Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3168/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 manat məbləğində kompensasiya ödənilməklə onun, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilin tərəflərin ümumi mülkiyyəti hesab edilməsi, həmin əmlakda Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh, X8 və X6 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilindən 15.000 (on beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh, X8 və X6 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilindən çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bundan sonra ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qıı ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsini, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti 2(011)-112/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X9 şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X9 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti bərpa etmək qənaətinə gəlməkdə tamamilə qanunsuz və əsassız olmuşdur. Cavabdeh bildirir ki, guya onun elektron ünvanına heç bir məlumat göndərilməmişdir. Halbuki, qətnamənin cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilməsi öz təsdiqini tapır. Həmçinin, cavabdeh qeyd edir ki, o qətnaməni xx.xx.2023-cü il tarixdə elektron kabinetini bərpa etdikdən sonra əldə etmişdir. Halbuki, elektron kabinetin bərpa edilməsi anlayışı ümumiyyətlə yoxdur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində problemin olması, bütövlükdə məhkəmə sistemində problemin olması anlamına gəlmiş olar ki, bu isə mümkünsüz haldır. Məhkəmə cavabdehin bütün gətirdiyi arqumentlərin əsassız olduğunu faktiki olaraq qəbul etmişdir. Lakin, qərardadında fərqli bir fikir göstərərək, Cavabdeh fiziki şəxs olaraq Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetindən mütəmadi istifadə etmədiyindən məhkəmə qətnaməsindən xəbəri olmadığını qeyd etmişdir. Əgər hər bir işə bu fikirlə yanaşılsa, onda elektron məhkəmə sistemi əhəmiyyətsiz olar. Qanunvericilikdə isə belə bir hal yoxdur ki, şəxs elektron kabinetindən mütəmadi istifadə etmirsə, onda həmin şəxs qətnamənin qəbul edilməsindən xəbəri olmaya bilər. Göründüyü kimi cavabdehin gətirdiyi arqumentlər əsassız olmaqla məhkəmə qətnaməsinin icra edilməsinə maneçilik törətmək məqsədi daşıyır. Qətnamə xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Apellyasiya şikayəti isə 27 yanvar 2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət keçdikdən sonra verilmişdir. Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Belə olan halda məhkəmə cavabdehin ərizəsini rədd etməli olduğu halda, qanunsuz olaraq heç bir hüquqi əsası olmadan bərpa etmişdir. Məhkəmə qanunsuz qərardad qəbul etməklə faktiki olaraq elektron məhkəmə sisteminin fəaliyyətini şübhə altına almışdır. Bu qərardadın qüvvədə qalması məhkəmə təcrübəsinin yaranmasına və gələcəkdə cavabdehin əsassız olaraq gətirdiyi arqumentlərdən digər şəxslərin də istifadə etməklə şikayət vermək imkanlarına şərait yaratmış olacaqdır. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(1030-3168/2023 saylı qərardadı ilə şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayətin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, elektron kabineti onun vəkili tərəfindən yaradılmışdır. O, həmin kabinetdən istifadə edə bilmir. Hüquqlarını təmsil edən vəkili isə ona ASAN imza nömrəsinin bağlı olması barədə məlumat verməmiş, həmin vaxt nömrəsi işləmədiyindən elektron kabinetə daxil ola bilməmişdir. Bunun nəticəsi olaraq, o, apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını 22 noyabr 2022-ci il tarixdən başlamış və xx.xx.2022-ci il tarixdə bitmişdir. Lakin Cavabdeh həmin müddət ərzində qeyd edilən qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, elektron kabinetinin işləmədiyini, kabinetinə daxil ola bilmədiyini bildirmiş və qətnamənin rəsmi qaydada verilməsini xahiş etmişdir. Buna baxmayaraq, qətnaməni məhkəmədən rəsmi qəbul etmədən, müraciət tarixindən 03 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini elektron məhkəmə informasiya sistemində yerləşdirmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təqdim etmişdir. Həmin ərizədə də qətnaməni xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetini bərpa etdikdən sonra əldə etdiyini bildirmişdir. Bununla belə, Cavabdeh izahatında və ərizəsində elektron kabinetdən istifadə edə bilmədiyini, nömrəsinin işləməməsi səbəbindən elektron kabinetə daxil ola bilmədiyini, elektron kabinetinin işləmədiyni və elektron kabinetini bərpa etdiyini bildirsə də, birinci instansiya məhkəməsi tam fərqli mövqedən çıxış edərək, onun fiziki şəxs olaraq elektron kabinetindən mütəmadi istifadə etmədiyindən məhkəmə qətnaməsindən xəbərinin olmaması qənaətinə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qənaəti, yəni iş üzrə tərəf olan şəxsin elektron kabinetdən mütəmadi istifadə etməməsi birmənalı şəkildə üzürlü səbəb kimi qəbul edilə bilməz və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün əsas ola bilməz. Belə ki, bu halda, Mülki-Prosessual Məcəllənin 135.6-cı və 227.4-cü maddələri öz hüquqi əhəmiyyətini itirmiş olur ki, bu da mümkün deyil. Lakin elektron kabinetin tərəfdən asılı olmayan, yəni hər hansı, o cümlədən sistem qüsuru olan texniki səbəblərdən işləməməsi halı istisna təşkil edir. Belə olan halda, yalnız ondan asılı olmayan səbəblərdən tərəfin elektron kabinetə daxil ola bilməməsi, ondan istifadə edə bilməməsi və orada yerləşdirilən sənədlər barədə məlumat əldə edə bilməməsi nəticəsində müddətin ötürülməsi üzürlü hesab edilib, bərpa edilə bilər. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən məhz Cavabdeh ərizəsinin və izahatının məzmununa uyğun araşdırma aparılmalı, onun elekton kabinetinin ondan asılı olmayan yəni hər hansı, o cümlədən sistem qüsuru olan texniki səbəblərdən işləməməsi halının mövcud olub-olmaması, o cümlədən ümumiyyətlə elektron kabinetin bərpasının mümkün olub-olmaması müəyyən edilməli və bu araşdımanın nəticəsi olaraq apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmamış hesab edilməsi üçün əsasların olubolmamasına hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh fiziki şəxs olaraq elektron kabinetindən mütəmadi istifadə etmədiyindən məhkəmə qətnaməsindən xəbərinin olmamasını əsas götürüb, müddətin buraxılmasını üzürlü hesab etməkdə haqlı olmamışdır. Bu səbəbdən ilk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3168/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3168/2023
18.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver