Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-316/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdehlər X7, X4 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, X9, X5, Cavabdeh2 Səftər oğlu, Cavabdeh3 və Cavabdeh4 Sahib oğluna qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il qətnaməsindən cavabdehlər Cavabdeh1, X9 və X5 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, X9, X5, Cavabdeh2 Səftər oğlu, Cavabdeh3 Nurədin oğlu və Cavabdeh4 Sahib oğluna qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixdə bağlanmış NV-N 505/15 saylı "Daxili lizinq müqaviləsi" üzrə lizinq obyekti olan "Volkswagen Jetta" markalı Az **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin geri qaytarılması və müqavilə üzrə ödənilməmiş 1786,19 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iş üzrə cavabdehlərdən müştərək qaydada iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "Volkswagen Jetta" markalı Az **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ona lizinqə verilmişdir. Ödəniş cədvəlinə əsasən o hər ay 349,06 ABŞ dolları olmaqla 48 ay müddətinə pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı olaraq X9, X5, Cavabdeh2 Səftər oğlu, Cavabdeh3, Cavabdeh4 Sahib oğlu ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin müqavilə üzrə öhdəliklər borclular tərəfindən icra edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(001)- 8072/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, X5 və X9 apelyasiya şikayətləri ilə məhkəməyə müraciət etmişlər. Apelyasiya şikayətləri ona əsaslandırılmışdır ki, avtomobilin dəyərindən əksər hissəsi ödənilsə də, az borca görə lizinq şirkəti onları məhkəməyə vermişdir. Borc məbləği həqiqəti əks etdirmir. Borcun gecikdirilməsi barədə onlara heç bir xəbərdarlıq edilməmişdir. Apelyatorlar qətnamənin avtomobilin alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X9 və X8 apelyasiya şikayətini müdafiə edərək avtomobilin qaytarıldığını bildirdilər, apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X5, Cavabdeh2 Səftər oğlu, Cavabdeh3 və Cavabdeh4 Sahib oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(001)- 8072/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən "Volkswagen Jetta" markalı Az **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 36 ay müddətinə hər ayın 12-dən gec olmayaraq 477,12 ABŞ dolları ödənilməsi şərtilə lizinqə verilmiş, əmlak təhvil verilmişdir. X9, X5, Cavabdeh2 Səftər oğlu, Cavabdeh3, Cavabdeh4 Sahib oğlu ilə öhdəliyin təminatı üçün zaminlik müqavilələri bağlanmışdır. "Volkswagen Jetta" markalı Az **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2019-cu il tarixə olan məlumata əsasən iddiaçının mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin iddiaçıya olan borcunun 719,74 ABŞ dolları əsas borc, 1022,20 ABŞ dolları mükafat və 44,25 ABŞ dolları manat dəbbə pulu, ümumilikdə 1786,19 ABŞ dolları olması müəyyən edilmişdir. Apelyasiya icraatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020ci il tarixli 22030 № li rəyi ilə cavabdehlərin lizinq şirkətinə xx xxxxxx 2015-ci il tarixli lizinq müqaviləsi üzrə 7847,61 manat əsas borc, 652,22 manat faiz borcu olmaqla, cəmi 8499,83 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən borc məbləği iddia tələbinin həcmindən artıq olduğundan, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə uyğun olaraq tutulmalı olan məbləğ iddia tələbindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən,lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, X9 və X3 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(001)- 8072/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 145 manat pul cavabdehlər Cavabdeh1, X9 və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-316/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-316/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver