 mülkiyyət hüqüqunu pozur. Eyni zamanda Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin-2(008)-571/2020 saylı, 23 noyabr 2020-ci il tarixli Qətnaməsi yerli qanunvericiliklə yanaşı Azərbaycanın ratifikasiya etdiyi Avropa insan Haqları Konvensiyasının “Mülkiyyət hüququ” adlı 1 nömrəli Protokolunun 1-ci maddəsinin tələblərini pozur. “İnsan Hüquqlarının və X8 Haqqında” Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum oluna bilməz”. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə havalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli məktubi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən müvafiq rəy verilmədiyindən ekspertiz aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir, Azərbayan Respublikası Tarif Şurasının 4 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına uyğun olaraq, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib edilmiş smeta və hesab vərəqəsi təqdim edilir, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd "xxxx" MMCyə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Şəmil oğlu apellyasiya şikayətini müdafiə edərək, qaçqın olduğunu, 2017-ci ildən orda yaşadığını, orda bağ saldığını, ağac əkib-bağ salanda iddiaçının bir dəfə olsun belə gəlib bura mənimdir demədiyini, Qaçqınkom tərəfindən həmin ərazinin istifadə etmək üçün mal-qara saxlaya bilən əhaliyə sənədsiz verildiyini, onun da həmin şəxslərdən biri olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 vəkili X22 apellyasiya şikayətini müdafiə edərək, həmin yerin Qalib Əliyevə məxsus olduğunu, Rəsulova Sədaqət 2017-ci ildə üç nəfər cavabdehi narahat etdikdən sonra, bunu Qalibə bildirdiklərini və onun 2018-ci ildə cavabdehlərə həmin yer üçün etibarnamə verdiyini, qarşı tərəfin plan-ölçü aldığı vaxt artıq orda evlərin, hasarlanmış sahə olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı X1 nümayəndəsi Vəkil mübahisənin üç ildir davam etdiyini, birinci instansiya məhkəməsi zamanı ekspertiza təyin olunduğunu, ekspert Teymurun Məmmədovun 4 dəfə baxış keçirilməsinə baxmayaraq, heç birində iştirak etmədiyini, mütəxəssis rəyinin verildiyini və həmin ərazinin Rəsulova Sədaqətə məxsus olduğunu sübut olunduğunu, qarşı tərəfin bunun əksini sübut edən heç bir sənəd təqdim etməyini, Cavabdeh3 sonradan cavabdeh qismində cəlb olunduğunu, onun iki evinin-bir evinin təmamilə, digər evin isə yarı hissəsinin onların ərazisinə düşdüyünü, Cavabdeh1 Şəmil oğlunun tövləsi və həyət sahəsinin, X9 isə həyətinin həmin əraziyə düşdüyünü bildirmiş, birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını və ekspert Teymur Məmmədov barəsində öz vəzifə səlahiyyətlərini layiqincə icra etmədiyi, tərəflərə qarşı hörmətsizlik etdiyi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının prosesində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC -nin təqdim etdiyi smetasına uyğun ödənişin aparılması zəruriliyi işdə iştirak edən şəxslərə təklif edilmiş, lakin tərəflər buna razılıqlarını bildirməmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 139-166, 180, 238-245, 560, 700-722; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 265.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, sübutetmə (təkzibetmə) vəzifəsinə uyğun apellyasiya şikayətlərinin heç bir sübutedici əsası mövcud deyildir. Apellyasiya şikayəti verənlərin dəlillərinin yoxlanılması üçün ekspertiza keçirilməsi qərara alınsa da, onlar tərəfindən onun həyata keçirilməsinə səy və təşəbbüslər göstərilməmiş, torpağın hər hansı əsaslarla onlara aidiyyəti barədə hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Beləliklə, ilk iddianın rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətlərinin hədləri baxımından qarşılıqlı iddianın mümkünlüyü müzakirə predmeti olmasa da, prosessual hüquqi baxımından tərəflərin subyektiv tərkibi və hər bir subyektə münasibətdə bu tələbin aidiyyəti ümumiyyətlə mülki mühakimə icraatının vəzifələrinə aid tərzdə təqdim edilməmişdir. Ona görə, qarşılıqlı iddianın müəyyən edilməyən mülki-hüquqi əsasları belə müstəqil müzakirə predmeti kimi təfsir edilə bilməz. Apellyasiya şikayətləri əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 Şəmil oğlunun və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-571/2020 saylı işi üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar