Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3263/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Rəşad Məhəmməd oğlu Həsənov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh3, 3saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə, Bakı şəhəri 19saylı Notariat Ofisinə, DƏDRX 1saylı Bakı Ərazi İdarəsinə qarşı “ötürülmuş müddətin üzürlü hesab edilməsi, vərəslik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-196/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı mərhum X2 atalığını verdiyi övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-ci il təvəllüdlü qızları İddiaçı1 çatacaq miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 29.11.2021-ci il tarixdə vəfat etmiş X1 qalan miras əmlakının onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək həmin müddətin məhkəmə qaydasında bərpa edilməsi, 29.11.2021-ci il tarixdə vəfat etmiş X1 qalan miras əmlakından onun övladları İddiaçı1 və İddiaçı2 çatacaq payların müəyyən edilməsi, 29.11.2021-ci il tarixdə vəfat etmiş X1 qalan miras əmlakına onun övladları İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin miras açıldığı yer üzrə notariat orqanının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər kimi Cavabdeh1, Cavabdeh3, 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisini, Bakı şəhəri 19 saylı Notariat Ofisini, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsini göstərmiş və iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə 29.11.2021-ci il tarixdə vəfat etmiş X1 qalan miras əmlakının onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək həmin müddətin məhkəmə qaydasında uzadılması, ataları mərhum X1 qalan **-KZ-*** dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ PAJERO” markalı minik avtomobilinin üzərində onun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində notariat ofisinin üzərinə qoyulması, ataları mərhum X3 ilə Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin üzərində mərhumun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində Notariat Ofisinin üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin Cavabdeh3 bağışlanması haqda bağlanmış 16.07.2021-ci il tarixli 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş 21.07.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-196/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-196/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3263/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3263/2022
11.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver