Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3086/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-50/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materialarından görünür ki, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən onun istifadəsində olan mənzilin pəncərəsinin qarşısında tikilmiş cavabdehin hesabına sökülməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 19 saylı evin 3 saylı mənzili ST. X4 adına qeydiyyata alınmışdır. Faktiki olaraq həmin mənzildə o, 20 ildən artıqdır ki, tək yaşayır və istifadə edir, həmin mənzildə qeydiyyatdadır. Qızı uzun müddətdir ki, həmin mənzildə yaşamır. Həmin mənzil birinci mərtəbədə yerləşməklə Cavabdeh həmin binanın həyətində qanunsuz torpaq zəbt edərək onun pəncərəsinə yaxın məsafədə tualet inşa edərək istifadə edir. Həmin tualetden gələn qoxu nəticəsində o, öz evinin pəncərəsindən istifadə edə bilmir. Binanın həyətində antisanitar vəziyyət yaradılmaqla onun öz evindən istifadə edilməyinə manelər yaranmışdır. Dəfələrlə bu barədə cavabdehə məlumat versə də, heç bir nəticəsi olmamış və həmin tualetden istifadə edilməsi nəticəsində onun evinə dolan qoxudan evdə yaşamaq mümkün olmamışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul ediləsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli, onun iştirakı olmadan baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, təyin edilmiş ekspertiza rəyi ilə razı olmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayaraq, təmin olunmamasını xahiş edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1459 saylı xx xxxxxxxx 2020-ci il tarixli rəyindən (məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizasına əsasən) görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən özbaşına tikili (ayaqyolu) cavabdehin istifadəsində olan (hasara alınmış) həyətyanı torpaq sahəsinin daxilində yerləşdiyini və iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 19 saylı evin 3 saylı mənzildən 6,10 metr ara məsafəsində yerləşdiyini nəzərə alaraq iddiaçının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 19 saylı evin 3 saylı mənzildən istifadəsinə maneə törətmədiyi müəyyən edilir (tədqiqatın 1-ci sualı üzrə). Cavabdehə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən özbaşına tikili (ayaqyolu) həmin ərazidə antisanitar şəraiti yaradıb-yaratmaması məsələsi tikinti-texniki ekspertin səlahiyyətinə aid olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nin xx xxxxxx 2020-ci il tarixli 04-2217-3206 nömrəli məktubundan (məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizasına əsasən) görünür ki, qeyd edilən tikilinin ayaqyolusu ilə iddiaçıya məxsus mənzil arasında olan məsafənin 6 (altı) metr olduğu müəyyən edilmişdir. Qeyd edilən ərazidə antisanitariya vəziyyəti aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehi istifadəsində olan tikilinin (ayaqyolunun) sökülməsini tələb edir və tələbinin əsası kimi, həmin ərazidə və onun yaşadığı ev üçün antisanitar şərait yaratdığını qeyd edir. Lakin məhkəmə tərəfindən təyin edilmiş hər iki ekspertiza rəyinin nəticəsi olaraq cavabdehin istifadəsində olan tikilinin (ayaqyolunun) iddiaçının istifadəsində olan mənzilə hər hansı maneə törətməməsi və həmin ərazidə heç bir antisanitar şərait yaratmaması barədə rəy verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən halları sübut edən başqa sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı hazırkı iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3086/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3086/2021
01.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver