Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-322/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-641/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2022-ci il tarixli, AR-İİ seriyalı, 805332 saylı etibarnamədən görünür ki, X5 Nicat Abbas oğluna Bakı şəhəri Biləcəri Bələdiyyəsi xx.xx.2016-cı il tarixli, 89 №-li qərarına əsasən ona ayrılmış Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən torpaq sahəsini müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra özəlləşdirməyi, çıxarış almağı və s. səlahiyyətləri etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilmişdir.
2. X15 ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixinədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin 89 saylı, xx.xx.2016-cı il tarixdə verilmiş qərarına əsasən satıcı X4 qəsəbə bələdiyyəsi ərazisində ayrılmış 3680 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsini və üzərindəki tikilini özəlləşdirməyi, həbsdə və girovdan olmaması barədə arayışı aldıqdan sonra alıcı Cavabdeh 80.000 manata satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək, bu müqaviləni bağlamışlar. Müqavilənin 3-cü bəndinə əsasən X3 torpaq sahəsini və üzərindəki tikilini 80.000 manata qiymətləndirir və alıcı Cavabdeh isə torpaq sahəsini və üzərindəki tikilini gələcəkdə 80.000 manata almağı öhdəsinə götürür. Cavabdeh 76.000 manatı notariusun depozit hesabı vasitəsilə ödədi, satıcı isə həmin məbləği aldı. Qalan 4.000 manat pul vəsaitini 1 ay ərzində ödəməyi öhdəsinə götürür.
3. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 84 saylı qərarının surətindən görünür ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 716 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə X6 adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sənədləşdirilmiş 6000 kv.metr torpaq sahəsindən daha sonra həmin bələdiyyənin 89 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə X6 adına qalan 3680 kv.m torpaq sahəsindən 3480 kv.m torpaq sahəsi öz adında qalmaqla, 200 kv.m torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh adına sənədləşdirilmişdir.
4. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandosunun əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi-1) Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft yeraltı keçən hissəsinin 2-ci sırada, kəmərdən təqribən 38 metr aralı məsafədə, vətəndaş X9 aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, hal-hazırda içərisində yaşayış olmayan evin həyətyanı sahəsində, mövcud hasarın üzərində 8 metr enində, 18 metr uzunluğunda və 60 sm hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu ev sahibinə izah olunaraq, sökülməsi tələb edilmiş, lakin o, edilən xəbərdarlığa məhəl qoymayaraq, sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə yazılı xəbərdarlıq verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı SOCAR-ın İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istisamrında olan Binəqədi-Bakı Dş 200 mm-lik yerüstü neft kəmərinin yeraltı keçən hissəsinin 3.7-ci km-də, 39 T 0398997; ******* saylı koordinat üzrə, kəmərə paralel və perpendikulyar olmaqla, 2-ci sırada, kəmərdən 38 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov ünvanında cavabdeh X16 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istisamrında olan Binəqədi-Bakı Dş 200 mm-lik yerüstü neft kəmərinin yeraltı keçən hissəsinin 3.7-ci km-də, 39 T 0398997; ******* saylı koordinat üzrə, kəmərə paralel və perpendikulyar olmaqla, 2-ci sırada, kəmərdən 38 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov, ünvanında cavabdeh X16 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilsi faktları aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh X16 əsl Cavabdeh ilə əvəz edilmişdir.
8. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə vəsatət və iddiaya etiraz ünvanlamış, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslanıdırılmışdır ki, iddia tələbində qeyd olunmuş ünvanda olan tikili 2011-ci il tarixdən etibarən mövcud olmuşdur. Bu işə əlavə olunan "X20 va Mekanik LTD" MMC tərəfindən tərtib olunmuş Eskiz Layihədəndə (əlavə olunur) görünür. Yəni həmin ünvanda hər hansısa bir yeni tikinti işi aparılmamışdır. Sadəcə olaraq xx.xx.2022-ci il tarixdə, Cavabdeh ilə 89 nömrəli xx.xx.2016-cı il tarixli bələdiyyə qərarı (əlavə olunur) əsasında sahiblik hüququna malik olan X15 arasında ilkin alqı-satqı müqaviləsi (əlavə olunur) həyata keçirilmişdir. Həmin tarixdə ev alındıqdan sonra isə hasarın hündürlüyünün aşağı olduğu və kənar yoldan həyətin içərisinin görünməsi səbəbindən 40 sm hündürlüyündə yuxarıya qaldırılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən qeyd olunur ki, hasarların hündürlüyü 2 metr 20 sm qədər qaldırıla bilər. Yani bu hissədə hər hansısa bir qanun pozuntusuna yol verilməmişdir. İddia tələbinə münasibətdə bildirir ki, iddiaçı tərəfin irəli sürdüyü iddia tələbini tam qanunsuz hesab edir çünki, maddi hüquq pozuntusuna yol verilmişdir. Belə ki, Mülki Məcəllənin 372.1- ci maddəsində qeyd olunur ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmçinin Məcəllənin 373.1-ci maddəsində göstərilir ki, ümumi iddia müddəti on il təşkil edilir. Qeyd olunan faktlardan görünür ki, evin tikintisindən artıq 11 il müddət keçmişdir yəni iddia müddəti ötürülmüşdür. İddia tələbi evin sökülməsinə dair verilə bilməz. Həmçinin iddia tələbində Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla AR-da torpaqların özbaşına tutulmasının (zəbt edilməsinin) qanunla qadağan olunduğu qeyd edilmişdir. Üzərində tikili olan torpaq sahəsi 89 saylı xx.xx.2016-cı il tarixli Bələdiyyə qərarından aydın şəkildə örünür ki, X1 verilmişdir yəni qeyd olunan torpaq sahəsi əvvəllər yerli özünüidarəetmə orqanı olaraq bələdiyyəyə məxsus olmuş, nəticə etibarilə qanunsuz şəkildə tutulmamışdır. Həmçinin, X6 **********052 №-li 43 saylı Notariat Ofisində təsdiq edilmiş Ərizəsindən də görünür ki, X2 olan 3680.0 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsini Cavabdeh adına keçirilməsini və sənədləşdirilməsini xahiş etmiş və bu torpaq sahəsi ilə əlaqədar gələcəkdə heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacağını bildirmişdir. Əlavə olaraq da bildirir ki, iddia tələbində qeyd olunmuş ünvanda nəinki 38 m aralı məsafədə hətta Magistral neft borularının düz üzərində də, fərdi yaşayış evləri, market, restoran və s kimi obyektlər tikilmişdir. Həmin ünvanda qeyd olunmuş tikililərdə insanlar illərdir fərdi yaşayış kimi istifadə edir və dövlət tərəfindən həmin ünvanlarda qaz, su, işıq, telefon xətti və s. kimi kommunal xidmətlər çəkilmiş və insanlar bu xidmətlər üzrə kommunal ödənişlər ödəmişlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətidə dövlətin bir qurumu olaraq düşünür ki, həmin dövrdə olan tikililərə əgər icazə veribsə insanların bir müddət yaşadıqdan sonra həmin evlərin sökülməsinə dair iddia tələbləri əsassız olmalıdır. Çünki bu hüquqi düşüncə cəhətdəndə və məntiqi cəhətdəndə məqsədǝmüvafiq hal deyildir. Yalnız həmin evlərin kompensasiyası ödənildikdən sonra evlərin sökülməsi məqsədəmüvafiq hesab oluna bilər. Kompensasiya ödənilmədən cəmiyyətə qarşı bu cür iddia tələbləri insanların həmçinin konstutision hüquq pozuntuları kimidə qiymətləndirilə bilər hansı ki, hər bir şəxsin konstitusiyamıza əsasən yaşamaq və mənzil toxunulmazlığı kimi hüquqları mövcuddur. Həmçinin, bu məsələ ilə bağlı yəni "Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2307 №-li 27 iyun 2012-ci il tarixli sərəncamı olmuşdur ki, hansı ki, qeyd olunan müvafiq sərəncamda ölkə başçısı tərəfindən həmin evlərin sökülməsinə dair hər hansısa bir göstəriş verilməmişdir. Əksinə olaraq ölkə başçısı tərəfindən bu məsələnin diqqətdə olduğu və həmin fərdi yaşayış evlərinin özəlləşdirilməsinə başlanılması barədə daim çıxışları olduğunu nəzərinizə çatdırırıq.
10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 641/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia təmin edilməmişdir.
11. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia tələbinin hüquqi əsasını özbaşına tikilinin sökülməsi təşkil edir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evi neft kəmərinin mühafizə zonasının hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olsa da, cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olduğundan mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir.
13. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-ci maddəsinə əsasən bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddənin İ hissəsinə, 29-cu maddənin İ, İİ hissələrinə, Mülki Məcəlləsinin 14, 14.2, 14.3, 139.1, 139-1.1.4, 157.8, 180.1, 180.2, 180.3, 180.4, 384.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2, 5-ci bəndlərinə, 55, 66.1, 66.2, 67.1, 111-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9- cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.7-ci bəndinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1, 1.2, 1.3, 4.1, 6.1, 6.2-ci bəndlərinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X18rşı” işi üzrə qərarının 2-ci maddəsinin 1ci bəndinə, 139-cu bəndinə, xx.xx.1998-ci il tarixli X10rşı məhkəmə işi üzrə qərarına, “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarına, Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X13rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli qərarlarına, Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli, “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli, “Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə qərarlarına, Scordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli, “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli, Saqinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli, Keriman Tekin və başqaları Türkiyəyə qarşı iş üzrə 15 noyabr 2016-cı il tarixli, X7rşı 14 mart 2017-ci il tarixli qərarlarına, McCann Birləşmiş Krallıqa qarşı iş üzrə, Yordanova və başqaları Bolqarıstana qarşı iş üzrə qərarlarına, Kaminskas Litvaya qarşı iş üzrə 04 avqust 2020-ci il tarixli qərarına, Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İdarəyə qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda, İdarənin qanuni iddiasını təmin etməmişdir. Məhkəmə, mübahisəli tikili özbaşına tikili olduğu halda və yalnız cavabdehə İdarə tərəfindən kompensasiya ödənilməklə iddianın təmin edilməsinin mümkün olduğunu bildirmiş və bu əsasla da İdarənin qanuni iddiasını təmin etməmişdir. İddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq üzərindəki cavabdehin özbaşına tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətir və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. İdarənin və ya Şirkətin cavabdehə hər hansı kompensasiya ödəmək öhdəliyi yoxdur. Bu kimi kompensasiyalar dövlət İcra Hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Şirkətin belə bir səlahiyyəti yoxdur. Eyni zamanda, sözügedən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixində tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş edilsə də, məhkəmə vəsatətə heç bir münasibət bildirməmiş, işə analoji işlərdə olduğu kimi Bələdiyyənin qərarı ilə ayrılan torpaq sahələrinin plansxemlərində istinad nöqtələrinin, koordinatların olmadığına əsaslanaraq Daşınmaz əmlakın kadastrı və reyestri üzrə mütəxəssislərin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin rəy verməkdən imtina etmələrini nəzərə alaraq tikinti-texniki ekspertizasının keçirilməsindən imtina etmişdir. Lakin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Hesab edir ki, tikinti-texniki ekspertiza təyin etmədən yekun məhkəmə aktının çıxarılması, məhkəmənin sözügedən işi səthi araşdırmasının əyani sübutudur. Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi məlum neft kəmərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
22. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydaları Bənd 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Bəndə 6.7 “a”. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırki işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
27. Hazırki iddia tələbi neft kəmərin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədədir.
28. Məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir.
29. Belə ki, apellyasiya araşdırması zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4817/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7636 nömrəli rəyinə əsasən Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəməri ilə ünvan 3 ünvanında inşa edilmiş hasar arasındakı məsafənin 38 metr, fərdi yaşayış evi arasındakı məsafənin 42 metr, torpaq sahəsinin qurtaracağına qədər məsafənin isə 48 metr olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş tikililərin bütövlükdə neft kəmərinin 50 mertlik mühafizə zolağına düşdüyü müəyyən edilmişdir.
30. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.
31. Cavabdeh tərəfindən məhkəməyə qeyd edilən torpaq sahəsində tikinti və quraşdırma işlərinin aparılmasına iddiaçı tərəfindən rəsmi razılığın verilməsinə dair hər hansı sənədlər təqdim edilməmişdir.
32. Bundan başqa, Biləcəri Bələdiyyəsinin həm xx.xx.2016-cı il tarixli, həm də xx.xx.2022-ci il tarixli qərarlarında da qeyd edilmişdir ki, torpaq sahəsində inşaat-tikinti işləri tikintinin layihəsi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan və qanunla müəyyən olunmuş digər hallar nəzərə alındıqdan sonra aparıla bilər.
33. Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh aidiyyəti inzibati orqanlardan lazımi icazələr almadan, sökülməsi tələb edilən tikililərin neft kəmərinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmadan, hətta neft kəmərini vizual müşahidə edərək tikinti işləri aparmaqla hüquq qaydalarına uyğun davranmamışdır. Cavabdeh mövcud şərtlər daxilində tikililərə və inşaata vəsait sərf etməklə bunun riskini əvvəlcədən öz üzərinə götürmüşdür.
35. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.
36. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.
37. Bundan başqa, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara; Kalvelli və Çiqlio İtaliyaya qarşı; Eriksson İtaliyaya qarşı, 26 oktyabr 1999; Leri və başqaları Fransaya qarşı, 16 yanvar 2001).”
38. Yuxarıda istinad olunan Torpaq Məcəlləsinin 22.2-ci maddəsində də göstərilmişdir ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılmasına məqsədlərdən biri əhalinin təhlükəsizliyinin təmin olunmasıdır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, neft kəməri yüksək təhlükə mənbəyi olduğundan, kəmərdə hər an insanların həyatı və sağlamlığı üçün təhlükəli olan yanğın, partlayış və digər fövqəladə halların baş verməsi riski vardır. Dövlət isə bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir.
40. Həmçinin qeyd olunmalıdır ki, neft kəmərin mühafizə zonasında yerləşən digər tikililərin qanunsuz olaraq inşa olub-olmaması hazırki məhkəmə baxışının predmeti deyildir.
41. O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 641/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200 mm-lik yerüstü neft kəmərinin yeraltı keçən hissəsinin 3.7-ci km-də, 39 T 0398997; ******* saylı koordinat üzrə, kəmərə paralel və perpendikulyar olmaqla, 2-ci sırada Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov ünvanında inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçınə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR