Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3203/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı, 14 mart 2023cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli, 2020/00228-01 nömrəli istehlak kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 24450 manat əsas borc, 11169.02 manat faiz borcu, 5000 manat cərimə borcu olmaqla cəmi 40619.02 manat məbləğində borc və 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-nin hesabına ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evə yönəldilməsi, bu mənzil açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti İddiaçı BOKT ASC-nə olan borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülmə səbəbinin üzrlü hesab edilməsi və prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin bir iclasında iştirak etsə də, ağır xəstə olduğuna görə, məhkəmənin növbəti iclaslarında iştirak edə bilməmiş, məhkəmə iclasının təxirə salınmasını və məhkəmədə onun iştirakının təmin edilməsini məhkəmədən rəsmi qaydada xahiş etmişdir. Lakin məhkəmədə onun iştirakı təmin edilməmiş qətnamə onun iştirakı olmadan çıxarılmışdır. Məhkəmə qətnaməsini rəsmi olaraq müraciəti əsasında xx.xx.2023-cü il tarixdə almışdır. Göründüyü kimi, qətnamədən şikayət etmə müddəti onun tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərir ki, məhkəmə qətnaməsi qəbul edilməsinə baxmayaraq, uzun müddət e-2(094)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ona təqdim edilməmiş və ya onun ünvanına göndərilməmişdir. Sonradan, o, ərizə yazaraq qətnamənin surətini tələb etdikdə ona məlum olmuşdur ki, məhkəmə qətnaməsi onun faktiki yaşadığı ünvana deyil, qeydiyyatda olduğu, lakin yaşamadığı ünvana ünvan 2un rəsmi müraciətini nəzərə alaraq iş üzrə məhkəmə qətnaməsinin surətini xx.xx.2023-cü ildə ona təqdim etmişdir. Məhkəmə qətnaməsini aldıqdan sonra qanunla müəyyən edilmiş vaxta apellyasiya şikayəti vermişdir. Qeyd edir ki, o zaman e-2(094)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən verdiyi Apellyasiya şikayətini hüquqi savadsızlığından səhvən birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Lakin o zaman apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə olmadığı üçün baxılmamışdır. Ona görə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Lakin məhkəmə nə onun xəstə olmağını, nə hüquqi savadsızlığını nəzərə almamışdır. Mübahisəli iş üzrə məhkəmə qətnaməsi bilavasitə onun maddi vəziyyətinin pisləşdirilməsinə səbəb olmuşdur. Bankdan istehlak məqsədi ilə götürdüyü kreditdə görə ondan artıq vəsaitin tutulması əsassızdır və əgər məhkəmə onun apellyasiya şikayətini icraata qəbul etdiyi təqdirdə, o, mübahisəli iş üzrə bəzi sənədləri məhkəməyə təqdim edəcəkdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı, 05 aprel 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə aldıqdan sonra apellyasiya şikayəti verdiyini və şikayəti səhvən apellyasiya məhkəməsinə göndərdiyini, apelliyasiya şikayətinin qeydiyyatda olduğu, lakin faktiki olaraq yaşamadığı ünvan 3 ünvanına göndərildiyini bildirsə də, bununla bağlı məhəkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa, Cavabdeh məhkəməyə buraxılmış prosessual müddətin bərpasına dair ərizə versə də, ərizəyə apellyasiya şikayətini əlavə etməmişdir. Hazırki halda isə məhkəmə hesab edir ki, Cavabdeh istinad etdiyi hallar apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü hesab edilməməklə ərizənin təmin edilməsi üçün əsas hesab etmir. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İşdən görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi rəsmi qaydada iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə verilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və qətnamə icra olunması üçün Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinə göndərilmişdir. Bundan sonra, Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi rəsmi qaydada ona təqdim edilməsini xahiş etmiş və həmin tarixdə qəbzə qol çəkməklə qətnaməni təkrar almışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməməklə düzgün qənaətə gəlmişdir və qərardad cavabdeh tərəfin formal mülahizələrinə görə ləğv edilə bilməz. Çünki, qətnamə xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə(bax.i.v.177) imza edilməklə Cavabdeh tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayəti verilməsi üçün isə qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. Bununla yanaşı, Cavabdeh məhkəməyə prosessual müddəti üzrlü səbəbdən buraxdığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Bundan əlavə, MPM-in 133.3-cü maddəsinin tələbinə əsasən cavabdeh müddətin bərpası haqqında ərizə verməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətləri etməli, yəni apellyasiya şikayəti də verməli idi. Lakin o, müddətin bərpası barədə ərizə versə də apellyasiya şikayəti verməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı, 14 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-194/2022 saylı, 14 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3203/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3203/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver