Məhkəmə qərarları › İş №2(103)-3126/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3126/2021

31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3126/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu X3 Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-512/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən “xxxx” MMC tərəfindən inşa olunan 16 mərtəbəli yaşayış evinin 1-ci blokunda yerləşən, ümumi sahəsi 110 kv.m olan izolə olunmuş market otağın satılmasına dair “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 478 saylı müqavilə və onun əsasında verilmiş xx xxxxxx 2011-ci il tarixli 478 saylı maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilib, xx xxxxxx 2009-cu il tarixli“xxxx” MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin və həmin müqaviləyə dair xx xxxxxx 2009-cu il tarixli, 387 №-li maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-512/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cüşəxs X1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2009cu il tarixli ünvan 1 saylı ünvanda, 16 mərtəbəli yaşayış evinin İ blokunda yerləşən və ümumi sahəsi 110 kv.metr olan mənzil izolə olunmuş market otaq barədə müqavilə və «xxxx» MMC tərəfindən verilmişxx xxxxxx 2009-cu il tarixli 387 nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-512/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X5 İddiaçı ərizəsini məhkəməyə təqdim edərərək, iddiaçının apellyasiya şikayətindən imtina etdiyi üçün, apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, İddiaçıapellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-512/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar