Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3230/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-849/2022 saylı iş üzrə qəbul etdiyi 01 mart 2022-ci il tarixli qərardaddan Cavabdeh1 nümayəndələri-vəkilləri Vəkil2 və Vəkil3 tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-849/2022 saylı iş üzrə qəbul etdiyi 01 mart 2022-ci il tarixli qərardadla işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 vəsatəti təmin olunmamışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndələri-vəkilləri Vəkil2 və Vəkil3 tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-849/2022 saylı iş üzrə qəbul etdiyi 14 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətlər onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qeydiyyat ünvanı ünvan 1lirlər Baş İdarəsinə qarşı iddia tələbi isə məhkəmə aidiyyəti qaydaları pozulmaqla verilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi inzibati orqandır. Ona görə də bu işə Nizami Rayon Məhkəməsində baxıla bilməz. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-849/2022 saylı iş üzrə qəbul etdiyi 01 mart 2022 tarixli qərardadı ləğv edilməli, mülki iş vəsatətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM): Maddə 35.1 ərazi aidiyyəti qaydalarını tənzimləyən normalarına müvafiq olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Birinci instansiya məhkəməsi 01.03.2022-ci il tarixli qərardadını onunıla əsaslandırmışdır ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu,H.Əliyev prospekti 105 olduğundan iddia ərizəsi aidiyyət qaydalarına uyğun verilmişdir. Lakin birinci instansiya məhkəməsi tərələr arasında olan münasibətlərin mülki, inzibati, yaxud kommersiya mübahissəsi olmasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı yönəlmiş tələb cavabdehin publik səlahiyyətlərinə aid olmaqla inzibati mübahisədir.Həmçinin tələbin payların alqı-satqısı ilə bağlı hissəsinin isə kommersiya xarakterli mübahisə olub-olmaması yoxlanmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinin tələblərinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir; Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməklə, iş vəsatətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Vəsatətə yenidən baxarkən birinci instansiya məhkəməsi vəsatətin dəlillərinə qiymət verərək tərəflərlə mübahisənin xarakterini müzakirə etməli, həmin müzakirənin nəticəsindən asılı olaraq mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-849/2022 saylı iş üzrə qəbul etdiyi 01 mart 2022 tarixli qərardadı ləğv edilsin. Mülki iş vəsatətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3230/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3230/2022
15.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver