Məhkəmə qərarları › İş №2(103)-3211/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3211/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3211/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4843/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşı “girov qoyulmuş qızıl-zinyət əşyasının satılması barədə protokolun ləğv edilməsi, kredit məbləğinin girov predmetinə yönəldilməsi və sair tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xx.xx.2016cı il tarixli, 08522 saylı istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin, həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinyət əşyasının xx.xx.2019-cu il tarixli qızıl-zinyət əşyasının satılması barədə protokolun ləğv edilməsi, kredit məbləğinin girov predmetinə yönəldilməsi və əldə edilmiş vəsait hesabına kredit müqaviləsinə əsasən borcun ödənilməsinin təmin edilməsi və girov predmetinin yerdə qalan hissəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “xxxx” MMC arasında xx.xx.2016-cı il tarixli, 08522 saylı 30 ay müddətinə 29 %-lik 20277 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanılmışdır. Əvvəllər kredit ödənişlərini həyata keçirsədə, sonradan ticarətdə geriləmələrin nəticəsində kreditin ödənilməsində gecikmələr baş vermişdir. Cavabdeh ona qarşı “cavabdehdən kredit məbləğinin tutularaq iddiaçıya ödənilməsi və məbləğ ödənilmədikdə girov predmetinə yönəldilməsi tələbinə dair” məhkəmədə iddia qaldırmış. Şirvan Şəhər Məhkəməsinin 2(032)95/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və 23.706,51 ABŞ dolları məbləğində manat hesabı ilə pul vəsaitinin tutulması, tutmanın girov qoyulmuş çəkisi 284,9 qr. olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinyət əşyalarına yönəldilməsi barədə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Şirvan şəhər İcra və Probasiya Şöbəsi xx.xx.2019-cu il tarixdə “Qiymətləndiricinin dəvət edilməsi” haqqında qərar qəbul edərək “xxxx” MMC-yə göndərmiş və göstərilən qızıl-zinyət əşyaları 38.112 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən Şirvan şəhər İcra və Probasiya Şöbəsinə məktubla müraciət edilərək qızıl-zinyət əşyalarının borcun əvəzində qəbul etdiyini bildirərək icra vərəqəsinə xitam verilməsini xahiş etmişdir. İcra vərəqəsinə xitam verilməsinin səbəbi kimi cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə girov qoyulmuş çəkisi 284,9 qr olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinyət əşyalarının satışa çıxartmaq olmuşdur. Belə ki, çəkisi 284,9 qr. olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinyət əşyalarının bir qismi 18.057,6 manata alıcı X6 və digər qismi 20.054,4 manata X1. Şirvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən icra vərəqəsinə xitam verilmişdir. Şirvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından Şirvan Şəhər Məhkəməsinə şikayət ərizəsi vermiş, məhkəmənin 2 (032)-95/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilmiş və Şirvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və icra vərəqəsi icra edilməsi üçün yenidən Şirvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şirvan şəhər məhkəməsinin həmim qərardadından apelyasiya şikayəti verilmiş, lakin Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-3076/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 2 (032)-95/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. X5 Məhkəməsi Şirvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Lətifov barəsində “İcra haqqında” Qanunun tələblərinin pozulmasına yol verdiyi üçün barəsində tədbirlər görülməsi üçün Şirvan Regional Ədliyyə İdarəsinə təqdimat göndərilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə girov qoyulmuş çəkisi 284,9 qr olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinyət əşyalarını satışa çıxarmamışdan öncə, əslində isə qızıl-zinyət əşyaları olan 2 ədəd 15 qr mərziyyə (Avstraliya istehsallı), 1 ədəd 8.6 qr 7 ədəd qızıl onluq, 1 ədəd 6.6 qr böyük imperial, 2 ədəd 4.4 qr qızıl beşlik, İtaliya istehsallı 750 əyyarlı 2 kq briliyant sırğa klon, İtaliya istehsallı 750 əyyarlı 3 kr briliyant badam sırğa, İtaliya istehsallı 750 əyyarlı 1 kr briliyant paxlava üzük, Rusiya istehsallı 583 əyyarlı 2.5 kr briliyant kişi üzük, Rusiya istehsal 583 əyyar 2.5 kr briliyant paxlava üzük, Rusiya istehsallı 583 əyyarlı 0,5 kr briliyant yarpaq sırğa və Rusiya istehsallı 583 əyyarlı 0.1 kr briliyant gül sırğa onun razılığı əsasında hərraca çıxarılmalı idi. Həmçinin həmin qızıl-zinyət əşyalarının bir qismi 18.057,6 manat dəyərində alıcı Əşrəf Əşrəfova və digər qismi 20.054,4 manata alıcı Emin Məmmədova satılarkən 2 ədəd 15 qr mərziyyə (Avstraliya istehsallı), 1 ədəd 8.6 qr 7 ədəd qızıl onluq, 1 ədəd 6.6 qr böyük imperial, 2 ədəd 4.4 qr qızıl beşlik, İtaliya istehsalh 750 əyyar 2 kr briliyant sırğa klon, İtaliya istehsalh 750 əyyarlı 3 kr briliyant badam sırğa, İtaliya istehsallı 750 əyyarlı 1 kr briliyant paxlava üzüyün qramlarının və Rusiya istehsallı 583 əyyarlı 2.5 kr briliyant kişi üzük, Rusiya istehsalh 583 əyyarlı 2.5 kr briliyant paxlava üzük, Rusiya istehsallı 583 əyyarlı 0,5 kr briliyant yarpaq sırğa və Rusiya istehsallı 583 əyyarlı 0.1 kr briliyant gül sırğanın qramlarının neçiyə satılması barədə akt tərtib edilməli idi və həmin aktda alan və satan tərəflər imza atmaqla qeyd edilən qızıl-zinyət əşyalarının alış və satışlarını təsdiq etməli idilər. Lakin, bu cür aktın tərtib edilməməsi həmin qızıl-zinyət əşyalarının qramlarının neçiyə satılmasını müəyyən etmək mümkün olmadığından, onların necə dəyərləndirilib satılması əsaslı şübhə yaradır. Belə ki, cavabdehlə alıcılar arasında əyyarları və çəkiləri qeyd edilən, lakin həmin qızıl-zinyət əşyalarının adları və üzərində hansı qaşlarının olmasının göstərilməməsi və ən əsası 750 əyyarlı qızıl-zinyət əşyalrının və 583 əyyarlı qızıl-zinyət əşyalarının qramlarının neçiyə dəyərləndirilməsi barədə heç bir qeydiyyat aparılmaması ondan xəbər verir ki, mülki qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Belə olan halda qanunvericilik iddiaçının qeyd edilən hallar barədə cavabdehdən açıqlama istəməsinin zəruriliyinə əsas verir. Bu səbəbdən də həmin qızılzinyət əşyalarının hərraca çıxarılarkən iddiaçının iştirakı təmin edilmədən satılması və bu barədə onu məlumatlandırılmaması, iddiaçının hüququnun pozulması deməkdir. Qeyd edilənlərə əsasən o, cavabdehə xx.xx.2020-ci il tarixdə yuxarıda göstərilən hallarla bağlı məktubla müraciət etmişdir. Cavabdeh isə məktubunda qeyd edilən suallardan kənara çıxmaqla formal mülahizə xarakterli sözlərlə cavablandırmaqla kifayətlənmişdir. Cavabdehin bu cür addım atmasının məqsədi kredit müqaviləsindən irəli gələn kredit məbləğinin iddiaçı tərəfindən ödəniş edə bilmədiyinə görə məbləğin faiz dərəcəsinin süni artırılması nəticəsində girov məbləğinə yönəltməklə girov qoyulmuş qızıl-zinyət əşyasını mənimsəməkdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4843/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “xx.xx.2016-cı il tarixli, 08522 saylı istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin, həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinyət əşyasının xx.xx.2019-cu il tarixli qızıl-zinyət əşyasının satılması barədə protokolun ləğv edilməsi, kredit məbləğinin girov predmetinə yönəldilməsi və əldə edilmiş vəsait hesabına kredit müqaviləsinə əsasən borcun ödənilməsinin təmin edilməsi və girov predmetinin yerdə qalan hissəsinin iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4843/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi aşağıda qeyd edilmiş əsaslara görə qanunsuzdur, bu səbəbdən də ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları təhrif edərək iddianın təmin edilməsi üçün lazımi formada qətnamədə qeyd edib. Baxmayaraq ki, qanunvericilikdə belə münasibətləri tənzimləyən hüquq normaları mövcuddur, hakim mübahisə üzrə tərəflər arasında yaranan mübahisəni öz qanunsuz mülahizəsi əsasında qətnamə qəbul edib. İşə baxan birinci instansiya məhkəməsi bütün bu qeyd olunan xüsusalları nəzərə almamış və ümumiyyətlə araşdırma aparmamışdır. Bununla da məhkəmə, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4843/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh “xxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi X4 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4843/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etsə də, xəstəliyi ilə bağlı məhkəmə kollegiyasına hər-hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdı və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh təşkilatın nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Şirvan Şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixli 08522-G saylı kredit müqaviləsi üzrə 17.823,79 ABŞ dolları əsas borc, 5.832,72 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 23.706,51 ABŞ dollarının qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-nin xeyrinə tutulması, tələbin girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, cavabdeh İddiaçı ekspertiza xərci olan 170 manat pulun dövlət nəfinə ödənilməsi, iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsinə çəkisi 190,3 qram olan 585 əyarlı qızıl-zinət əşyalarının, çəkisi 284,9 qram olan 583 əyarlı qızıl-zinət əşyalarının və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarının qiymətləndirilərək hərracda satılmasına dair, satılmış əşyalardan əldə olunan həmin vəsaitin borc əvəzi ödənilməsinə, həmçinin girov əmlak borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun cavabdehin digər əmlakları hesabına iddiaçı “xxxx” MMC-nə ödənilməsi hissəsində iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan, Şirvan Apelyasiya Məhkəməsinin 2 (106)-442/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı, xx xxxxxx 2018-cı il tarixli qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilməmişdir. İş materiallarında olan, 08522-G saylı, xx xxxxxx 2016-cı il tarixli “xxxx” MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirmə və təhvil-təslim Aktının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 750 əyar üzrə hər biri 28,5 və 27,5 qram olmaqla cəmi 56,0 qram 2 komplekt qarnituru almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərilən hallarla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4843/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4843/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar