Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-323/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh3 və Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin (əvvəlki İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 MMCyə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kərəm oğluna qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-3527/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC (əvvəlki İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kərəm oğluna qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 3527/2019 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qətnamədən ayrı-ayrılıqda apellyaisya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 iddiaçı «xxxx» ASC-nin X7 tərəfindən imzalanmış iddiadan imtina barədə ərizəni təqdim edərək göstərmişdir ki, mübahisə məhkəmədənkənar qaydada həll edilmiş, tərəflər arasında xx xxxxxx 2021-ci il tarixdə barışıq sazişinin bağlanmış, Sazişə əsasən qarşılıqlı razılıqla xx xxxxxx 2021-ci il tarixə mövcud olan kredit borcunun 313331,31 ABŞ dolları olması qəbul edilmiş, həmin borc məbləğindən 236000 ABŞ dolları hissəsi xx xxxxxx 2021-ci il tarixədək ipoteka qoyan Cavabdeh2 tərəfindən iddiaçıya ödənilmiş, qalan borc isə silinmişdir. Sazişin şərtləri məhkəmədənkənar qaydada icra olunduğundan hazırki vaxtda iddiadan imtina edirlər, iddiadan imtinanın nəticələrinin onlara aydındır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf mübahisənin həqiqətən məhkəmədənkənar qaydada həll edildiyini, kredit borcunun qarşılıqlı razılıq əsasında ödənildiyini, onlara kredit müqaviləsi üzrə öhdəliklərinin olmaması barədə bank tərəfindən müvafiq arayışların verilməsini bildirərək, iddiaçının iddiadan imtinasının qəbul olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iddiadan imtina barədə ərizəni nəzərdən keçirərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddiadan imtina olunması ilə əlaqədar, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul edildikdə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasənşəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Tərəflərin izahatlarından, iddiadan imtina barədə ərizədən və iddiaçı tərəfindən cavabdehlərə verilmiş arayışlardan görünür ki, tərəflər arasında hazırki mübahisə məhkəmədənkənar qaydada həll olunmuş, qarşılıqlı razılıq əsasında müəyyən olunmuş kredit borcu ödənilmiş, bu səbəbdən də iddiaçı iddiadan imtina etmişdir. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 150 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 aid edilməlidir (ekspertiza məhz cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti üzrə təyin edilmiş, iddiaçının iddiadan imtina etməsinə əsas isə qarşılıqlı razılığa əsasən borcun ödənilməsi olmuşdur). Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-3527/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı «xxxx» ASC-nin (əvvəlki İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 MMCyə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kərəm oğluna qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiaya dair mülki iş üzrə icraata, iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Məhkəmə xərci iddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 aid edilsin. Həmin cavabdehlərdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-323/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-323/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver