Məhkəmə qərarları › İş №2(103)-3147/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3147/2023

11.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3147/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X5 qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borc məbləğinin silinməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-497/2023 saylı 10 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. “Paylayıcı” Cavabdeh ilə “istehlakçı” İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli D-9481 saylı müqaviləyə əsasən, sonuncunun Bakı şəhəri, ünvan 1 ünvana **********00050 saylı abonent kodu verilməklə, müvafiq qaydada G-4 markalı qaz sayğacı ilə təmin edilmişdir.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacdaki yivli birləşmələrin korroziyaya uğradığı, sayğac klapanın işlək olmadığı, göstəricilər arasında fərq olduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin olmadığı aşkar edilmişdir. İddiaçı adına açılmış **********00050 saylı abonent saldosundan abonentin iddia tələbində qeyd olunan məbləğdə sərfiyyat borcu yarandığı görünür.

3. İddiaçı tərəfindən ünvanına hesablanmış borcundan 237,5 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanı üzrə qaz istifadəsinə görə əsassız olaraq borc kimi yazılmış 1185.25 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. Həmin ünvanda abonent kodu **********00050 olmaqla cavabdeh “Azəriqaz İB” BRQSD təbii qaz enerjisi ilə təmin etməkdədir. Onun tərəfindən vaxtlı-vaxtında ödənişlər olunmaqla yuxarıda göstərilən ünvanda yerləşən mənzil təbii qaz enerjisi ilə təmin olunurdu. Sayğaclar elektron smart kart tipli sayğaclardır və aylıq sərfıyyatı istifadə edə bilmək üçün əvvəlcədən sayğacın balansı artırılmalıdır. Yəni, haqqını ödəmədiyi 1 m3 qazı belə istifadə etməmişdir. Lakin, 28 fevral 2022-ci il tarixdə “Azəriqaz İB” BRQSD tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, LO 38/10, mənzil 5 ünvanında yerləşən, kodu GPG11111064 olan sayğac texniki problem olduğu bildirilərək dəyişdirilmişdir. Belə ki, sözügedən sayğaclar möhürlü və plomblu olmuş, ona müdaxilə edilməmişdir. Bu hal, sayğacın dəyişdirildiyi zaman tərtib edilən aktla və sonradan sayğacın yoxlaması zamanı da müəyyən edilmişdir. Həmin tarixdə “Azəriqaz İB” BRQSD-nin nümayəndələri tərəfindən nöqsan aşkarlanmış və ******* nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Daha sonra “Azəriqaz İB" BRQSD-nin əməkdaşları İddiaçı sayğacda olan nasazlıq səbəbi ilə 1185,25 AZN məbləğində borcun yarandığını və ona borcun ödənilməsi bildirilmişdir. Belə ki, cavabdeh əvvəlcə köhnə sayğacı aktlaşdıraraq çıxarmış daha sonra özü yoxlama aparmışdır. Hansı ki, o, yoxlamalarda iştirak etməmişdir və bunun düzgünlüyü dəqiq deyil. Belə ki, cavabdeh özü bütün əməliyyatları aparmışdır. Ayrıca sayğacda yaranmış nasazlıq həqiqəti əks etdirsə belə, bu hal onun yox cavabdehin qüsuru səbəbindən ortaya çıxmışdır ki, bu da cavabdehə bu qüsur nəticəsində yaranmış borcun ondan tələb etməsinə haqq qazandırmır. Belə ki, o, özünün olmayan təqsirinə görə cəzalandırılır. Qanuna əsaslanan, ədalətli və vicdanlı davranan şəxs bunu tələb edə bilməz. Cavabdehin sayğacla bağlı problemləri həll etməsi onun vəzifəsidir və bu vəzifəni onun üzərinə qoya bilməz. Sayğacın işlək olduğu və 2011-ci ildən 2022-ci il tarixədək, bu dövrdə qeyd edilən qaz sərfıyyatı cavabdeh tərəfindən verilmiş aktda da qeyd edilib ki, burada artıq göstərilən məbləğin borc olaraq qeyd edilməsi və ondan tələb edilməsi qanunsuz həm də, məntiqə uyğun deyildir. Odur ki, cavabdeh haqsız olaraq bu borc rəqəmini yazaraq onun istehlak miqdarından artıq məbləğdə pul ödəməsini haqsız və qanunsuz olaraq tələb edir və onun istehlakçı hüquqlarını pozur. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 1185.25 manatın “Azəriqaz İB” BRQSD tərəfindən silinməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilə vardır. Bu müqavilənin, 2.1.6; 2.1.8; 2.1.9; 2.1.10; 2.2.1; 2.2.3; 2.2.4; 2.2.5.4; 2.3.1; 2.3.4-cü maddələrində bu hallar açıq-aşkar qeyd edilmişdir. Tərəflərin vəzifə və hüquqlarında göstərilir ki, istehlakçı istifadə etdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən ödəyir. Qaz sayğacına yoxlamanın keçirilməsi, zədələnmiş qaz sayğacını dəyişmək və yenisi ilə əvəz etmək cavabdehin öhdəliyindədir. Həmçinin, paylayıcı o halda istehlakçıdan dəymiş zərərin əvəzini ödənilməsini tələb edə bilər ki, bu hal istehlakçının təqsirli hərəkətlərinin nəticəsində yaranmış olsun. Belə ki, istər sayğac dəyişdirildiyi zaman aparılan yoxlama zamanı, onun nəticəsində tərtib edilmiş aktda və ya sonrakı yoxlamalarda sayğaca müdaxilə aşkarlanmamışdır. Divarda duran sayğacın yivi yeyilmişsə, klapanı işləmirsə bu sayğacın içərisində, daxilində olan problemdir ki, İddiaçı bunu müəyyən edə bilməzdi. Cavabdehin vəzifəsidir ki, buna nəzarət etsin və vaxtlı-vaxtında bu halı müəyyən edib tədbir görsün. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, istehlakçı müqavilə əsasında enerji istifadə etməyə və qaz enerjisi sərfinin texniki-iqtisadi cəhətdən əsaslandırılmış mütərəqqi normalarının işlənməsinə, istehsalat texnologiyası və onun təşkili təkmilləşdirildikdə, dəyişdirildikdə və ya yeni texnika tətbiq edildikdə onlara yenidən baxmağa, düzgün hesablanmış enerji borcunu ödəməyə borcludur. Lakin, hal-hazırki vəziyyətdə ona cavabdeh tərəfindən normadan artıq və heçbir texniki əsaslandırma aparılmadan qaz enerjisi sərfıyyatı yazılmış və istehlakçı borclandırılmışdır.

6. Cavabdeh nümayəndəsi X1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iştirakı ilə Nərimanov rayonu, LO 38/10, mənzil 5 ünvanına yeni sayğac quraşdırılan zaman əvvəlki Smart G-4 İTRON markalı, 1702AZ**********81 nömrəli (GPG********) sayğacın mənfiyə işlədiyi, sayğacın mexaniki göstəricisinin 14277 metr qaz sərf edildiyini qeyd etdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirildikdən sonra iddiaçının iştirakı ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir Aktdan göründüyü kimi iddiaçı sayğacın mexaniki göstəricisində 14277 m3 qazın sərf edildiyi göstərilmiş, lakin iddiaçı həmin qazın yalnız 9481 m3 hissəsinə görə ödəniş etmiş, 4796 m3 sərf etdiyi qaza görə ödəniş etməmişdir. (14277-9481=4796). Nəticədə iddiaçının 1185,25 manat borcu yaranmışdır Bununla bərabər iddiaçı iddia ərizəsinə əlavə etdiyi Smart G-4 İTRON markalı, 1702AZ**********81 nömrəli sayğacın fotoşəkilindən də sayğacın mexaniki göstəricisində 14277 m3 qaz sərf edildiyini göstərir və bu da aktda olan məlumatların düzgünlüyünü təsdiq edir. Beləliklə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın iddiaçı tərəfindən də imzalanması, eyni zamanda iddia ərizəsinə əlavə edilən sayğacın fotoşəkili iddiaçının sayğac göstəricisi üzrə 14277 m3 qaz sərf etdiyini təsdiq edir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-497/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən edilərək İddiaçı məxsus (abonent kodu **********00050) Bakı şəhəri, Nərimanov rayonu, LO 38/10, mənzil 5 ünvanı üzrə təbii qazdan istifadəyə görə hesablanmış 947,75 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, əksinə, sayğaca müdaxilə faktının olmamasını təsbit etdikdən sonra istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1185.25 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir.

9. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırığına əsasən İddiaçı hesablanmış 1185,25 manat borc məbləğindən 237,5 manat məbləğində silinmə həyata keçirildiyindən, iddia qismən təmin edilməli, İddiaçı hesablanmış 947,75 manat məbləğində borc silinməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının silinmiş 237,50 manat məbləğində pul vəsaiti ilə bağlı Cavabdeh İB-yə qarşı iddia qaldırmaq hüququ vardır.

10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-497/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AzərbaycanRespublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarıilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Birinci instansiya məhkəməsi isə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin tələblərini nəzərə almayaraq sübutlarla təsdiq olunan sayğac göstəricisi üzrə sərf edilən qaza görə ödənilməli olan məbləği silmişdir. Azərbaycan RespublikasıNazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylıQərarı ilə təsdiq edilmiş «X2»nın 5.2-ci bəndinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Lakin məhkəmə göstərilən müddəaları səhv təfsir edərək sayğac göstəricisi üzrə sərf edilib ödənilməli olan məbləği silərək qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh tərəf 14277 m3 qaz sərfiyyat faktını təsdiq edən sübutları- məhkəməyə təqdim etmiş, lakin məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi sayğacın göstəricisi üzrə istifadə edilən qaz sərfiyyatını təsdiq edən sayğacın fotoşəkilini, hər iki tərəfin imzaladığı sayğacın dəyişdirilməsi barədə aktda göstərilən məlumatları sübutlar kimi qiymətləndirməmişdir.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. İddia tələbinin qismən təmin olunduğunu nəzərə alan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-497/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Mülki Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 21.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 22.Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 23.Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 24.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, “Paylayıcı” Cavabdeh ilə “istehlakçı” İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli D-9481 saylı müqaviləyə əsasən, sonuncunun Bakı şəhəri, ünvan 1 ünvana **********00050 saylı abonent kodu verilməklə, müvafiq qaydada G-4 markalı qaz sayğacı ilə təmin edilmişdir.

27. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacdaki yivli birləşmələrin korroziyaya uğradığı, sayğac klapanın işlək olmadığı, göstəricilər arasında fərq olduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin olmadığı aşkar edilmişdir. İddiaçı adına açılmış **********00050 saylı abonent saldosundan abonentin iddia tələbində qeyd olunan məbləğdə sərfiyyat borcu yarandığı görünür. 28.Lakin cavabdeh tərəfindən qaz sayğacının yivli birləşmələrin korroziyaya uğramasının, sayğac klapanın işlək olmamamasının, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmamasının səbəbkarının məhz iddiaçı oludğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. 29.Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə itirilmiş qazın dəyərini təşkil edən məbləğ iddiaçıdan tələb oluna bilməz. 30.Cavabdehin apellyasiya şikayıtindəki dəlilləri isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. 31.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

34. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 947,75 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 394-1, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-497/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar