Məhkəmə qərarları › İş №2(103)-321/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-321/2022

18.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-321/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı1, İddiaçı2 nümayəndələri Vəkil3 və X14, Cavabdeh2 nümayəndəsi Vəkil1 Əhmədrza oğlunun iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin faktiki mülkiyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)-327/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən və İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK-ya, X15, Orhan Akdoğana, X33, X16, İddiaçı1, X21, Cavabdeh2 və X17 qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında ünvan 1 ünvanında yerləşən, Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152.8 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli “Йaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən Cavabdeh2 çıxarılması və həmin mənzilin onun faktiki mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 mart 2007-ci il tarixdə Cavabdeh1 MTK ilə Zamiq Hüseynov arasında bağlanmış müqaviləyə əsasən сонунъу MTK-da pay mülkiyyətiçisi statusu əldə etmişdir. MTK-dan aldığı payı mülkiyyətçi kimi Zamiq Hüseynov ona satmış və cavabdeh MTK ilə onun arasında bağlanmış ilkin tarixə dair, yəni 13 mart 2007-ci il tarixə müqavilə bağlanmış, MTK-ya borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmiş, həm müqavilə, həm də maliyyə arayışı MTK-nın sədri Cahangir Alışov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Aldığı mənzilin təmir edilməsinə 2016-ci ilə qədər cavabdeh MTK-nın rəhbərliyi tərəfindən icazə verilməmiş, bu müddətdən istifadə edən MTK rəhbərliyi mənzilləri təkrarən başqa şəxslərə satmışdır. 2016-cı ildən mənzilləri təmir etməyə icazə verilmiş və o, mülkiyyətində olan mənzili təmir etməyə başlamaq istəyərkən aldığı mənzilin başqaları tərəfindən təmir edildiyini görmüş, lakin mənzilin sahibini tapa bilməmişdir. Sonradan mənzilin Cavabdeh2 satıldığını öyrənmişdir. Cavabdeh MTK-nin sədri X18 notarial qaydada verdiyi ərizəyə əsasən ona mənzili satdığını, həmin mənzilə dair heç bir iddiasının olmadığını, gələcəkdə də olmayacağını qeyd etməsinə baxmayaraq, 2013-cü ildə ona mənzilin satılmasını öz ərizəsi ilə qeyd edən Cahangir Alışovun sədrlik etdiyi MTK onun mülkiyyətində olan mənzili 29 avqust 2009-cu il tarixli müqavilə ilə təkrarən X17, daha sonra R.Zeynalovanın adından X22, sonuncu dəfə isə Cavabdeh2 satmышдыр вя hazırda мянзил sonuncunun istifadə və sahibliyindədir. Cavabdeh MTKnin sədri onun aldığı mənzili təkrarən qeyd olunan şəxslərə satan zaman mənzilin daha öncədən ona satılmasını, yəni faktiki olaraq mənzilin onun mülkiyyətində olmasını bilmiş, buna görə də mənzili təkrarən başqasına satan zaman bağlanmış müqaviləni sadəcə pul əldə etmək üçün bağlamışdır. Cavabdeh MTK müqavilə tərəfini pay sahibi etmək məqsədi güdmədən, sadəcə pul qazanmaq üçün mənzilə dair dəfələrlə müqavilə bağlamış, nəticədə bağlanmış müqavilənin mahiyyətinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan qarşı tərəfi aldatmaqla uydurma əqd bağlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)-327/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 3 ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binsında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin X19 faktiki mülkiyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bundan başqa İddiaçı2 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 5 ünvanda inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 141 saylı mənzili, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,78 kv.m olan 3 otaqlı 181 saylı mənzili, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 173 saylı mənzili üzərində onun sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək, X10, Orhan Akdoğanın, X29, X11, İddiaçı1, X20, Cavabdeh2 və X12 cavabdehlər qismində cəlb olunmasını, Cavabdeh1 MTK ilə cavabdeh X25 arasında ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 141 saylı mənzilə dair bağlanan 29 iyun 2010-cu il tarixli, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 181 saylı mənzilə dair cavabdeh Orhan Akdohanla bağlanan 18 iyun 2010-cu il tarixli, həmin mənzilə dair X37 ilə bağlanan 23 iyun 2015-ci il tarixli, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 173 saylı mənzilə dair cavabdeh X26 ilə bağlanan 13 mart 2007-ci il tarixli, cavabdeh İddiaçı1 ilə bağlanan 13 mart 2007-ci il tarixli, cavabdeh X30 ilə bağlanan 20 avqust 2009-cu il tarixli, Cavabdeh2 ilə bağlanan 29 avqust 2009-cıı il tarixli, cavabdeh X27 ilə bağlanan 29 avqust 2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh MTK ilə müqavilə şərtləri ilə bağlı razılıq əldə etdikdən sonra aralarında 13 mart 2007-ci il tarixdə bağlanmış 3 mənzilə dair ayrı-ayrı 3 müqaviləyə əsasən cavabdeh ünvan 5 ünvanında tikdiyi yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 141 saylı mənzili, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 181 saylı mənzili və 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 173 saylı mənzili onun mülkiyyətinə vermiş, o isə həmin mənzillərin tam dəyərini kooperativə ödəmişdir. Mənzillərin hər birinə görə tərəfindən cavabdehə 84040 ABŞ dolları, ümumilikdə isə 3 mənzilə görə 252120 ABŞ dolları ödənilmiş, cavabdeh həmin məbləği alması barədə müvafiq maliyyə arayışları vermişdir. Bir müddət sonra cavabdeh həmin mənzilləri ona təhvil vermək istəmədiyini bildirmiş və hətta ona qarşı həmin müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə əsassız iddia da qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, bağlanan müqavilələr və maliyyə arayışları etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2012-ci il tarixli qətnaməsi ilə məhkəmənin 02 iyun 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 sentyabr 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, beləliklə də qanuni qüvvəyə minən məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, bağlanan müqavilələr qanuni və əsaslıdır və mənzillərə görə cavabdeh tərəfə ödənişlər edilmişdir. Cavabdeh təşkilat onun həmin mənzillərə görə qanuni və əsaslı müqavilələr bağladığını, mənzillərin tam dəyərini ödədiyini bilsə də, həmin mənzilləri bu günə qədər təhvil vermək istəmir, mənzillərdə təmir işləri aparılmasına, mənzillərə sərbəst surətdə daxil olmağa maneələr yaradır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 MTK-nın digər cavabdehlərlə də həmin mənzillərlə bağlı müqavilələr bağladığı məlum olmuşdur. Belə ki, həmin binadakı ona məxsus 173 saylı mənzilə dair cavabdeh X26 ilə 13 mart 2007-ci il tarixli, cavabdeh İddiaçı1 ilə 13 mart 2007-ci il tarixli, cavabdeh X30 ilə 20 avqust 2009-cu il tarixli, Cavabdeh2 ilə 29 avqust 2009-cu il tarixli, cavabdeh X27 ilə 29 avqust 2009-cu il tarixli, 181 saylı mənzilə dair cavabdeh X37 ilə 23 iyun 2015-ci il tarixli və 141 saylı mənzilə dair cavabdeh X25 ilə 29 iyun 2010-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələr sonradan görünüş üçün bağlanmış, ona məxsus 173 saylı mənzilə dair onunla eyni gündə, yəni 13 mart 2007-ci il tarixdə X11 adına və İddiaçı1 adına da müqavilələr tərtib edilmişdir. Halbuki həmin vaxt mənzil yalnız ona satılmış, mənzilə dair başqa şəxslərlə müqavilə bağlanmamışdır. Sadəcə olaraq cavabdeh MTK mənzilləri ona təhvil verməmək üçün bu saxta müqavilələri tərtib etmişdir. 173 saylı mənzillə bağlı iki il sonra yenə eyni tarixdə, yəni 29 avqust 2009-cu ildə cavabdehlər X30, Cavabdeh2 və X12 adına 3 ayrı-ayrı müqavilənin bağlanması bir daha göstərir ki, cavabdeh MTK bu müqavilələri alıcıları aldadaraq bağlamış, onlara qarşı dələduzluq etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)-87/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 MTK tərəfindən ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 141 saylı mənzili, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,78 kv.m olan 3 otaqlı 181 saylı mənzili, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 173 saylı mənzili üzərində İddiaçı2 sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, İddiaçı2 həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi, Cavabdeh1 MTK ilə cavabdeh X25 arasında ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 141 saylı mənzilə dair bağlanmış 29 iyun 2010-cu il tarixli, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 181 saylı mənzilə dair cavabdeh Orhan Akdoğanla bağlanmış 18 iyun 2010-cu il tarixli, həmin mənzilə dair X37 ilə bağlanmış 23 iyun 2015-ci il tarixli, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 173 saylı mənzilə dair cavabdeh X26 ilə bağlanan 13 mart 2007-ci il tarixli, cavabdeh İddiaçı1 ilə bağlanmış 13 mart 2007-ci il tarixli, cavabdeh X30 ilə bağlanmış 20 avqust 2009-cu il tarixli, Cavabdeh2 ilə bağlanmış 29 avqust 2009-cu il tarixli və cavabdeh X27 ilə bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər İddiaçı1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli 2(103)- 8133/2021 saylı qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin faktiki mülkiyyətə qaytarılması tələbinə dair 2(103)-6959/2021 saylı və İddiaçı2 cavabdehlər İddiaçı1, Cavabdeh2 və qeyrilərinə qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi barədə 2(103)-8133/2021 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)-327/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, mübahisəli mənzil tərəfindən qanuni əsasla alınmış, mənzili təmir etdirərək, uzun müddətdir ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Yasamal Rayon Məhkəməsində İddiaçı2 həm İddiaçı1, həm də ona qarşı mübahisəli mənzilə dair müqavilələrin etibarsızlığı barədə iddia qaldırmışdır. Həmin işdən müəyyən edilir ki, İddiaçı2 və İddiaçı1 aid müqavilələr eyni tarixə təsadüf edir, belə olan halda həmin şəxslərdən daha öncə kiminlə müqavilənin bağlanıldığını müəyyən etmək qeyrimümkündür. Mülki Məcəllənin 452-ci maddəsinin tələbinə əsasən iddiaçının mənzilə dair ona qarşı iddia qaldırmaq hüququ aradan qalxmış, iddianı MTK-ya qarşı qaldıra bilər. Həmçinin mənzilin vicdanlı əldə edilməsi barədə qanunvericiliyin tələbləri pozulmuşdur. Daha əvvəl İddiaçı1 müqavilənin ləğv edilməsi, mənzilin ona qaytarılması barədə iddia qaldırmış, rayon məhkəməsi iddianı təmin etsə də, yuxarı instansiya məhkəmələri tərəfindən qətnamə ləğv edilərək, iddia rədd edilmişdir. İddia müddəti ilə bağlı normalar da pozulmuşdur. İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)- 87/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, mübahisəli 173 saylı mənzilin ona satılması barədə MTK ilə bağlanmış 13 mart 2007-ci il tarixli müqavilə var, həmin mənzillə bağlı Yasamal Rayon Məhkəməsinin icraatında mülki iş olmasından sonradan xəbəri olmuşdur. O həmin mənzilin Cavabdeh2 adlı şəxsə satılması barədə müqaviləni Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq mübahisələndirmiş və iddiası təmin edilmişdir, həmin iş üzrə qanuni qüvvəyə minmiş qərar qəbul edilənə qədər bu işin dayandırılmasını xahiş etmişdir. MTK-nın təsisçiləri Habil Fətəliyev və Cahangir Alışov barəsində cinayət işi başlanılmış, həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı2 tərəfindən isə mübahisəli 173 saylı mənzilin dəyərinin ödənilməsini təsdiq edən sənəd olmadığından sonuncu zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)-87/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisəli mənzili aldıqdan dərhal sonra təmir edərək mənzilə köçmüş və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin dəyərini tam ödəmiş, mülkiyyətçi də mənzili ona təhvil vermişdir, məhkəmə isə əsassız yerə həmin əqdi etibarsız hesab etmişdir. İddiaçı2 və İddiaçı1 aid müqavilələr eyni tarixə təsadüf edir, belə olan halda həmin şəxslərdən daha öncə kiminlə müqavilənin bağlanıldığını müəyyən etmək qeyri-mümkündür. Mülki Məcəllənin 452-ci maddəsinin tələbinə əsasən iddiaçının mənzilə dair ona qarşı iddia qaldırmaq hüququ aradan qalxmışdır, iddianı MTK-ya qarşı qaldıra bilər. Həmçinin mənzilin vicdanlı əldə edilməsi barədə qanunvericiliyin tələbləri pozulmuşdur. O, mənzilə dair müqavilə bağlanan anda və orada yaşadığı müddətdə mənzili özgəninkiləşdirənin, iddiaçının və digər cavabdehlərin hüquqları barədə hər hansı şübhə etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Vəkil1 və iddiaçı (cavabdeh) İddiaçı1 öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, İddiaçı2 nümayəndələri Vəkil3 və X31 isə 173 saylı mənzilə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)-87/2021 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh2 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Kollegiya əvvəla qeyd edir ki, hazırki apellyasiya baxışı zamanı Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi tam, Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi isə mübahisələndirilən ünvan 3 ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilə aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)-327/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)-87/2021 saylı qətnaməsindən cavabdehlər İddiaçı1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, həmin qətnamə qismən - Cavabdeh1 MTKya məxsus binanın 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilə aid hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, mübahisəli Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 2-ci girişinin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 152.8 kv.m olan 173 saylı mənzillə bağlı aşağıdakı müqavilələr bağlanmışdır: - 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən mənzil MTK-nın direktoru X18 tərəfindən alıcı X2, sonuncu tərəfindən mənzilin pay dəyəri olan 76400 manat isə tam ödənilmişdir. - 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən mənzilin pay dəyəri olan 76400 manat alıcı İddiaçı1 tərəfindən ödənilmiş və MTK-ya borcu qalmamışdır. - 29 avqust 2009-cu il tarixli müqavilələrə və maliyyə arayışlarına əsasən mənzil MTK-nin direktoru X18 tərəfindən əvvəlcə alıcı X17 55008 manata, daha sonra həmin tarixli müqavilə üzrə X22 55008 manata, daha sonra isə eyni tarixli müqavilə ilə Cavabdeh2 satılmış, sonuncu tərəfindən də mənzilin pay dəyəri olan 55008 manat tam ödənilmişdir. - 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən MTK mənzili alıcı İddiaçı2 verməyi, alıcı isə həmin mənzilin haqqını vaxtında Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. 13 mart 2007-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin 65704 ABŞ dolları pay haqqı alıcı tərəfindən ödənilmişdir. 07 avqust 2013-cü il tarixdə X18 tərəfindən verilmiş ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən ona, yəni MTK-ya məxsus yeni tikilmiş yaşayış binasında ümumi sahəsi 152.8 kv.m olan 173 saylı mənzili İddiaçı1 satmışdır, hal-hazırda həmin mənzilə görə heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. 13 avqust 2013-cü il tarixdə X18 tərəfindən verilmiş ərizədən görünür ki, o, 76400 manat məbləğində pulu Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi ev 11 mənzil 15-də yaşayan X7 almış, bununla bağlı gələcəkdə ona qarşı heç zaman iddiasının olmayacağını, əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. X26 tərəfindən verilmiş 03 fevral 2016-ci il tarixli ərizədə göstərilmişdir ki, o, Cavabdeh1 MTK-dan 13 mart 2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə ilə Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-nın tikilməkdə olan binasındakı 3 otaqlı ümumi sahəsi 152,8 kv.m olan 173 nömrəli mənzili almış, bundan sonra həmin mənzili İddiaçı1 satmışdır. Kommunal xidmətlər – “Azəriqaz” İB, “Azərişıq” ASJ və “Azərsu” ASJ tərəfindən verilmiş vəkil sorğusuna cavablardan görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 173 saylı mənzilində vətəndaş Heybətova (Ağaverdiyeva) Firuzə Abuzər qızı ilə müvafiq müqavilələr bağlanmış və mənzilə sayğaclar quraşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın 22 yanvar 2020-ci il tarixli 2(102)-491/2020 saylı qərarından məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2(001)-3722/2018 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddiası təmin edilərək MTK ilə Cavabdeh2 arasında ünvan 3-də yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 2-ci girişi, 8-ci mərtəbəsində yerləşən üç otaqlı, ümumi sahəsi 152.80 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin İddiaçı1 faktiki mülkiyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni müqavilənin ləğv edilməsi hissəsində ləğv edilmiş, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə aktlarına görə İddiaçı1 həmin müqavilə üzrə tərəf olmadığından onun göstərilən müqavilənin ləğv edilməsini tələb etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli 2(102)-6360/2016 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(004)-1040/2016 saylı qətnaməsinə əsasən iddiaçı X11 cavabdehlər Cavabdeh1 MTK-ya və X8 qarşı pul tələbinə dair iddiasıqismən təmin edilərək, X5 X11 xeyrinə vurulmuş zərərin əvəzi olaraq 76400 manat, həmin məbləğdə bir il müddətində illik 5 faizlə hesablanaraq 3820 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 80250 manat məbləğində pulun tutulması qət edilmiş, digər hissədə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2016-cı il tarixli 2(103)-4735/2016 saylı qətnaməsi ilə cavabdeh Cahangir Alışov tərəfindən verilən apellyasiya şikayəti, daha sonra isə həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli 2(001)- 2180/2016 saylı qətnaməsinə əsasən, iddiaçı X11 cavabdeh X8 qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X5 yetirilmiş mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun tutularaq iddiaçı X16 ödənilməsi, X6 üzərinə X7 yazılı qaydada üzr istəməsi vəzifəsinin qoyulması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli 2(004)-2267/10 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər İddiaçı2 və X23 qarşı yaşayış binasında mənzil tikintisi haqqına müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi haqqında iddiası təmin edilərək, sadalanan müqavilələr və maliyyə arayışlarının etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2012-ci il tarixli 2(103)-195/2012 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli 2(004)-2267/10 saylı qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia tələbinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 sentyabr 2012-ci il tarixli 2(102)-2743/2012 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2012-ci il tarixli 2(103)-195/2012 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(004)- 411/2020 nömrəli sorğusuna Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 1(101)-69/2020 saylı cavab məktubundan müəyyən olunur ki, X18 01 avqust 2005-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh1 MTK-nın 15 yanvar 2007-ci ildən 11 mart 2011-ci il tarixədək rəsmi qaydada, sonuncu tarixdən 15 may 2017-ci ilədək faktiki olaraq və 15 may 2017-ci ildən yenidən rəsmi qaydada sədri vəzifəsində işləməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu qeyriləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin MTK tərəfindən ünvan 3 ünvanında 2006-cı ilin oktyabr ayından inşasına başlanılmış 2 girişli 16 mərtəbəli binadan “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və pul vəsaitlərinin ödənilməsi haqqında maliyyə arayışlarına əsasən ayrı-ayrı şəxslərə satılmış, dəyəri ödənilmiş mənzilləri ilkin alıcılarının məlumatı olmadan yenidən başqa şəxslərə sataraq onlardan müxtəlif məbləğlərdə pul qəbul edib adlarına rəsmiləşdirməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərin əmlakını ələ keçirmək məqsədilə, 2010-cu ilin əvvəlindən faktiki olaraq kooperativin səlahiyyətli nümayəndəsi, qeyd edilən mənzillərin faktiki satışını həyata keçirən vəzifəli şəxs olan X28 və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, təkrar satışlar üzrə mənzillərin guya alıcılara MTK tərəfindən ilkin olaraq, yaxud əvvəlki alıcıların adından satılması haqqında özü və qeyrilərinin köməkçiliyi ilə yalan vədlər verib, bir sıra hallarda qabaqcadan əlbir olduğu X43, X34 və qeyrilərini qəsdən mənzil alıcılarına qanunsuz satılan mənzillərin əvvəlki sahibləri kimi təqdim edib aldatmaqla, kooperativin inşa etdiyi binanın həyətində yerləşən ofisində rəsmi sənəd olan müqavilə və maliyyə arayışlarının məzmununa mənzillərin alıcılara qanuni əsaslarla satılması barədə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib, kooperativin dairəvi möhürü ilə sənədlərin qanuni şəkildə təsdiq edilməsi görüntüsü yaratmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı saxta möhürlə təsdiq etməklə şəxsən və ya qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə vəzifə saxtakarlığı edərək, bir sıra hallarda mənzili təkrar satdığı şəxsləri inandırmaq üçün onların həmin mənzilə qəsdən köçürülməsini təmin edib, mənzilin ilkin alıcıları olan qanuni sahiblərini faktiki olaraq əmlak hüquqlarından məhrum edərək, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, MTK tərəfindən inşa olunan həmin binadan 3 otaqlı, 152,8 kv.m sahəli 173 nömrəli mənzili 13 mart 2007-ci il tarixli müqavilə ilə X3 və mənzilin dəyəri tam ödənildiyi halda, 2009-cu ilin avqust ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını X13 yalandan bildirib, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, sonuncunun arvadı X12 adına rəsmiləşdirilmiş 29 avqust 2009-cu il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Vaqif Zeynalova satılması adı ilə ondan həmin tarixdə binanın həyətində 55000 manatı alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, bundan başqa, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, cinayətdən xəbərsiz olan Vaqif Zeynalovun özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə Cavabdeh2 satmasına şərait yaradaraq, sonuncunun adından və onun pul vəsaitinə mənzili almaq məqsədilə müraciət etmiş X22 mənzilin digər sahibinin olmamasını, tam qanuni əsasla satılmasını yalandan bildirib, Oktay Abdullayev tərəfindən Vaqif Zeynalova 52000 manat ödənilməklə və sənədlərin rəsmiləşdirilməsi xərcləri adı ilə əlavə olaraq 3000 manat aldatmaqla alaraq, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Oktay Abdullayevin adına rəsmiləşdirilməklə tarixi “29 avqust 2009-cu il" kimi göstərilmiş saxta müqavilə və maliyyə arayışını təqdim edərək, 2016-2017-ci illərdə isə sənədləşdirmə üçün zəruri xərclərin ödənilməsi adı ilə Cavabdeh2 Oktay Abdullayevə göndərdiyi əlavə olaraq 3000 manat pulu sonuncudan şəxsən alıb və mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, tarixi “29 avqust 2009-cu il” kimi göstərilmiş saxta müqavilə və maliyyə arayışını təqdim edib, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Cavabdeh2 cəmi 58000 manat vəsaitini - özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, həmçinin cinayət əməlini müəyyən müddətdə gizlətmək məqsədilə mənzili sonuncuya təhvil verib, mənzilin ilkin alıcısı Zamiq Hüseynovun həmin mənzili 2009-cu ilin noyabr ayında 76400 manata satdığı İddiaçı1 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə isə Cavabdeh1 MTK-nın inşa etdiyi binada qanuni sahibləri olan 109 mənzili saxta müqavilə və maliyyə arayışları əsasında 123 nəfərə yenidən sataraq həmin şəxslərə məxsus ümumilikdə 5974361,85 manat (beş milyon doqquz yüz yetmiş dörd min üç yüz altmış bir manat 85 qəpik) məbləğdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməklə, cəmi 29 fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərini törətmişdir. Qeyd olunan mənzilin müxtəlif şəxslərə satılması ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı1 17 yanvar 2018-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində, Cavabdeh2 07 dekabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində, X24 08 dekabr 2018ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı2, Əhmədov Ruzigar və Akdoğan Orhan oğlu adlı şəxslər cinayət işi üzrə hər hansı formada iştirak etməmiş, X32 isə ibtidai istintaq zamanı şahid qismində dindirilmişdir. Jinayət işinin ibtidai istintaqı zamanı İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınması haqqında 17 yanvar 2018-ci il tarixli qərardan müəyyən olunur ki, onun həmin statusda istintaqa jəlb olunmasının səbəbi 173 saylı mənzil ona satılmasına baxmayaraq, MTK tərəfindən sonralar da başqa şəxslərə satılaraq İddiaçı1 maddi zərər vurulması olmuşdur. Cavabdeh2 və X9 zərərçəkmiş şəxs qismində tanınmaları haqqında, müvafiq olaraq 07 dekabr 2018-ci il və 08 dekabr 2018-ci il tarixli qərarlardan isə görünür ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu X42 küçəsi, 5 ünvanında inşa etdiyi çoxmərtəbəli binadan çoxlu sayda mənzillər 2007-2017-ci illərdə müqavilələr və pulun ödənilməsi haqqında maliyyə arayışları ilə təkrarən ayrı-ayrı şəxslərə satılmışdır. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan binadan qanuni sahibi olan 3 otaqlı 152,8 kv.m sahəli 173 saylı mənzil 2012-ci ildə tarixi “29 avqust 2009-cu il” kimi göstərilmiş saxta müqavilə əsasında Cavabdeh2 satılması adı ilə onun cəmi 58000 manat, X12 adına rəsmiləşdirilmiş 29 avqust 2009-cu il tarixli müqavilə əsasında isə X1 adı ilə onun 55000 manat pulu talanmışdır. Beləliklə müəyyən edilmişdir ki, mübahisəli 173 saylı mənzil 13 mart 2007-ci il tarixli müqavilə əsasında MTK tərəfindən Zamiq Hüseynova satılmış və onun tərəfindən dəyəri tam ödənilmişdir, daha sonra 2009-cu ildə sonuncu həmin mənzili İddiaçı1 satmış, sonuncu tərəfindən mənzilin dəyəri tam ödənilmiş, İddiaçı1yla müqavilə elə Zamiq Hüseynovla bağlanmış tarixə (13.03.2007-ci il) bağlanılmışdır. Bundan başqa həmin mənzil 2009-cu ildə X12 adına rəsmiləşdirilməklə Vaqif Zeynalova, həmçinin X4, Vaqif Zeynalovun özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə 29 avqust 2009-cu il tarixli müqavilə əsasında Cavabdeh2 satmışdır. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, mübahisəli mənzil ilk dəfə Zamiq Hüseynova satılmış, onun tərəfindən isə İddiaçı1 satılmışdır (MTK-nın direktoru verdiyi ərizədə bu halı özü də təsdiq etmişdir). Daha sonra Zamiq Hüseynov və İddiaçı1 ilə bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən 29 avqust 2009-cu ildə X17, sonradan eyni tarixli sənədlərlə X22 və sonra Cavabdeh2 satılmışdır. Qeyd olunan hallar aparılmış istintaqla da müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 və Vaqif Zeynalovun zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarlarda mübahisəli mənzil qanuni sahibi olan mənzil kimi (İddiaçı1 nəzərdə tutulmuşdur) qeyd edilərək, onlara satılması adı ilə sonuncuların pulunun talanması göstərilmişdir. Buradan da müəyyən edilir ki, mübahisəli mənzil Cavabdeh2 və Vaqif Zeynalovdan əvvəl İddiaçı1 satılmış, sonuncu ilə bağlanmış müqavilə ləğv və ya etibarsız hesab edilmədən 29 avqust 2009-cu ildə X17, sonradan eyni tarixli sənədlərlə X22 və sonra isə Cavabdeh2 satılmışdır. Hazırkı işin tərəfləri arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ” Mülki Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli mənzil İddiaçı1 məxsus olmuşdur və onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxslər arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilələr bağlana bilməzdi. Binəqədi Rayon Məhkəməsi Cavabdeh1 MTK-nın faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə bağladığı müqaviləni etibarsız (əhəmiyyətsiz) hesab etməkdə haqlı olmuşdur. Bundan başqa, kollegiya hesab edir ki, Binəqədi Rayon Məhkəməsi iddianın “Cavabdeh2 mübahisəli mənzildən çıxarılması və mənzilin İddiaçı1 faktiki mülkiyyətinə qaytarılması” hissəsində də düzgün nəticəyə gəlmişdir, belə ki, Cavabdeh2 mübahisəli mənzil üzərindəki sahibliyi qanunsuzdur, Mülki Məcəlləsinin 157-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinə dair Kollegiya qeyd edir ki, Cavabdeh2 münasibətdə həmin normanı tətbiq etməklə iddianı rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Hazırkı işin hallarından da müəyyən olunduğu kimi, dəyəri ödənilməklə mübahisəli mənzilə dair ilkin olaraq müqavilə Zamiq Hüseynovla bağlanmış, o isə İddiaçı1 satmış və həmin müqavilələrə əsasən MTK mənzili inşa edərək sonunjuya təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin, MTK müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam icra etməmiş, mənzillər istismara qəbul edilməmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmamışdır. Mənzil Məcəlləsinin 16-cı maddəsinə görə yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Qeyd olunanlarla yanaşı, Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, hazırkı mülki işin faktiki halları baxımından da MM-in 452.1-ci maddəsinin tətbiqi düzgün hesab oluna bilməz. Çünki, MM-in istinad olunan 452.1-ci maddəsinin təhlilindən aydın olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən əşyalardan, yəni əşyanın özünün verilməsi ilə həmin əşyaya mülkiyyətin də eyni vaxtda verilməsindən bəhs edilir (məsələn: şəxs öz tikiş maşınını bir nəfərə satmış, lakin həmin əşyanı alıcıya verənədək onu başqa birisinə də satmış və əşyanı da sonuncunun mülkiyyətinə vermişdir. Hazırki misalda sonrakı alıcı həmin əşyanı mülkiyyət hüququ üzrə əldə etmişdir və bu səbəbdən də ilkin alıcı, MM-in 452.1-ci maddəsinin ikinci cümləsinin mənasına görə, satıcıdan, yəni borcludan əşyanın ona verilməsini tələb edə bilməz. O, bunun əvəzində, MM-in 452.2-ci maddəsinə əsasən borcludan yalnız zərərin əvəzinin ödənilməsini tələb edə bilər). Başqa sözlə, daşınmaz əşyalar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların özgəninkiləşdirilməsi zamanı alqı-satqı müqaviləsinə əsasən alıjının əmlak barəsində yalnız sahiblik və istfadə hüquqları yaranır, səranjam hüququ isə müqavilənin dövlət qeydiyyatından sonra əmələ gəlir, yəni mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatı ilə bağlı olur, rəsmi reyestrdə qeydə alınması tələb olunmayan istənilən daşınar əşyalar barəsində isə belə qaydaya riayət edilməsi tələb olunmur, yəni əşyanın əldə edilməsi ilə eyni vaxtda həmin əşyaya mülkiyyət hüququ da əldə edənə keçir. Bununla da müəyyən olunur ki, iddiaçının mübahisəli mənzili MTK-dan tələb etməsi üçün hər hansı qadağa mövcud deyildir, yəni həmin mənzil cavabdehin adına qeydə alınmamışdır və müvafiq olaraq onun mülkiyyətində deyildir. Başqa sözlə, cavabdehə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş zəruri dispozitiv şərt (bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır) müəyyən edilmir. Bu kateqoriyadan olan işlərə baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də nəzərə alınmalıdır, çünki həmin mövqe işə baxan məhkəmələr üçün məjburidir. Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 mart 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir... Göründüyü kimi, satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir... Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə "xxxx" MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz "xxxx" MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır.” Göründüyü kimi, Konstitusiya baxışının predmeti olmuş mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzil bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından gedir və Konstitusiya Məhkəməsi işə baxmış məhkəmələr tərəfindən Mülki Məjəllənin 452.1-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzilin dəyəri ilkin alıjı tərəfindən ödənildikdən sonra həmin alıjı əmlaka (mənzilə) sahiblik və istifadə etmək hüququnu əldə edir və belə olan halda, MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni sonradan mənzilə dair başqa şəxslə alqı-satqı müqaviləsi bağlaması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Göründüyü kimi, MTK tərəfindən mənzil artıq İddiaçı1 satıldığı üçün digər şəxslərə satıla bilməzdi, Mülki Məjəllənin 452.1-ci maddənin hazırki halda cavabdehə münasibətdə tətbiq edilməsi yolverilməzdir. Baxılan iş üzrə Cavabdeh2 452.1-ci maddəyə istinad edərək, apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Binəqədi Rayon Məhkəməsi İddiaçı1 iddiasını təmin etməkdə haqlı olmuşdur. Cavabdeh2 iddia müddəti ilə bağlı dəlilinə münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əvvəla qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Bu kateqoriya işlərdə müddətin axımının başlanma anı məhz əhəmiyyətsiz əqdin icrasına başlanması anı ilə müəyyən olunur. Bu müddətin axımı subyektiv faktorla (maraqlı şəxsin hüquqlarının pozulduğunu bildiyi vaxtla) yox, əqdin icrasına başlanmasını xarakterizə edən obyektiv hallarla bağlıdır. Belə hüquqi tənzimləmə onunla bağlıdır ki, bu əqdlər, məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıb-sayılmamasından asılı olmayaraq, əhəmiyyətsizdir və əqdin tərəfləri və üçüncü şəxslər üçün heç bir hüquqi nəticə doğurmur. Deməli, nə qədər ki, iddianın verilməsi hüququ əhəmiyyətsiz əqdin icrasının nəticələrinin əmələ gəlməsi ilə bağlıdır və bu nəticələrin aradan qaldırılması məqsədini güdür, deməli məhkəmə müdafiəsi üçün müddətin əvvəli də məhz belə əqdin icrasına başlandığı anla bağlıdır. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət, yəni icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Buradan da belə aydın olur ki, iddiaçının hüququnu MTK ilə Cavabdeh2 arasında bağlanmış əqd yox, əqdin icrası pozur. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (iddia müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi, əmlakın təhvil verilməsi və s.) gündən başlanır. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılmasına ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən mənzil) əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz. Hazırkı iş üzrə isə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan mənzilin alğısatqısına dair bağlanmışdır, odur ki, iddia müddətilə bağlı cavabdehin dəlilləri əsassızdır. Nəhayət, Cavabdeh2 Mülki Məjəllənin 182.1-ci maddəsinə istinad etməklə vijdanlı əldə edən olması barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, həmin norma daşınar əşyalarla bağlı vijdanlılığı şərtləndirir. Hazırkı halda Cavabdeh2 vijdanlı əldə edən olmasından söhbət gedə bilməz. Digər iş üzrə isə müəyyən olunur ki, 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən MTK mənzili alıcı İddiaçı2 verməyi, alıcı isə həmin mənzilin haqqını vaxtında Cavabdeh1 MTKya ödəməyi öhdəsinə götürmüşdür. 13 mart 2007-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, mənzilin 65704 ABŞ dolları pay haqqı alıcı tərəfindən ödənilmişdir. İddiaçı2 173 saylı mənzilə aid hissədə tələbinə münasibətdə Kollegiya qeyd edir ki, artıq yuxarıda müəyyən edildiyi kimi, mübahisəli mənzil birinci Zamiq Hüseynova satılmış, onun tərəfindən də İddiaçı1 satılmışdır. İddiaçı2la eyni tarixli müqavilə bağlansa da, hazırki mübahisədən məlumatlı olmasına baxmayaraq, o, istintaq orqanına müraciət etməmişdir (düzdür, bu hal onun müqaviləsini şübhə altına almağa əsas vermir). Nətijədə eyni mənzil barəsində eyni tarixli iki müqavilə mövjuddur və belə olan halda həmin müqavilələrdən hansının daha əvvəl bağlanmasını müəyyən etmək mümkün deyildir. Kollegiya hesab edir ki, belə vəziyyətdə hazırki mübahisə Mülki Məjəlləsinin 452.1-ci maddəsinin müəyyən etdiyi qaydada (verilməmiş əmlak barəsində öhdəliyin hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlməsinin müəyyən edilmədiyi halında üstünlük daha əvvəl iddia irəli sürən kreditorundur) həll edilməlidir. Göründüyü kimi, göstərilən qaydanın şərtləri nəzərə alındıqda müəyyən olunur ki, iddia İddiaçı1 tərəfindən daha əvvəl qaldırıldığından, üstünlük də məhz ona verilməlidir. Ona görə də Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi qismən - 173 saylı mənzil üzərində İddiaçı2 sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi və onun həmin mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi, habelə 173 saylı mənzilə dair cavabdeh X26 ilə bağlanmış 13 mart 2007-ci il tarixli, cavabdeh İddiaçı1 ilə bağlanmış 13 mart 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli və həmin hissələrdə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-87/2021 saylı iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-87/2021 saylı iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 MTK tərəfindən ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, 173 saylı mənzili üzərində İddiaçı2 sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi və İddiaçı2 həmin mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmirtamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi; Cavabdeh1 MTK ilə binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, 173 saylı mənzilə dair cavabdeh X26 ilə bağlanılan 13 mart 2007-ci il tarixli, cavabdeh İddiaçı1 ilə bağlanılmış 13 mart 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin və həmin hissələrdə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verdildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar