Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3236/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(**6)-2478/2*1* nömrəli, *2.*8.2*1*-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, Müəyyən etdi:
1. Nəsimi Rayon Məhkəməsinin *2.*8.2*1*-cu il tarixli, 2(**6)-2478/2*1* saylı qətnaməsi ilə iddiaçılar Babayev X1 və qeyrilərinin cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənişlərin qaytarılması” tələblərinə dair iddi tələbi təmin edilmişdir.
2. Qətnamədən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayəti ilk dəfə Bakı Apellyasiya Məhkəməsinin 29.*7.2*24-cü il tarixli, 2(1*3)-4923/2*24 saylı qərardadına əsasən qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin vaxtında verilibverilmədiyi məsələsinə qiymət verilməsi (araşdırılması) üçün həmin məhkəməyə göndərilmişdir.
3. Nəsimi Rayon Məhkəməsi *2.*9.2*24-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətini prosessual müddət ötürülməklə verildiyindən geri qaytarmışdır.
4. Bundan sonra Cavabdeh2 apellyasiya şikayəti vermək üçün müddətin bərpasına dair verdiyi ərizə Məhkəmənin eyni nömrəli, 16.*4.2*25-ci il tarixli qərardadı ilə təmin edilmiş, prosessual müddət bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti apellyasiya qaydasında baxılması mümkün olmadığından mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
6. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13*.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
7. Həmin Məcəllənin 13*.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
8. MPM-in 36*-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
9. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
10. Mülki işdən göründüyü kimi, birinci instansiya məhkəməsi 16.*4.2*25-ci il tarixli qərardadını tərəflərə 24 aprel 2*25-ci il tarixdə poçt vasitəsilə (kağız daşıyıcıda) göndərmiş, qarşı tərəfin həmin qərardaddan prosessual qanunvercilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini gözləmədən, yəni 1 gün sonra ( 25.*5.2*25-ci il tarixdə) mülki işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
11. Halbuki, MPM-in 133.6 və 268.1-ci maddələrinə görə prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslərin qərardadın tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində şikayət verə bilməsi qeyd edilmişdir.
12. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi qanunvericiliyin qeyd edilən normalarında göstərilən tələblərə əməl etmədən mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
13. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
14. Belə olan halda Məhkəmə kollegiyanın qənaətinə görə, hazırda iş üzrə cavabdehin şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13*, 133, 268, 363 və 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Nəsimi Rayon Məhkəməsinin 2(**6)-2478/2*1* nömrəli, 16.*4.2*25-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 4*8.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.