Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3114/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-885/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024- cü il tarixdə məhkəməyə müraciət edərək, 18460 (on səkkiz min dörd yüz altmış) manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq faydalanan şəxs Bank "xxxx" ASC-yə ödənilməsi, 3627 (üç min altı yüz iyirmi yeddi) manat məbləğində pulun, 8062 (səkkiz min altmış iki) manat məbləğində dəbbə pulunun və 181 (bir yüz səksən bir) manat məbləğində dövlət rüsumunun, cəmi 11870 (on bir min səkkiz yüz yetmiş) manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı bir neçə dəfə iddia tələbinə dəqiqləşdirmə vermiş, sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən MLİ-ZB0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17601 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-yə və ya Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi öhdəliyinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, 5025 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 14068,50 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-885/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh Sığorta Şirkəti ASC-nin verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki iş materiallarında olan iddia ərizəsindən (sonuncu dəqiqləşdirmədən sonra) görünür ki, İddiaçı 31484,50 (17601+ 5025+ 8858,50) manat pulun cavabdehdən alınmasını xahiş edir, yəni iddianın qiyməti 31484,50 manat təşkil edir, belə olan halda iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 184,46 (yüz səksən dörd manat qırx altı qəpik) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-ci maddəsinə müvafiq olaraq cavabdeh A.Əliyeva apellyasiya şikayəti üzrə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş məbləğin yarısı qədər ödəməli olduğu halda, cəmi 78,50 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, bu hal işə apellyasiya qaydasında baxılmasın qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-885/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-3114/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3114/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver