Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3149/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X13, digər nümayəndəsi və vəkili X6, Cavabdeh nümayəndəsi X8 (o, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur), cavabdeh (müstəqil tələb irəli sürən üçüncü şəxs) X9 və onun nümayəndəsi (vəkili) X10 iştirakları ilə İddiaçı Cavabdeh və X14 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və tərəflərin əvvəlki vəziyyətə qaytarılması”, həmçinin müstəqil tələb irəli sürən şəxs X9 Cavabdeh qarşı “mənzilin sahibliyinə verilməsi, mənzildən istifadəsinə yaranmış maneçiliyin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə X15 da cavabdeh kimi göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1120 reyestr qeydli, AN-0726291 saylı və Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1162 reyestr qeydli, AN-0731703 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab olunması, X9 adına verilmiş çıxarışın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, həyat yoldaşı X13 dostu kimi tanıdığı X18 ilə yoldaşının arasında ticarət münasibətləri olmuş və müəyyən borc problemi yaranmış, X8 müəyyən müddət gözləməsi məqsədilə ona yaşadığı X5 Peterburq şəhərinin notariusunun təsdiqlədiyi xx.xx.2018-ci il tarixli 78/103-H/7 saylı etibarnamə vermiş, X18 isə ona xəbər vermədən və aralarında alqı-satqı razılaşması olmadığı halda onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dən ibarət olan 3 otaqlı mənzili öz oğlu Cavabdeh adına keçirmişdir. Bu alqısatqı real niyyətlərə dayanmır, çünkü o, mənzilinin satılması məqsədilə etibarnamə verməmiş və belə bir razılaşma etməmişdir. X1 ilə iş razılaşması olmuş, mənzilin sənədləri faktiki girov qismində tərəfə verilmiş, Faiq Nağıyev və oğlu isə onların etibarından yararlanaraq mənzili ələ keçirmişlər. Sonradan Cavabdeh mənzili Rizvan Əliyevə satmışdır və hesab edir ki, həmin alqı-satqı müqaviləsi də etibarsızdır. X19 da Cavabdeh qarşı müstəqil tələb irəli sürərək, Cavabdehlə xx.xx.2018-ci il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 160.3 kv.m olan mənzili 323 000 (üç yüz iyirimi üç min) manata aldığını, alqı-satqı müqaviləsi üzrə bütün öhdəliklərini tam yerinə yetirərək mənzilin dəyərini bank vasitəsilə satıcıya ödədiyini, mənzilə mülkiyyət hüququnun xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alındığını, mənzilin xx.xx.2019-cu il tarixə kimi ona təhvil verilməli olmasına baxmayaraq Cavabdeh bu öhdəliyini yerinə yetirmədiyini, İddiaçı iddia tələbinin onun mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırmaq üçün süni şəkildə qaldırıldığını irəli sürmüş, buna görə də ünvan 2 ünvanında yerləşən mənzilin faktiki sahibliyinə verilməsinin Cavabdeh həvalə edilməsi, mənzildən sərbəst istifadə və sahiblik hüququna hər hansı formada maneçilik və müdaxilə edilməsinin adı çəkilən şəxsə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələblərinin rədd, X9 iddia tələbinin təmin olunması qət olunmuşdur. Həmin qətnamədən İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, təmsil etdiyi şəxsin iddiasının təmin, Rizvan Əliyevin iddia tələblərinin rədd edilməsinə dair qətnaməçıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, mühüm əhəmiyyət kəsb edən halları araşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh nümayəndəsi X18 da şikayətin əsaslı olduğunu bildirmiş, X19 və onun nümayəndəsi (vəkili) X20 isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq, iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş Bakı şəhəri 51 saylı notariat kontorunun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin nümayəndələri, habelə X4 məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması iləəlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin vəəsaslılığının İddiaçı münasibətdə, lakin tam yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh qətnaməni mübahisələndirmədiyindən qətnamə ona münasibətdə yoxlanılmır, bununla belə İddiaçı Rizvan Əliyevlə bağlanmış müqaviləni də mübahisələndirdiyindən və bu səbəblə qarşılıqlı iddianın təmin olunması onun mənafeyinə toxunduğundan, həmin hissə İddiaçı münasibətdə apellyasiya baxışının predmetini təşkil edir. Məhkəmə kollegiyasıizahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrınıаrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99, M 16, 1 saylı mənzil İddiaçı mülkiyyətində olmuş, xx.xx.2018-ci il tarixdə verdiyi etibarnamə ilə o, həmin mənzili idarə etməyi və onun üzərində sərəncam verməyi 6 ay müddətinə X16 həvalə etmiş, sonuncu bu etibarnamə əsasında mənzili oğlu Cavabdeh Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə 160 000 manata satmış, eyni tarixdə Cavabdeh alqı-satqı qiyməti olan 160 000 manatı “xxxxxxxxx” ASC-nin xəzinəsinə ödəmiş, 5289,90 manat vergi öhdəliyi (borcu) satış dəyərindən çıxıldıqdan sonra 154 710,10 manat Faiq Nağıyevə verilmiş, o, aldığı pulun İddiaçı çatdırılmasına təminat vermiş, mənzil xx.xx.2018-ci il tarixdə onun adına reyestrdə qeydə alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh həmin mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 323 000 manata X3, Rizvan Əliyev göstərilən məbləği Cavabdeh hesabına ödəmiş, xx.xx.2018-ci il tarixdə mənzilə dair ona müvafiq çıxarış verilmişdir. Mülki Məcəllənin 337-ci, 339-cu və 340-cı maddələrinə istinad edən İddiaçı iddiasına görə, mənzilə dair Faiq Nağıyevə etibarnaməni həyat yoldaşının ona olan borcunun təminatı olaraq vermiş, mənzilini satmaq iradəsi olmamış, Faiq Nağıyev onun etibarından sui-istifadə etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansıiddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəməüçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki,mülki qanunvericiliyəəsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqaviləşəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanmasıüçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakiməəsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmışəqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir vəəhəmiyyətsizdir. Beləliklə, hər hansıəqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığıüçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından görünür ki, İddiaçı bilavasitə öz iradəsi əsasında mənzilinə dair Faiq Nağıyevə bütün səlahiyyətləri ehtiva edən etibarnamə vermiş, həmin etibarnamə əsasında mənzil satılarkən İddiaçı həyat yoldaşının razılığı alınmış, beləliklə də müvafiq əqdə dair hüquqi proseslər barəsində onların hər ikisinin iradə ifadələri (iradə azadlığı) olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, əgər İddiaçı həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, o, bununla bağlı həyat yoldaşına etibarnamə verə və iradəsini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdi. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, Faiq Nağıyev iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi, mənzil sonradan Rizvan Əliyevə satılmış, müvafiq müqaviləni bağlayarkən o, Faiq və Cavabdehlərin İddiaçı etibarından sui-istifadə etmiş olmaları ehtimalından xəbərsiz olmuşdur. Başqa sözlə Rizvan Əliyev vicdanlı alıcı olmaqla onun mənzil üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığıüçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlıüçüncüşəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Kollegiyanın qənaətinə görə, hətta Cavabdeh adına aparılmış qeydiyyat əsassız qeydiyyat olsa belə, iddiaçının pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakı vicdanla əldə etmişşəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti iləəlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığıəqdin başqa müdafiə vasitəsiləşübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu mənada kollegiyanın qənaətinə görə, X2 etibarından sui-istifadə etdiyini iddia edirsə və əgər Faiq Nağıyev mənzili satması nəticəsində onu zərərə məruz qoyubsa, o, həmin zərərin əvəzinin ödənilməsi ilə bağlı Faiq Nağıyevə qarşı iddia irəli sürmək hüququna sahibdir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddia tələblərinin təmin edilməsi Rizvan Əliyevin əldə etdiyi və qanuni əsaslarla yaranmışəmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsindəöz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinəəməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsindəöz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, İddiaçı digər tələblər üzrəəlavəəsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Qeyd olunanlarıümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakışəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4435/2019 saylı işüzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3149/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3149/2020
17.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver