Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3150/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Üçüncü şəxs yyyyyyyyyyyyyyyynun iştirakı ilə, İddiaçı cavabdeh xxxxnə qarşı (üçüncü şəxslər yyyyyyyyyyyyyyyy, Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi və “xxxx” ASC cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(005)-1519/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» tərəfindən ona məxsus Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinin satılmasına dair keçirilmiş hərracın nəticələrinin, 24.06.2019-ci il tarixli, 41/01 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)-1207/2017 saylı qətnaməsi ilə ondan iddiaçı Arif Mustafayevin xeyrinə 50000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmiş, həmin qətnamə icra edilməsi üçün Sabunçu Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tələbi yeganə yaşayış yeri sayılan Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəltmişdir. Onun tərfindən Sabunçu Rayon Məhkəməsində cavabdeh Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia qaldırılmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(008)-4873/2019 saylı qətnaməsi ilə cavabdeh Sabunçu Ravonı İcra və Probasiya şöbəsinə qarşı iddia tələbi təmin olunaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)-1207/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru A.Əmirov tərəfindən tələbin borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs yyyyyyyyyyyyyyyy apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-12678/2019 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(008)-1873/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cıı il tarixl, 2(103)-12678/2019 saylı qətnaməsindən üçüncü şəxs yyyyyyyyyyyyyyyy kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 26.12.2019-ctı il tarixli, 2(102)-8248/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən proses zamanı ona məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2-l(82)-3255/2019 saylı qərarı ilə iddiaçı yyyyyyyyyyyyyyyynun iddiası təmin olunaraq hərracın nəticələri əsasında Bakı şəhəri, E.Mehdiyev küçəsi, 22 saylı evin 9 saylı mənzilinə onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Onun tərəfindən verilmiş ərizə əsasında Bakı İnzibati Məhkəməsinin hakimi Aytən Oruczadənin sədrliyi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2-1(82)- 3255/2019 saylı qərarı ləğv edilmiş və işin icraatı təzələnmişdir. İnzibati işin sənədləri ilə tanış olan zaman məlum olmuşdur ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış qətnamələrə baxmayaraq ona məxsus olan Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzili 1 hərraca açıq satışa çıxarılmış və 24 iyun 2019-cu il tarixli, 41/01 saylı protokola əsasən Arif Mustafayevə 50000 manata satılmışdır. Cavabdeh təşkilata müraciət edəndən sonra məlum olmuşdur ki, dəyəri 80000 manat olan mənzilə cəmi 50000 manat qiymət qoyulmuş və həmin qiymətə Arif Mustafayevə satılmışdır. «xxxx» onun iştirakını təmin etmədən, onun xəbəri olmadan mənzilinin qiymətləndirilməsini keçirmədən 80000 manat dəyərində olan mənzili 50000 manat qiyməti ilə hərraca çıxarmış, yəni cavabdeh təşkilat mənzili düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarmış, onun qiymətlənmədə və hərracda iştirakını təmin etməmişdir. Daha sonra, hərraca çıxarılan mənzili tələbkar Arif Mustafayev əldə etmişdir. Yenə də qeyd edir ki, hərracın keçirilməsindən və mənzilin Arif Mustafayev tərəfindən alınmasından xəbəri olmayıb. İkinci bir tərəfdən, hərracın keçirilməsinə səbəb olmuş icra məmurunun hərəkətlərindən məhkəməyə iddia ərizəsi vermiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tələbin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab edilməsi qət edilmişdir. Digər tərəfdən, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqi şəxslər hərracları ədalətli şəkildə həyata keçirməyi öz üzərinə götürürlər. Bu öhdəliyin hərrac təşkilatı tərəfindən yerinə yetirilməsi və ya qanun pozuntuları ilə yerinə yetirilməsi əhalinin bu sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Dəgər tərəfdən borclu şəxsin mülkiyyət maraqları və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırki işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı hərrac keçirilməsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bütün bunlara baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir əsas olmadan daşınmaz əmlak 50000 manat kimi düzgün qiymətləndirilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)-1207/2017 saylı qətnaməsi icra edilməsi üçün Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin şöbənin icra məmuru Amil Əmirov tələbi yeganə yaşayış yeri sayılan Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəltmişdir. Halbuki, icra məmuru Amil Əmirovun ərizəsi əsasında qəbul edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 8(008)-394/2019 saylı qərardadında açıq-aşkar göstərilib ki, mübahisəli mənzil onun yeganə yaşayış sahəsi olduğundan, ona tələbin yönəldilməsi Nazirlər Kabinetinin qərarına əsasən yolverilməzdir. Lakin buna baxmayaraq, icra məmuru tələbi mübahisəli mənzilə yönəltmiş və bu səbəbdən o, artıq 2019-cu ilin may ayında cavabdeh Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Bu səbəbdən, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 07.06.2019-cu il tarixli, 5632-68136/17 savlı məktubla hazırki mülki iş üzrə cavabdeh olan Daşınar və Daşınmaz Əmlakın Hərrac Mərkəzinə müraciət edərək hərracın dayandırılmasını xahiş etmiş və həmin məktub şəxsən onun tərəfindən cavabdeh təşkilata təqdim edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2l(82)-2347/2019 saylı qərardadı ilə ona izah olunmuşdur ki, icra məmurunun qanunsuz hərəkətindən şikayətə dair ərizə ilə aidiyyatı üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməlidir və məhkəmə aidiyyatı pozulduğundan iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan dərhal sonra, yəni 12.06.2019-cu il tarixdə o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə qarşı icra hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almamış qərardadı 17.06.2019-cu il tarixdə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və səhəri gün, yəni 18.06.2019-cu il tarixdə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin rəisi məktubla cavabdeh təşkilata müraciət edərək mənzilin hərrac vasitəsi ilə satılmasını xahiş etmişdir. 18 iyun 2019-cu il tarixli məktub nə vaxt cavabdeh təşkilata təhvil verilir bilmir, lakin iş materiallarından aydın görünür ki, həmin məktubdan 6 gün sonra hərrac keçirilmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, yuxarıda qeyd olunan məktubda onun adı və ünvanı ümumiyyətlə göstərilməyib, hərracın keçirilməsinə dair bildirişlər isə ümumiyyətlə nəinki ona, heç məhkəmə prosesi zamanı da hakimə təqdim olunmayıb. Məhkəmə kollegiyasının nəzərinə onu da çatdırmaq istəyir ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 18.06.2019-cu il tarixli məktubu surəti və hərraca aid digər sənədlər cavabdeh təşkilatın nümayəndəsi tərəfindən 02.11.2020-ci il tarixdə məhkəmə prosesi zamanı məhkəməyə təqdim edilmişdir. Halbuki, hakim Kəmalə Əmirxanova ümumiyyətlə cavabdeh təşkilatın nümayəndəsinin məhkəmə iclasında iştirak etdiyini və izahat verdiyini məhkəmə qətnaməsində göstərməmişdir. Daha sonra, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(008)-4873/2019 saylı qətnaməsi ilə cavabdeh Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia tələbi təmin olunaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)-l207/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru A.Əmirov tərəfindən tələbin ona məxsus Bakı şəhəri, Sabunçu qəsəbəsi, E.Melıdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs yyyyyyyyyyyyyyyy apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-12678/2019 saylı qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(008)-4873/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 26.12.2019-cu il tarixli, 2(102)- 8248/2019 saylı qərarı ilə isə Arif Mustafayevin kassasiya şikayəti də təmin edilməyərək apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən proses zamanı ona məlum olmuşdur ki, 2 saylı Bakı inzibati İqtisadi Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2-1(82)- 3255/2019 saylı qərarı ilə iddiaçı yyyyyyyyyyyyyyyynun iddiası təmin olunaraq hərracın nəticələri əsasında Bakı şəhəri, E.Mehdiyev küçəsi, 22 saylı evin 9 saylı mənzilinə onun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Onun tərəfindən verilmiş ərizə əsasında Bakı İnzibati Məhkəməsinin hakimi Aytən Oruczadənin sədrliyi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2-1(82)-3255/2019 saylı qərarı ləğv edilmiş və işin icraatı təzələnmişdir. İnzibati işin sənədləri ilə tanış olan zaman məlum olmuşdur ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış qətnamələrə baxmayaraq ona məxsus olan Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzili 24.06.2019-cu il tarixdə hərraca açıq satışa çıxarılmış və 24 iyun 2019-cu il tarixli, 41/01 saylı protokola əsasən Arif Mustafayevə 50000 manata satılmışdır. Cavabdeh təşkilata müraciət edəndən sonra məlum olmuşdur ki, dəyəri 80000 manat olan mənzilə cəmi 50000 manat qiymət qoyulmuş və həmin qiymətə Arif Mustafayevə satılmışdır. «xxxx» onun iştirakını təmin etmədən, onun xəbəri olmadan mənzili 50000 manat qiyməti ilə hərraca çıxarmış, yəni cavabdeh təşkilat mənzili düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarmış, onun qiymətləndirmədə və hərracda iştirakını təmin etməmişdir. İş üzrə cavabdeh olan «xxxx» ona məxsus mənzili satışa çıxararkən ilkin olaraq qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, 07 iyun 2019-cu il tarixdə Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 5632-68136/17 saylı məktubla cavabdeh təşkilata müraciət edərək onun tərəfindən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair 2 saylı Bakı İnzibbati- İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi üçün hərracın dayandırılmasını xahiş etmişdir. Həmin məktubu o, şəxsən cavabdeh təşkilata təqdim etmiş və orada mənzil hərracdan çıxarılması ona bildirilmişdir. Buna baxmayaraq, 18.06.2019-cu il tarixdə Sabunçu Rayon İcra və Probasiya Şöbəsi yenidən məktubla cavabdeh təşkilata müraciət edərək mənzilin hərraca çıxarılmasını xahiş etmiş və 6 gün sonra hərrac keçirilir. Əvvəla, hərracın 24.06.2019-cu il tarixdə keçirilməsinə dair bildirişlər ona təqdim edilməyib. Qanunvericilik 30 gün müəyyən etdiyi halda, cavabdeh təşkilat 6 günə hərracı keçirir, hətta hərracın keçirilməsinə dair bildirişləri belə ona təqdim etmir. Yəni, artıq qanunvericiliyin tələblərinin kobud surətdə pozulması hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsas verir. Digər tərəfdən, məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzili hərraca çıxarılmışdır. Hərracın keçirilməsinə səbəb olmuş icra məmurunun hərəkətlərinin qanunsuz olması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəsini almış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə ona məxsus Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə tələbin yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirləri qeyri-qanuni hesab edilmişdir. İcra məmurunun mübahisəli mənzilin hərraca çıxarılmasına dair sifariş məktubu və digər hərəkətləri qeyri-qanuni hesab edildiyi halda, həmin qanunsuz hərəkət və məktublar əsasında keçirilmiş hərrac və onun nəticələri də artıq qanunsuzdur və qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla keçirilən hərrac etibarsız sayılmalıdır. İş materiallarından göründüyü kimi qanunsuz hərraca çıxarılmış evin gizli satılması və evlə bağlı məlumatların cavabdehlər tərəfindən təhrif edilməsi nəticəsində evin qiyməti qəsdən tələb olunan 50000 manat məbləğinə göstərilərək tələbkar Arif Mustafayevin mülkiyyətinə verilmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxs Arif Mustafayev şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və digər üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “xxxx” MMC-nin 28.12.2018-ci il tarixli, 586 nömrəli hesabatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzili 50000 manat məbləğində dəyərləndirilmişdir. Hərracın yekunları barədə 24.06.2019-cu il tarixli protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzil ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 24.06.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci, 52-ci, 53-cü, 61-ci va 62-ci maddələrinin müvafiq bəndlərinə uyğun olaraq 31.01.2019-cu il tarixli, 1307-68136/17 saylı sifariş məktubunun icrası ilə bağlı hərrac keçirilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzil 50000 (əlli min) manata tələbkar alıcı yyyyyyyyyyyyyyyy əldə etmişdir. A.Mustafayevə 24.06.2019-cu il tarixli, 41/01 saylı protokol təqdim edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)1207/2017 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tələbin borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab ediməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.12.2019 tarixli, 2(102)-8248/2019 saylı qərarı ilə üçüncü şəxs yyyyyyyyyyyyyyyynun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində olan məlumata əsasən Naxçıvan şəhər sakini İddiaçı adında Naxçıvan şəhəri, Ordubadi küçəsi 5 ünvanında 327,6 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 39,2 olan 2 otaqlı fərdi yaşayış evi vardır. İddiaçı fərdi yaşayış evini Naxçıvan şəhər 2-ci DNK-nın 27.04.2001-ci il tarixli 4Ə-55 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin əmlak üzərində məhdudiyyət (yüklülük) qeydiyyata alınmamışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsəslələri üzrə Dövlət Komitəsinin 12.12.2019-cu il tarixli arayışından və Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı 30.12.2019-cu il tarixli cavab məktubundan görünür ki, Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış evi sökülərək məhv edilmişdir. Lakin İddiaçı əmlakın məhv olması ilə bağlı qeydiyyat orqanına müraciət etmədiyindən əmlakın sənədləri arxivdə saxlanılmışdır. İddiaçı 12.12.2019-cu il tarixli ərizəsi əsasında qeyd olunan əmlaka dair 3376 inventar nömrəli texniki pasport ləğv olunmuş və əmlak məhv olunmuş əmlaklar siyahısına daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 49.2.-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61.2-ci maddəsinə görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq olunmuş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndində göstərilir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçı cavabdeh xxxxnə qarşı Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinin satılmasına dair keçirilmiş hərracın nəticələrinin və müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin hərracın keçirilməsi üçün əsas olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)1207/2017 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tələbin borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyriqanuni hesab ediməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcüddur. Həmin məhkəmə aktı ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(008)-1207/2017 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələb borclu İddiaçı məxsus, lakin qanunvericiliyə əsasən tələbin yönəldilməsinə yol verilməyən, borclunun və onun ailə üzvlərinin yeganə yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilmişdir. Bununla da icra məmuru tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Belə olan halda, adı çəkilən mənzilin satılmasına səbəb olmuş hərrac və onun nəticələri, dolayısıyla həmin əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(005)- 1519/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh xxxx tərəfindən İddiaçı məxsus Bakı şəhəri, E.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinin satılmasına dair keçirilmiş hərracın nəticələri və 24.06.2019-cu il tarixli, 41/01 saylı müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3150/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3150/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver