Məhkəmə qərarları › İş №2(103)-3262/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3262/2025

21.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3262/2025 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı mülki iş (Açar sözlər: «alqı-satqı müqaviləsinin etibarsızlığından sui-istifadə edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndə və vəkilləri vəkil1, vəkil2, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsindəki ** nömrəli evin * nömrəli mənzil ##.##.2011-ci il tarixdən İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınıb.

2. Satıcı İddiaçı və alıcı cavabdeh2 arasında Bakı şəhəri * saylı notariat ofisində bağlanmış ## ###### 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi b.14, m 6 ünvanında yerləşən ümumi sahəsi 124 kv/m olan mənzili 200000 (iki yüz min) manata satıb.

3. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 14, mənzil 6 (Yeni qaydalarla: AZ 1022, ünvan 1) ünvanında yerləşən mənzil ##.##.2023-cü il tarixdən cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınıb.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 barəsində həbs qismində qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni ## ##### 2025-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri * saylı notariat ofisinə qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki ** saylı evin * saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun bərpa olunması, mənzilin cavabdehin qanunsuz sahibliyindən götürülməsi və ona qaytarılmasına dair qətnaməni qəbul edilməsini xahiş edib.

6. İddiada göstərilib ki, ailəsinə məxsus daşınmaz əmlakın özəlləşdirilməsini tamamlamaq məqsədi ilə onu əmlak məsələlərinə dair sahədə xidmət göstərən Cahangir adlı şəxslə qohum vasitəsi ilə tanış etmişlər. Cahangir adlı şəxs ona bildirmişdir ki, daşınmaz əmlakının sahəsi böyük olduğundan layihələrin təsdiq olunması və hər kv.m. üçün müvafiq dövlət rüsumların ödənilməsi üçün külli məbləğdə pul vəsaiti tələb olunur. Onda deyilən məbləğdə pul vəsaiti olmadığından mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki ** saylı evin * saylı mənzilin satılması qərarına gəlmişdir. Cahangir adlı şəxs isə ona bildirmişdir ki, İddiaçı adlı şəxs 280.000 manat məbləğində pul vəsaitini ona ödəyib evini almaq istəyir. Cahangirə inandığı üçün onun təklifi ilə razılaşaraq ## ###### 2023-cü il tarixdə Bakı şəhəri * saylı Notariat Ofisində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki ** saylı evin * saylı mənzilə dair alqı-satqı müqaviləni imzalamışdır. Cahangir və Nazimi Səmədovun tövsiyələri ilə alqı-satqı müqaviləsində satış dəyəri qismində formal olaraq 200.000 manat məbləği qeyd edilmişdir. Satış nəticəsində əldə olunmuş pul vəsaitlərinin əksər hissəsini Cahangir adlı şəxs öz xidmət haqqı kimi götürsə də, sonradan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınmağa başlamış, sonda isə telefon zənglərinə cavab verməmişdir. Sonradan bəlli olmuşdur ki, Cahangirin cavabdeh cavabdeh2 külli borcu olmuş və sonuncu cavabdeh2la əvvəlcə razılaşaraq ona olan borcunu faktiki olaraq evinin hesabına ödəmiş, satış nəticəsində əldə olunan pulları elə cavabdeh2 qaytarmışdır. Bu halları, o cümlədən satış nəticəsində pul vəsaitini faktiki olaraq Cahangir adlı şəxsə verilməsini və sonuncunun bu niyyəti barədə əvvəlcədən məlumatlı olmasını cavabdeh İddiaçı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində verdiyi izahatında təsdiq etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun bərpa olunması, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki ** saylı evin * saylı mənzilin cavabdeh cavabdeh2 qanunsuz sahibliyindən götürülməsi və ona qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi və iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. İddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında alqı-satqı müqaviləsi bağlamağa dair iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 14, mənzil 6 ünvanında yerləşən mənzil iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh2 satılmış, alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrdəki qeydə dair etiraz daxil edilməmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında tərəflərin götürdükləri öhdəliklər – şərtlər yerinə yetirilmişdir. Belə ki, müqavilə üzrə nəzərdə tutulmuş məbləğ notariusun depozit hesabına ödənilmiş, mənzil alıcı cavabdeh2 adına daşınmaz əmlakın Dövlət Reyestrində ##.##.2023-cü il tarixdə 1123200952 qeydiyyat nömrəsi ilə tam paylı xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş, bu barədə cavabdeh cavabdeh2 dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmçinin mübahisələndirilən müqavilənin etibarlılığına, forma və məzmununa dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş, müqavilə notariat qaydada – Bakı şəhəri * saylı notariat ofisində təsdiqlənməklə bağlanmış, səlahiyyətli şəxslər tərəfindən (şəxsən İddiaçı və şəxsən cavabdeh2) imzalanmış, onlara müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, nəticələri barədə xəbərdar edilmişdir. Müqavilənin etibarsızlığı üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi hala münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin yalan əqd olduğunu, həmin əqdlə başqa əqdi pərdələmək məqsədilə bağlandığını bildirsə də, bu hal iş materialları ilə təsdiq olunmamışdır. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar (evi satmağa kömək etmiş Cahangir adlı şəxsin cavabdeh cavabdeh2 olan külli miqdarda borcunu faktiki olaraq iddiaçının evi hesabına ödəməsi), bu hallar sübut olunduğu halda belə İddiaçı və cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız sayılması üçün əsaslı hesab edilə bilməz. Çünki əqdin etibarsız hesab edilməsi üçün əsas onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır. Tərəflər arasında bağlanmış əqd yazılı qaydada bağlanmış, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi əqdin özündə yazılı formada göstərilmişdir. Müqavilənin yalan əqd olması onu imzalayan tərəflərin hər ikisinin əqdi başqa əqdi pərdələmək niyyəti ilə bağlaması halının sübut olunması ilə şərtlənir. Belə ki, AR MM-nin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Hazırki iş üzrə müqavilə tərəfləri İddiaçı və cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 14, mənzil 6 ünvanında yerləşən mənzilin alqı-satqısı məqsədilə mübahisələndirilən müqaviləni bağlamışdır. İddiaçı - satıcı qeyd olunan müqavilə bağlandıqdan sonra, onun icrası kimi mənzili boşaldaraq alıcıya – cavabdeh cavabdeh2 təhvil vermişdir. Bundan müəyyən bir müddət keçdikdən sonra iddiaçı X5 ilə aralarında olan razılaşmanın şərtlərinin sonuncu tərəfindən yerinə yetirilməməsi - pul məbləğinin ödənilməməsi səbəbindən mübahisə yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdeh2 ilə bağlanmış müqavilənin etibarsızlığını tələb edir. Müqavilə bağlandıqdan sonra, əmlakın satışından əldə olunmuş pul vəsaitinin başqa şəxs(lər) tərəfindən aldadılaraq satıcıya təqdim olunmaması bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, İddiaçı müraciəti üzrə fakta görə ##.##.2024-cü il tarixdə X5 barəsində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, iddiaçı İddiaçı Nərimanov RPİ-nin İstintaq Şöbəsinin ##.##.2024cü il tarixli qərarı ilə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda iş ibtidai istintaq mərhələsindədir. Göründüyü kimi, iddiaçının cavabdeh cavabdeh2 ilə arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına əsas kimi göstərdiyi hal kənar şəxs - X5 tərəfindən iddiaçı İddiaçı qarşı edilmiş dələduzluq əməli ilə bağlıdır. Qeyd edilənlərə əsasən mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və alqı-satqı müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən həmin müqavilənin etibarsızlığı üçün iradə ifadəsinin zədələnməsi ilə bağlı hər hansı əsas mövcud deyildir. Mübahisələndirilən müqavilənin etibarlılığına dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş və müqavilənin etibarsızlığı üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə olan halda İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı cavabdeh cavabdeh2 ilə arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə iddia tələbinin digər hissələrinə (mənzilə mülkiyyət hüququnun bərpa olunması, mənzilin cavabdehin qanunsuz sahibliyindən götürülməsi və ona qaytarılması) münasibətdə isə hesab edir ki, bu tələb müqavilənin etibarsızlığı ilə bağlı tələbdən törəmə olduğundan, müqavilənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, iddia bu hissələrdə də əsaslı hesab edilərək məhkəmə tərəfindən təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, ailəsinə məxsus daşınmaz əmlakın özəlləşdirilməsini tamamlamaq məqsədi ilə onu əmlak məsələlərinə dair sahədə xidmət göstərən Cahangir adlı şəxslə qohum vasitəsi ilə tanış etmişdirlər. Cahangir adlı şəxs ona bildirmişdir ki, daşınmaz əmlakının sahəsi böyük olduğundan layihələrin təsdiq olunması və hər kv.m. üçün müvafiq dövlət rüsumların ödənilməsi üçün külli məbləğdə pul vəsaiti tələb olunur. Onda deyilən məbləğdə pul vəsaiti olmadığından mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki ** saylı evin * saylı mənzilin satılması qərarına gəlmişdir. O, evini satmaq üçün Cahangirdən kömək istəmişdi. O, isə dedi ki, yaxın adamı var, 280.000 manat məbləğində evini almaq istəyir. Evə Cahangir və cavabdeh cavabdeh2 gəlib birlikdə baxmışlar. Bundan əlavə Cahangir bildirmişdir ki, Nazimlə arasında pul söhbəti var və notariusda evinin qiymətini aşağı qeyd edəcəklər. Cahangirə inandığı üçün onun təklifi ilə razılaşaraq ## ###### 2023-cü il tarixdə Bakı şəhəri * saylı Notariat Ofisində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki ** saylı evin * saylı mənzilə dair alqı-satqı müqaviləsini imzalamışdı. Notariusa gələndə ona evin 100.000 manat alınacağı bildirilmiş, lakin buna etiraz etmiş, bildirmiş ki, əgər ev 280.000 manat dəyərləndirilibsə, müqavilədə ən azından yarı məbləğ qeyd olunsun. Daha sonra 100.000 manatı iki dəfə alqı-satqı etmişlər və sənəddə 200.000 manat qeyd olunmuşdur. Geriyə qalan məbləğin necə olacağını soruşduqda, Cahangir bildirdi ki, məbləğ çatdırılacaqdır. Evi 280.000 manat satmış, 20.000 manat avtomobilimə görə borcu olduğundan, ona çıxılmışdır. Cahangirin dediyinə görə 100.000 manat sənədlərinə görə verilib və 160.000 manat pul Cahangirdədir. Yəni Cahangir satış nəticəsində əldə olunmuş pul vəsaiti öz xidmət haqqı kimi və zəruri rüsumların ödənilməsi adı ilə götürsə də, sonradan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınmağa başlamış, sonda isə telefon zənglərinə cavab verməmişdir. Məhz bundan sonra bəlli olmuşdur ki, Cahangirin cavabdeh cavabdeh2 külli borcu olmuş və sonuncu cavabdeh2la əvvəlcə razılaşaraq ona olan borcunu faktiki olaraq məhz onun evinin hesabına ödəmiş, satış nəticəsində əldə olunan pulları elə cavabdeh2 qaytarmışdır. Bununla bağlı polisə müraciət etmişdi. Özü və övladları qeydiyyatsız qalmışlar. Bu halları, o cümlədən satış nəticəsində pul vəsaitlərin faktiki olaraq Cahangir adlı şəxsə verilməsini və sonuncunun bu niyyəti barədə əvvəlcədən məlumatlı olmasını cavabdeh cavabdeh2 Nərimanov Rayon Polis İdarəsində verdiyi izahat və ifadələrində təsdiq etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsində vəkili vəkil2 izahatı qismində yazılmışdır ki: «… öz aralarında evin qiymətini 280.000 manat qiymətində hesablayıblar. Həmin məbləğdən 20.000 manat vəsait iddiaçının başqa ipoteka borcuna köçürülüb və qalan 260.000 manat məbləğini guya iddiaçıya veriblər. X1, həm də cavabdeh2 ifadə veriblər və üzləşdirmə olub. Cahangir Əliyev hazırkı məsələ ilə bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ##.##.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. cavabdeh2 ifadə verərək etiraf etmişdir ki, Cahangir Əliyevin ona 210.000 manat məbləğində borcu olub, evi 100.000 manat məbləğində alıb və faktiki olaraq daşınmaz əmlak 310.000 manat məbləğində qiymətləndirilib. cavabdeh2 iddiaçıdan halallıq istəyib və iddia edir ki, guya Cahangir Əliyevin borcuna görə evin verilməsindən iddiaçının xəbəri var idi. Lakin üzləşmə zamanı bunu təsdiq etmədi. Bununla iddiaçının aldanılmağı tam sübut olunur. 216.000 manat məbləğ formal qeyd olunub və cəmi 100.000 manat ödənilib. İddiaçı torpaq sahəsini özəlləşdirmək istəyirdi və Cahangir Əliyev bildirdi ki, 350.000 manat məbləği civarında pul lazımdır. İddiaçı o qədər vəsaitinin onda olmadığını bildirdi və sonradan belə qərara gəldilər ki, ev satılsın və həmin pul ödənilsin. Sonradan iddiaçı evi uyğun qiymətə sata bilmədiyini bildirmiş və Cahangir Əliyev tanışına uyğun qiymətə sata biləcəyini bildirmişdir. Evin qiyməti əslində 300.000 manatdan bahadır və Cahangir Əliyev bildirmişdir ki, həmin şəxs evi 280.000 manat məbləğinə alacaq. Notariusa getdikdən sonra 100.000 manat məbləğinə rəsmiləşdirilməsi təklif olunmuş, lakin iddiaçı daha real qiymətin qeyd olunmasını xahiş etdiyindən 280.000 manat kimi qiymətləndirilmişdir. Amma müqavilədə 200.000 manat məbləğinə rəsmiləşdirilmişdir. Orada eyni gün ərzində iki dəfə 100.000 manat ödəniş olunub, guya ki, həmin adam kredit götürüb. Faktiki olaraq 100.000 manat ödənilib. Pulu aldıqdan sonra iddiaçı onu Cahangir Əliyevə verib» O, ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsini bağlamaq üçün Bakı şəhəri ** saylı Notariat Ofisinə artıq aldanılmış vəziyyətdə gəlmiş, aldanma niyyət və məqsəd əvvəl güdülmüş, aldanma niyyət və məqsəd müqavilə bağlanılandan sonra yaranmamışdır. Həmçinin mübahisəsiz halda müəyyən olunmuşdur ki, ## ###### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində alqı-satqı müqaviləsi rəsmilləşdirilərkən, müqavilədə qeyd olunan 200.000 manat yox, faktiki olaraq cəmi 100.000 manat ödənilmiş, sadəcə olaraq eyni 100.000 manat pul vəsaiti iki dəfə, yəni təkrarən xəzinədən (kassadan) keçirilmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsində isə naməlum səbəblərə görə iddia olunur ki, «... Qeyd olunan alqı-satqı müqaviləsi əsasında tərəflərin götürdükləri öhdəliklər – şərtlər yerinə yetirilmişdir. ...». Cavabdeh tərəfindən mənzilə görə 200.000 manat məbləğində pul vəsaitinin əvəzinə faktiki olaraq yalnız 100.000 manat məbləğinin ödənilməsi, qalan 100.000 manatın ödənilməsindən imtina olunması cavabdeh cavabdeh2 tərəfindən ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklər - şərtlərin yerinə yetirilmiş kimi heç cür qiymətləndirmək olmaz, birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə yanlışdır və ağlabatan deyil. Nərimanov Rayon Məhkəməsində həm sübutlarla, həm də cavabdehin nümayəndəsinin məhkəmə iclasında etdiyi etirafı ilə həmçinin birmənalı şəkildə müəyyən olunmuşdur ki, X5 və cavabdeh2 mənzilinin real dəyərini nə 100.000 manat, nə 200.000 manat, nə də ki 280.000 manat məbləğində dəyərləndirməmişlər, mənzilin dəyəri 310.000 manat məbləği ilə hesaba alınmışdır! Həmin hal Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində cavabdeh cavabdeh2 şahid qismində verdiyi ifadəsində də öz əksini tapmış, həm də cavabdehin nümayəndəsi məhkəmədə bu halı öz izahatında etiraf etmişdir. Belə olan halda mənzilin əvəzinə cəmi 100.000 manatın rəsmi ödənilərək bu vəsaitin faktiki olaraq kənar şəxsə verilməsi, hətta müqavilədə şərti olaraq qeyd edilmiş 200.000 manat məbləğinin tamamlanmasından cavabdeh tərəfindən imtina etməsi faktı ## ###### 2023-cü il tarixdə rəsmilləşdirilmiş əqdin real mahiyyətinin alqı-satqınin olmaması müəyyən olunaraq sübuta yetirilir. Cavabdeh cavabdeh2 Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində şahid qismində ifadə verərkən etiraf etmişdir ki, iddiaçının mənzilinin Cahangir Əliyev tərəfindən ona borcun əvəzinə verilməsi barədə açıqlamanı ona verməmişdir. Cahangir Əliyev də alqı-satqı müqaviləsinin əsl mahiyyəti barədə ona heç bir açıqlama verməmiş, həqiqətdə mənzilinin hesabına cavabdeh cavabdeh2 qarşısında borcunun ödəməsini ondan gizlətmişdir. Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsində isə bu hallara Mülki Prosessual Məcəlləsinin 76 və 106.3cü maddələrinin müddəaları tələb etdiyi kimi zəruri və kifayət qədər əsaslandırılmış diqqət yetirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında iddiaçı İddiaçı, onun nümayəndə və vəkilləri vəkil1 və vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli, **/**** saylı Qərardadı:

Bənd 18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Bənd 19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olubolmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olubolmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21.İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

26. Əvvəla, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

28. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

29. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.

30. Əvvəla, mülki iş apellyasiya icraatında olarkən Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ## ### 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti təmin olunmuş və hazırki mülki işin icraatı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırıldı, çünki hazırki mülki iş üzrə düzgün qərar qəbul edilməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı cinayət işinin nəticəsinin təsiri ola bilərdi.

31. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib. Hökmlə həmçinin müəyyən edilib ki, “... Bundan başqa, X6 təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2023-cü ilin oktyabr-dekabr aylarında tanışı İddiaçı əvvəlcədən ona 350.000 (üç yüz əlli min) manat verəcəyi təqdirdə sonuncunun qızı X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 566 V saylı ünvanında yerləşən 0,19 ha sahəsi olan torpağa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən xüsusi mülkiyyət formasında çıxarış alacağına dair yalan vədlər verib inandırmaqla, ## ###### 2023cü il tarixdə İddiaçı ona olan etibarından sui-istifadə edib, qeyd olunan torpaq sahəsini sonuncunun övladının xüsusi mülkiyyətinə keçirəcəyinə dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan aldadaraq, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən * saylı notariat ofisində İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 14 b, mənzil 6 ünvanında yerləşən evi alqı-satqı müqaviləsi əsasında əvvəldən 210000 manat borclu olduğu tanışı cavabdeh2 mülkiyyətinə həmin borc öhdəliyinin silinməsi müqabilində keçirib, İddiaçı 210.000 manat pul vəsaitini ələ keçirərək, həmin vaxt qeyd olunan ünvanda cavabdeh2 tərəfindən İddiaçı ödənilmiş əlavə 100.000 (yüz min) manat pul vəsaitinin 30.000 manatını İddiaçı alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə törədilən cinayət əməlini davam etdirərək, 2024-cü ilin fevral ayında ünvan 2 ünvanında yerləşən "Mado" restoranının qarşısında İddiaçı yenidən verdiyi həmin yalan vədi ilə aldadıb 50.000 manat pul vəsaitini alıb ələ keçirməklə, İddiaçı ümumilikdə 290.000 (iki yüz doxsan min) manat pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.”

32. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir(MPM.m.82.4). Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X5 İddiaçı ümumilikdə 290.000 (iki yüz doxsan min) manat pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla ona qarşı təkrar dələduzluq etməsi və hazırkı mülki iş üzrə cavabdeh olan cavabdeh2 həmin hadisəyə aidiyyəti olmadığı müəyyən edilmişdir. Demək ki, qeyd olunan hökmün hazırkı mülki işə baxan məhkəmə üçün məcburi olduğu da şikayətin dəlilləri yoxlanılarkən nəzərə alınır.

33. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, iddiaçı bəyan etdiyi kimi ailəsinə məxsus daşınmaz əmlakın özəlləşdirilməsini tamamlamaq məqsədi ilə Cahangir Əliyevlə razılaşdığı 350.000 (üç yüz əlli min) manatın toplanılmasını təmin etmək üçün hər bir halda mübahisə predmeti olan mənzili istənilən şəxsə satmaq üçün qəti qərara gəlmişdir. Başqa sözlə, cavabdeh2 olmasa idi belə hansısa üçüncü şəxsə sataraq əldə etdiyi vəsaiti onsuzda Cahangir Əliyevə verməli idi. Mənzili özü sata bilmədiyi üçün Cahangir Əliyevin ona etdiyi, hökmlə də müəyyən edilən təklifi qəbul edərək könüllü iradə ifadəsinə uyğun, yəni iradəsi zədələnmədən cavabdeh2la alqı-satqı müqaviləsi bağlamışdır. Mənzilin yekun olaraq 280.000 (iki yüz səksən min) manata satmaq niyyətinin olması da özünün qərarı olub. Alqı-satqı müqaviləsi təsdiq edilən gün cavabdeh2 100.000 (yüz min) manat alsa da, qalan 180000(yüz səksən min) manatın da onun(cavabdeh2) tərəfindən Cahangir Əliyevə ödənildiyinə yaxud ödəniləcəyinə razı olduğu və bu halı qəbul edib bəyəndiyi üçün alqı-satqı müqaviləsi rəsmiləşib. Əks halda belə olmasa idi, müqavilə bağlandıqdan dərhal sonra mənzili cavabdeh2 da təhvil verməzdi. Deməli, iddiaçı alqı-satqı müqaviləsi bağlandıqdan 16 aydan artıq müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmayıb və bu hal vicdanlılığın tələb etdiyi tərz sayılmır. 34.Göstəriləndən başqa, həm mülki, həm də cinayət mühakimə icraatı zamanı İddiaçı məlumatlarından bəlli olur ki, əslində sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında deyil, icarə hüququ əsasında qeydə alınmasından hiddətlənərək, yəni verdiyi pulun müqabilində onun işini “uğurlu” həll etmədiyinə görə Cahangir Əliyevdən narazı qalıb onun barəsində cinayət təqibi orqanına müraciət edib, sonuncunun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra isə dələduzluq cinayəti ilə ələ keçirilmiş pul vəsaitinin qaytarılmasına nail olmaq üçün hazırkı üsuldan istifadə edərək cavabdeh2 qarşı bu iddianı irəli sürüb. Ancaq iddiaçı nail olmaq istədiyi məqsədə çatmaq üçün də düzgün vasitə(yol) seçməmişdir. Çünki bu üsul hüquqdan sui-istifadə xarakteri daşıyır.

35. Göstərilənlərlə yanaşı, hökmlə Cahangir Əliyevin İddiaçı 290.000 (iki yüz doxsan min) manat pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurması müəyyən edilib. cavabdeh2 alqı-satqı müqaviləsi bağlanan zaman verdiyi məbləğin 20000(iyirmi min) manat hissəsinin öz şəxsi borcuna sərf etdiyi nəzərə alındıqda, demək ki, mənzilin dəyəri 310000(üç yüz on min)manat məbləğində qiymətləndirilir. Nəzərə alınsa ki, Cahangir Əliyev iddiaçıya göstərdiyi “xidmətə”, yəni torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında qeydə alınmasına görə müvafiq rüsumlar ödəməli olub, bu cür vəziyyət də iddiaçının hazırkı iddianı irəli sürməkdə haqlı olmadığını göstərir. Başqa sözlə, iddiaçının sözügedən mənzilin mülkiyyətindən çıxmasına görə X1ə qarşı 290.000 (iki yüz doxsan min) manat zərər tələb etmək hüququ yaranıb, həm real 20000(iyirmi min) manat əldə edib, həm də mülkiyyət hüququ ilə olmaq arzusu reallaşmasa da, ən azından torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında qeydə alınmasına nail ola bilib. Bütün bunlardan sonra, həm də cavabdeh2 qarşı hazırkı iddianı sürüb mübahisə predmeti olmuş mənzilin də öz mülkiyyətinə qaytarmağa nail olmaq istəyi və arzusu isə anlaşılan olmamaqla yanaşı, həm də haqqa-ədalətə söykənən bir mənafe müdafiəsi sayılmır.

36. Beləliklə, iddiaçının ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsini bağlamaq üçün Bakı şəhəri ** saylı Notariat Ofisinə artıq aldanılmış vəziyyətdə gəlməsinə, aldanma niyyət və məqsədin əvvəl güdüldüyü, aldanma niyyət və məqsədin müqavilə bağlanılandan sonra yaranmadığı barədə dəlillərin cavabdeh cavabdeh2la əlaqəsi yuxarıda qeyd olunan hüquqi dəyərləndirmələrə əsasən təkzib edilir. Başqa sözlə, iddiaçının cavabdeh2 tərəfindən aldadılmasına dair işdə hər hansı bir mötəbər sübut yoxdur. Əksinə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünə əsasən də bu hallar inkar olunur. Üstəlik yuxarıda qeyd olunduğu kimi bütün bu prosesslər iddiaçının iradəsinə uyğun baş verib. Burada iddiaçı cavabdeh cavabdeh2 hansısa hala görə qınaması üçün hüquqi əsası olmalıdır. Əlbətdə ki, bir daha qeyd olunur ki, hüquqdan başqalarına zərər vurmaq üçün sui-istifadə edilməsi yolverilməz sayılır.

37. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli **/**** nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə mübahisə edilən əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki iddiaçının 16 aydan artıq bir müddətdə alqı-satqı müqaviləsini mübahisələndirməməsi yaxud mübahisələndirmək istəməməsi həmin müqaviləni bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır. 38 Tələbin digər hissəsi bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir.Çünki təmin edilib-edilməmələri sırf əsas hissədən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.

39. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə suiistifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.

40. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar