Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3132/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Abdurəhmanova Sevil Balacayevnanın nümayəndəsi və vəkili X8, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5466/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş: "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının ümumi iclasının 2 nömrəli protokolundan çıxarışın (qərarın); ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin dəyərinin ödənilməsi barədə "xxxx" MTK tərəfindən verilmiş 11.12.2015-ci il tarixli maliyyə arayışının; ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın; ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilin dəyərinin ödənilməsi barədə "xxxx" MTK tərəfindən verilmiş 11.12.2015-ci il tarixli maliyyə arayışının; ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı qardaşı oğludur, iddiaçının anası X5 05.05.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir, ondan 19.09.2009 və 30.10.2009-cu il tarixlərdə "xxxx" MTK-dan müqavilə əsasında aldığı ünvan 2 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının İİ blokundakı 75 və həmin blokun 76 saylı mənzillər, digər əşyalar qalmışdır, mərhumun bütün şəxsi əşyaları, miras əmlakı bacısı və qardaşı ilə razılıq əsasında anasının yasına gəlmiş iddiaçıya verilmişdir və o hal-hazırda həmin əşyalara faktiki sahiblik edir, eyni zamanda mərhumun övladları razılaşmışlar ki, analarından miras qalan Bakı şəhəri Xətai rayonu N.Rəfiyev küçəsi, ev 25 “A", 75 və 76 saylı birləşdirilmiş mənzillərdə qardaşı oğlu Cavabdeh2 ailəsi ilə birlikdə müvəqqəti yaşadığına görə, mənzil hələlik onun istifadəsində qalsın, iddiaçı anasının yası keçirildikdən bir neçə gün sonra daimi yaşıdığı Özbəkistana qaytmışdır, lakin bu yaxınlarda miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etdikdə ona məlum olmuşdur ki, anasının adına hər hansı daşınmaz əmlak yoxdur, mənzillər K.Ə.Məmmədovanın adından Cavabdeh2 adına keçirilmiş və o bunun üçün heç bir hüquqi əsas olmadığı halda mənzilləri öz adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə aldırmaqla özəlləşdirmişdir. Halbuki, 19.09.2009 və 30.10.2009-cu il tarixlərdə anası "xxxx" MTK ilə iki müqavilə bağlamış, bu müqavilələrə əsasən MTK ünvan 2 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda yerləşən ümumi sahəsi 105,1 kv.m. olan 2 otaqdan ibarət 85 saylı mənzili və eyni blokda bu mənzillə yan-yana olan ümumi sahəsi 67,8 kv.m. olan 1 otaqdan ibarət 86 saylı mənzil tikilərək anası K.Ə.Məmmədovanın istifadəsinə verməyi, o isə qarşılığında həmin mənzillərin dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür, K.Ə.Məmmədova həmin müqavilənin şərtlərinə uyğun olaraq payına düşən öhdəlikləri tam şəkildə icra etmiş, müqavilələri bağladığı günlərdə ilkin ödənişləri ödəmiş, son ödənişləri isə gecikdirmədən 28.02.2011-ci il tarixdə həyata keçirmişdir, 24.04.2012-ci il tarixdə K.Ə.Məmmədova ilə "xxxx" MTK arasında bağlanmış 30.10.2009-cu il tarixli müqaviləyə dəyişiklik edilərək mənzillərin nömrələri 75 və 76 kimi göstərilmişdir, "xxxx" MTK tərəfindən verilmiş müqavilələrin üzərində olan qeydlərdə anası tərəfindən yuxarıda göstərilən mənzillərin dəyəri tam ödənilməsi təsdiq olunmuş, həmçinin qaz, işıq və su sayğacların onun tərəfindən tam ödənilməsi qəbzlərlə təsdiq olunmuş, “Meridian" MTK tərəfindən 2013-cü ildə verilmiş və möhür ilə təsdiqlənmiş maliyyə arayışından, iclas protokolunun çıxarışından və forma 2 üzrə arayışından da görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 25 “A”, 75 və 76 saylı mənzillərin dəyəri məhz K.Ə.Məmmədova tərəfindən ödənilmiş, K.Ə.Məmmədova həmin MTK-nın payçıüzvüdür, "Meridian-M” MMC "Meridian” MTK-nın hüquqi varisidir, Cavabdeh1 MMC heç bir hüquqi əsas olmadan anasının ölümündən sonra yuxarıda göstərilən mənzillərin pay haqqının ödənilməsi barədə qanunsuz və əsassız olaraq Cavabdeh2 adına maliyyə arayışı və MTK-nın payçısı olması barədə protokoldan çıxarış vermişdir ki, sonuncu da həmin sənədlərə əsasən mənzili öz xüsusi mülkiyyətinə rəsmiləşdirməklə iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh2 icraatda iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, həqiqətən də mübahisəli mənzilləri nənəsi K.Ə.Məmmədova öz hesabına almış, evlənəndən sonra uzun müddət keçmiş arvadının və onun anasının mənzillərində yaşamış, nənəsinin təkidi ilə 2013-cü ilin aprel ayında ailəsi ilə birlikdə nənəsinə məxsus olan mənzillərə köçmüş və o vaxtdan orada yaşayır. 2015-ci ilin dekabr ayında onsuz da 6 il ərzində yataq xəstəsi olan nənəsinin səhhəti çox ağırlaşmış və məhz buna görə sağlığında olarkən, ö öz mənzillərini ona bağışlamaq istəmiş, lakin mənzillərin çıxarışları olmadığından bunu notariat qaydada edə bilməmişdir, bu səbəbdən onun xahişi ilə mənzillər əvəzsiz olaraq və faktiki bağışlama kimi adına keçirilmişdir. Meridian MTK-nın hüquqi varisi olan Cavabdeh1 MMC məhkəməyə ünvanlandığı ərizədə bildirmişdir ki, 19.09.2019-cu il və 30.10.2009-cu il tarixlərdə Meridian MTK (icraçı kimi) və K.Ə.Məmmədova (payçı kimi) arasında iki müqavilə bağlanmışdır, müqavilələrə əsasən K.Ə.Məmmədova "xxxx" MTK tərəfindən tikilmiş ünvan 3 ünvanı üzrə yerləşən 15 mərtəbəli yaşayış binasının 2ci blokunun 14-cü mərtəbəsində yan-yana olan 85 nömrəli, sahəsi 105,1 kvm olan 2 otaqlı mənzili və 86 nömrəli, sahəsi 67,8 kvm olan 1 otaqlı mənzili əldə etmişdir, bununla əlaqədar olaraq K.Ə.Məmmədova Meridian MTK-ya ilkin ödənişləri və tədricən hissələr üzrə qalan ödənişləri, o cümlədən 28.02.2011-ci il tarixdə sonuncu ödənişləri həyata keçirərək, hər iki mənzilə görə öz öhdəliklərini tam həcmdə yerinə yetirmişdir. Bundan başqa K.Ə.Məmmədova həmçinin mənzillərə su, qaz və işıq sayğaclarının dəyərini ödəmiş, 24.04.2012-ci il tarixdə K.Ə.Məmmədovanın xahişinə əsasən ona məxsus olmuş mənzillər heç bir əlavə ödəniş almadan eyni blokda üç mərtəbə aşağı, lakin eyni layihə üzrə, eyni ölçüdə və yan-yana olan 75 və 76 nömrəli mənzillər ilə dəyişdirilmiş, 05.08.2012-ci il tarixdən başlayaraq bir neçə ay müddətində K.Ə.Məmmədovanın hesabına, oğlu - E.B.Məmmədov vasitəsilə hər iki mənzildə təmir və tamamlama işləri aparılmış, o cümlədən qeyd olunan mənzillər bir mənzildə birləşdirilmişdir, təmir başa çatdıqdan sonra 2013-cü ilin aprel ayında K.Ə.Məmmədovanın icazəsi ilə nəvəsi – Cavabdeh2 həmin mənzilə köçmüşdür, 23.04.2013-cü il tarixdə K.Ə.Məmmədovanın xahişi ilə ona məxsus mənzillərin dövlət qeydiyyatından keçirilməsi üçün Cavabdeh1 MMC tərəfindən Dövlət Reyestr Xidməti üçün lazımı sənədlər, (Meridian MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyə arayışı, forma 2 üzrə arayış) verilmişdir. Lakin bu məsələ Cavabdeh1 MMC-yə məlum olmayan səbəblərə görə həll olunmamış qalmışdır. 11.12.2015-ci il tarixdə K.Ə.Məmmədovanın oğlu E.B.Məmmədov Cavabdeh1 MMC-yə bildirmişdir ki, anasının səhhəti həddindən artıq ağırdır və o, mənzillərin dövlət reyestrindən keçmədiyi üçün onları notarial qaydada nəvəsinə bağışlaya və ya miras qoya bilmir və xahiş edir ki, faktiki bağışlama kimi həmin mənzillər əvəzsiz olaraq nəvəsinin adına keçirilsin, bunu və oğlu tərəfindən bütün ödənişlərin həyata keçirilməsini nəzərə alaraq ünvan 3 ünvanı üzrə yerləşən 75 və 76 nömrəli mənzillərə dair lazımı sənədlər, o cümlədən Meridian MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyə arayışı, forma 2 üzrə arayış Cavabdeh2 adına verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(011)-5466/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 və üçüncü şəxs S.A.Vəliyeva həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Cavabdeh2 apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Üçüncü şəxs S.A.Vəliyevanın apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 21.10.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahda olduqları müddətdə ünvan 4 ünvanda olan 75 və 76 saylı mənzillərini əldə etmişlər. 12.02.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri həmin mənzillərin tərəflər arasında bölüşdürülməsi və payların müəyyən edilməsin dair qətnamə qəbul etməsini xahiş etmişdir. Lakin hazırki qətnamə onun hüquqlarını pozsa da, birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə tərəf kimi cəlb edilməmişdir. Həmin mənzillər K.Ə.Məmmədova tərəfindən "xxxx" MTK ilə müqavilə bağlaması və ya onun ödədiyi pul vəsaiti ilə əldə edilməmişdir. K.Ə.Məmmədova 05.05.2016-cı il tarixdə vəfat etdiyi müddətədək heç zaman həmin mənzildə yaşamamış, mənzil sahəsindən istifadə etməmiş və ya mənzil sahəsi onun tərəfindən onun və ya Cavabdeh2 istifadəsinə verilməmişdir. K.Ə.Məmmədovan 2011-ci ildən xəstə olmuş və ayaqlarında xəstəlik olduğundan müstəqil hərəkət edə bilmirdi. İddiaçı Özbəkistan Respublikası vətəndaşıdır və 2011-ci ildən ötən müddət ərzində 3-5 dəfə Azərbaycan Respublikasına gəlib. Onların yaşadığı evə isə ilk dəfə 2014-cü ilin payız fəslində qonaq kimi gəlmişdir. K.Ə.Məmmədova ilə "xxxx" MTK arasında müqavilə bağlanılmamışdır. Belə ki, 19.09.2009-cu il tarixli və 30.10.2009-cu il tarixli müqavilələrdə payçı kimi göstərilən K.Ə.Məmmədovanın adından imza edilməmişdir. Müqavilələrin sonundakı “ödənilmişdir” sözündən aşağıda yazılmış pul məbləğləri K.Ə.Məmmədova tərəfindən ödənilmədiyindən ödənişlərin qarşısında olan imzalar ona məxsus deyil. Həmin müqavilələr onun ölümündən sonra hazırlanmışdır. Ona görə də, həmin mənzillərin K.Ə.Məmmədova tərəfindən alınması və mənzillərin miras əmlak olması ilə bağlı dəlillər əsassızdır. Məhkəmə tərəfindən İddiaçı əcnəbi ölkə vətəndaşı olması nəzərə alınmamış və iddiaçı da bunu məhkəməyə bildirməmişdir. Bu səbəbdən hazırki mübahisəyə MPM-nin 46-cı fəsli ilə müəyyən edilmiş xarici şəxslərin iştirakı ilə icraat qaydasında baxılmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən üçüncü şəxs S.A.Vəliyeva və Cavabdeh2 ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2658/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qərarı ilə kasasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(103)- 13172/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(103)- 672/2021 saylı qətnaməsi ilə üçüncü şəxs S.A.Vəliyevanın apelyasiya şikayətinin təmin edilməsi, cavabdeh E.B.Məmmədzadənin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-371/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarı ilə kasasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(103)- 672/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili T.S.İbrahimov tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili E.A.Alxas apellyasiya şikayətlərinə etiraz edərək, onların təmin olunmamasını xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə, Cavabdeh1 MMC-nin direktoru N.S.Əhmədov məhkəməyə 14.04.2022-ci il tarixli məktub göndərərək bildirmişdir ki, iş üzrə əvvəlki məhkəmələrə dəfələrlə verilmiş məktublarda iş üzrə mövqeyimizi birmənalı təsdiq edirik və onu dəyişdirilmədən saxlayırıq. Məktubda o həmçinin məlumat vermişdir ki, mübahisəli mənzillər K.Ə.Məmmədova tərəfindən alındıqdan və dəyərini tam ödənildiqdən sonra həmin mənzillər onun adından nəvəsi Cavabdeh2 adına tam əvəzsiz olaraq keçirilmişdir. Bununla bağlı K.Ə.Məmmədovanın MTK üzvlüyündən çıxarılması ilə bağlı heç bir əlavə sənədləşdirmə aparmamış sadəcə tərəfimizdən sonradan verilmiş MTKınin ümumi yığıncağının protokollarından çıxarışlarda, maliyyə arayışlarında və 2 nömrəli forma üzrə arayışlarda nənəsi – K.Ə.Məmmədovanın adının əvəzinə nəvəsi – Cavabdeh2 adı yazılmışdır. Yuxarıdakıları nəzərə alınmasını, işə iştirakımız olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsini rəhbər tutaraq Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan apellyasiya baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, üçüncü şəxs S.A.Vəliyeva və Cavabdeh2 apellyasiya şikayətlərində iddianın rədd edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Məhkəmə mənzillərin Kübra Məmmədovaya məxsus olması barədə məsələdə özünün hansı nəticəyə gəldiyini göstərməmiş, sözügedən sənədləşmənin əhəmiyyətsiz olduğunu və hüquqi nəticə yaratmadığını qətnaməsində təsbit etməmişdir. Başqa sözlə, mənzillərin kooperativ üzvü Kübra Məmmədovaya məxsus olması və pay haqqının onun tərəfindən ödənilməsi məhkəmə tərəfindən təkzib olunmamışdır. Qanunvericiliyə görə kooperativ, iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılan, şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyünə əsaslanan könüllü birliyidir. Kooperativ üzvü müvafiq qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş fiziki və (və ya) hüquqi şəxsdir. Mülki Məcəllənin 178.8-ci maddəsinin 09.02.2018-ci ilədək olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçinin iradəsi xaricində, yaxud qanunla müəyyən edilmiş əsaslar olmadan heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu baxımdan Kübra Məmmədovanın adına olan mənzillərin 2015-ci ildə Cavabdeh2 adına rəsmiləşdirilməsi barədə keçərli bir iradə bəyan edib-etməməsinin, K.Məmmədovanın kooperativ üzvlüyündən çıxarılmaqla, Cavabdeh2 MTK-ya üzv qəbul edilməsinə, habelə mənzillərin həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmasına keçərli əsasların olub-olmamasına düzgün hüquqi qiymət verilməsi hazırkı işin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Odur ki, kooperativdən çıxarılan üzvün öz əmlakına sərəncam verməsi (satması, bağışlaması və s.) barədə iradəsi qanunla müəyyən edilmiş formada ifadə edilməli, üzvlükdən çıxmağın səbəbi, əsası və nəticələri müvafiq qaydada sənədləşdirilməlidir. Apellyasiya məhkəməsi isə hazırkı işdə bu tələblərə riayyət olunub-olunmamasına, yəni Kübra Məmmədovanın kooperativin üzvlüyündən çıxarılmasının, Cavabdeh2 MTK-ya üzv qəbul olunmasının və mübahisəli 75 və 76 saylı mənzillərin payçısı kimi təsdiq edilməsinin əsaslarına dair mövqeyini bildirməmiş, bu hallara hüquqi qiymət verməmişdir. Halbuki, mənzillərin 19.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydiyyatı həmin sənədlər əsasında aparılmışdırsa, göstərilən hallara düzgün qiymət verilməsi xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və s. sənədlər əsasında aparıla bilər. Bununla belə, adı çəkilən reyestr sistemində “səbəbə bağlılıq” prinsipi rəhbər tutulur. Bu prinsipə görə, reyestrdəki qeydin hüquqi səbəbi (məsələn, əsasında qeydiyyat aparılan müqavilə, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və s.) etibarsızdırsa, onun əsasında aparılmış qeydiyyat da əsassız hesab edilir. Bu halda daşınmaz əmlakın dövlət reyestrindəki qeydin məzmunu ilə həqiqi hüquqi vəziyyət uzlaşmır. Başqa sözlə, reyestrdə hüquq sahibi kimi görünən şəxslə həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs eyni olmurlar. Qanunverici bu halı Mülki Məcəllənin 141-ci maddəsində tənzimləmişdir. Həmin normaya əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəlişin aparılmasını tələb edə bilər. Belə tələbə baxan məhkəmənin vəzifəsidir ki, düzəldilməsi istənilən qeydin aparılmasına səbəb olmuş əsasların etibarlı olub-olmamasını yoxlasın və nəticəsindən asılı olaraq qeydiyyatın əsaslılığına hüquqi qiymət versin. Hazırkı işdə isə apellyasiya məhkəməsi mübahisəli mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyatın hüquqi əsasları üzrə dəyərləndirmə aparmamış, reyestr qeydiyyatının həqiqi hüquqi vəziyyətə uyğun olubolmamasına müvafiq qiymət verməmişdir. Halbuki, həmin xüsusatların araşdırılması və düzgün müəyyən edilməsinin iddiaçının istinad etdiyi vərəsəlik hüquqları baxımından mühüm əhəmiyyəti olmuşdur. Çünki, sözügedən qeydiyyatın əsassız olduğu və həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçinin Kübra Məmmədova olduğu təsbit edildiyi halda, sonuncunun 26.04.2016-cı il tarixdə ölməsi ilə mənzillərin miras kütləsinə daxil olması qənaətinə gəlinə bilər, bundan doğan vərəsəlik münasibətləri yoxlanıla bilər. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini bəyan etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Qanuna əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölənin uşaqları birinci növbədə vərəsələr sayılırlar. Vərəsə mirası istər qanun üzrə stərsə də vəsiyyət üzrə qəbul edir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Kollegiya bildirir ki, mirasın qəbulu ilə bağlı mübahisə qayda olaraq vərəsələr arasında yaranan fikir ayrılığıdır. Bu səbəbdəndir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya məhkəməsi qətnaməsində bu xüsusatla bağlı: “Birinci instansiya məhkəməsi qətnamədə hazırki iddianı qaldırmış İddiaçı müvafiq subyektiv hüquqa malik olması qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmadan, mərhum Kübra Məmmədovadan miras qalmış daşınar və daşınmaz əmlakların kütləsini, onun vərəsələrinin dairəsini müəyyən etmədən, ümumiyyətlə digər vərəsələrin hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, bir sözlə vərəsələrdən hansının razılığı ilə İddiaçı anası Kübra Məmmədovdan miras qalmış hansı şəxsi əşyalara sahiblik etməyə faktik başladığını, həmin əşyların nədən ibarət olduğunu, bunun mirasın qəbulu üçün yetərli olub-olmadığını araşdırmadan, İddiaçı hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olmasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir... mənzillərə İddiaçı sahiblik etməyə və ya idarə etməyə faktik başlaması mülki iş materialları ilə istisna edilməməlidir” kimi fikirləri qeyd etsə də, işə mahiyyəti üzrə baxan məhkəmə kimi özünün həmin hallar üzrə hansı nəticəyə gəldiyini göstərməmişdir. Apellyasiya məhkəməsi iddiaçının anası Kübra Məmmədovanın mirasını qəbul edib-etməməsi barədə nəinki bir qənaətə gəlməmiş, hətta K.Məmmədovadan miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair işdə olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2021ci il tarixli qətnaməsinə münasibət bildirməmiş, bu məhkəmə aktının mirasın qəbulu baxımından əhəmiyyətini müzakirə etməmişdir. Kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 11.09.2020-ci il tarixli qərarında yuxarıda sadalanan halların araşdırılmasına dair çoxsaylı göstərişlər verilsə də, apellyasiya məhkəməsi həmin xüsusatları işdəki sübutlar əsasında tədqiq etməmiş, iddianın söykəndiyi faktlara, mübahisəli və sübut edilməli olan hallara dair konkret bir nəticəyə gəlməmiş, iddianın qanuni əsasını təşkil edən maddi hüquq normaları ilə işin müəyyən edilmiş halları arasında təhlil aparmamış, yalnız kassasiya məhkəməsinin qərarında əks olunan fikirləri təkrarlamaqla kifayətlənmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün mənzillərin Kübra Məmmədovanın mülkiyyətində olub-olmaması, onun sağlığında həmin əmlaka mülkiyyətçinin iradəsi xaricində sərəncam verilib-verilmədiyi, başqa sözlə mənzillərin "xxxx" MTK tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilməsinin və daşınmaz əmlakın dövlət reyestrində onun adına aparılmış qeydiyyatın əsaslı olub-olmadığı, həqiqi hüquqi vəziyyətə görə Kübra Məmmədovanın mülkiyyətçi kimi qalıb-qalmadığı və öldüyü məqamda mənzillərin onun miras kütləsinə daxil olub-olmadığı, əgər olmuşsa iddiaçının mirası qəbul edib-etmədiyi və mənzillər üzərində vərəsəlik əsasında mülkiyyət hüququnun yaranıb-yaranmadığı, adı çəkilən reyestrdəki mövcud qeydiyyatın onun hüququnu pozubpozmadığına dair hüquqi dəyərləndirmə aparılmalıdır...” Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi və göstərişləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları nəzərə alaraq, аpеllyаsiyа şikаyətlərinin, işdə iştirak edən şəxslərinin dəlillərini, işin mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh2 və üçüncü şəxs S.A.Vəliyevanın ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası nəzərə alır, ki iş materiallarında olan aşağıdakı sənədlər mövcuddur: 1) "xxxx" MTK-nin hüquqi varisi olan cavabdeh "xxxx" MMM tərəfindən təsdiq olunmuş sənədlərin surətlərindən görünür ki, 19.09.2009 və 30.10.2009-cu il tarixlərdə iddiaçının anası – K.Ə.Məmmədova və "xxxx" MTK arasında iki müqavilə bağlamış, bu müqavilələrə əsasən MTK ünvan 5 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda yerləşən ümumi sahəsi 105,1 kv.m olan 2 otaqdan ibarət 85 saylı mənzili və eyni blokda bu mənzillə yan-yana olan ümumi sahəsi 67,8 kv.m olan 1 otaqdan ibarət 86 saylı mənzil tikilərək K.Ə. Məmmədovanın istifadəsinə verməyi, o isə qarşılığında həmin mənzillərin dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin üzərində məsul şəxsin imzası və kooperativin möhürü ilə təsdiq olunmuş qeydlərdən görünür ki, K.Ə.Məmmədova həmin müqavilələnin şərtlərinə uyğun olaraq payına düşən öhdəlikləri tam şəkildə icra etmişdir (müqavilələri bağladığı günlərdə ilkin ödənişləri ödəmiş, son ödənişi də gecikdirmədən 28.02.2011-ci il tarixdə həyata keçirmişdir). Bu hallarla tərəflər arasında heç bir mübahisə yoxdur; 2) 04.11.2011 tarixli mədaxil orderinin cavabdeh Meridian” MMM tərəfindən həqiqiliyi təsdiq olunmuş surətindən görünür ki, K.Ə.Məmmədova tərəfindən mənzillərində quraşdırılan sayğaclar üçün Meridian” MTK-ya 600 AZN ödənilmişdir. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 3) 24.04.2012-ci il tarixdə yuxarıda göstərilən 19.09.2009 və 30.10.2009-cu il tarixli müqavilələrə dəyişiklik edilərək mənzillərin nömrələri 75 və 76 kimi göstərilmiş və "xxxx" MTK tərəfindən verilmiş müqavilələrin üzərində məsul şəxsin imzası və kooperativin möhürü ilə təsdiq olunmuş qeydlərdə bu hal və K.Ə.Məmmədova tərəfindən yuxarıda göstərilən mənzillərin dəyəri tam ödənilməsi təsdiq olunmuşdur. Bununla yanaşı 24.04.2012-ci il tarixli “Kooperativ binada mənzil tikintisi” haqqında müqavilləin təsdiq edilmiş surətlərindən görünür ki, bir tərəfdən payçı adlanan Kübra Məmmədova və digər tərəfdən icraçı adlanan "xxxx" MTK arasında ünvan 6 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilə və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzili payçıya təhvil verilməsi barədə razılığa gəlmişlər. Bunu hər iki cavabdeh etiraf edir, üçüncü şəxs isə mübahisələndirməyə çalışır; 4) 23.04.2013-cü il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 2 saylı protokollardan Çıxarışların notarial qaydasında təsdiq olunmuş surətlərindən görünür ki, K.Ə.Məmmədova "xxxx" MTK -ya üzv qəbul olunmaqla MTK-nın ünvan 6 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilin və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 5) 23.04.2013-cü il tarixli 276 və 277 saylı maliyyə arayışlarının notarial qaydasında təsdiq olunmuş surətlərindən görünür ki, K.Ə.Məmmədova Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 A 2 blok 11-ci mərtəbə 2 otaqlı 75 saylı və 76 saylı mənzillərin dəyərini "xxxx" MTK -ya tam ödəmişdir və borcu yoxdur. Bununla bağlı tərəflər arasında heç bir mübahisə mövcud deyil; 6) 23.04.2013-cü il tarixli 64 və 65 saylı Forma 2 arayışların notarial qaydasında təsdiq olunmuş surətlərindən görünür ki, K.Ə.Məmmədova ünvan 6 evin 11-ci mərtəbəsində olan 2 otaqlı 75 və 1 otaqlı 76 saylı mənzillərdə qeydiyyatsız yaşayır. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 7) 11.12.2015-ci il tarixli Meridian” MTK-nin üzvlərinin ümumi iclasının protokollarının cavabdeh Meridian” MMM tərəfindən təsdiq olunmuş surətlərindən Cavabdeh2 ünvan 6 binanın 2 girişində yerləşən 75 və 76 saylı mənzillərin payçısı olması, eyni tarixli maliyyə arayışların surətlərindən onun mənzillərin dəyərinin tam ödənilməsi və həmin tarixli Forma 2 arayışın surətindən isə onun ünvan 6 evin 11-ci mərtəbəsində olan 2 otaqlı 75 nömrəli mənzildə qeydiyyatsız yaşaması göstərilir. Bu sənədlərin etibarsız sayılması iddia tələblərinə daxildir; 8) Dövlər reyestrindən çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1171-ci məhəllə, Nəcəfqulu Rzayev küçəsi ev 25 A, 75 saylı və 76 saylı mənzillər 19.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bu sənədlərin etibarsız sayılması iddia tələblərinə daxildir; 9) 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 05.05.2016-cı il tarixdə verilmiş Ölüm haqqında şəhadətnəmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, K.Ə.Məmmədova 26.04.2016-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.05.2016-cı il tarixdə 635 nömrə ilə qeyd edilmişdir. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 10) 30.12.1965-ci il tarixli, V-TЮ 897947 saylı “Doğum haqqında” Şəhadətnamənin notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 23.09.1965-ci il tarixdə anadan olmuşdur, onun atası X7, anası X2. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 11) 30.07.1988-ci il tarixli, V-TЮ 317088 saylı “Nigah haqqında” Şəhadətnamənin notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 X1 ilə nigaha daxil olarkən iddiaçının soyadı Məmmədovadan Abdurahimovaya dəyişdirmişdir. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 12) İddiaçınanın adına 01.07.2013-ci il tarixdə verilmiş AA2030513 saylı Özbəkistan Respublikasının pasportunun notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, iddiaçı dövlət sərhədindən keçərək 27.04.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, 02.05.2015-ci il tarixdə isə onun kənarına çıxmışdır. Bundan sonra onun pasportunda Azərbaycan Respublikasının ərazisinə keçməyi barədə dövlət sərhəd xidmətinin qeydi mövcud deyil. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 13) Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 26.04.2019cu il tarixli 811 saylı məktubdan görünür ki, K.Ə.Məmmədovaya aid Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin arxiv materiallarında qeydiyyata alınmış hər hansı bir daşınmaz əmlak aşkar edilmədiyindən iddiaçıya vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 14) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 29.06.2013-cü il tarixli **********29 saylı məktubundan görünür ki, ünvan 6 binasının 75 və 76-ci mənzillərə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışların verilməsinə dair K.Ə.Məmmədovanın ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Həmin mənzillərin birləşdirib rekonstruksiya aparılmasına və bir mənzil kimi istifadə edilməsinə görə K.Ə.Məmmədovanın ərizəsi təmin olunmadan saxlanılmışdır. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 15) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 17.07.2019-cu il tarixli **********57 saylı məktuba təsdiq edilmiş sürətləri əlavə edilmiş RX seriyalı, ******* №-li Çıxarış, 11.12.2015-ci il tarixli 57 saylı Maliyyə Arayışı, 11.12.2015-ci il tarixli 2№-li forma Arayışı, "xxxx" MTK üzvlərinin ümumi iclasının 11.12.2015-ci il tarixli 2№-li protokolundan 477733 saylı Çıxarış, RX seriyalı ******* №-li Çıxarış, 11.12.2015-ci il tarixli 2№-li forma Arayış, "xxxx" MTK üzvlərinin ümumi iclasının 11.12.2015-ci il tarixli 2№-li protokolundan 477735 saylı Çıxarış və 11.12.2015-ci il tarixli 56 №-li Maliyyə Arayışından görünür ki, Cavabdeh2 Meridian MTKnın üzvü olaraq ünvan 6 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilin və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzilin dəyərlərini ödəmişdir, mənzillərə görə borcu yoxdur, həmin mənzillərdə qeydiyyatsız yaşayır və onun mənzillərə dair mülkiyyət hüququ dövlət reyestrində qeyda alınmışdır. Bu sənədlərin etibarsız sayılması iddia tələblərinə daxildir; 16) ASAN Xidmət vasitəsilə “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC elektron sistemindən alınmış çıxarışlardan, habelə məhkəmə sorqusuna Azərişıq, Azəriqaz və Azərsu idarələrindən verilmiş cavab məktublarından və bu məktublara əlavə olunmuş sənədlərdən görünür ki, mübahisələndirilən mənzillər üzrə bütün şəxsi hesablar ilk günümdən K.Ə.Məmmədovanın adınadır və o vaxtdan bu günə qədər bütün ödənişlər onun adından həyata keçirilmişdir. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur; 17) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-809/2021 nömrəli mülki iş üzrə 25.01.2021-ci il tarixli qətnaməsindən görünür ki, S.Ə.Məmmədovadan miras qalmış həmin qətnamədə qeyd edilmiş əmlakların İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakiminin 03.03.2021-ci il tarixli 2(011)-809/2021 saylı məktubuna əsasən həmin qətnamə 25.02.2021-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış məhkəmə araşdırılması zamanı Cavabdeh2 və üçüncü səxs S.A.Vəliyeva tərəfindən iş üzrə üzrə tutduğu mövqeyilərin təsdiqi üçün məhkəməyə heç bir sübut təqdim olunmadığı halda, İddiaçı məhkəmələrə çoxsaylı sənədləri təqdim etmişdir. Bu sənədlər və məhkəmə sorğusu əsasında əldə olunmuş digər sənədlər iddiaçının mövqeyini təsdiq edir və məhkəmənin bu sənədləri mötəbər hesab edilməməsi üçün əsas yoxdur. İşin materiallarında toplamış sənədlər biri-biri ilə sıx bağlıdır və biri-birini tamamlayır. Belə ki, K.Ə.Məmmədova və Meridian MTK arasında müqavilələr əvvəlcədən mövcud olmasaydı MTK ümumi yığıncağı protokolunda onu kooperativin üzvü adlandıra bilməzdi və onun adına maliyyə arayışı verə bilməzdi. Bu sonuncu hüquqverici sənədlər olmasaydı, DƏDRX Bakı şəhər 1 saylı Ərazi İdarəsinin 29.06.2013-cü il tarixli məktubu ilə K.Ə.Məmmədovanı mənzilləri qeydiyyatdan keçirmək istəyən mənzillərin sahibi kimi qəbul etməzdi, 2011-2012-ci ildə müvafiq dövlət idarələri həmin mənzillərin kommunal xidmətlərinə dair müqavilələri məhz K.Ə.Məmmədova ilə bağlanıla bilməzdi, mübahisəli mənzillərə göstərilən kommunal xidmətlərə dair “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC idarələrində qeydiyyat K.Ə.Məmmədovanın adına ola bilməzdi, bütün bunlar olmadan isə o vaxtdan bu günədək kommunal ödənişlər onun adından həyata keçirilə bilməzdi. Məhkəmə kollegiyası, həmçinin, nəzərə alır ki, iş üzrə olan cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məhkəmədə mənzillərin həqiqətən K.Ə.Məmmədova tərəfindən 2009-cu ilin sentyabr və oktyabr aylarında əldə olunduğunu, mənzillərin dəyərinin onun tərəfindən 2011-ci ilin fevral ayında tam ödənildiyini və 2015-ci ilin dekabr ayına qədər həmin mənzillərin iddiaçının anasına mənsub olduğunu etiraf edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, adına mübahisəli mənzillərin dəyərinin "xxxx" MTK-nə tam ödənilməsinə dair 23.04.2013-cü il tarixli, 276 və 277 saylı maliyyə arayışlarının və "xxxx" MTK üzvlərinin ümumi iclasının 23.04.2013-cü il tarixli, 2 saylı protokolundan çıxarışın mövcüdluğu özü-özlüyündə K.Ə. Məmmədovanın MTK-ya üzv qəbul olunması və onun həmin mənzillərin payçısı olmasını təsdiq etmişdir. İş materiallarında olan sübutlar və K.Ə.Məmmədova tərəfindən "xxxx" MTK-nın üzvlüyünə qəbul olunması, mübahisəli mənzillərin pay haqqını tam ödənilməsi və mənzillərin onun sərəncamında olmasına dair cavabdehlərin etiraf edilməsi isə əsas verir ki, K.Ə.Məmmədova həmin mənzillərə mülkiyyət hüququ əldə etmiş hesab edilsin. Belə ki, Mülki Məcəllənin (MM-nin) 178.8-ci maddəsinin 09.02.2018-ci ilədək olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. MM-nin 152.1-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ, İİİ, İV, Vİİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyasi nəzərə alır ki, iş materiallarında onun kooperativ üzvlüyündən çıxması, pay haqqının dəyərinin ödənilməsi və ya digər əmlak verilməsini təsdiq edən, həmçinin pay haqqının Cavabdeh2 bağışlanmasını təsdiq edən sübutlar mövcud deyil. Halbuki, MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası Cavabdeh2 mənzillərin ona bağışlasına dair dəlillərini əsassız hesab edirək qeyd edir ki, K.Ə.Məmmədovanın mənzillərin ona bağışlamaq iradəsi təsdiq olunmadığına görə hansısa şifahi razılıq və digər şəxslərin müraciətləri daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün əsası kimi çıxış edə bilməz. Mənzillərin addan ada keçirilməsini faktiki bağışlama kimi qəbul olunması isə mövcud qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. MM-nin 337.4-cü maddəsinə uyğun olaraq etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. "xxxx" MTK həmin mənzillərin pay haqqının Cavabdeh2 tərəfindən ödənilməsi barədə maliyyə arayışı və onun MTK-nın üzvlüyünə qəbul olunmaqla mənzillərin payçısı olmasının təsdiqi barədə ümumi iclasın protokolundan çıxarışı tərtib etmiş və həmin sənədlər əsasında mübahisəli mənzillər Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. MM-nin 112.1-ci maddəsində təsbit olunmuşdur ki, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Hazırki işdə isə payçı K.Ə.Məmmədovanın "xxxx" MTK-dakı üzvlüyünün müqəddəratı həll edilməmiş, yəni onun həmin kooperativdə üzvlüyünə xitam verilmədən, ona pay haqının dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi ilə bağlı "xxxx" MTKnın üzvlərinin ümumi iclasının hər hansı bir qərarı qəbul edilmədən mübahisəli mənzillər Cavabdeh2 verilmişdir. Bundan başqa MM-nin 112.3-cü maddəsində təsbit olunmuşdur ki, əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Lakin hazırki işdə həmin maddələrin tələblərinə riayət olunmasını təsdiq dən sübutlar mövcud deyildir. MM-nin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki qanunvericiliyinin müddəalarını nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MTK-nın üzvlərinin 11.12.2015-ci il tarixli ümumi iclasının 2 saylı protokolundan çıxarışlar (qərarlar), 11.12.2015-ci il tarixli 56 və 57 saylı maliyyə arayışları heç bir hüquqi əsas olmadan, Mülki qanunvericiliyinin tələblərinin pozulması ilə Cavabdeh2 adına tərtib olunmuş sənədlər, habelə bu sənədlərin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və verilmiş çıxarışlar etibarsız hesab edilməlidir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və s. sənədlər əsasında aparılır. MM-nin 139-1.1.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Bununla belə, adı çəkilən reyestr sistemində “səbəbə bağlılıq” prinsipi rəhbər tutulur. Bu prinsipə görə, reyestrdəki qeydin hüquqi səbəbi (məsələn, əsasında qeydiyyat aparılan müqavilə, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və s.) etibarsızdırsa, onun əsasında aparılmış qeydiyyat da əsassız hesab edilir. Bu halda daşınmaz əmlakın dövlət reyestrindəki qeydin məzmunu ilə həqiqi hüquqi vəziyyət uzlaşmır. Başqa sözlə, reyestrdə hüquq sahibi kimi görünən şəxslə həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs eyni olmurlar. Qanunverici bu halı MM-nin 141-ci maddəsində tənzimləmişdir. Həmin normaya əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəlişin aparılmasını tələb edə bilər. Belə tələbə baxan məhkəmənin vəzifəsidir ki, düzəldilməsi istənilən qeydin aparılmasına səbəb olmuş əsasların etibarlı olub-olmamasını yoxlasın və nəticəsindən asılı olaraq qeydiyyatın əsaslılığına hüquqi qiymət versin. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqi hüquqi vəziyyətə uyğun olmayan ilkin sənədlər əsasında Cavabdeh2 adına mübahisəli mənzillərə dair daşımaz əmlakın dövlət reyestrindəki qeyd və sənədlərin verilməsi iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarının pozulması və bu sənədlərin etibarsız hesab edilməsi məsələləri ilə məhkəməyə müraciət etmək əsas verir. Belə ki, MM-nin 112.4-cü maddəsində təsbit olunmuşdur ki, kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Göründüyü kimi əgər mübahisəli mənzillər Cavabdeh2 adına qanunsuz olaraq rəsmiləşdirilməməsəydi, İddiaçı tərəfindən vəfat etmiş anasının qanun üzrə 1-ci növbəli vərəsəsi kimi həmin mənzillərə pay hüququ əldə edə və ya kooperativdən payının dəyərinin ödənilməsini tələb edə bilərdi. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli 2(011)-809/2021 saylı qətnaməsi ilə K.Ə.Məmmədovadan miras qalmış bir sıra əmlakların İddiaçı tərəfindən qəbul edilməsi faktın müəyyən edilmiş və bu qətnamə mövcuddur. Bu qətnamə 25.02.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Xətai rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsi İddiaçı anasının vərəsəsi kimi çıxış etmək, o cümlədən hazırkı iş üzrə vərəsəlik hüququnun pozulmasına görə qanunsuz sənədlərin etibarsız sayilması barədə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olmasını təsdiq edir. MM-nin 1243.3-cü maddəsinə müvafiq olaraq vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun pozulmasına görə hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcuddur. Məhkəmə kollegiyası üçüncü şəxs S.A.Vəliyevanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mübahisəli mənzillərin K.Ə.Məmmədovaya məxsus olması yuxarıda göstərildiyi kimi iş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin 23.04.2013-cü il tarixli ümumi iclasının 2 saylı protokolundan çıxarışlara, 23.04.2013-cü il tarixli 276 və 277 saylı maliyyə arayışlarına əsasən birbaşa olaraq təsdiq olunur. Eyni zamanda iş materiallarında olan digər sənədlər də bu faktı təsdiq edir. Belə ki, iş materiallarına əlavə edilmiş “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC-nin elektron sistemindən alınmış çıxarışlardan görünür ki, mübahisələndirilən mənzillər üzrə abunəçi K.Ə.Məmmədova qeyd olunub. Əvvəlki apellyasiya baxışı zamanı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 “A” saylı evin 75 və 76 saylı mənzillərinin kommunal xidmətlərinə (su, qaz və işıq) dair müqavilələrin kimi adına bağlanması, o cümlədən həmin mənzillərdə yerləşdirilmiş sayğacların rəsmiləşdirilməsinə dair məlumatları və bununla bağlı bütün sənədlərin (müqavilələrin və s.) təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC-yə müvafiq sorğular göndərilmiş və “Azəriqaz” İB ilə "xxxx" ASC-nin sorğulara cavab məktublarında abonent kodlarında K.Ə.Məmmədovanın adı qeyd olunmuşdur. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, K.Ə.Məmmədova 19.07. 2013-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək, mübahisələndirilən mənzillərə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini müraciət edərkən həmin mənzillərin ona mənsub olan şəxs kimi çıxış etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 19.09.2009-cu il tarixli və 30.10.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilələrdəki imzaların K.Ə.Məmmədovaya məxsus olub-olmamasının mübahisənin heç bir əhəmiyyəti yoxdur. Çünki, həmin mənzillərin K.Ə.Məmmədovaya mənsub olubolmaması həmin müqavilələr əsasında deyil, onun kooperativin üzvlüyünə qəbul edilməsi ilə bağlı ümumi iclasın qərarı və maliyyə arayışı əsasında müəyyən olunur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.6-cı bəndlərində də göstərilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Həmçinin nəzərə alınmalıdır ki, 19.09.2009-cu il tarixli və 30.10.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilələrin tərəfi olan "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh1 MMC həmin müqavilələrin bağlanmasını və mübahisəli mənzillərin K.Ə.Məmmədovaya məxsus olmasını təsdiq edir. Hazırki işin MPM-nin 46-cı fəslinə uyğun olaraq xarici şəxslərin iştirakı ilə icraat qaydasında baxılmaması ilə bağlı dəlillərə dair məhkəmə kollegiyası qeyd edir ki, həmin fəsildə işin baxılması ilə bağlı başqa qaydalar müəyyən edilməmişdir. Belə ki MPM-nin 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bu baxımdan kollegiyanın qənaətinə görə apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 və üçüncü şəxs X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5466/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3132/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3132/2022
27.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver