Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3190/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X17 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxxx katibliyi ilə, İddiaçılar İsmayılova (Qasımova) Şəfiqə Hüseyn qızının,X4, İddiaçı11, iddiaçı, eyni zamanda, digər İddiaçı9 nümayəndəsi Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızının, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eyni zamanda İddiaçı7 nümayəndəsi İddiaçı1, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-480/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İsmayılova (Qasımova) Şəfiqə Hüseyn qızı, İddiaçı4 ̇oğlu, İddiaçı5, İddiaçı6 ̇qızı, İddiaçı7, X10, İddiaçı9, Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızı və İddiaçı11 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3ndan miras qalmış ünvan 1, 4 saylı mənzillə bağlı mirası qəbul etmə müddətinin uzadılması, vərəsə kimi tanınmaları, qanuni vərəsə kimi onlara düşən payların müəyyən edilməsi və onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 saylı yaşayış evinin 4 saylı mənzili X3nun adına DƏDRX-də 1996-cı il tarixində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X3 ilə anaları X14 xx.xx.1948-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşlar. Birgə nikahdan 9 övladları olmuşdur. 1-İddiaçı1, 2-İddiaçı2, 3-İsmayılova (Qasımova) Şəfiqə Hüseyn qızı, 4-Bayramova (Qasımova) Səriyyə Hüseyn qızı, 5- Əsgərova (Qasımova) Zəhra Hüseyn qızı, 6- Xuduyeva (Qasımova) Gülzara Hüseyn qızı, 7-Qasımova (Qasımova) Kifayət Hüseyn qızı, 8-Hacıyeva (Qasımova) Zenfıra Hüseyn qızı. Atalarının ikinci nikahından 2 oğlu olmuş və həmin oğlanlar, yəni İddiaçı11 və Cavabdeh ataları atalıq vermişdir. X3 xx.xx.2013-cü il tarixində, anaları X14 isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Ataları həyətdə əlavə tikililər tikmişdir. Bacı-qardaşlardan Bayramova (Qasımova) Səriyyə Hüseyn qızı 2017-ci il tarixində vəfat etmişdir. Onun 3 uşağı vardır: Oğlu-İddiaçı4, oğlu-İddiaçı5 və qızı- İddiaçı6. Hal-hazırda sağ qalan bacıların və qardaşların mirasda payı vardır. Cavabdeh isə onlara atalarının mülkündə yaşamağa və miras payı əldə etməyə imkan vermir. Onlar mirasla bağlı paylarının müəyyən edilməsi məqsədi ilə notariat kontoruna müraciət etmişlər, lakin 12 saylı notariat kontoru bununla bağlı onlara rədd cavabı vermişdir. Onlar məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişlər. Hesab edirlər ki, mirasın qəbul etmə müddəti uzadılmalı, onlar qanuni vərəsələr kimi tanınmalı, miras əmlak aralarında bərabər paylarda bölünməli və onlara vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilməlidir. Qasımov Cavabdeh Səfurə Hüseyn qızı, İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 83 saylı evin, 4 saylı mənzili üzərində Cavabdeh və cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinə ayrı-ayrılıqda 1/3 hissədə vərəsəlik hüququnun tanınması, miras əmlak hissəsində 1/3 hissədə payının müəyyən edilməsinə və həmin əmlak üzərində hər birinin 1/3 hissəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X18 onun atası olmuş və o, xx.xx.2013-cü ildə vəfat etmişdir. X6 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi 83 saylı evin, 4 saylı mənzilində yaşamışdır. Qeyd edilən ev həyət tipli evdir. Həmin evdə o, ailəsilə birlikdə, bacıları qarşılıqlı iddia üzrə cavabdehlər və atası yaşamışdır. Atası 2013-cü ildə vəfat etdikdən sonra özü və cavabdehlər həmin evdə yaşamaqda davam etmişlər. Evin çıxarışı mərhum atalarının adınadır. Faktiki olaraq miras əmlakı özü və cavabdehlər qəbul etmişlər. Evin çıxarışı və digər sənədləri cavabdehlərdədir. Qeyd edilən sənədlər onda olmadığından vərəsəliyin rəsmiləşdirilməsini həyata keçirə bilmir. Bundan başqa, cavabdehlər də vərəsəliyin rəsmiləşdirilməsinə mane olurlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atalarının ölümündən sonra faktiki olaraq, o, bacıları ilə birlikdə həmin evdə yaşamaqda davam etmişlər. Digər cavabdehlər isə ümumiyyətlə yaşamamışlar. Onlar müxtəlif ünvanlarda yaşamışlar. Cavabdehlərdən başqa digər bacıları ərə getmiş, müxtəlif ünvanlarda yaşamışlar. Qardaşı İddiaçı11 isə mübahisəli ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamamışdır. Atasının ölümündən sonra da faktiki olaraq miras əmlakı qəbul etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-480/2020 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsi, X1 qalmış, ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzildən ibarət mirasın qəbul edilmə müddəti uzadılmaqla həmin əmlaka mərhumun vərəsələri İddiaçı1 3/30 hissədə, İddiaçı2 3/30 hissədə, X2 3/30 hissədə, İddiaçı7 3/30 hissədə, X4 3/30 hissədə, İddiaçı9 3/30 hissədə, X5 3/30 hissədə, İddiaçı11 3/30 hissədə, Cavabdeh 3/30 hissədə, X13 mərhum vərəsəsi Bayramova (Qasımova) Səriyyə Hüseyn qızının vərəsələri İddiaçı4 1/30 hissədə, İddiaçı5 1/30 hissədə və İddiaçı6 isə 1/30 hissədə vərəsəlik hüquqları tanınmaqla qeyd edilən hissələrdə hər bir vərəsənin qanun üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilməsi, vərəsələrə mirasla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi 12 saylı notariat ofisinə həvalə edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, onun qarşılıqlı iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə buraxılmış müddətin hansı üzrlü səbəblərdən uzadılmasını araşdırmamışdır. Mirasın faktiki qəbul məsələsinə təhrifedici don geyindirmişdir. Məhkəmə qərar qəbul edərkən nə qanunları, nədə Konstitusiya Məhkəməsinin qərarını düzgün təfsir etməmiş, ona düzgün qiymət vermək istəməmişdir. X18 onun atası olmuş, xx.xx.2013-cü ildə vəfat etmişdir. Vəfat edəndən sonra miras əmlakı Cavabdeh və iddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki qəbul etmişlər. Miras əmlakı rəsmi qaydada kimsə qəbul etməmişdir. Həyətdə özbaşına tikililər mövcud olsa da, o, həm otağın birində, həm də öz inşa etdiyi tikililərdə yaşayır. Onun arvadı- iş üzrə şahid Qasımova Dünya atasına məxsus olan -xüsusi mülkdəki evin bir otağına gəlin gəlmişdir. San-uzel ümumidir, mətbəx ümumidir, qaz sayğacı, su sayğacı ümumidir. Bütün bu ümumi sanuzel və mətbəxdən o və 2 bacısı Səfurə və Dilarə istifadə edirlər. Faktiki olaraq onlar əmlakı qəbul etmişlər.Məhkəmə mirasın faktiki qəbul etmə məsələsinə ümumiyyətlə qiymət verməmişdir.Məhkəmə şahid Qasımova Dünyanın ifadəsini təhrif etmişdir. Təhrif edilmiş ifadədə qeyd edilir ki, “Guya bacıları orada yaşamışdır”.Bu ifadə yalandır ona görə ki, bacılarının özləri deyirlər ki, evə gəlibgetmişlər.Məhkəmə evə gəlib- getməni mirası faktiki qəbul kimi qiymət vermiş, onun yaşamağına isə ümumiyyətlə fikir bildirməmişdir. Məhkəmə iclasında ifadəsində qeyd etmişdi ki, hətta uşaqlarıbelə həmin mətbəxdə yatırlar. Məhkəmə onun yalnız özbaşına tikilidən istifadə etməyini qeyd etmiş, qanunun normalarına düzgün qiymət verməmişdir.Məhkəmə aşağıdakı faktlara ümümiyyətlə qiymət verməmişdir. Hətta digər vərəsələrinin 1 və ya ikisinin evə gəlib getməsinə faktiki qəbul etmə kimi qiymət vermişdir. Halbuki, digər vərəsələr ümumiyyətlə nə atanın sağlığında, nədə ölümündən sonra həmin evdə yaşamamışlar. Məhkəmə digər vərəsələrin mirası nə faktiki qəbul etmələrini, nədə qanunla qəbul etməmələrinə qanuni yanaşmamaqla, qanunun, eləcə də onun və digər 2 vərəsə Dilarə və Səfurənin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İddiaçı1 atası sağ ikən və onun vəfatından sonra faktiki olaraq miras əmlakı onunla bərabər qəbul etmiş, faktiki olaraq birlikdə miras əmlaka sahiblik etmişlər. İddiaçı2 atası sağ ikən və onun vəfatından sonra faktiki olaraq miras əmlakı onunla bərabər qəbul etmiş, faktiki olaraq birlikdə miras əmlaka sahiblik etmişlər.X7 1970-ci ildə Ermənistan respublikasında olarkən ərə getmiş, sonradan Bakı şəhərinə köçəndən sonra Bakı şəhəri Xətai rayonu S.Əhmədov küçəsi ev 20-də qeydiyyatdadır və orada yaşamışdır. Atasının ölümündən sonra miras əmlakı nə qanunla müəyyən edilmiş müddətdə, nə də faktiki qəbul etmişdir.X8 hələ atası sağ ikən 1972- ci ildə nikaha daxil olmuş və Nasosnı küçəsi 4 saylı evə köçmüş, orada yaşamışdır. Atasının ölümündən sonra miras əmlakı nə qanunla müəyyən edilmiş müddətdə, nə də faktiki qəbul etmişdir. X8 nə qanunla müəyyən edilmiş qaydada, nədə faktiki qəbul etmədiyindən, onun övladları olan İddiaçı4, İddiaçı5 və İddiaçı6 da vərəsə ola bilməzlər.İddiaçı7 hələ Ermənistanda yaşayarkən, 1980-cı ildən ailə qurmuş və Daşkəsənə köçmüşdür. O vaxtdan hazırkı vaxtadək Daşkəsən şəhəri, A. Abdulayev küçəsi ev 52-də yaşayır. Atasının ölümündən sonra miras əmlakı nə qanunla müəyyən edilmiş müddətdə, nədə faktiki qəbul etmişdir.X10 hələ Ermənistanda yaşayarkən, 1985-ci ildən ailə qurmuş və başqa ünvana köçmüş, hələ atasının ölümündən əvvəl ünvan 2lan 2, ev 35-ə köçmüş və orada yaşamış, hazırda da həmin ünvanda yaşayır və qeydiyyatdadır. Göründüyü kimi, atasının ölümündən sonra miras əmlakı nə qanunla müəyyən edilmiş müddətdə, nədə faktiki qəbul etmişdir.İddiaçı9 hələ atası sağ ikən 1994-cü ildən ailə qurmuş və ünvan 3 mən. 62 ünvanına köçmüş və orada yaşamış və həmin ünvanda qeydiyyatdadır. Göründüyü kimi, atasının ölümündən sonra miras əmlakı nə qanunla müəyyən edilmiş müddətdə, nədə faktiki qəbul etmişdir.X12 hələ atası sağ ikən 1987-cı ildən ailə qurmuş və ünvan 4 mən. 95 ünvanına köçmüş və orada yaşamış və həmin ünvanda qeydiyyatdadır. Göründüyü kimi, atasının ölümündən sonra miras əmlakı nə qanunla müəyyən edilmiş müddətdə, nədə faktiki qəbul etmişdir.İddiaçı11 hələ atası sağ ikən 1999-cu ildə ailə qurmuş və ünvan 5 oraya köçmüş, orada yaşamış, hazırda da həmin ünvanda yaşayır. Göründüyü kimi, atasının ölümündən sonra miras əmlakı nə qanunla müəyyən edilmiş müddətdə, nədə faktiki qəbul etmişdir.Göründüyü kimi, yuxarıda qeyd edilən iddiaçılar nə qanunla müəyyən edilmiş müddətdə, nədə faktiki qəbul etməmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün isə əsaslı sübutlar, dəlillər mövcud deyildir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, rayon məhkəməsi Konstitusiya Məhkəməsinin qərarına zidd qətnamə qəbul etmişdir. Məhkəmə mirasın faktiki qəbulu məsələsinə qiymət verməyib, hansı ki, üç şəxsin orada yaşaması danılmaz fakdır. Digər şəxslərin evə müəyyən vaxtlarda gəlib-getməsi əmlakı faktiki qəbul etmək sayılmır. Bunu Konstitusiya Məhkəməsi belə qiymət verib. İddiaçılar orada yaşamayıblar. Halbuki, orada ümumi istifadə olunan yerlər var. Qəbul edən 3 şəxsdən 2-si Məhərrəmin qəbul etdiyini deyirlər. Digər qardaş atanın sağlığında evdən çıxıb gedib. İki bacı da 1/10 hissəyə bölünməsini istəyirlər. Məqsədləri isə sonradan digər 7 nəfərin də iki bacısının xeyrinə imtina etməsidir. Cavabdehi oradan sıxışdırmaq istəyirlər. Əmlakın faktiki qəbul etmiş şəxslər arasında 1/3 hissədə bölünməsini xahiş edir. İddiaçı11 münasibətdə də iddianın təmin olunmasına etiraz edirlər. Çünki, Həsrət 2009-cu ildə atasının ölümündən 4 il əvvəl evdən çıxmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eyni zamanda İddiaçı7 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı İsmayılova (Qasımova) Şəfiqə Hüseyn qızıapellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi, həmçinin bildirdi ki, hal-hazırda “NZS”-də yaşayır və atasının mülkiyyətində olan payını istəyir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda, digər İddiaçı9 nümayəndəsi Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi, həmçinin bildirdi ki, Səbail rayonunda yaşasa da ata mülkündən payını istəyir. Məhkəmə iclasında iddiaçı X10 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi, həmçinin bildirdi ki, miras evdə onun yorğan döşəyi vardır. Məhkəmə iclasında İddiaçı11 apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, 2009-cu ildən həmin evdən qardaşı bacılarını yola vermədiyi üçün çıxmışdır. Lakin həmin evdə qeydiyyatdadır. Hazırda kirayədə yaşayır, öz evi yoxdur. İşə baxılması vaxtı və yeri haqqında digər iddiaçılar və üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar səbəbini göstərmədən məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddianı tam, qarşılıqlı iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər bacı qardaş olmaqla yaxın qohumdurlar. X3 ilə anaları X14 xx.xx.1948-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuş, bu nikahdan aşağıdakı övladları olmuşdur; 1.İddiaçı1, 2.İddiaçı2, 3.İsmayılova (Qasımova) Şəfiqə Hüseyn qızı,4.Bayramova (Qasımova) Səriyyə Hüseyn qızı, 5.Əsgərova (Qasımova) Zəhra Hüseyn qızı, 6. Xudiyeva (Qasımova) Gülzara Hüseyn qızı, 7.Qasımova (Qasımova) Kifayət Hüseyn qızı, 8.Hacıyeva (Qasımova) Zenfıra Hüseyn qızı, 9.İddiaçı11, 10. Cavabdeh. Tərəflərin anaları X14 xx.xx.2004-cü il tarixdə, X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Bayramova (Qasımova) Səriyyə Hüseyn qızı 2017-ci il tarixdə vəfat etmişdir. Onun İddiaçı4, İddiaçı5 və İddiaçı6 adlı 3 yetkinlik yaşına çatmış övladları vardır. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 saylı yaşayış evinin 4 saylı mənzili X13 adına DƏDRX-də 1996-cı il tarixində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və onun xx.xx.2013-cü il tarixində vəfatı ilə miras açılmışdır. İlk iddiaçıların tələblərinə əsasını onların miras əmlakı faktiki qəbul etsələr də, mirası qəbul etmə müddətini buraxmaları üzrlü sayılmaqla həmin əmlaka mərhumun vərəsələri kimi payları müəyyən edilməsi, qarşılıqlı iddiaçının ilkin iddiaya etirazının və tələbinin əsasını miras əmlaka mərhumun vərəsələri kimi özünün və bacıları İddiaçı1 ilə İddiaçı2 hər birinə ayrı-ayrılıqda 1/3 hissədə vərəsəlik hüququnun tanınmalı olması təşkil edir. Hər iki iddia tələbinin əsasını miras əmlakı faktiki qəbul edilməsi təşkil etməsini nəzərə alaraq, ilk növbədə vərəsələrin mirası faktiki qəbul etmələrinə dair iddia dəlilləri araşdırılıb qiymət verilməlidir. ...Tərəflərin izahatlarına əsasən qeydiyyat vəsiqəsində əks edilmiş 4 saylı ev həyət tipli olmaqla faktiki olaraq 2 otaqdan ibarətdir və həyətdə 4 otaq da tikilmişdir. İddiaçı tərəf həmin 4 otağın atalarının sağlığında tikilməsini və orada Məhərrəm və ailəsinin yaşamasını, çıxarışı olan evdə isə Dilarə və Səfurənin yaşamalarını göstərsə də, qarşılıqlı iddiaçı və şahid isə əksinə, izahat və ifadədə həyətdə olan qeydiyyat vəsiqəsində əks edilməyən 4 otağın Məhərrəm tərəfindən inşa edilməsini göstərmişlər. Vərəsələrdən İddiaçı2 onkoloji xəstə olmaqla digər bacısı İddiaçı1 ilə birlikdə miras əmlakda yaşayırlar. Hazırki iş üzrə ilkin iddiaçılar da məhz xəstə bacıya qulluq etmək məqsədi ilə atalarının ölümündən sonra mübahisəli evə gəlibgetmiş, hətta müəyyən vaxtlarda da orada yaşamaqda davam etmişlər. ... Belə ki, mirasın rəsmi surətdə qəbulu üçün qanunvericilikdə müddət müəyyən olunsa da, faktiki qəbulu üçün müddət müəyyən edilməmişdir. Mirasın faktiki qəbulu müddətlə məhdudlaşdırılmayaraq, konkret hərəkətlərdə ifadə olunur. ...İlk iddiaçıların miras açılandan sonra mirası faktiki olaraq qəbul etmələrinə dair hərəkətləri vərəsələrin, eləcə də, miras əmlakda daimi olaraq yaşayan vərəsələrin (İddiaçı1 və İddiaçı2) izahatları ilə təsdiq edilir. Müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçının özündən və İddiaçı1 ilə İddiaçı2 başqa mirası digər vərəsələr tərəfindən qəbul edilməməsinə dair izahatı və şahid ifadəsi tərəflər arasında miras əmlakın idarə edilməsi ilə bağlı aralarında yaranmış mübahisə ilə bağlı olmaqla qərəzli xarakter daşıyır və real həqiqəti əks etdirmir. Buna görə də məhkəmə bu halla bağlı qarşılıqlı iddiaçının və onun həyat yoldaşı olan şahidin ifadəsinin ilk iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməməsi qənaətinə gəlir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairxx xxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi, ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın tam, qarşılıqlı iddianın isə qismən təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq ilk iddianın tam, qarşılıqlı iddianın isə qismən təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, ilk iddianın tam təmin edilən, yəni ilk iddiaçılar İddiaçı1, İddiaçı2 başqa digər iddiaçıların iddiasının təmin edildiyi hissəsini və qarşılıqlı iddianın isə təmin edilməyən hissəsini mübahisələndirir. Hazırki iş üzrə, həm ilk, həm də qarşılıqlı iddia tələbinin faktiki əsası(faktiki hallar), hər iki tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə düzgün olmamışdur. Əvvəla, ilk iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı11 başqa digər iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Belə ki, digər iddiaçılar mənzillə bağlı mirası qəbul etmə müddətinin uzadılması, vərəsə kimi tanınmaları, qanuni vərəsə kimi onlara düşən payların müəyyən edilməsi və onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsini iddia etsələr də, onlar mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti hansı üzrlü səbəbə görə ötürdüklərinə dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsi həmin müddəti üzrlü sayaraq uzadılmalı olduğu qənaətinə gələrkən 5 il 6 aydan artıq keçmiş müddəti hansı səbəbə görə üzrlü hesab etdiyini hər hansı bir formada əsaslandırmamışdır. Əksinə işdən, o cümlədən tərəflərin izahatlarındanda hansısa üzrlü halın olduğu görünmür. Bununla yanaşı, işdən həm də açıq-aşkar görünür ki, digər iddiaçılar mübahisəli mənzildə yaşamamış və qeydiyyatda olmamış, miras əmlakı faktiki qəbul etmələrini hər hansı bir formada nümayiş etdirməmişlər. İkincisi, birinci instansiya məhkəməsi qeyd edir ki, mirasın rəsmi surətdə qəbulu üçün qanunvericilikdə müddət müəyyən olunsa da, faktiki qəbulu üçün müddət müəyyən edilməmişdir. Mirasın faktiki qəbulu müddətlə məhdudlaşdırılmayaraq, konkret hərəkətlərdə ifadə olunur. Bu qənaət doğru deyil. Çünki, istər rəsmi, yəni notariat ofisinə ərzə verməklə, itərsə də faktiki qəbul üçün qanunvericilikdə eyni müddət müəyyən edilmişdir. Qanun bu hallar üçün fərqli müddət müəyyən etməmiş, eyni zamanda faktiki qəbul üçün hansısa müddəti yaxud müddətsizliyi xüsusiləşdirməmişdir. Buna görə də rayon məhkəməsinin bu mövqeyi anlaşılan olmamışdır. Üçüncüsü, birinci instansiya məhkəməsi bir tərəfdən ilk iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı11 başqa digər iddiaçıların miras əmlakı faktiki qəbul etdikləri qənaətinə gəlir, digər tərəfdən isə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzrlü hesab edərək uzadır. Bu iki hal bir-biri ilə uzlaşmır və biri digərinə ziddir. Çünki, digər iddiaçılar həqiqətən mirası faktiki olaraq qəbul etmişlərsə, onda onlar üçün mirasının qəbulu müddətinin uzadılması üçün əsas aradan qalxmış olur. Yox əgər mirasın qəbulu üçün müddət uzadılırsa, demək onlar miras əmlaka sahiblik etməmiş və əmlakı faktiki idarə etməmiş, başqa sözlə qanunla müəyyən edilmiş müddətdə mirası əmlakı faktiki qəbul etməmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin bu cür fərqli, ziddiyyətli qənaəti də iş üzrə düzgün nəticəyə gəlmədiyinə dəlalət edir. Dördüncüsü, ilk iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı11 başqa digər iddiaçılar mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onların bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Belə ki, onlar miras mənzilin qəbulu üçün qanunla müəyən edilmiş müddətdə notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər, eləcə də miras mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktik başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli mənzilə dair həmin hüququ itirmişlər. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, ilk iddiaçılardan İddiaçı11 da mübahisəli mənzildə ən azından 2009-cu ilədək yaşaması və hal-hazıradək qeydiyyatda olması iş materialları və qarşılıqlı iddiaçı tərəfin izahatları ilə təsdiq olunur. Onun daimi yaşamaq üçün başqa ünvana köçməsi və yaşayış sahəsinə malik olmasına dair qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə hansısa sübut təqdim edilməmişdir. Ona görə də İddiaçı11 da miras əmlakı faktiki qəbul etməsi təsdiq olunduğundan onun da iddiası qismən əsaslı olduğundan tam rədd oluna bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-480/2020 nömrəli qətnaməsi ləğv edilsin. İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. X1 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə, Cavabdeh ¼ hissədə, X13 ¼ hissədə vərəsəlik hüquqları tanınsın və payları müəyyən edilsin, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3190/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3190/2020
06.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver