Məhkəmə qərarları › İş №2(103)-3173/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3173/2024

17.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3173/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X29 və X19 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: ev vəsiyyətnaməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X38 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 İmaməli oğlunun, Cavabdeh2, müstəqil tələb irəli sürən üçüncü şəxs X19 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və s.”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X29 və X19 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv olunması, miras əmlaka məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2024 saylı, 12 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi, İşin halları

1. X30 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu zaman onun xx.xx.2014-cü il tarixdə ölmüş X18 ilə xx.xx.1960-cı il tarixli birgə nikahından olan birinci növbədən 4 (dörd) qanun üzrə vərəsəsi – oğulları xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2 (cavabdeh) və xx.xx.1969cu il təvəllüdlü X34 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs), qızları xx.xx.1961-ci il təvəllüdlü X14 və xx.xx.1968-ci il təvəllüdlü X29 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər) olmuş, Bakı şəhəri 23 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X2 miras əmlakı olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə Cavabdeh2 vərəsəlik hüququ (payı) tanınmış, digər ½ hissəsi isə X34 üçün açıq saxlanılmış, beləliklə mənzilin ½ hissəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır.

2. X6 mülkiyyətində olan həmin mübahisəli mənzili xx.xx.2020-ci il tarixli ev vəsiyyətnaməsi əsasında nəvəsi xx.xx.2002-ci il təvəllüdlü X24 (iddiaçı) vəsiyyət etmişdir.

3. X14 xx.xx.2023- cü il tarixdə vəfat etmişdir, xx.xx.1987-ci il təvəllüdlü X11 isə onun mərhum X20 ilə birgə nikahından doğulan qızıdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 23 nömrəli notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş 10 mart 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95a nömrəli evin 47 nömrəli mənzili üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, onun xx.xx.2021-ci il tarixdə ölmüş babası X15 vəsiyyət üzrə vərəsəsi kimi tanınması, babasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95a nömrəli evin 47 nömrəli mənzilindən ona çatası payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri ilə birgə yaşadığı ünvan 2 ünvanına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş 27 yanvar 2023-cü il tarixli, 2(005)-1143/2023 nömrəli bildirişdən və bildirişə əlavə edilmiş iddia ərizəsindən məlum olmuşdur ki, əmisi Cavabdeh2 atası X25 qarşı Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən 47 saylı mənzildə yaşamasına cavabdeh tərəfindən qoyulmuş maneənin aradan qaldırılması, onun 1/2 hissədə payının olduğu həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən ümumi sahəsi 64,56 kv.m olan 47 saylı 3 otaqdan ibarət mənzil babası X21 məxsus olmuşdur. Babasının Sərvinaz, Xilqət, Şəhla və Ülfət adında 4 uşağı olmuşdur. Sərvinaz ailəsi ilə Bülbülə qəsəbəsində, Şəhla ailəsi ilə Nəsimi rayonunda, Xilqət ünvan 6 ünvanında yaşayırlar. O isə, atası X34, anası X22, bacısı X31 ilə birlikdə babasından miras qalmış mənzildə yaşayır. X13 qızı xx.xx.2014-cü ildə, babası X32 xx.xx.2021-ci ildə vəfat etmişlər. Babasının vəfatından sonra da valideynləriylə birlikdə mənzildə yaşayır və mənzili idarə edirlər. Məhkəmə bildirişini aldıqdan sonra atası Ülfət Kərimov evdə olan sənədlərin arasında babasının öz xətti ilə onun adına yazdığı və imzaladığı 20 yanvar 2020-ci il tarixli vəsiyyətnaməni aşkar etmişdir. Həmin vəsiyyətnamə ilə babası özünə məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən 47 saylı mənzilini ona vəsiyyət etmişdir. Mülki Məcəlləyə əsasən həmin vəsiyyətnamə ev vəsiyyətnaməsi hesab edilir. Həmin Məcəlləyə görə, ev vəsiyyətnaməsini notariusa saxlanca vermək vəsiyyət edənin vəzifəsi yox, hüququdur. Babası da vəsiyyətnaməni evində saxlamaqda haqlı olmuşdur. Bundan sonra o, hazırki iddianı qaldırmaq qərarına gələrək vəkillə müqavilə bağlamışdır. Vərəsəlik işindən görünür ki, əmisi Cavabdeh2 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinə ərizə ilə müraciət edərək atası Paşa Kərimovun öldüyünü, mirasın tərkibinə bütün əmlakın daxil olduğunu, özündən başqa digər vərəsələrin olduğunu göstərmiş, miras qalmış yaşayış sahəsindən ona çatan hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ərizəsinə imtinalar barədə ərizəni də qoşmuşdur. Lakin vərəsəlik işində kimin imtina etdiyi barədə məlumat və ərizələr yoxdur. Bundan sonra 23 saylı notariat ofisinin xüsusi notariusu X7 Kərimova miras əmlakdan 1/2 hissə pay alması barədə xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-58 nömrə ilə qeydə alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə" vermişdir. Şəhadətnamədən görünür ki, yerdə qalan 1/2 hissə digər vərəsənin payı kimi açıq saxlanılmışdır. Cavabdeh2 şəhadətnaməni təqdim edərək daşınmaz əmlakın dövlət reyestri xidmətindən adına xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Çıxarışdan görünür ki, mənzilin 1/2 hissəsi açıq saxlanmış, 1/2 hissə isə Cavabdeh2 mülkiyyətindədir. Babası mənzili ona vəsiyyət etdiyindən və əmlakı faktiki qəbul etdiyindən cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış ləğv edilməli, mənzilə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalı və mənzilə payı müəyyən edilməlidir. X53 Bakı şəhəri Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri vəzifəsində işləmişdir. Vəsiyyətnamənin babasının öz xətti ilə yazması Bakı şəhəri Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri Ramiz Məmmədovun vəkil sorğusuna yazdığı xx.xx.2023-cü il tarixli, 3-13-502-3897 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Bu sənədlər babasının Nərimanov RPİ-nin rəisinə yazdığı xx.xx.2021-ci il tarixli 1 vərəqədən ibarət müraciətdən, "işləməyən veteranlar üçün" 1 vərəqədən ibarət Anketdən və Bakı şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədrinə yazdığı 2 vərəqə müraciətdən ibarətdir.

6. Üçüncü şəxslər X14, X29 və X4 Xilqət Paşa oğluna və və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müstəqil tələb irəli sürərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X39 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 10 mart 2022-ci il tarixli şəhadətnamənin və Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev pr. 95 A ünvanında yerləşən 47 saylı mənzilin 1/2 hissəsinin Cavabdeh2 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi, miras əmlaka payının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə onları müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanıyaraq miras əmlakdan çatası məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələblərini onunla əsaslandırmışlar ki, məhkəmənin qətnaməsi onların hüquq və maraqlarına təsir göstərə bilər. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən ümumi sahəsi 64,56 kv.m olan 47 saylı 3 otaqdan ibarət mənzil ataları X21 məxsus olmuşdur. X1 xx.xx.2014-cü ildə, ataları X30 isə 07 09 2021-ci ildə vəfat etmişlər. Atalarının vəfatından sonra onlar miras qalmış mənzilə İddiaçı ilə birlikdə sahiblik etməklə ondan istifadə edirlər. Digər qardaşları Cavabdeh2 isə ünvan 7 ünvanında yaşayır və miras qalmış mənzildən istifadə etməmişdir. Ataları mənzili nəvəsi İddiaçı vəsiyyət etmiş və öz xətti ilə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnaməni mübahisələndirmirlər, çünki həqiqidir. Lakin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onların da miras əmlakda məcburi payları vardır. Qardaşları Cavabdeh2 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinə ərizə ilə müraciət edərək atası Paşa Kərimovun öldüyünü, mirasın tərkibinə bütün əmlakın daxil olduğunu, özündən başqa digər vərəsələrin olduğunu göstərmiş, miras qalmış yaşayış sahəsindən ona çatan hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ərizəsinə imtinalar barədə ərizəni də qoşduğunu göstərmişdir. Lakin onlar miras əmlakdan imtina barədə ərizə yazmamışlar. Bundan sonra 23 saylı notariat ofisinin xüsusi notariusu X7 Kərimova miras əmlakdan ½ hissə pay alması barədə xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-58 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” vermişdir. Şəhadətnamədən görünür ki, yerdə qalan ½ hissə digər vərəsənin payı kimi açıq saxlanılmışdır. Cavabdeh2 şəhadətnaməni təqdim edərək daşınmaz əmlakın dövlət reyestri xidmətindən adına xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Çıxarışdan görünür ki, mənzilin ½ hissəsi açıq saxlanmış, ½ hissə isə Cavabdeh2 mülkiyyətindədir. Atalarının ölümündən sonra miras qalmış mənzilə sahiblik və ondan istifadə etdiklərinə görə miras əmlakı faktiki qəbul etmiş sayılırlar və əmlakdakı məcburi payları müəyyən edilməlidir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(005)- 115/2024 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 verilmiş 10 mart 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95a nömrəli evin 47 saylı mənzili üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, X2 miras əmlakı olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə İddiaçı vəsiyyət üzrə pay hüququnun tanınması, Mənzilin qalan hissəsinə 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə X16, 1/8 hissədə X19 və 1/8 hissədə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 hüquq varisi (qızı) X3 məcburi pay hüquqlarının müəyyən edilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ev vəsiyyətnaməsi olmaqla mülki qanunvericiliyin tələblərinə uyğundur. Həmin vəsiyyətnamənin saxlanması üçün notariusa verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Bu baxımdan vəsiyyətnamənin saxlanması üçün notariusa verilibverilməməsi onun etibarlılığına təsir etmir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə həmin vəsiyyətnamədəki yazıların və imzanın məhz X6 tərəfindən icra olunduğu müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin “ekspertizanın mötəbər sübutlar əsasında aparılmaması” dəlili isə əsasızdır. Belə ki, ekspertiza tədqiqatı məhkəmə sorğusu əsasında mərhumun vaxtilə xidmət etdiyi polis orqanından alınmış və mərhuma məxsusluğu şübhə doğurmayan əlyazmalar ilə müqayisə edilməklə həyata keçirilmiş, cavabdeh tərəfindən isə rəydə əks olunan halları təkzib edən və bu hallara zidd olan sübutlar təqdim edilməmişdir.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, X2 miras əmlakı olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə iddiaçının vəsiyyət üzrə miras hüququ tanınmalı, qalan ½ hissəsi isə mərhumun uşaqlarının (oğulları Cavabdeh2 və Ülfət Kərimov, qızları Sərvinaz Həsənova və Şəhla Kərimova) məcburi pay hüququnun reallaşdırılması məqsədilə onlar arasında bərabər payda bölüşdürülməlidir (hər birinə 1/8 pay olmaqla). Məhkəmə məcburi payı tələb etmək hüququnun vərəsəlik üzrə keçməsinə dair Mülki Məcəllənin 1194-cü maddəsinin tələbinə müvafiq olaraq hesab edir ki, hazırkı işə baxılan ərəfədə (xx.xx.2023-cü il tarixdə) Sərvinaz Həsənova vəfat etdiyindən X2 miras əmlakı olan mübahisəli mənzildən ona çatası məcburi pay onun hüquq varisi kimi qızı X5 verilməlidir.

11. Buna baxmayaraq Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş və hazırkı işdə mübahisələndirilən xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 miras əmlakı olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə Cavabdeh2 vərəsəlik hüququ (payı) tanınmış, digər ½ hissəsi isə X34 üçün açıq saxlanılmışdır. Həmin şəhadətnamə əsasında isə sözügedən mənzilin ½ hissəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 1159.1, 1159.1.1, 1133-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2024 saylı, 12 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı qanunun bu normalarına əməl olunmamış, hakim məhkəmənin gedişatı zamanı obyektiv araşdırmalar aparmamışdır. Mərhum özü ixtisasca hüquqşünas olmuşdur, uzun müddət polis orqanlarında məsul vəzifədə işləmiş, qanunları yaxşı bilirdi, bu və ya digər formada qanunlardan kənar hərəkət etməyə meyilli olmamışdır. Məhkəmənin qərarına əsasən Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi tərəfindən verilən rəydən narazıdır və bununla əlaqədar məhkəməyə müraciət edərək əlavə ekspertizanın, komission qaydada ekspertizanın təyin olunmasını xahiş etmişdir. Lakin çox təssüf ki, vəsatət təmin edilmədi və ekspertizanın verdiyi rəyə əsaslanaraq çox ədalətsiz və qərəzli qərar qəbul edildi. Məhkəmə tərəfindən heç bir əsaslandırılmış qərardad çıxarılmamışdır. Hakim əsl həqiqətləri müəyyən etməyə maraq göstərməmiş, prosessual qaydaları pozaraq kifayət qədər əsaslar olmadığı halda iddiaçının ərizəsinin təmin olunması barədə ədalətsiz qərar çıxarmışdır. Bütün bunlar məhkəmə gedişatı zamanı təkzib olunsa da, lakin məhkəmə son anda bütün bu məsələlərə hüquqi qiymət vermədən əsassız qərar çıxarmışdır. Məhkəmə müstəqil tələb irəli sürən 3-cü şəxslərin aralarında evdə çəngəl-biçaq, kül qabları bölmələri prossesinə «miras qəbul etmə» dair verdikləri məlumat (ərizə) məhkəmə tərəfindən tam qanuni hesab etmişdir. Halbuki, mirasın qabul edilməsi prossesi notarial qaydada həyata keçirilir. Yəni, məhkəmə bütün qanunla müəyyən edilməmiş prossesləri qanuni hesab etmişdir. Bacılarının bu məsələdə vərəsə olmalarına baxmayaraq, vəsiyyətnaməni qəbul etmələri səbəbidə onların arasında qardaşı ilə atasının maddi vəsaitlərilə alınmış və bölünmüş əmlaklar olmuşdur. Yəni mərhum bacısının vərəsəsi ilə qardaşının mülk üzrə anlaşmaq məcburiyyəti yaranmışdır, bu səbəbdən onlar vəsiyyətnaməni məcbur qəbul etmişlər. X27 prosses zamanı rəhmətə getmişdir. Onun qızı X12, dərhal mərhum bacısının ölümündən 1 ay keçməmiş məhkəmədə vərəsəsi kimi tanınmışdır. Vərəsə dairəsinin müəyyənn edilməsi prossesi 6 ay çəkir. 6 ay müddət keçməmiş vərəsə dairəsi müəyyən edilə bilməz, məhkəmə isə qanunun tələblərinə yenə məhəl qoymamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək dəlillərə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, vəsiyyətnamə iki nüsxədə tərtib olunur. Onun bir nüsxəsi notarius kontorunda saxlanılır, ikincisi isə vəsiyyət edənə verilir. Bəs onda birinci nüsxəsi haradadır? Vəsiyyətnamə birdən-birə ortaya çıxmışdır. Ekspertiza rəyindən narazıdır. Vəsiyyətnamənin doğruluğuna inanmır. Vəsiyyətnamədəki imza atasının imzasına oxşayır, lakin imza atasına məxsus deyildir. Miras əmlakdan 1/8 hissədə payın verilməsinə razı deyil, evin bazar qiymətinin müəyyən olunaraq 4 uşaq arasında bölünməsini istəyir. Notarius bacı-qardaşı olması barədə ona sual verməmişdir. Vəsiyyətnamədəki xətt atasının xəttinə bənzəmir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, vəsiyyətnaməni qarşı tərəfin mərhum atası yazmış və imza etmişdir. Bu vəsiyyətnamə evdə yazılan vəsiyyətnamədir, notariusda yazılan vəsiyyətnamə deyildir. Qətnamə çıxarılan zaman hər-hansı qanun pozuntusuna yol verilməmiş, heç bir maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması üçün əsas ola bilməz.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X34 həmin evdə o yaşayır. 1982-ci ildən atası qarşı tərəfə ev almışdır. Ona həmçinin bağ evi, maşın da alınmışdır. Atası ilə o qalmışdır, Cavabdeh2 4-5 il danışmayıbdır. Vəsiyyətnaməni onlar atasının şkafının altından tapıblar. Ekspertizaya verilən sənədlərin hamısı onun atasının evindən götürülmüşdür. Atasının vəsiqəsi, pensiya kağızı və s. sənədlərin hamısı məhkəməyə təqdim olunmuşdur. Vəsiyyətnamə oğlunun adına verilmişdir. Mərhum atasının 4 övladı vardır. Hesab edir ki, əmlak dördünün arasında bölünməli idi

19. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X9 hüquqi varisi X11 bildirmişdir ki, atası vəsiyyətnamə yazaraq evi X19 oğluna vermişdir. X17 ev tam şəkildə qalırsa, oradan heç nə istəmirlər. Amma qalmırsa, ev bölünürsə hərə öz payını istəyir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin və müstəqil tələb irəli sürməyən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

25.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

26.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27. 337.1 və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.

28. 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

30. 1146-cı maddəsinə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

31. 1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

32. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

33. 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

34. 1176.1-ci maddəsinə əsasən, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini vəya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

35. 1186-cı maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

36. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

37. 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

38. 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

40. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın

41. Bənd 60. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır.

42. Bənd 61. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunuilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.

43. Bənd 62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.

44. Bənd 63 Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

45. Bənd 64 Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki çatışmazlığına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq sorğusu əsasında konstitusiya işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və müxtəlif instansiya məhkəmələrinin icraatında olan mübahisələrə tətbiq olunmalıdır.

47. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin müvafiq sorğusu əsasında konstitusiya işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

48. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Cavabdehin apellyasiya şikayətində istinad olunan dəlillərdən göründüyü kimi, o, vəsiyyətnamənin mərhumun iradəsinə zidd olduğunu bildirərək, onun mərhum tərəfindən tərtib edilib-edilməməsinin yoxlanılması üçün iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arxivindən sorğu edilməli olan sənədlərə (mərhuma məxsus əlyazmalara) əsasən yenidən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir.

53. Məhkəmə kollegiyası da imzanın və yazıların mərhuma aid olub-olmasının yoxlanılması məqsədilə həmin vəsatəti təmin etmişdir. Məhkəmə kollegiyası əlavə ekspertizanın keçirilməsinin labüd olması barədə qənaətə gələrək, vəsiyyətnamənin mərhumun özü tərəfindən yazılmasının və imzalanmasının, ev vəsiyyatnaməsinin etibarlılığı baxımından yoxlanılmasının əhəmiyyətli olduğunu hesab etmişdir.

54. Belə ki, Mülki Məcəllənin 1168 və 1186-cı maddələrinə əsasən miras qoyan vəsiyyətnaməni nəinki şəxsən imzalamalı, həm də vəsiyyətnaməni şəxsən tərtib etməlidir.

55. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/1016 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 78-ci vərəqində olan xx.xx.2020-ci il tarixli vəsiyyətnamədəki əlyazmaların və “X30” əlyazmaları qarşısındakı imzanın - X30 tərəfindən icra olunduğu müəyyən edilmişdir.

56. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən də, X15 adından olan 20 yanvar 2020-ci il tarixli vəsiyyətnamədəki (i.v.78) yazıların və “X30” yazıları qarşısındakı imzanın - X30 tərəfindən icra olunduğu müəyyən edilmişdir.

57. Beləliklə, hazırki iddianın predmetini iddiaçının vəsiyyətnamə əsasında vərəsə kimi tanınması, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi təşkil edir və birinci instansiya məhkəməsi iddianın təmin edilməsi üçün istinad olunan qanuni əsasının dispozisiya şərtlərinin mövcudluğunu müəyyən etmişdir.

58. Məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin üçüncü şəxslərin “məcburi payların müəyyən edilməsi” barədə irəli sürdükləri müstəqil tələblərə əsasən məhkəmənin gəldiyi qənaətlə də razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, vəsiyyət olunmuş əmlakın tərkibinə daxil olan məcburi pay bu əmlakdan qanun üzrə çatmalı olan payın ½ hissəsini təşkil etməli və həmin əmlakdan pay şəklində verilməlidir. Mirasdan məcburi pay almaq hüququ əşya hüququdur və məcburi pay üzərində birbaşa səlahiyyətləri şəxslərin, birinci növbə qanun üzrə vərəsələri hakimiyyətini təmin edir.

59. Belə ki, mülki qanunvericiliyə görə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir.

60. Qeyd edilməlidir ki, mirasda məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe deyildir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır.

61. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

63. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

64. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2024 saylı, 12 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X8, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar