Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3201/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, 2(004)-494/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qərardaddan Cavabdeh4 vəkili (nümayəndəsi) Nümayəndə2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh4 və digər cavabdehlərə qarşı irəli sürdüyü “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh4 vəkili (nümayəndəsi) Nümayəndə2 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə Cavabdeh4 verilməmiş, o, qətnamədən, qətnamə üzrə icra hərəkətlərini həyata keçirən icra məmurunun ona verdiyi məlumatdan sonra xəbər tutmuşdur. Bundan sonra Cavabdeh4, qətnamənin ona təqdim edilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş, qətnamə ona xx.xx.2023cü il tarixdə verilmiş və o, qətnaməni aldıqdan sonra qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən Cavabdeh4 buraxılmış prosessual müddətin bərpa edilərək, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini və Cavabdeh4 qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnamənin nüsxəsi poçt vasitəsi ilə Cavabdeh4 rəsmi ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə həmin ünvanda, bildirişə imza etməklə, qətnamə qəbul edilmişdir. Bundan sonra Cavabdeh4 qətnamənin ona təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və onun ərizəsinə cavab olaraq göndərilmiş məktubda qeyd edilmişdir ki, qətnamə ona xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və əgər o, qətnaməni təkrar almaq istəyirsə, bunun üçün dövlət rüsumu ödəməlidir. Cavabdeh4 ona göndərilmiş cavab məktubunda göstərilənlər ilə razılaşmış, dövlət rüsumu ödəmiş və yalnız bundan sonra qətnamə ona təkrar verilmişdir. Göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər müddətin üzürlü səbəbdən buraxılmış hesab edilməsi üçün əsas vermir. Cavabdeh4 həmin qərardaddan vəkili (nümayəndəsi) vasitəsi ilə Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh4 qətnaməni xx.xx.2022-ci il tarixdə şəxsən almamışdır. Əgər almış olsa idi apellyasiya şikayətini vaxtında təqdim edərdi, icra hərəkətlərinin başlanmasını gözləməzdi. Cavabdeh4 onun ünvanına göndərilmiş qətnamənin kim tərəfindən alınmasında məlumatı yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh4 10 manat məbləğində dövlət rüsumu ödəməklə qətnamənin surətinin alması, qətnamənin onun tərəfindən təkrarən alınması kimi qiymətləndirilə bilməz, çünki o, qətnaməni başqa qaydada əldə edə bilmirdi, Rayon Məhkəməsi qətnaməni ona təqdim etməkdən imtina etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında görünür ki, xx.xx.2022-ci il tarixli qətnamə Cavabdeh4 rəsmi ünvanı (ünvan 1işinin verilməsi haqqında xəbərnamə”dən görünür ki, qətnamə qeyd edilən ünvana xx.xx.2022-ci il tarixdə çatdırılmış, Cavabdeh4 adlı şəxsə təqdim edilmiş, həmin şəxs xəbərnaməyə imza etməklə qətnaməni qəbul etmişdir. Bunları nəzərə alan Məhkəmə bildirir ki, qətnamənin Cavabdeh4 rəsmi ünvanına (xx.xx.2022-ci il tarixdə) çatdırılması müəyyən olunduğundan və Cavabdeh4 özünün və ailə üzvlərinin həmin ünvanda həmin vaxt və ya daima yaşamadıqlarını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etmədiyindən qəbul edilməlidir ki, qətnamə xx.xx.2022-ci il tarixdə Cavabdeh4 verilmişdir. Belə olan halda müəyyən edilir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün sonuncu tarix Cavabdeh4 münasibətdə xx.xx.2022-ci il tarix olmuş, o həmin tarixədək apellyasiya şikayəti verməmiş və bununla da MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qətnamənin sonradan Cavabdeh4 verilməsi ötürülmüş prosessual müddəti bərpa etməmişdir, çünki bu kimi qayda MPM-də nəzərdə tutulmamışdır. Prosessual müddəti ötürmüş Cavabdeh4 bu halın məhz üzürlü səbəbdən baş verdiyini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Onun tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsində göstərilənlər isə müddətin üzürlü səbəbdən buraxılmış hesab edilməsi üçün əsas vermir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı əsaslıdır; həmin qərardaddan Cavabdeh4 verdiyi şikayət əsassızdır və şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh4 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3201/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3201/2023
28.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver