Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3070/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Alahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Üçüncü şəxs X3 vəkili X4, Cavabdeh “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh2nə, Cavabdeh3nə və “Cavabdeh1" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-yə, "X2 Mərkəzi" MMC-yə, "xxxx" ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "hərracın nəticələri barədə protokolun və s. etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-yə, "X2 Mərkəzi" MMC-yə, "xxxx" ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "hərracın nəticələri barədə protokolun və s. etibarsız hesab edilməsi" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata “ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş RO1/80/19 saylı, xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi”nə aid olan hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsindən narazı qalan iş üzrə üçüncü şəxs X7 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ünvanlanan və xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olan məktubdan görünür ki, cavabdeh “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən apellyasiya şikayəti verilmiş və bu səbəbdən mülki işin həmin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş apellyasiya baxışından çıxarılmalı və işə baxmış məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən cavabdeh “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3070/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3070/2021
15.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver