Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3112/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanınkatibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsindən iddiaçı “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” X3 cavabdehlər Cavabdeh1 və “Şifa Medikal ve Sağlık X6 Anonim Şirketi” Bakı Filialına qarşı “müqavilənin və X2nun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, x xxxxxx 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binalarının tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, xx xxxxxx 2016-cı il tarixli “yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə «xxxxxxxxxxxxxx» MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov Qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxxxxxxxxxxxx” MMC-nin istifadəsinə verilmişdir. “xxxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyriyaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, “xxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 və “Şifa Medikal və Sağlık X6 Anonim Şirketi” Bakı filialı arasında xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə, ünvan 1 ünvanında yerləşən 681,3 kv.m qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün xx xxxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxxxx” MMC-yə təhvil verir. Daha sonra, xx xxxx 2019-cu il tarixdə X2 imzalanaraq, obyekt və torpaq sahəsi boşaldaraq, naturada təhvil verilsə də, lakin Cavabdeh1, öz mülkiyyətində olduğunu bildirdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahənin və torpaq sahəsinin müvafiq sənədləri təqdim etməmişdir. Bununla bağlı xx xxxx 2019-cu il tarixli məktubla tərəfə müraciət edilmiş, bu günlərdə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixdə verilmiş, notarial qaydada təsdiqlənmiş çıxarışın surəti əldə edilmişdir. Həmin sənəddə göstərilir ki, mülkiyyətdə olan ünvan 2 a ünvanında yerləşən 681.3 kv.m ümumi sahəsi olan əmlak qeyri-yaşayış sahəsi deyildir, fərdi yaşayış evidir. Bundan əlavə, mülkiyyətlərində heç bir torpaq sahəsi yoxdur. İddiaçıya faktiki təhvil verdiyi 0.04045 ha torpaq sahəsinə sadəcə Cavabdeh1 istifadə hüququ olmuşdur, torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdehə dəfələrlə yazılı və şifahi şəkildə bildirişlər göndərilmiş, o cümlədən xx.xx.2019-cu il tarixli pretenziya qaydasında xəbərdarlıqlar edilmişdir. Beləliklə, halhazırda, belə məlum olur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 a-da ümumi sahəsi 681.3 kv.m yaşayış sahəsi olmuşdur. Yəni, müqavilədə yazıldığı kimi, müqavilə predmeti olan sahə qeyriyaşayış sahəsi yox, yaşayış sahəsi olmuş və Cavabdeh1 mülkiyyətində torpaq sahəsi olmamışdır. Belə ki, ərazidə geniş, kütləvi və sürətli söküntü işləri həyata keçirildiyinə görə, bu fürsətdən Cavabdeh1 öz xeyrinə istifadə etmişdir. “xxxxxxxxxxxxxx” MMC tərəfindən cavabdehə 681.3 kv.m ümumi sahəsi olan yaşayış sahəsinə görə 945 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və aylıq 5000 manat məbləğində icarə haqqı verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1 ümumiyyətlə belə bir fikir formalaşdırmışdır ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Halbuki, yaşayış sahəsi ilə qeyriyaşayış sahəsi arasında ciddi fərqlər vardır. Belə ki, yaşayış sahəsinin bir kv.m.-nin həmin dövrə olan qiyməti 1000-1200 manat civarında, lakin qeyri-yaşayış sahəsinin qiyməti isə 6500-7000 manat civarında olmuşdur. Beləliklə, vacib yanılmanın təsiri altında “xxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh1 yaşayış sahəsi əvəzinə qeyri-yaşayış sahəsi verilməklə, “xxxxxxxxxxxxxx” MMC külli miqdarda maddi ziyana düşmüşdür. “xxxxxxxxxxxxxx” MMC Cavabdeh1 mülkiyyətində olmuş, hazırda sökülmüş mənzilin mövcud yaşayış sahəsinə 20 % əlavə etməklə inşa etdiyi tikinti kompleksində yeni mənzil və yaxud onun dəyərinin tam ödənilməsinə hazırdır. Göstərilənlərə əsasən, “xxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında xx xxxxx 2019-cu il Bakı şəhəri 23 saylı notariat ofisində, reyestrdə 3M-216 nömrəsi ilə qeyd edilmiş razılaşma müqaviləsi, xx xxxx 2019-cu il tarixli X2nun etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı “xxxxxxxxxxxxxxx” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə brləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh1 və “X13 X6 Anonim Şirketi” Bakı filialı arasında xx.xx.2019cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə, ünvan 3 a ünvanında yerləşən 681,3 kv.m qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün xx xxxxx 2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verir. Daha sonra, xx xxxx 2019-cu il tarixdə X2 imzalanaraq, obyekt və torpaq sahəsi boşaldaraq, naturada təhvil verilsədə, lakin Cavabdeh1, öz mülkiyyətində olduğunu bildirdiyi ünvan 3 a ünvanında yerləşən qeyri-yaşayış sahənin və torpaq sahəsinin müvafiq sənədləri bizə təqdim etməmişdir. Bununla bağlı xx xxxx 2019-cu il tarixli məktubla tərəfə müraciət edilmiş, bu günlərdə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixdə verilmiş, notarial qaydada –təsdiqlənmiş çıxarışın surəti onlara təqdim edilmişdir. Həmin sənəddə göstərilir ki, mülkiyyətinizdə olan ünvan 3 a ünvanında yerləşən 681,3 kv.m ümumi sahəsi olan əmlak qeyri-yaşayış sahəsi deyildir, fərdi yaşayış evidir. Bundan əlavə, mülkiyyətlərində heç bir torpaq sahəsi yoxdur. Bizə faktiki təhvil verdiyi 0.04045 ha torpaq sahəsinə sadəcə Cavabdeh1 qızma istifadə hüququ olmuşdur, torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdehə dəfələrlə yazılı və şifahi şəkildə bildirişlər göndərilmiş, o cümlədən xx.xx.2019-cu il tarixli pretenziya qaydasında xəbərdarlıqlar edilmişdir. Beləliklə, hal-hazırda, belə məlum olur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 a-də ümumi sahəsi 681,3 kv.m yaşayış sahəsi olmuşdur. Yəni, müqavilədə yazıldığı kimi, müqavilə predmeti olan sahə qeyri-yaşayış sahəsi yox, yaşayış sahəsi olmuş və ən əsası Cavabdeh1 mülkiyyətində torpaq sahəsi olmamışdır. Yuxarıda göstərilən iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət olunmuş və iddia ərizəsi məhkəmə tərəfindən mümkün hesab edilərək, iş üzrə ilk baxış iclası xx xxxxxx 2019-cu il tarixə, saat 14-30-a təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə məhkəmənin dəftərxanasında rəsmi qeydiyyatdan keçirməklə məhkəmə iclasının təxirə salınması haqqında ərizə ilə müraciət olunmuş və xahiş etmişlər ki, məhkəmə iclasını təxirə salsın. Göründüyü kimi, məhkəmə ərizələrini nəzərə almadan, kobud prosessual pozuntuya yol verərək məhkəmə iclasını keçirmiş və iş üzrə yekun qətnamə qəbul etmişdir. Qətnamədə göstərilir ki, “iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir”. Birincisi, hakimin qətnamədə göstərdiyi bu açıq yalan xx.xx.2019-cu il tarixdə Məhkəmənin dəftərxanasında rəsmi qeydiyyatdan keçirməklə məhkəmə iclasının təxirə slınması haqqında ərizələrinə birmənalı təkzib olunur. Bəlli olduğu kimi, xx.xx.2019-cu il tarixdə məhkəmənin ilk baxış iclası olmuş, məhkəmə iclasına təkrar getmədikləri halda, işə baxmağa haqlı olacaqdı (nəzərə alsaq ki, təxirə salınmasına dair ərizələri də üstəlik olmuşdur). Beləliklə məhkəmə ilk baxış iclasında yekun məhkəmə aktı qəbul etməklə kobud prosessual pozuntuya yol vermişdir. O cümlədən, xx.xx.2019-cu il tarixdə məhkəmənin dəftərxanasında rəsmi qeydiyyatdan keçirməklə ərizə təqdim edərək, iş üzrə cavabdehlərdən biri- “Şifa Medikal və Sağlık X6 Anonim Şirketi” Bakı filialının cavabdehlər siyahısından çıxarılması, cavabdeh kimi işdə iştirakına xitam verilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə ərizələrini müzakirə etmədən, baxmadan, “Şifa Medikal və Sağlık X6 Anonim Şirketi” Bakı filialını cavabdeh qismində saxlanılmaqla qətnamə qəbul etmişdir. Bu hissədə də, ciddi prosessual pozuntuya yol vermişdir. Xüsusilə olaraq qeyd etməliyik ki, ilk olaraq cavabdeh kimi iddia üzrə qoyduqları “Şifa Medikal və Sağlık X6 Anonim Şirketi” Bakı filialı Nəsimi rayon ərazisində qeydiyyatdadır (həmin təşkilatda cavabdeh qismində çıxmaqla), digər cavabdeh isə həmin rayon ərazisində qeydiyyatda olmamaqla, ərazi aidiyyəti prinsipi nəzərə alınmaqla, işə Nəsimi rayon Məhkəməsində baxılmamalı idi. Məhkəmə bu halda da prosessual pozuntuya yol vermişdir. Daha sonra, məhkəmə qətnaməsində göstərilir ki, “iddiaçı müqavilə bağlayarkən əmlakın “fərdi yaşayış evi olması, torpaq sahəsinin isə dövlətə məxsus olması barədə məlumatlı idi. Odur ki, mülki işin faktiki halları iddiaçının bildirdiyi kimi vacib əhəmiyyətli yanılma halının mövcudluğuna deyil, iddiaçının müqavilə predmeti barədə məlumatlı olduğuna yaxud məlumatlı olmalı olduğuna dəlalət edir”. Birincisi, görünür məhkəmə müqavilə şərtlərinə diqqət etmədən, həmin müqavilələrin oxumadan belə bir əsassız nəticəyə gəlmişdir. Tərəflər arasında xx xxxxx 2019-cu il tarixli razılaşma müqaviləsi imzalandıqdan sonra, xx xxxx 2019-cu il tarixdə X2 imzalanmış, həmin protokolla əmlak sökülərək, altında yerləşən torpaq sahəsi İddiaçı MMC-yə təhvil verilmişdir. Həmin tarixdən 18 gün keçməmiş-xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 yazılı qaydada bildiriş göndərərək tikinti sahənin və torpaq sahəsinin müvafıq sənədlərin onlara təqdim edilməsini tələb etmişlər. Bundan sonra, dəfələrlə həm yazılı, həmdə şifahi şəkildə müraciətlər olmuş, hər dəfə Cavabdeh1 müvafiq mülkiyyət sənədlərini təqdim edəcəyini bildirmiş, nəhayətdə həmin sənədlərin təqdim edilməsindən yayındığını görərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Yəni qətnamədə göstərildiyi kimi, iddia müddəti buraxılmamışdır. Məhkəməyə xx xxxx 2019-cu il tarixli bildirişin və çatdırılma haqqında qəbzin surətini təqdim etsələr də, qərəzli olaraq iş üzrə qətnamədə bu sübuta hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər “Şı̇fa Medı̇kal və Sağlık İşletmeleri ̇Sanayı̇ Tı̇carət Anonı̇m Şı̇rkəti” Bakı Fı̇lı̇alı və Nəsı̇rova Gövhər Muxtar qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işin materiallarında olan Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq olunmuş xx xxxxx 2019-cu il tarixli razılaşma müqaviləsindən görünür ki, “Əmlak mülkiyyətçisi” (Cavabdeh1) müqaviləyə əsasən xx.xx.2013-cü il tarixində, ********** qeydiyyat və **********48-10302 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X15 tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 681,3 kv.m ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsini sökülmək üçün xx xxxxx 2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi, “Tikinti şirkəti” (“xxxxxxxxxxxxxx” MMC) isə ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikinti və altındakı torpaq sahəsinin sökülməsini və həmin sahənin yerləşdiyi yer də daxil olmaqla həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 58 ünvanında 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində isə 554 m2 ibarət qeyri-yaşayış sahəsini (pilləkən və pilləkən qəfəslərini, lift və digər yardımçı qurğulara aid sahələri çixmaqla), cəmi 945 m2 qeyri-yaşayış sahəsini içərisi təmirsiz vəziyyətdə Tikinti və şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun sahəni hesablamaqla “Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 681,3 m2 , yaşayış sahəsi 353,7 m2 , yardımçı sahəsi 327,6 m2 olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir, 0,04045 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir, bu barədə 23 saylı reyestr kitabının 22038 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan xx xxxx 2019-cu il tarixli “X2”nun təsdiq edilmiş surətindən görünür ki, “Tərəflər” arasında notarial qaydada imzalanaraq bağlanmış xx xxxxx 2019cu il tarixli Razılaşma iəsində “Əmlak mülkiyyətçisi” xx.xx.2013- cü il tarixində, ********** qeydiyyat və 1100278-10302 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X15 tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı” haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* ilə öz mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 681,3 kv.m ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən obyekti və altındakı torpaq sahəsini sökülmək üçün xx xxxxx 2019-cu il "İddiaçı” MMC-yə təhvil vermək öhdəliyinin tarixi tərəflərin qarşılıqlı razılığı ilə xx xxx 2019-cu il olaraq müəyyən edilmişdir. İşdə olan Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(006)-977/2018 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və İddiaçı MMCyə qarşı “yaşayış sahəsi verilməklə çıxarılma və fərdi evin sökülməsi tələbinə dair” iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)- 8610/2018 saylı qətnaməsi ilə iddiaçı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-977/18 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan İddiaçı MMC-nin Cavabdeh1 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 425 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh1 onun mülkiyyətində olan obyektin və torpaq sahəsinin müvafiq hüquq müəyyənedici sənədlərinin əsllərini və ya notarial qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, hazırda iddiaçı xx xxxxx 2019-cu il tarixli razılaşma müqaviləsi və xx xxxx 2019-cu il tarixli X2nu mübahisələndirərək bunu qeyd edir ki, müqavilə predmeti olan sahə qeyri-yaşayış sahəsi yox, yaşayış sahəsi olmuşdur və Cavabdeh1 mülkiyyətində torpaq sahəsi olmamışdır. Halbuki müqavilədə müqavilə predmetinin qeyri-yaşayış sahəsi olması, eləcə də, torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olması göstərilmişdir. İddiaçı iddia edir ki, müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən digər tərəflər, Cavabdeh1 və “Şifa Medikal ve Sağlık X6 Anonim Şirketi” Bakı Filialı İddiaçı MMC-yə qeyd olunan faktlar barədə məlumat verməmişdirlər və iddiaçı müqavilə predmetinin qeyri-yaşayış sahəsi olduğunu, torpaq sahəsinin isə Cavabdeh1 mülkiyyətində olduğunu zənn edərək müqaviləni bağlamışdır. Kollegiya qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 404.1 və 404.2-ci maddələri). Hazırki işin hallarının araşdırılması zamanı məhkəmə tərəfindən Bakı şəhəri 23 saylı Notariat Kontoruna sorğu verilərək xx.xx.2019-cu il tarixli, 3M/216 reyestr nömrəli razılaşma müqaviləsi və onunla bağlı materiallar tələb edilmişdir. Həmin notariat işindən aydın olur ki, tərəflər arasında xx xxxxx 2019-cu il tarixdə razılaşma müqaviləsi bağlanarkən Cavabdeh1 tərəfindən xx.xx.2013-cü il tarixli çıxarış təqdim edilmiş, həmin çıxarışda isə ona məxsus daşınmaz əmlakın fərdi yaşayış evi olduğu, 0,04045 ha torpaq sahəsinin isə dövlətə məxsus olduğu öz əksini tapmışdır. Buradan bu qənaətə gəlmək olar ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixli müqaviləni, xx xxxx 2019-cu il tarixli X2nu bağlayarkən əmlakın fərdi yaşayış evi olması, torpaq sahəsinin isə dvltə məxsus olması barədə məlumatlı idi. İddiaçının bu barədə məlumatı olmamış olsa belə, müqavilə bağlanarkən notariat işindəki çıxarışla tanış olmaq üçün iddiaçının qarşısında heç bir maneə mövcud deyildi və iddiaçı öz maraqlarının müdafiəsi məqsədi ilə müqavilə predmeti olan əmlak barədə məlumatlı olmalı idi. Odur ki, mülki işin faktiki halları iddiaçının bildirdiyi kimi vacib əhəmiyyətli yanılma halının mövcudluğuna deyil, iddiaçının müqavilə predmeti barədə məlumatlı olduğuna (yaxud məlumatlı olmalı olduğuna) dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1 şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 354.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materialları və proses iştirakçılarının izahatları bunu deməyə əsas verir ki, İddiaçı MMC xx xxxxx 2019-cu il tarixli razılaşma müqaviləsi və xx xxxx 2019-cu il tarixli X2nun icrasına başlandığı gündən 4 (dörd) - 06 (altı) aya yaxın müddət keçəndən sonra həmin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş bir aylıq kəsici müddəti keçirmişdir. Kollegiya məhkəmənin iddianı təmin etməməklə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə prosesi xx.xx.2019-cu il tarixdə olduğu halda, cavabdeh “Şifa Medikal ve Sağlık X6 Anonim Şirketi” Bakı Filialının cavabdehlər sırasından çıxarılması ilə bağlı ərizə məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Hətta cavabdeh “Şifa Medikal ve Sağlık X6 Anonim Şirketi” Bakı Filialının cavabdehlər sırasından çıxarılması belə, iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6987/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-3112/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3112/2020
11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver