Məhkəmə qərarları › İş №2(103)-3177/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3177/2025

24.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3177/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə katibi Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)- 504/2025 saylı nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 5.308,67 manat məbləğində borcun İddiaçı hesab kodundan (kod:**********00191) silinməsi və qeyriqanuni tutulmuş 1.045,49 manat məbləğin İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-504/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən İddiaçı **********00191 saylı abunə koduna hesablanmış 5.308,67 (beş min üç yüz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində borc silinməsi, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 1.045,49 (bir min qırx beş manat qırx doqquz qəpik) manat məbləğində pulun İddiaçı geri qaytarılması, Cavabdehndən 83.54 (səksən üç manat əlli dörd qəpik) manat dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 (altmış dörd) manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığına Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-504/2025 saylı qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025ci il tarixli ərizəsindən müəyyən olunur ki, İddiaçı adına olan istehlakçı hesabı üzrə xx.xx.2018-ci il tarixdə ******* nömrəli (sayğaca müdaxilə) və xx.xx.2022-ci il tarixli ******* nömrəli (sayğacdan kənar xətt) təbii qazdan istisfadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və 5506,92 manat dəymiş ziyan hesablanmışdır. Qeyd olunan borc üzrə 499,375 manat borca görə tutulma aparılmışdır. İddiaçıdan ümumilikdə 1048,69 manat pul tutulması aparılmış bundan 499,375 manat mübahisə olunan məbləğ üzrə digər 549,315 manat isə əvvəldən olan debitor borca görə tutulma aparılmışdır. İddiaçının əvvəldən 847,6 manat debitor borcu olmuş və tutulmadan sonra 298,285 manat borcu qalmışdır. Hal-hazırda iddiaçının 5305,47 manat borcu vardır, bu borcdan 298,285 manat hissəsi mübahisəsiz debitor borca 5007,185 manatı isə mübahisəli borca aiddir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azəriqaz İB-dən borca görə qeyri-qanuni tutulmuş 1045 manat 49 qəpik pul vəsaitinin geri qaytarılmasına dair tələbindən imtina edir və həmin hissədə mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Eyni zamanda bilir ki, eyni tələblə Azəriqaz İB-nə qarşı məhkəməyə müraciət edə bilməyəcəkdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddianın bir hissəsindən imtinası onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-504/2025 saylı nömrəli qətnaməsi qismən ləğv edilərək, iddiadan imtina edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdehnə qarşı qeyri-qanuni tutulmuş 1045,49 manatın geri qaytarılmasına dair iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-504/2025 saylı nömrəli qətnaməsi qismən, iddia tələbindən imtina olunan hissədə, ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı qeyri-qanuni tutulmuş 1045,49 manatın geri qaytarılmasına dair iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar