Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3200/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-2382/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdarənin istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Suraxanı rayonu, Yeni Ramana, 2-ci Ramana sahəsi, ev 0127, mənzil 0029 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İdarənin istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Suraxanı rayonu, Yeni Ramana, 2-ci Ramana sahəsi, ev 0127, mənzil 0029 ünvanında cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur, halbuki göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır, orada yeraltı boru kəməri mövcuddur və bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 2382/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı SOCAR-ın İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid olunmuş, ekspertiza xərci-50 manatın iddiaçıdan alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyindən, həmin torpağa və tikililərə dair hüquq təsdiqedici sənəd olmadığından və neft kəmərinin mühafizə zonasında yerləşdiyindən cavabdeh tərəfindən inşa edilmiş tikinti qanunsuz tikinti hesab edilməlidir. Ekspert rəyinin sübuti əhəmiyyəti yoxdur, məhkəmə təkrar ekspertiza təyin etməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı hazırda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10\1802 nömrəli tikinti-texniki ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən SOCAR-ın İddiaçınə məxsus olan boru kəmərinin yeraltı olması, ekspertə və baxış iştirakçılarına təqdim edilməməsi səbəbindən, cavabdehin istifadəsində olan torpaq sahəsi və tikililərin (ev, daş, hasar, kölgəlik və ayaqyolu) neft kəmərindən hansı məsafədə yerləşməsini və yaxud neft kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Eləcə də qeyd olunur ki, iş materiallarında mübahisələndirilən kölgəlik (besedka) tikilisi sökülmüşdür. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus evin kəmərin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından, taxta konstruksiyadan ibarət natamam çardağın sökülməsi müəyyən edildiyindən iddia tələbi təmin oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgündür. İş materiallarında olan Təhlükəsizlik İdarəsinin 35 saylı komandası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktda qeyd edilmişdir ki, Buzovna-Ramana neft-qaz kəməriin 11-ci km-də, kəmərdən 25 metr aralı məsafədə (DŞ-250 mm-lik magistral neft kəmər) Yeni Ramana, 2-ci Ramana sahəsi, ev 0127, mənzil 0029 ünvanında vətəndaş Cavabdeh məxsus çardaq tikintisi aşkarlanmış, dayandırılma tələb olunduqda iş dayandırılmış və tikinti aparan şəxsə yazılı xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, tərtib edilmiş aktda cavabdeh tərəfindən inşa edilmiş çardaq tikintisinin aşkarlanması qeyd edilmişdir. Həmçinin Buzovna-Ramana DŞ-250 neft kəməriin 11-ci km-də yerləşən tikilisinin yerləşmə sxemində yalnız Besedka (kölgəlik) göstərilmişdir. Ekspert rəyi ilə həmin kölgəlik (besedka) tikilisinin sökülməsi müəyyən edilmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır, məhkəmə haqlı olaraq iddia tələbini rədd etmişdir. Beləliklə, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2382/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3200/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3200/2021
01.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver