Məhkəmə qərarları › İş №2(103)-3146/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3146/2020

24.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3146/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(006)-4067/2018 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2010-cıı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş elmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "İddiaçı” MMC iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nıırvəli qızına verilmiş guya ki, həmin mənzilə görə "xxxxxxxx” MMC-yə 26100 manat pulun ödəməsi barədə maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh Nıırvəli qızının Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağlvev küçəsi 1-də inşa etdiyi 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində 2 otaqlı 87 kv.m sahəsi olan 174 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "İddiaçı” MMC iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “xxxxxxxx" MMC arasında bağlanmış 02,09.2010-cu il tarixli müqavilə və Cavabdeh verilmiş guya ki. həmin mənzilə görə “xxxxxxxx” MMC-yə 26100 manat pulun ödəməsi barədə maliyyə arayışının etibarsız, hesab edilməsi, həmçinin Cavabdeh Abşcıəm rayonu Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1-də inşa etdiyi 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində 2 otaqlı 87 kv.m sahəsi olan 174 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş elmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı MMC rayon Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "İddiaçı” MMC-nin səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan icraçı “xxxxxxxx” MMC və pavçı Cavabdeh arasında xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmış “Кooperativ binada mənzil tikintisi üçün” müqavilənin surətindən görünür ki, iddiaçı ünvan 1 ünvanında tikilən 9 gırışlı 14 mərtəbəli yaşayış binasının 3 blokunda mərtəbə 7-də 174 nömrəli mənzili payçıya verməyi oz öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 87 kv.m təşkil edir. Mənzilin dəyəri 26100 manat təşkil edir. İş materiallarında olan xx xxxxxxxx 2010-cıı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Nıırvəli qızı həqiqətən xx.xx.2010-cıı ildə “xxxxxxxx” MMC-dən ümumi sahəsi 87 metr kvadrat olan 2 otaqlı mənzili almış və 26100 manat məbləğində pııl ödəmişdir. İş materiallarında oları Bakı şəhəri Biııəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2013 saylı xx xxxx 2013-cii il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçı X2 ilə cavabdeh “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün” müqavilə üzrə öhdəlikləri yerinə yetirilməsi vəzifəsinin cavabdeh “xxxxxxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamədə həmçinin göstərilmişdir ki, məlikəmə iclasında cavabdeh “xxxxxxxx”-yə qarşı irəli sürülmüş iddia tələbi ilə razı olduğunu bildirərək, məhkəməyə iddianın etirafı barədə ərizə təqdim elmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsininxx xxxx 2015-ci il tarixli qərardadından görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X3 ilə cavabdeh “xxxxxxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün” müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdeh “xxxxxxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. “xxxxxxxxxxxxxxxxx" MMC-nin direktoru xx.xx.2015-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərardadı ilə "xxxxxxxxxxx" MMC-nin direktoru A.Tağıyevin Bakı şəhəri Binəqədı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair ərizəsi təmin edilməmişdir. İddiaçı MMC-nin direktoru A.Tağıyev həmin qərardaddan şikayət vermişdir. "İddiaçı” MMC-nin direktoru A.Tağıyev tərəfindən verilmiş şikayət təmin edilməmiş. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə xx xxxxx 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəkrəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-3845/2013 saylı arayışından görünür ki, Bakı şəhəri Binəqədi Rayonu Məhkəməsinin 2(001)-3845/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli məktubunun surətindən görünür ki, dövlət reyestrində "xxxxxxxx” MMC-nin (VÖEN **********) xx.xx.2003-cü il tarixdə 0103-P34-38844 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin 10.06,2013-cü il tarixli qərarı ilə adının İddiaçı MMC-yə dəyişdirməsi, X4 xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Cəmiyyətin rəhbəri olması barədə məlumat mövcuddur. İş materiallarında olan cavabdeh X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabdeh ona qarşı iddiaçının qaldırdığı iddia tələbi üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki iMəcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdləı mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “xxxxxxxx” MMC və payçı Cavabdeh arasında xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmış "Kooperativ binada mənzil tikintisi üçün” müqaviləsinə əsasən icraçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi, 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3 blokunda mərtəbə 7-də 174 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 26100 manat təşkil edir. xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh aldığı həmin mənzilin dəyəri olan 26100 manat məbləğində pulu ödəmişdir. Maliyyə arayışı “xxxxxxxx” MMC-nin sədri kimi göstərilən X6 tərəfindən imzalanmışdır və “xxxxxxxx” MMC-nin möhiirü ilə təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “xxxxxxxx” MMC-nin təsisçilərinin xx.xx.2013-cü il tarixli qərarı ilə adı İddiaçı MMC-yə dəyişdirilmiş, X6 xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Cəmiyyətin rəhbəri olmuşdur. İddiaçı mübahisələndirilən müqavilə üzrə “xxxxxxxx” MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışının qanunsuz olaraq verildiyini, Cavabdeh Nıırvəli qızı tərəfindən “xxxxxxxx” MMC-yə pulun ödənilmədiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, müqavilə tərəllər arasında imzalanmışdır, müqavilə üzrə pul MMC-yə ödənilmişdir, müqavilə və maliyyə arayışı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2Oİ 3 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçı X3 ilə cavabdeh “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün" müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdeh "xxxxxxxxx” MMC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi cavabdeh “xxxxxxxx” MMC-yə qarşı irəli sürülmüş iddia tələbi ilə razı olduğunu bildirərək, məhkəməyə iddianın etirafı barədə ərizə təqdim etmişdir. Bundan başqa, həmin qətnamədən görünür ki, mübahisələndirilən müqavilə üzrə qeyd olunan mənzilə görə X3 tərəfindən "xxxxxxxx” MMC-yə mənzilin dəyəri olan 26100 manat məbləğində pulun ödənilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məlikəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə görə hüququ pozulmuşşəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin hallarından görünür ki, mübahisələndirilən müqavilə xx.xx.2010-cu il tarixində imzalanmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə X1 iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxıldığından, iddiaçının hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar