Məhkəmə qərarları › İş №2(103)-3186/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3186/2024

27.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3186/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “ Azneft” İB-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı “ Azneft” İstehsalat Birliyinin ( SOCAR) –ın nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “Azneft” İBnin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s .” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-52/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "Azneft” İB Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda yerləşən "Azneft” İB-nin "Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-52/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi və həmin ərazinin boşaldılaraq "Azneft” İB-nin istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulub "Azneft” İB-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.ET Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159, 164.2,180.1, 180.3, 180.4; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 114; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1; 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 12 fevral 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin mütəxəssis rəyində göstərilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla göstərilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Bibiheybət nQçİ). Həmçinin sahədən 17 metr məsafədə ləğv edilmiş, 8-32 metr məsafədə isə işlək neft quyusu məlumatları mövcuddur. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alınaraq ekspert rəyi ilə razılaşaraq yuxarıda göstərilənləri və MM-nin 180.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlmək olur ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda inşa edilmiş tikili özbaşına tikilidir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda yerləşən torpaq sahəsinin «Azneft» İB-nin istismarında və sahibliyində olduğu öz əksini tapmışdır. Lakin, cavabdeh heç bir hüquqa əsaslanmadan «Azneft» İB-nin qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. İddia tələbinin "ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissəsinin tələbin Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi” hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq, sahibliyin müdafiəsi çərçivəsində iddia "ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissələrində də təmin edilməlidir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli , 3-16-16/2-10/629 №-li rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin mütəxəssis rəyində göstərilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla göstərilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Bibiheybət NQÇİ). Həmçinin sahədən 17 metr məsafədə ləğv edilmiş, 8-32 metr məsafədə isə işlək neft quyusu məlumatları mövcuddur. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-52/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən qeyd olunan özbaşına tikilinin kimə məxsus olması, eləcədə iddiaçı tərəfindən qeyd olunan kordinatlarda yerləşib-yerləşməməsi dəqiqləşdirilməmiş və yalnız iddiaçının sözlərinə əsasən belə qətnamə qəbul edilmişdir. Hətta onun həmin ünvanda qeydiyyatının olmaması və yaşamaması nəzərə alınmamışdır. Sökülməsi nəzərdə tutulmuş tikilinin ona heç bir aidiyyatı yoxdur. Məhkəmənin gəldiyi nəticəyə görə onun üzərinə onun tərəfindən inşa olunmamış və digər şəxslərə məxsus tikililərin sökülməsi öhdəliyi qoyulmuşdur. Həmin ərazidə yüzlərlə fərdi yaşayış evləri mövcuddur, lakin məhkəmənin gəldiyi nəticəyə görə məhz təhlükə mənbəyi qeyd olunan koordinatda yerləşən özbaşına tikilidir. Cavabdehin qonşuluğunda yerləşən, onun tərəfindən inşa olunmamış tikilinin sökülməsi öhdəliyi onun üzərinə qoyula bilməz. Birinci İnstansiya Məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. “AZGİS" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov ev 50A nömrəli yaşayış evinin xəritə-sxemini tərtib etmiş və həmin xəritə-sxemdə də görünür ki, məhkəmə tərəfindən söküntüsü nəzərdə tutulmuş yaşayış evinin cavabdehə heç bir aidiyyatı yoxdur. 5.İddiaçı “ Azneft” İstehsalat Birliyi tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz daxil olmuş və etirazda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46, 56, 86, 109, 110, 111.3; “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında’Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərara; Azərbaycan Resupublikası Cinayət Məcəlləsinin 188, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 385.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən qanunsuz tikiliyə baxış keçirilərkən (Bakı şəh., Səbail ray.,Arif İsmayılov küçəsində) həmin evdən çıxaraq Cavabdeh şəxsiyyət vəsiqəsini göstərərək özünü cavabdeh tərəf kimi təqdim etmişdir. Bununla bağlı foto şəkildə çəkilib və işə əlavə edilib. Eyni zamanda cavabdehin həmin ünvanda qeydiyyatda olub-olmaması və yaşamaması işin mahiyyətini dəyişmir. Belə ki, zəbt olunmuş torpaq sahəsinin dəqiq yerləşmə yeri coğrafi koordinatlarla (399677; 4466216) müəyyən edilir. Həmçinin, məhkəmə ərazinin SOCAR-a aid olması ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilsədə məhkəmə ərazinin göstərilən (399677;4466216) koordinatlarlada yerləşməsini dəqiqləşdirmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin ərazidə ekspertiza keçiriməsilə bağlı qərar qəbul etmişdir. Eyni zamanda Məhkəmə araşdırması zamanı torpaqların cavabdehin xüsusi mülkiyyətində deyil məhz “Azneft" İB-nin daimi istifadəsinə verilmiş dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaqlara aid olduğu sübuta yetirilmişdir. Bu da onu göstərir ki. cavabdeh tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə yanaşı qüvvədə olan mövcud qanunvericiliyin tələblərini də pozmaqla özbaşına tikilili inşa etmişdir. Dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar və sair. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara huquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Cavabdeh məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahələrinin onların mülkiyyətində olmasını hər hansı sənədlə sübuta yetirə bilməmişlər. Bu da onu göstərir ki. cavabdeh maddi və hüquq normalarının pozulması barədə etdiyi şikayət məlum qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “ Azneft “ İstehsalat Birliyinin ( Socar) nümayəndəsi X5 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyi etiraza uyğun izahat verərək apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin İddiaçı ərazisinə aid edildiyini və sənaye təyinatlı torpaq sahəsi olduğunu, belə torpaq sahələrindəki özbaşına tikililərin birbaşa həyat və sağlamlıq üçün təhlükə törətdiyini, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyi ilə də bu halın öz təsdiqini tapdığını, cavabdeh apellyasiya şikayətində həmin qanunsuz tikilinin ona mənsub olmadığını bildirsə də, birinci instansiya məhkəməsində belə bir fikrinin ümumiyyətlə olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Konstiusiyasının tələblərinə əsasən; 24. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. 10.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun “Mülkiyyətin müdafiəsi “ adlanan 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələblərinə diqqət yetirilməlidir: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139- 1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139- 1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 162.Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. 1 2 . A z ə r b a y c a n R e s p u b l i k a s ı To r p a q M ə c ə l l ə s i n i n t ə l ə b l ə r i n ə ə s a s ə n : 4 8 . 5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 13.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. 14.“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001 -ci il tarixli 94 nömrəli qərarına əsasən neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. 15.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin qeyd edilən dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-180, Torpaq Məcəlləsinin 48, 111; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi artıq özbaşına tikintinin ona məxsus olmaması barədə yeganə (anlaşlan) dəlilini istisna edir, bununla da apellyasiya şikayətinin hüquqlardan sui-istifadə məqsədi ilə verildiyini və əsassız olmasını bir daha sübut edilir. 16.Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilən dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. 17.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-52/2024 saylı işi üzrə 06 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar