Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3128/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 23.12.2022-ci il tarixdə məhkəməyə müraciət edədək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi 239835 saylı, 24.11.2021-ci il tarixli aktı əsasında İddiaçı hesablanmış 1193,22 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC ilə 06.03.2015-ci ildə istifadəsində olan və yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 9-cu Keçid küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi ilə bağlı müqavilə bağlamış və **********60000 nömrəli abonent kodu açılaraq mənzilinə cavabdeh tərəfindən sayğac quraşdırılmış, daim normal vəziyyətdə işləmişdir, ödənişlər sərfiyyata uyğun vaxtında ödənilmişdir. 04 dekabr 2021-ci il tarixdə oğlu şəxsi kabinetinə girərək bu aya nə qədər elektrik pulu yazıldığına baxarkən ona artıq pul vəsaiti yazıldığını və 1193,22 manat borcu olduğu göstərildiyini bildirmişdir. Onun oğlu dərhal “ASAN” xidmət mərkəzinə gedərək ayadınlaşdırmaq istəyərkən ona abanent saldosu və üzərində akt yazılması bildirilən məlumat vərəqəsi verilmişdir. Həmin məlumat vərəqəsindən görünür ki, 02.12.2021-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilmiş, aktın tərtib edilmə səbəbi kimi EİQ pozulması qeyd edilmişdir. Lakin onun həmin aktdan və nə baş verdiyindən xəbəri olmamışdır. Sayğac köhnə sayğacdır və ola bilər ki, istismar müddəti bitdiyindən yaxşı işləməsin. Buna görə də səbəbsiz yerə ona 1193,22 manat borc yazmışlar ki, bu onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırda da həmin borc yeni ödəniş edərkən əsassız olaraq bir miqdarı çıxılır. Hesab edir ki, cavabdeh olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi hesablanmış 1193,22 manat borc əsassız olduğu üçün silinməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(004)-854/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC-nin 239835 saylı, 24.11.2021-ci il tarixli aktı əsasında İddiaçı (abonent kodu **********60000) hesablanmış 1193,22 (bir min yüz doxsan üç manat iyirmi iki qəpik) manat məbləğində borcun silinməsi, cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-854/2022 saylı14.02.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı abonentin sayğacın sxemini dəyişərək kənardan götürmüş sıfır xətti ilə sayğacı dövriyyədən ayırdığı aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı tərəflərindən R № 239835 saylı 24.11.2021-ci il tarixli akt tərtib edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 11490 kvt/saat itirilmiş elektrik enerjisinin dəyəri 1233.20 manat məbləğində müəyyən edilməklə abonentin **********60000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan "xxxx" ASC-nin 239835 nömrəli, 24.11.2021-ci il tarixli aktına əsasən Yasamal rayonu, 9-cu keçid, 16 saylı evə quraşdırılmış, abonent kodu **********60000 olan istehlakçı İddiaçı məxsus sayğaca baxış keçirilmiş, EEİQ-nin yoxlanması zamanı məlum olmuşdur ki, abonent sayğacın sxemini dəyişərək kənardan götürülmüş sıfır xətti vasitəsilə sayğacı dövriyyədən ayırmışdır. Axar yük amper maşa vasitəsilə ölçülmüş, 23A (amper) müəyyən edilmişdir. Akt istehlakçıya təqdim edilməmişdir. İş materiallarında olan 02.12.2021-ci il tarixli icra vərəqəsinə əsasən 239835 nömrəli, 24.11.2021-ci il tarixli akt əsasında abonent kodu **********60000 olan istehlakçı İddiaçı yeni tarifə əsasən 10730 kvts (1kvts-0,11 manat) və köhnə tarifə əsasən isə 760 kvts (1kvts-0,07 manat) əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 021336 nömrəli, 26.11.2021-ci il tarixli protokolunun surətinə əsasən abonent kodu **********60000 olan istehlakçı barədə 239835 nömrəli akta əsasən sayğacdan kənar xətt ləğv edilmiş və uçot dəsti bərpa olunmuşdur. İş materiallarında olan abonent kodu **********60000 olan abunəçinin hesab məlumatlarından çıxarışa əsasən İddiaçı Şirəli oğluna 02.02.2021-ci il tarixdə Rİ239835 saylı akt əsasında yeni tarifə əsasən 1180,3 manat (10730*0,11) və köhnə tarifə əsasən 53,2 manat (760*0,07) borc yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 046193 nömrəli, 23.12.2021-ci il tarixli protokolunun surətinə əsasən abonent kodu **********60000 olan istehlakçının 17776944 nömrəli sayğacı borcu olduğu üçün **********1 nömrəli “Smart kart” tipli sayğacla əvəz olunmuşdur. İş materiallarında olan abunə haqqında 12.01.2022-ci il tarixli məlumata əsasən X2 ilə "xxxx" ASC arasında bağlanmış 28.08.2020-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən "xxxx" ASC tərəfindən X1 məxsus Yasamal rayonu, 9-cu keçid, 16 saylı evə 02.02.2021-ci il tarixdə Rİ239835 saylı akt əsasında yeni tarifə əsasən 1180,3 manat (10730*0,11) və köhnə tarifə əsasən 53,2 manat (760*0,07), 23.12.2021-ci il tarixə isə cəmi 1194,14 manat borc yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 10.14-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxır və bu Qaydalara uyğun olaraq istehlakçıya ödəniş ödəyir. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" ASC iddiaçını elektrik enerjisi ilə təmin etmişdir. 24.11.2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca kənar müdaxilə olması barədə akt tərtib olunmuş, lakin həmin həmin vaxt hal şahidlərinin və istehlakçının iştirakı təmin edilməmiş, akt tərtib edildikdən sonra istehlakçıya təqdim edilməmişdir. Həmin akt əsasında istehlakçıya yeni tarifə əsasən 10730 kvt/saat (1kvt/saat - 0,11 manat) və köhnə tarifə əsasən 760 kvt/saat əlavə sərfiyyat olmaqla, cəmi 1233,5 manat borc hesablanmışdır. 23.12.2021-ci ildə isə sayğac yenisi ilə əvəz olunmuş, həmin tarixə abonentə cəmi 1194,14 manat borc yazılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının yaşadığı ünvana aid sayğacda olan və istehlakçının təqsiri olmadan əmələ gəlmiş qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerji təchizatı müəssisəsi daşıyır. Digər tərəfdən cavabdehin nümayəndəsi izahatında da bildirir ki, elektrik sayğacı laboratoriya şəraitində tədqiq edilməmiş, sayğacın istifadəyə yararsız olmasının səbəbi və kimin tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Yəni, iddiaçının sayğaca kənar xətlə qoşulması, sayğacın məhz bu qoşulma nəticəsində yararsız vəziyyətə düşməsi və burada iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Коллеэийа гейд едир ки, ъавабдещ АСЪ-нин истинад етдийи акт ганунвериъилийин тялябляриня уйьун шякилдя тяртиб едилмядийиня вя онун мютябярлийи шцбщя доьурдуьуна эюря, иддиачы тяряфиндян електрикдян истифадя гайдаларынын позулмасыны тясдиг едян мютябяр сцбут кими гиймятляндириля билмяз. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(004)-854/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3128/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3128/2022
05.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver