Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3111/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X21 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və X19 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh X11, onun nümayəndəsi və vəkili X8 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-488/2020 saylı qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.000 manat məbləğində kompensiyaya ödənilməklə cavabdehlər xx.xx.1981-ci il təvəllüdlü X4 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 ona məxsus Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 2 otağından ibarət hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən onun mülkiyyətində, mənzilin digər bir otağı isə X12 mülkiyyətindədir. Cavabdeh X11 xx xxxxxxxx 1996-cı il tarixdə oğlu X28 ilə ailə qurmaq məqsədilə qoşulub qaçmışdır. Onlar cavabdehi bir gəlin kimi qəbul etmiş və cavabdehlə onun oğlu rəsmi nikaha daxil olmuşlar. X2 vəonun valideynləri Arzunun hamilə olmasına baxmayaraq, onun oğlundan polisə şikayət etmişdilər. Oğlu bu işə görə məhkəmə tərəfindən şərti cəza almışdır. Bundan sonra onlar yenə də X9 qəbul etdilər. xx xxxxxx 1997-ci il tarixdə onun oğlu ilə X4 birgə nikahından bir uşaqları da olmuşdur. Lakin, X11 onların evində yaşamaq istəməyərək öz evlərində yaşayacağını bildirmişdir. Onlar ailənin dağılmaması üçün oğlundan X11 ilə birgə yaşamağı xahiş etmişdilər. Oğlu buna narazı olsa da, nəticədə X11 ilə yaşamağa başlamışdır. Lakin cavabdeh tərəf onun oğlunu yola verməmişdir. Nəticədə xx.xx.2001-ci il tarixdə oğlu ilə cavabdeh məhkəmə qaydasında boşanmışdırlar. Boşandıqdan sonra cavabdeh öz qızlıq soyadına qayıtmış və öz anasının evində yaşamağa başlamışdır. X1 onun mülkiyyətində olan mənzilə köçürülməsi barədə məhkəməyə iddia vermiş və məhkəmənin xx xxxx 1999-cu il tarixli qətnaməsi ilə X4 onların mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmışdır. Bundan sonra məhkəmə qətnaməsi icra olunmuşdur. Buna baxmayaraq, X11 çox vaxt anasının evində qalmışdır. Asan 1 Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildə o, X29, X22, X36, X13, X11, X20, X30, X31, X32, X3, Cavabdeh2, X23, X18 qeydiyyatdadırlar. Bununla yanaşı 2014-cü il tarixdən etibarən X11 və onun oğlu Cavabdeh2 başqa ünvana ünvan 2əd Qasımov küçəsində inşa edilmiş 1 otaqlı mənzilə köçüb yaşayırlar, ona məxsus olan mənzildə yaşamırlar. Onların onun mənzilinə olan qeydiyyatları formal xarakter daşıyır. Lakin, cavabdehlər qanuna zidd əməllər törədərək, onun Konstitusiya ilə və Qanunlarla qorunmalı olan mülkiyyət hüquqlarını pozurlar. Onlar formal olaraq onun mənzilində qeydiyyatda olduqları üçün o, mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmir, mülkiyyətibarədə öz istəyinə uyğun sərəncam verə bilmir. Ona görə də hesab edir ki, kompensasiya ödənilməklə cavabdehlərin onun mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Daha sonra İddiaçıin nümayəndəsi və vəkili X24 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 7.200 manat məbləğində kompensiyaya ödənilməklə cavabdehlər, xx.xx.1981-ci il təvəllüdlü X4 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 ona məxsus Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-488/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı tərəfindən cavabdehlər X6 və Cavabdeh2 7.200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlər X4 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X6 və Cavabdeh2 7.200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi və onların Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi, qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq, “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh X11 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işin faktiki halları və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, onun məhkəmə icraatına cəlb edilməməyi barəsində qanunsuz qərar çıxarılmasına səbəb olmuşdur. Belə ki, o yalnız məhkəmə icraatının hazırlıq iclasında iştirak edib. Sonrakı məhkəmə proseslərində isə iştirakı təmin edilməmişdir. Son məhkəmə prosesində iştirakının mümkün olmaması barədə dəfələrlə telefon zəngi etsə də yenə də məhkəmə prosesi onun iştirakı olmadan keçirmiş və məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə icraatı dövründə Bakı şəhəri ünvan 2əd Qasımov küçəsi 22 saylı evin, 15 saylı mənzili barədə qiymətləndirmə ekspertizası keçirilmiş və mənzilin qiyməti 33000 (otuz üç min) manat müəyyən edilmişdir. O qeyd edir ki, mənzilin qiymətləndirməsi düzgün hesab edilə bilməz. Çünki, Binəqədi rayon Biləcəri qəsəbəsində mərkəz yerdə yerləşən bir mənzilin dəyərinin 33000 (otuz üç min) manat olması qiymətləndirilmə ekspertizasının düzgün keçirilməsini şübhə altına alır. Yuxarıda qeyd edildiyi kimi, onun məhkəmə proseslərinə cəlb edilməməsi nəticəsində qiymətləndirilmə ekspertizasının rəyinə münasibət bildirə bilməyib. Məhkəmə kollegiyasının iclasında cavabdeh X11 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qeyd etdi ki, onlara 8500 manat məbləğində kompensasiya veriləcəyi təqdirdə, mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə razıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 nümayəndəsi və vəkili X17 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə münasibətdə qeyd etdi ki, o, cavabdehlər X14 və Cavabdeh2 8500 manat məbləğində kompensasiya ödəməklə, onların istifadə hüquqlarına xitam verilməsinə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipini pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X11 ilə iddiaçı Kərimov X7 İlham Oqtay oğlu rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Nikaha daxil olduqdan sonra X11 Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinin İddiaçı mülkiyyətində olan 29,3 kv.m. yaşayış sahəsindən ibarət 2 otaq hissəsinə köçmüşdür. Həmin mənzilin 20 kv.m. yaşayış sahəsindən ibarət 1 otaq hissəsi üçüncü şəxs X12 mülkiyyətindədir. Bir müddət sonra onların münasibətləri pozulduğu üçün cavabdeh azyaşlı uşağı ilə birlikdə mənzili tərk etmişdir. Daha sonra tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Həmçinin, Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh1 yetkinlik yaşına çatmayan oğlu Orxan ilə birlikdə Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Cavabdehlər həmin mənzildə pasport qeydiyyatındadırlar. Hazırda iddiaçı 8500 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlərin onun mülkiyyətində olan həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb edir. İddiaçı tərəf 2014-cü il tarixdən etibarən X11 və onun oğlu Cavabdeh2 başqa ünvanaünvan 2əd Qasımov küçəsində inşa edilmiş 1 otaqlı mənzilə köçüb yaşamalarını, ona məxsus olan mənzildə yaşamadıqlarını qeyd etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 14-19/42 saylı məktubundan görünür ki, X11 və oğlu Cavabdeh2 2014-cü ildən qeydiyyyatda olduğu və yavşadıqları evdə şərait olduqca pis, acınacaqlı olduğundan onların yaşadığı evlə üz-üzə olan Biləcəri Dəmir yol stansiyasının mühafizə zonasında Ə.Qasımov küçəsi, ev 22, mənzil 15-də yararsız olan daimi yaşadıqları evdən istifadə etmək şərti ilə müvəqqəti olaraq dəmir yolu kənarında özbaşına inşa edilmiş bir otaqla təmin olunmuşdur. Alınmış məlumata görə X16 qeydiyyatda olduğu Ə.Qasımov ev 22, mənzil 15-də istifadəsində olan şəraitsiz sahədən qovulmuşdur. X11 və oğlu Cavabdeh2 təmin olunduqları sahə müvəqqəti sığınacaqdır. Daimi qeydiyyatda olduqları ev Ə.Qasımov küçəsi ev 22, mənzil 15 ünvanıdır. Dəmiryol mühafizə zolağında hal-hazırda yaşayan Cavabdeh2 yaşadığı otaq təhlükəli olduğu səbəbindən köçürülməsi üçün dəfələrlə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7385/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadının icrası qaydasında mübahisəli mənzilin qiymətləndirilməsi keçirilmiş və nəticələrinə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 15 nömrəli rəyinə əsasən Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 33.000 manat olması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 53-cü maddəsinin dördüncü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “Mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmh işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Nümayiş etdirilən bu hüquqi mövqeyə uyğun olaraq Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qərara alınmışdır ki, Azerbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verlməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə tələbin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Bununla belə, qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Göründüyü İddiaçı Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinin, yaşayış sahəsi 29,3 kv.m olan 2 otağının mülkiyyətçisidir. Tərəflər arasında mənzilə köçürülmə tələbindən irəli gələn mübahisə olmuş və nəticədə cavabdehlər məhkəmə qaydasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülmüşlər. Beləliklə, cavabdehlərin mənzilə istifadə hüquqları yaranmışdır. Beləliklə, göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə onun mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, cavabdehlər isə həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı ilə cavabdehlər arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyil. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığnın müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət, eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228 2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ) digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna məlikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və yə məbləği azaltmaqla istifadə hüququna xitam verə bilməz. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Kollegiya qeyd olunanlara əsasən tərəflərin kompensasiyanın məbləği olaraq 8500 manat məbləğində pulun ödənilməsi ilə razılaşdıqlarından, həmin məbləğlə iddianın təmin edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehlərin Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə olan istifadə hüquqlarına, onlara 8500 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir. Kompensasiyanın ödənilməsi ilə istifadə hüququna xitam verilməsi eyni vaxtda həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, İddiaçı aid edilməlidir. Kollegiya hesab edir ki, “xxxx” MMC tərəfindən göstərilən xidmətin dəyərini təşkil edən 250 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq, “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 405-ci mddələrin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-488/2020 saylı qətnaməsinin ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər X11 və Cavabdeh2 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlər X11 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, ev 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdehlər X6 və Cavabdeh2 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi və onların Bakı şəhəri, ünvan 2əd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilsin. Qiymətləndirmə xərci 250 (iki yüz əlli) manat məbləğində pul İddiaçı alınıb, “xxxx” MMC-ə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3111/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3111/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver