Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3251/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işin icraatının dayandırlması barədə vəsatət rədd edilmiş, iş üzrə icraata xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 6500 manat məbləğində pul vəsaitinin və 85 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2180/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasıənda vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işin icraata götürülməsi qərara alınmışdır
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, AR MPM-in 254.1.1-ci maddəsinin tələblərinin nəzərə alınaraq, Cavabdeh2 vərəsələri müəyyən edilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
4. Suraxanı rayon Məhkəməsinin e-2(010)-2180/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməməsi qərara alınmış, məhkəmənin eyni tarixli digər bir qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata “pul vəsaitinin Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsində xitam verilməsi qərara alınmışdır.
5. Birinci instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi vəsatətində Cavabdeh2 vəfat etdiyindən, onun vərəsələri müəyyən edilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə əldə olunan məlumatlara əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, yəni iş məhkəməyə daxil olmadan öncə vəfat etmişdir. Belə ki, Cavabdeh2 mülki hüquq qabiliyyətinə onun ölümü ilə xitam verildikdən, o, işdə tərəf olan şəxs statusunu əldə etməmişdir və bu səbəbdən, iddia ərizəsi üzrə mülki işə onun barəsində olan hissədə xitam verilməlidir. Məhkəmə həmçinin MPM-in 261.0.7-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, hakim iş üzrə icraata tərəflərdən biri olan şəxs öldükdən sonra, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, xitam verir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 6500 manat məbləğində pul və 85 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçı iş üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 hüquqi varisləri müəyyən edilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmənin mübahisələndirilən qərardadı ilə Cavabdeh2 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraatın dayandırılması barədə iddiaçı "xxxx" ASC-nin vəsatəti təmin edilməmişdir. Məhkəmə göstərilən qərardadı çıxarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Məhkəmə əsassız olaraq ərizəni təmin etməmişdir. Belə ki, hüquq münasibəti hüquq varisliyinə yol verir. İddiaçının öz tələbini vəfat edən şəxsin vərəsələrinə yönəltməsi barədə qanunvericilikdə heç bir məhdudiyyət müəyyən edilməmişdir. Hətta Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən vərəsəliyi olmayan əmlakın dövlətə keçdiyi nəzərə alınsa, cavabdehin vərəsəsi olmadığı halda vərəsəlik dövlətə keçdiyi halda da iddiaçı hazırkı iddia tələbi ilə dövlətə qarşı iddia qaldırmaq hüququna malikdir. Buna görə də hesab edilir ki, məhkəmə yanlışlığa yol verərək, əsaslı vəsatəti təmin etməmişdir və MPM-in 254.1.1-ci maddəsinə müvafiq qaydada iş üzrə icraat dayandırılmalıdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;
11.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata “pul vəsaitinin Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsində xitam verilməlidir.
13. Belə ki, məhkəmə mübahisələndirilən hissədə iş üzrə icraata xitam verərəkən MPM-in 261.0.7-ci maddəsinə istinad etmişdir.
14. Həmin normaya əsasən hakim iş üzrə icraata tərəflərdən biri olan şəxs öldükdən sonra, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, xitam verir. 15.Hazırkı iddia ərizəsi üzrə işin halları və iddiaçının tələbi ondan ibarətdir ki, 03 may 2023cü il tarixində saat 18:30 radələrində Qaraməryəm-ismayıllı-Şəki avtomobilin yolunun Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisindən keçən 60-cı kilometrliyində sürücü, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Cavabdeh2 idarə etdiyi X18 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ şəhəri istiqamətində hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirməsində avtomobili yolun sol kənarında olan ağaca çırpılmış, hadisə nəticəsində sürücü Cavabdeh2 Qəbələ RMX-na aparılan zaman yolda və avtomobildə olan sərnişin X7 isə hadisə yerində aldığı bədən xəsarətlərində ölmüş, digər sərnişin X14 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İşinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Qəbələ rayon şöbəsindən verilən, xx.xx.2023-cü il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatları nəticəsində etil spirti aşkar edilmişdir. Aşkar edilən etil spirtinin qatılığı canlı şəxslərdə güclü (ağır) dərəcəli sərxoşluq törəməsi kimi qiymətləndirilmişdir. Belə olan halda sürücü Cavabdeh2 hadisə baş verən anda yəni, xx.xx.2023-cü il tarixdə avtomobili idarə edən zaman ağır dərəcəli sərxoş olmuşdur. Baş vermiş hadisə ilə bağlı İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixli CML-0003/2024-AKT25/24 nömrəli aktla X4 «ÖLÜM»ü faktı üzrə 5000 (beş min) manat və zərərçəkmiş X1 vurulan «AGİR» zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mərhum Cavabdeh2 icbari qaydada sığorta olunmuş "TOFAŞ ŞAHİN" markalı, 90MS149 d.q.n-lı atvonəqliyyat vasitəsini «SƏRXOŞ» halda idarə etmişdir. Avtonəqliyyat vasitəsinin sahibi X8 və sığortalı Cavabdeh1 oğlu isə «SƏRXOŞ vəziyyətdə olan şəxsə sözügedən avtonqəliyyat vasitəsini idarə etməyə etibar etmişlər».
16. İşdən görünüdüyü kimi iddiaçının Cavabdeh2 qarşı yönəlmiş tələbi “subroqasiya qaydasında pul tələbi” olmaqla ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulmasından ibarətdir və qeyd olunan tələb üzrə hüquq münasibətləri hüquq varisliyinə yol verir. 17.Buna görə də kollegiya hesab edir ki, məhkəmə MPM-in 261.0.7-ci maddəsinə istinad etməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 18.Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı hazrıkı tələblə məhkəməyə müraciət (xx.xx.2025-ci il tarixdə) etməzdən əvvəl artıq Cavabdeh2 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.
19. Mülki qanuvericiliyin tələbinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. 20.MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 21.Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 22.Göründüyü kimi iddiaçı hazırkı tələblə məhkəmə müraciət edən zaman Cavabdeh2 vəfat etdiyindən o, mülki hüquq qabiliyyətinə malik olmamışdır. 23.Kollegiya o cümlədən qeyd edir ki, Suraxanı Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixdə iki ayrıca qərardad qəbul etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddiaçının icraatın dayandırılması barədə vəsatəti təmin edilməmişdir. Məhkəmənin eyni tarixli digər qərardadı ilə isə iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 258.2.-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi icraatın dayandırlması barədə vəsatətin təmin edilməməsi barədə məhkəmənin qəbul etdiyi aktdan şikayətin verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırda iddiaçı icraata xitam verilməsi barədə qərardadı mübahisələndirərək icraatın dayandırılmasını xahiş edir. 24.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh kimi göstərilmiş Cavabdeh2 artıq vəfat etmiş olduğundan o, işdə tərəf olan şəxs statusunu əldə etməmişdir və buna görə də iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata “pul vəsaitinin Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsində xitam verilməlidir. 25.Belə olan halda kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata “pul vəsaitinin Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsində xitam verilməlidir. 26.Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. 27.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata “pul vəsaitinin Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsində xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Xumar Mərdanova