Məhkəmə qərarları › İş №2(103)-3149/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3149/2021

18.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3149/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-3149/2021 PROTOKOL Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2021-ci il Bakı şəhəri Səmədov Tofiq Səməd oğlunun məruzəsi və sədrliyi, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması, qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətnin mümkünlüyünə baxılır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi məruzə edir. İş üzrə sədrlik edən məruzə edərək bildirir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-604/16 saylı sorğusuna əsasən hazırkı mülki işin Yasamal rayon Məhkəməsinə göndərilməsi xahiş olunur.Sorğu elan olunur Kollegiyası yerində müşavirə edir. Qərara alır:Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-604/16 saylı sorğusuna əsasən hazırkı mülki iş baxışdan çıxarılsın, Yasamal rayon Məhkəməsinə göndərilsin Məhkəmə iclası bağlı elan olunur

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar